Məhkəmə qərarları › İş №2(106)-1470/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1470/2025

21.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1470/2025 21.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçi-menecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2025-ci ildə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləmişdir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13a nömrəli sərəncamı ilə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsi birləşmiş və Əsgərabad bələdiyyəsi adlandırılmışdır. 20 fevral 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Mirəşrəf Mirsultanov yenidən Əsgərabad bələdiyyəsinin sədri seçilmişdir. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. O, Əsgərabad bələdiyyəsində işinə bərpa olunmaq üçün Mirəşrəf Misultanova şifahi müraciət etmiş, lakin şifahi müraci rədd edilmişdir. Bundan sonra o, hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova, Bələdiyyələrlə İş Baş idarəsinin rəisi cənab Elmin Həsənova və İmişli Regional Ədliyyə idarəsinin rəisi cənab İsgəndər Orucova rəsmi müraciət etmişdir. Daha sonra o, qanuna uyğun olaraq 25 fevral 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli- Muğan bələdiyyəsində əvvəllər işlədiyi məsləhətçi-menecment və ya ona bərabər digər işə qəbul olunmaq istəyi barədə onunla əmək müqaviləsi bağlamaq üçün Əsgərabad bələdiyyəsinin sədri Mirəşrəf Mirsultanova rəsmi olaraq ərizə ilə müraciət etmişdir. 06 mart 2025-ci il tarixdə Mirəşrəf Mirsultanov müraciətinə cavab olaraq rəsmi şəkildə bildirmişdir ki, birləşmiş bələdiyyələr arasında təhvil-təslim işləri aparıldıqdan sonra onun ərizəsinə mahiyyəti üzrə baxıla bilər. Təhvil-təslim işləri M.Mirsultanov tərəfindən süni şəkildə gecikdirildiyindən o, işə bərpa ilə əlaqədar 11 aprel 2025-ci il tarixdə yenidən M.Mirsultanova rəsmi müraciət etmişdir. M.Mirsultanov yenidən eyni məzmunlu məktubla müraciətini cavablandırmışdır. Nəhayət 21 aprel 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli- Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsi arasında təhvil-təlim işləri tam başa çatmışdır. İşə bərpa ilə bağlı etdiyi müraciətlərə Əsgərabad bələdiyyəsi tərəfindən baxılmadığından o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci madəsinə əsasən mübahisənin Mediasiya yolu ilə həll edilməsi məqsədi ilə işə bərpa tələbi əsasında Lənkəran 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Əsgərabad bələdiyyəsinin sədri X1 25 aprel 2025-ci il tarixdə təklif göndərmişdir. Həmin vaxtdan 10 (on) iş günü keçməsinə baxmayaraq M.Mirsultanov işə bərpa barədə Mediasiya vasitəsi ilə etdyi təklifə öz münasibətini bildirməmişdir. Göründüyü kimi Əsgərabad bələdiyyəsi keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq o, Əsgərabad bələdiyyəsində əvvəllər tutduğu vəzifədə və yaxud ona bərabər digər vəzifədə işləyərək əmək fəaliyyətini davam etdirməlidir. O, eyni zamanda əmək veteranıdır. Veteranlar haqqında Azərbaycan Respublikası qanununda göstərilmişdir ki, “Veteranlar öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmək üçün təminatları müəyyənləşdirir”. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə birləşmə əsasnda formalaşmışdır. Sabiq bələdiyyə sədri tərəfindən ştat cədvəli, əmək müqavilələri, əmrlər və əmrlərin qeydiyyatı kitabı Əsgərabad bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş sənədlərdən görünür ki, o, bələdiyyə qulluqçusudur. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Veteranlar haqqında” Azərbaycan Respublikasınının qanununun tələblərinə görə işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz. Onun işə bərpa olunması Əsgərabad bələdiyyəsinin səlahiyyətindədir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddis tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, 17 iyul 2017-ci ildən 2024-cü ilin fevral ayına qədər Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləmişdir. Aşağı Cürəli-Muğan bələdiyyəsi Əsgərabad bələdiyyəsi ilə birləşmə əsasında formalaşmışdır. Sabiq bələdiyyə sədri tərəfindən ştat cədvəli, əmək müqavilələri, əmrlər və əmrlərin qeydiyyatı kitabı Əsgərabad bələdiyyəsinə təhvil verilmişdir. O bələdiyyə qulluqçusu olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Veteranlar haqqında” Azərbaycan Respublikasınının qanununun tələblərinə görə işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz. Onun işə bərpa olunması Əsgərabad bələdiyyəsinin səlahiyyətindədir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin təmsilçisi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. Tələbində iddiaçı Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçimenecment vəzifəsində işləməsini, hazırda “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13a nömrəli sərəncamı ilə Biləsuvar rayonu Aşağı Cürəli- Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsinin birləşməsi nəticəsində Əsgərabad bələdiyyəsinin yarıdılmasını əsas gətirməklə Əsgərabad bələdiyyəsində əvvəlki məsləhətçi-menecment vəzifəsinə və ya ona bərabər vəzifəyə bərpa edilməsini xahiş etmişdir. İddiaçı əmək kitabçasının surətini təqdim etmişdir ki, orada onun xx.xx.2023-cü il tarixli əmrlə Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsinə təyin edilməsi qeyd edilmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qətnamə ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qanunun tələbinə görə iddiaçının istinad hallara dair sübutlar iddia ərizəsinə əlavə edilməlidir. İddiaçının tələbi qeyri-müəyyəndir. İddiaçı ərizəsində işə bərpa olunması barədə tələb irəli sürsə də konkret olaraq hansı əmri mübahisələndirdiyini və qanunsuz saydığını bildirməmiş, bu barədə müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi X4 məhkəməyə vəsatət təqdim edərək, sübutların məhkəməyə təqdim olunması üçün vaxt verilməsini xahiş etmiş, sədrlik edən vəsatəti təmin edərək, iddiaçıya sübutlarını məhkəməyə təqdim etməsi üçün vaxt vermiş, hazırlıq iclasını təxirə salmışdır. İş üzrə müvafiq sübutlar təqdim edilmədiyi halda məhkəmə işi hazırlanmış hesab edərək məhkəmə baxışına təyin etmişdir. Müəyyən edilir ki, iddiaçı MPM-in 149.2.3-cü maddəsinin tələblərinə əməl etməmiş, birinci instansiya məhkəməsi də bu hala qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 384.0.5 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamalı olduğu halda işə mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə, digər qərardadlardan, o cümlədən ərizənin baxılmamış saxlanılması barədə qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianın baxılmamış saxlanılması maraqlı şəxsin ümumi qaydada iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 384.0.5, 385.1 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(022)-1100/2025 saylı qətnaməsi ləğv edilsin və iddia baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar