Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1471/2025 17.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X9rşı “əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X9rşı “əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia qaldıraraq cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X15 13 mart 2025-ci il tarixli, 1-1-70/3-1-33/2025 saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2025-ci il tarixdən təsdiq edildiyi vəzifəsinə - statistikanın kompüter operatoru vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Statistikanın kompüter operatoru vəzifəsinə təsdiq olunmuşdur. Lakin RMX-nın rəhbərliyinin təsdiq edilmiş 42 saylı əmrinə əsasən Sığortalı göndərişlər verilməsinə məsul şəxs kimi fəaliyyətini 2023-cü ilin avqust ayına kimi sığortalı göndərişlər verilməsi işini yerinə yetirmişdir. RMX-na İnzibati işlər üzrə direktor müavini təyin edilən Bayram Mikayılovun aylıq pul istəyini yerinə yetirmədiyinə görə bu işdən uzaqlaşdırılmışdır. Bu təkcə işdən uzaqlaşdırması ilə sona yetməmişdir. Bayram Mikayılov tərəfindən öyrədilmiş işçilər tərəfindən şantajlara, böhtanlara məruz qalıb aylarla prokurorluqda, məhkəmələrdə süründürməçiliklə qarşılaşmış, haqsız olaraq Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3(056)-861/2023 saylı qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat cərimə olunmuşdur. Nəhayət, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 304/2023 saylı qərarı ilə haqlı olduğunu sübuta yetirmişdir. Elə 2023-cü ilin avqust ayından işdən çıxarıldığı günə qədər dəhlizdə qalmışdır. Bəzi hallarda isə işçi yoldaşlarının otaqlarında daldalanmışdır. Bu müddət ərzində aidiyyatı orqanlara, o cümlədən İmişli Rayon Regional Əmək Müfəttişliyinə, TƏBİB-ə, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə, SİHİ Respublika komitəsinin sədri cənab E.Əfəndiyevə və eləcə də digər ali dövlət orqanlarının saytına müraciətlər etmişdir. Tədbir görülməməsinə baxmayaraq, yenə də müqəddəs qanunları əldə rəhbər tutaraq, haqq-ədalətin qalib gələcəyinə inanaraq, bu gün də hüquqlarının müdafiəsi üçün dövlət qurumlarına üz tutmağı özünə borc bilir. Məlumat üçün bildirir ki, ondan sonra sığortalı göndərişlərin verilməsinə məsul şəxs, vaxtı ilə vaksin vurulması zamanı saxtakarlıq edərək cinayətə əl atan Mahirə Qarayeva təyin edilmişdir. 2023-cü ilin sentyabr ayında RMX-nın X16 cənab Həsən Hüseynov yeni rəhbər təyin ediləndə düşünmüşdür ki, bütün bu məsələlərə son qoyulacaq. Əksinə, xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixə kimi RMX-nın statistikanın kompüter operatoru vəzifəsinə təsdiq olunmasına baxmayaraq, bu sahədə yüksək bilik və bacarığı nəzərə alınmadan əmək hüquqları bilərəkdən pozularaq ştat vahidində göstərilən vəzifəsi, bu işdə səriştəsi olmayan ambardar X2 tapşırıldı. Mirfaiq Səmədov tibbi sığorta və innovasiya təşkili şöbəsinin anbar bölməsində çalışmalı olduğu bir halda, statistika bölməsində 3 nəfər xanımla bir yerdə oturaraq, rəhbərliyin razılığı və göstərişi ilə onun vəzifəsinə sahib çıxaraq icra edir. Ştatda olan işinin ona verilməsi ilə bağlı etdiyi fasiləsiz şikayətlər, onunla rəhbərlər arasında daimi konfiliktə, necə deyərlər dərin bir uçuruma səbəb olmuşdur. Dəfələrlə də onu ƏM-nin 70-ci maddəsinin “ç”, və 72-ci maddənin “a” bəndi ilə işdən qovacaqları ilə hədələmişlər. Bu ilin 2025-ci ilin mart ayının 03-05 tarixləri üzrlü səbəbdən işdə olmamışdır. Səbəbi isə həmin vaxtlar kəskin böyrək ağrıları keçirməsi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrılar zamanı yaşadığı ünvana (İ.İsgəndərov küçəsi, ev-18) yaxın yerdə yerləşən “Omeqa” klinikasında təcili müayinədən keçdikdən sonra onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. 06 mart 2025-ci il tarixdə işə gedəndə artıq onu yenidən işdən çıxaracaqları ilə hədələmişlər. Səbəbin rəhbərliyə bildirdikdən sonra, faktları təsdiqləmək üçün "xxxx" MMC-nin verdiyi arayışı və USM cavabını təqdim etmiş, lakin buna baxmayaraq, üstündən səkkiz gün keçəndən sonra Sabirabad RMX-sı X16 cənab Həsən Hüseynovun 13 mart 2025-ci il tarixli, 1-1-70/3-1-363/2025 saylı əmri ilə, xəstə olduğu 03 mart - 05 mart günlərini əsas tutaraq onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad etmişdir. Bildirir ki, X17 məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini özü kobudcasına pozmuşdur. Yəni sadəcə 70-ci maddənin “ç” bəndinə istinad etməklə kifayətlənmək olmaz. İşəgötürən əmrdə konkret olaraq işçinin hansı vəzifə öhdəliklərini pozduğunu və bu pozuntunun iş prosesinə necə təsir etdiyini dəqiq qeyd etməlidir. Bir sözlə, qanunvericilikdə yuxarıda qeyd olunduğu kimi, əmək müqaviləsinə xitam verilmə əmri dəqiq və əsaslandırılmış olmalıdır. Həsən Hüseynov əmrdə əmək pozuntularını konkret sənədlərlə təsdiq edə bilməmişdir. Onun isə kifayət qədər sübutları var. Əvvəla, xəstəliyi haqda arayışı və USM raporu, ştat vahidində tutduğu vəzifənin bu günə kimi ona verilməməsi, bu səbəbdən illərdir dəhlizdə qalması (müşahidə kameraları bunun sübutudur). Bununla bağlı dəfələrlə etdiyi şikayətlər, onların qəbzləri, cavabsız məktublar. Bilmək istəyir ki, görəsən işdə olmamasının səbəbi arayış və USM raporundan başqa hansı möhtəbər sənədi təqdim etməli idi ki, Həsən Hüseynov inansın, razı qalsın? Baxın, nə üçün o, işə gələndən 8 gün sonra, yəni 13 martda işdən azad edilmişdir? Bu suala özü cavab verəcəkdir: Baş həkim Elnur Əzizov və Həsən Hüseynov onu otağa çağırıb bildirmişlər ki, öz ərizənlə işdən çıxmasan, onsuz da yuxarılarla razılaşıb onu bu yaxın vaxtlarda işdən qovacaqlar. Elə də oldu. H.Hüseynovun bu əməlinə nə ad vermək olar? Özbaşınalıq, qanunu saymamaq, müəssisə rəhbərinin diktatorluğu! Həsən Hüseynova sual etmək lazımdır ki, İddiaçı onu işdən azad etdiyi vaxta qədər harda otururdu və nə işi icra edirdi? Bax, onda o susacaq? İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsinin onun evinə göndərildiyini bildirdiyi məktub ona işə çıxdıqdan sonra çatmışdır. İşə çıxmadığı müddətdə əri Elnur həkimə dəfələrlə zəng etmiş, lakin Elnur həkim onun zənglərinə cavab verməmişdir. Özünün isə ağrıları çox olduğu, həmçinin rəhbər işçilər kişilər olduğu üçün iş yerinə rəsmi məlumat verməsi ağlına gəlməmişdir. Həmçinin o, ağrıyırdı deyə öz iş yerinin həkimlərinə müraciət etməmiş, taksi ilə və anası ilə birgə “Omeqa” klinikası yaşayış yerinə yaxın olduğu üçün həmin klinikaya getmişdir. O, ümumiyyətlə, çalışır ki, öz xəstəxanalarının xidmətlərindən istifadə etməsin. Orada növbə çox olur. Həm də iş yerinə müraciət etmiş olsa idi belə, yenə də özəl klinikaya müraciət edəcəkdi. Çünki o, həmişə özəli seçir. Bundan əlavə, ona digər iki günə münasibətdə də sənəd təqdim etməli olduğu bildirilməmişdir. Əgər bildirilmiş olsa idi, həmin iki günə görə də sənəd əldə edib təqdim edərdi. Hazırda o, iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X12 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində qeyd etdiyi nüanslar absurddur. Heç bir əsası yoxdur. İddiaçı 3 gün ardıcıl işə çıxmamış, xəstəxana rəhbərliyi tərəfindən iddiaçıya məktub ünvanlanmışdır ki, gəlib işə çıxmamasının səbəb ibarədə izahat versin. Bundan sonra iddiaçı işə gəlmişdir. Hazırda iddiaçı 3 gün işdə olmadığı halda, yalnız 1 günə münasibətdə müvafiq sənəd təqdim edə bilmişdir ki, qalan günlərə münasibətdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Hazırda o, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Statistikanın kompüter operatoru vəzifəsinə təsdiq olunmuşdur. Lakin RMX-nın rəhbərliyinin təsdiq edilmiş 42 saylı əmrinə əsasən Sığortalı göndərişlər verilməsinə məsul şəxs kimi fəaliyyətini 2023-cü ilin avqust ayına kimi sığortalı göndərişlər verilməsi işini yerinə yetirmişdir. RMX-na inzibati işlər üzrə direktor müavini təyin olunan Bayram Mikayılovun aylıq pul istəyini yerinə yetirmədiyinə görə bu işdən uzaqlaşdırılmışdır. Bu təkcə işdən uzaqlaşdırılmağıyla sona çatmamışdır. Bayram Mikayılov tərəfindən öyrədilmiş işçilər tərəfindən şantajlara, böhtanlara məruz qalmışdır. Bunun nəticəsində barəsində qanunsuz protokol tərtib olunaraq məhkəməyə göndərilməsinə nail olunmuşdur. Haqsız olaraq Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3(056)-861/2023 saylı qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. Ancaq qanunsuz qərarla razılaşmadığından qərardan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-304/2023-cü il tarixli qərarına əsasən şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 3(056)-861/2023 saylı qərarı ləğv olunmuş, inzibati işin materiallarına yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində olan inzibati materiala Sabirabad Rayon Məhkəməsi tərəfindən yenidən baxılmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)-861/2023 saylı qərarına əsasən təqsirliliyi sübuta yetmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xitam verilmişdir. Bir sözlə, haqlı olduğu sübut olunduğundan ədalət öz yerini almışdır. Yuxarıda göstərdikləri Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona qarşı hansı təzyiqlər göstərildiyini sübut edir. xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Statistikanın kompüter operatoru vəzifəsinə təsdiq olunmağına baxmayaraq, bu sahədə yüksək bilik və bacarığı nəzərə alınmadan əmək hüququları bilərəkdən pozularaq ştat vahidində göstərilən vəzifəsi, bu işdə səriştəsi olmayan ambardar Mirfaiq Səmədova tapşırılmışdır. 2023-cü ilin avqust ayından işdən çıxarıldığ günə qədər dəhlizdə qalmışdır. Bəzi hallarda isə iş yoldaşlarının otaqlarında daldalanmışdır. Bu müddət ərzində aidiyyəti orqanlara müraciətlər etmişdir. Etdiyi müraciətlərlə əlaqədar dəfələrlə onu ƏM-nin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndi ilə işdən qovulacağıyla hədələmişlər. Bir daha qeyd edir ki, 2025-ci ilin mart ayının 03-05 tarixləri üzrlü səbəbdən işdə olmamışdır. Səbəbi isə həmin vaxtlar kəskin böyrək ağrıları keçirməyi ilə bağlı olmuşdur. Dözülməz ağrılarla bağlı yaşadığı ünvana yaxın yerdə yerləşən “Omeqa” klinikasında təcili müayinədən keçmişdir. Müayinə zamanı onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. Ağrıları azaldıqdan sonra isə 06 martda işə çıxmışdır, müayinə ilə bağlı arayışı və USM cavabını iş yerinə təqdim etməklə vəziyyəti ilə bağlı izah vermişdir. Ancaq onun sənədlərinə və izahatına əhəmiyyət verilməmiş və həmin vaxt yenə də işdən çıxarılacağıyla bağlı hədələnmişdir. Nəhayət, 8 gün sonra isə onun xəstə olmağı nəzərə alınmayaraq işdən azad edilmişdir. Barəsində tərtib olunmuş əmrdə hansı vəzifə öhdəliklərini pozmağı və bu pozuntunun iş prosesinə necə təsir etdiyi dəqiq qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən onun təqdim etdiyi sübutlara səthi yanaşaraq göstərdiyi hallara obyektiv və hərtərəfli hüquqi qiymət verməyərək diqqəti cavabdeh tərəfin əsassız sübutlarına yönəldərək qanunsuz nəticəyə gəlmişdir. Bununla da birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 76 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunaraq “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən barəsində qəbul edilmiş 13 mart 2025-ci il tarixli, 1-1-70/3-1- 33/2025 saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı və iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 1505/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 060325/OH-001 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2025-ci il tarixində Sabirabad şəhəri, H.Əliyev PR 48 ünvanında yerləşən "xxxx" MMC-də tibbi müayinələrdən keçmiş və sağ tərəfli böyrək daşı xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X19 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-363/2025 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-in Müşahidə Şurasının 29 noyabr 2022-ci il tarixli “09-Q" nömrəli qərarı ilə təsdiq edilmiş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X15 Nizamnaməsinin 5.5.12 yarımbəndini, Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Sığortanın təşkili və X1 bölməsində kompüter operatoru vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, işçiyə 10,5 təqvim günü müddətinə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi hesablanıb ödənilməsi, ona son hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X19 tərəfindən Sabirabad rayonu İ.İsgəndərov küçəsi, ev 18-də qeydiyyatda olan "Sabirabad Rayon Mərkəzi xəstəxanası" PHŞ-in Sığortanın təşkili və X1 bölməsində işləyən kompüter operatoru İddiaçı işə gəlməməsi barədə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-70/3-189/2025 saylı məktubdan görünür ki, o, artıq 3 iş günüdür ki, (03-xx.xx.2025-ci il tarixləri) işə gəlmir. Xahiş edilmişdir ki, Sabirabad RMX-ya gəlib işə gəlməməyinin səbəbi barədə izahat versin. İş materiallarına əlavə olunmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi 18 saylı evdə yaşayan, Sabirabad Rayon Mərkəzi xəstəxanasının işçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, 03-xx.xx.2025-ci il tarixləri işdə olmamasının səbəbi, həmin vaxtlar kəskin böyrək ağrıları keçirməyi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrı zamanı yaşadığı ünvana yaxın yerdə yerləşən “Omega” klinikasında təcili müayinədən keçdikdən sonra, onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. Yuxarıda göstərdiyi faktları bir daha təsdiq etmək üçün “Omega-klinika" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli arayışını ona təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 124 nömrəli əmək müqaviləsindən görünür ki, Azgın X5 Rayon Mərkəzi Xəstəxanasında idarəetmə aparatına kompüter üzrə operator vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru cənab Həsən Hüseynova “Sabirabad RMX” PHŞ-nin Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 tərəfindən məlumatdan görünür ki, Sığortanın təşkili və X1 bölməsində işləyən kompüter operatoru İddiaçı 03-05 mart 2025-ci il tarixdə (3 iş günü) heç bir səbəb göstərmədən işə gəlməmişdir. Barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X15 X4 təşkilatının sədri cənab X11 RMX-nın Sığortanın Təşkili və X1 bölməsinin kompüter operatoru İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Həmkarlar Təşkilatının üzvlüyündən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayonu SİHİ Şurası heyətinin iclası xx.xx.2024-cü il tarixli, 3 nömrəli protokoldan çıxarışdan görünür ki, İddiaçı və X3 ərizələrinin nəzərə alınması, SİHİ Şurası üzvlüyündən azad edilməsi və əmək haqqından Həmkarlar İttifaqına tutulmaların dayandırılması üçün protokoldan çıxarışın Sabirabad RMX PHŞ mühasibatlığına təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 03 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən İddiaçı işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini-baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 04 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən İddiaçı işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini - baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 05 mart 2025-ci il tarixdə davamiyyət yoxlaması keçirən zaman Sığortanın təşkili və X1 bölməsində işləyən İddiaçı işdə olmadığı aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sabirabad RMX-nın Direktorun inzibati məsələlər üzrə müavini Tağızadə Orxan, Sabirabad RMX-nın Direktorun müavini - baş həkim Əzizov Elnur, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Nümayəndə1 və Sabirabad RMXnın insan resursları şöbəsinin müdiri Nümayəndə2 birgə iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Sığortanın təşkili və X1 bölməsində işləyən İddiaçı işə hansı səbəbdən gəlməməsini izah etməsi və izahat yazmağı üçün dəvət etmişlər. O isə işə gəlməməsinin səbəbi haqqında izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad Rayon Səhiyyə X6 Şurası tərəfindən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X18 ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın Sığortanın Təşkili və X1 bölməsində kompüter operatoru vəzifəsində çalışan İddiaçı, Sabirabad Rayon Səhiyyə X6 şurasına üzv olmadığı üçün müraciəti ilə bağlı münasibət bildirə bilmirlər. Çünki Azərbaycan Respublikasının qanunvericiliyində Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğvi zamanı, Həmkarlar İttifaqı yalnız ona üzv olan işçilərin işdən çıxarılması hallarına rəy bildirə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 3 gün müddətində (03-05 mart 2025-ci il tarixləri) iş yerində olmamış və iş yerinə iş yerində olmamasının üzrlü səbəbdən baş verməsi barədə hər hansı rəsmi müraciət ünvanlamamış, xx.xx.2025-ci il tarixində işə gəldiyi zaman "xxxx" MMC-nin işə çıxdığı günə olan tarixli (xx.xx.2025-ci il) arayışını iş yerinə təqdim edib izahatında göstərmişdir ki, 03-xx.xx.2025-ci il tarixləri işdə olmamasının səbəbi, həmin vaxtlar kəskin böyrək ağrıları keçirməyi ilə bağlı olmuşdur. Belə ki, bu dözülməz ağrı zamanı yaşadığı ünvana yaxın yerdə yerləşən “Omega” klinikasında təcili müayinədən keçdikdən sonra, onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışında isə iddiaçının xx.xx.2025-ci il tarixində tibbi müayinədən keçməsi qeyd edilmişdir. Yəni göründüyü kimi, müvafiq klinika iddiaçının həmin klinikada yalnız xx.xx.2025-ci il tarixində tibbi müayinədən keçməsini göstərmiş, qalan 2 günə münasibətdə isə iddiaçı işə çıxmamasının üzrlü səbəbdən baş verməsi barədə hər hansı sübutu nə iş yerinə, nə də məhkəməyə təqdim edə bilmişdir. Bununla da iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə, həmçinin üzrlü səbəb olmadan 2 bütün gün işə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; işdən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işdən azad olunur. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə şiddətli ağrıları olduğundan yaşadığı ünvana (İ.İsgəndərov küçəsi, ev-18) yaxın yerdə yerləşən “Omeqa” klinikasında təcili müayinədən keçdikdən sonra onda sağ tərəfli böyrək daşı aşkarlanmışdır. "xxxx" MMC-nin verdiyi arayışı və USM cavabını təqdim etmiş, lakin buna baxmayaraq tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, ultrasəs müayinəsi insanın daxili orqanları və toxumalarını yoxlamaq məqsəsilə ultradalğaların köməyilə aparılan müayinədir.İşdə olan "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də tibbi müayindən keçmiş və ona sağ tərəfli böyrək daşı diaqnozu qoyulmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı özü də apellyasiya baxışı zamanı verdiyi izahatında "xxxx" MMC-də yalnız USM-dən keçdiyini və yaşadığı ünvana qayıtdığını göstərmişdir. Əgər həqiqətən də, iddiaçının dediyi kimi, onda işə gedə bilməsinə mane olacaq dərəcədə şiddətli ağrılar var idisə, ona müvafiq tibbi yardım göstərilməli idi, yalnız USM ilə kifayətlənilə bilməsi ağlabatan deyil. İddiaçı isə özünün də bildirdiyi kimi, sözügedən klinikada ancaq USM-dən keçmiş və evə qayıtmışdır. Digər tərəfdən ididaçı üzrlü səbəbdən işə gedə bilməməsi barədə işəgötürənə hər hansı formada məlumat verməsini təsdiq edən mötəbər sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. İddiaçının apellyasiya şikayətinin digər dəlili onun işlədiyi dövrdə digər əmək hüquqlarının pozulması ilə bağlıdır ki, bununla bağlı da araşdırma aparılmış və iddiaçının işəgötürən tərəfindən qanunsuz hərərəkətlərə məruz qalması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə baxş keçirilərkən onun adına xx.xx.2019-cu il tarixdə “Sabirabad RMX" X16 tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edildiyi və hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Müraciətində və təqdim etdiyi izahatında xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işinin onlardan alınması, cari ilin fevral ayının əmək haqqının tam ödənilməməsi və əmək məzuniyyəti dövründə işəgötürən tərəfindən işə cəlb olunmağı barədə tələbləri ilə əlaqədar müvafiq araşdırma aparılmış, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası" X19 tərəfindən X8 Xidmətinin Mil- Muğan regional şöbəsinə təqdim edilmiş məktub və sənədlərdən müəyyən edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə xəstəxanada xadimə işinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə xəstəxananın Statistika bölməsində kompüter operatoru vəzifəsinə keçirilmişdir. Hazırda həmin vəzifə üzrə aylıq əmək haqqı 633 manat olmaqla əmək münasibətləri davam edir və hər ay əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqının ona ödənilməsi təmin edilir. Qeyd edilmişdir ki, işəgötürən tərəfindən xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işinin yerinə yetirilməsi ona həvalə olunmamış, həmçinin işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsində və qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə əlavə edilmiş öhdəliklərdə xəstələrə digər xəstəxanalara göndərişlərin verilməsi işi nəzərdə tutulmamışdır. Müəyyən edilmişdir ki, işlədiyi müddətdə hər il əmək məzuniyyət hüququndan istifadə etmiş və məzuniyyətdə olduğu dövrlərdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmədiyinə dair təsdiqedici sənəd aşkar edilməmişdir. Məktubda işçilərin iş vaxtı uçotunun “Barmaq izi" cihazı vasitəsi ilə aparıldığı, 25 fevral 2023-cü il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə çıxmadığı üçün ona həmin günə görə əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, xəstəxananın işəgötürəni xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Tərəflərindən xəstəxananın yeni təyin edilmiş rəhbərliyinə əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməsi, o cümlədən işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin və öhdəliklərin vaxtında yerinə yetirilməsi, onların ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxılmasının təmin edilməsi məqsədilə rəsmi məktub göndərilmişdir. İddiaçının apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, barəsində tərtib olunmuş əmrdə hansı vəzifə öhdəliklərini pozmağı və bu pozuntunun iş prosesinə necə təsir etdiyi dəqiq qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, mübahisələndirilən əmrdən göründüyü kimi, həmin əmr yuxarıda qeyd olunan tələblərə əməl edilməklə hazırlanmışdır və həmin əmrin etibarsızlığına əsas verəcək hər hansı hal da müəyyən edilmir Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı yekunda məhkəmədən barəsində qəbul edilmiş əmrin ləğv edilməsini xahiş etmiş, yəni əmri etibarlı olaraq qəbul etmişdir. Belə olan halda isə məhkəmə mübahisələndirilən əmrin etibarsızlığına deyil, ləğvinə əsas verə biləcək halları yoxlamış və ləğvlə bağlı hər hansı əsas müəyyən etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının digər tələblərinin müsbət istiqamətdə həlli məsələsi işdən çıxarılma barədə əmrin qanuni olub-olmamasından asılıdır. Hazırki halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanuni hesab edildiyindən iddia tələbinin bütün hissələrdə əsassız hesab edilərək təmin edilməməsi qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1505/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1471/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1471/2025
17.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver