Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1473/2025 10.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X29 oğlunun katibliyi, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Zöhraboviçin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, X4, Cavabdeh2, Cavabdeh3 və X19 qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh5, Cavabdeh4, X2, Cavabdeh2, Cavabdeh3, X14 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “miras əmlakın qəbul edilməsi faktının və mirasda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1998-ci il tarixində vəfat etmiş qayınatası X10 miras qalmış Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzildən xx.xx.2022-ci ildə vəfat etmiş X5na çatan pay hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şirvan şəhəri 1 saylı notariat ofisinin notariusu Əlixan Şirinovun xx.xx.2022-ci il tarixli 418 saylı məktubunda MM-in 1246-cı maddəsinə istinad olunmaqla, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməməsi və mirasın qəbulu ilə bağlı müddətin buraxılması əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda vərəsəyə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulan müddətin buraxıldığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Adıçəkilən mənzil mərhum qayınatası X10 miras qalmışdır. O, xx.xx.1998-ci ildə vəfat etmişdir. X41 də adıçəkilən miras əmlakı üzrə vərəsəlik hüququna malikdir. Zöhrab Qarayevin xx.xx.2022-ci ildə, qayınatası Mətləb Qarayevin isə xx.xx.1998-ci il tarixində vəfat etməsinə baxmayaraq, mübahisə predmeti olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilə dair vərəsəlik açılmamışdır. Lakin buna baxmayaraq, həmin əmlakı miras əmlakı olaraq qəbul etdiyini nümayiş etdirməklə qəbul etmişdir. X5 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar və həmin ünvana daimi yaşamaq məqsədi ilə köçmüşdür. Onun cehiz əmlakları həmin ünvana yığılmış və hal-hazırda da ordadır. xx.xx.2008-ci il tarixdən hal-hazıradək qeyd olunmuş ünvanda pasport qeydiyyatındadır. 2008-ci ildən xx.xx.2022-ci ilə kimi, yəni əri X7 vəfat etdiyi tarixə kimi həmin evdə yaşamışdır. Bu müddət ərzində evin işıq, qaz, su, telefon istifadəsinə görə olan ödənişləri mərhum ərinin adı ilə ödənilmişdir. 2022-ci ildə digər vərəsələrin təzyiqi ilə evdən qovulmuş, bununla bağlı polis orqanlarına şikayət etmişdir. Məcburiyyət qarşısında qalaraq evdən çıxıb müvəqqəti yaşamaq üçün yaxın qohumlarının evinə köçmüşdür. Mübahisə predmeti olan mənzil hal-hazırda hər hansı bir şəxsin adına mülkiyyət hüquqi əsası ilə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı notariat ofisi üzərinə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı notariat ofisi üzərinə miras əmlakı üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5, X27 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək bildirmişlər ki, qarşılıqlı iddia ərizəsi vasitəsilə verdikləri iddia tələbinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı heç bir aidiyyəti yoxdur. Belə ki, miras əmlak kimi göstərdikləri miras əmlaka sahib çıxmağı onlar da istəyir. Bu iddia tələbi hamı tərəfindən Şirvan şəhəri 1 saylı notariat ofisinə qarşı yönəlməlidir. X21 miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti bərpa edə bilməz, mirasın qəbul edilməsi vaxtını uzada bilməz və miras əmlakın qəbul edilməsi faktını müəyyən edib şəhadətnamə verilə bilməz. Həmçinin də birgə cavabdehlərdən heç biri onun tələbini yerinə yetirə bilməzlər. Bunların hamısını yalnız notariat orqanı edə bilər, yəni bu hüquq notariat orqanlarının səlahiyyətindədir. Ona görə də, belə tələb onlara qarşı yönəlməlidir. Şirvan şəhər 1 saylı notariat ofisinin notariusu Əlixan Şirvanovun xx.xx.2022-ci il tarixli 417 saylı məktubunda MM-in 1243.2-ci və 1246-cı maddələrinə istinad olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməməsi və mirasın qəbulu ilə bağlı müddətin buraxılması əsası ilə onların üçünə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məktubda vərəsəyə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi və miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi qeyd olunmuş və bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulan müddətin buraxıldığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar “Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə 16 may 2022-ci il tarixdə hər biri ayrı-ayrılıqda ərizəçi kimi Şirvan şəhəri 1 saylı notariat ofisini də maraqlı şəxs kimi cəlb etməklə Şirvan Şəhər Məhkəməsinə müraciət etdilər. Onlardan əvvəl eyni məzmunlu ərizə ilə onlarla eyni hüquqlu vərəsə olan X7 arvadı İddiaçı artıq Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizələri bir icraatda birləşdirərək 2(032)-884/2022 saylı 02 avqust 2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı və işdə maraqlı şəxs kimi tanınmış Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, X2, Cavabdeh5, X15 və Şirvan şəhəri 1 saylı notariat ofisinin də cəlb edilməsi ilə mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanıldı və ümumi əsaslarla iddia vermək hüquqlarının olduğu bildirildi. Yenidən ümumi iddia qaydasında Şirvan şəhəri 1 saylı notariat ofisini cavabdeh qismində cəlb etməklə “Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, müddətin uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə iddia vermək istəyərkən məlum oldu ki, İddiaçı eyni məzmunlu iddia tələbi ilə iddia qaldırmışdır. Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil mərhum atası X10 miras qalmışdır. Bu 4 otaqlı sahəsi 82,77 kv.m olan mənzil ona 04 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən X32 iştirakçısı olduğu üçün əvəzsiz qaydada bağışlanılmışdır. Dövlət tərəfindən atasına bağışlanılmış mübahisə predmeti olan bu mənzil şəxsi (xüsusi) mülkiyyət olmasına baxmayaraq, bu günədək hər hansı bir şəxsin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Atası xx.xx.1998-ci ildə vəfat etmişdir. Atası Mətləb, daha sonra isə 2005-ci ildə anası Suriyyə vəfat etdikdən sonra onların övladları Cavabdeh4, X16, Cavabdeh2, Cavabdeh3, X26, X20 və X22 atasının adı çəkilən miras əmlakına qanun üzrə 1-ci dərəcəli vərəsələr olmuşlar. Amma atalarının vəfatından uzun illər keçməsinə baxmayaraq, onlardan heç biri, yəni nə qanun üzrə 1-ci dərəcəli vərəsələrdən heç biri, nə də sonradan irsi transmissiya üzrə vərəsə olanlar hal-hazırda mübahisə predmeti olan Şirvan şəhəri, Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzlə dair vərəsəliklə bağlı heç bir yerə, o cümlədən də notariat orqanına müraciət etməmiş və vərəsəlik şəhadətnaməsi almamışdır, amma ataları vəfat edən gündən həmin miras əmlakı faktiki olaraq idarə etmiş və yiyələnmişlər. Birinci dərəcəli vərəsələrdən mübahisə predmeti olan mənzildə hal-hazırda heç kim qeydiyyatda yoxdur. Həmin mənzildə qeydiyyatda yalnız irsi transmissiya qaydasında vərəsələr olan vəfat etmiş Sevdanın qızı X12 iki övladı ilə birlikdə və xx.xx.2022-ci il tarixdə rəhmətə getmiş Qarayev Zöhrabın arvadı, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı qeydiyyatdadırlar. X12 iki övladı ilə birgə doğulduğu gündən bu günədək həmin ünvanda yaşayır. İddiaçı 2020-ci ildən etibarən orada yaşamır. Şirvan RİH-nin hüquq şöbəsinin müdiri olan qardaşı Fəxrəddinlə birgə başqa bir ünvanda yaşayır. İlkin iddia üzrə iddiaçı iddia tələbini əsaslandırmaq üçün 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minən Mülki Məcəllənin maddələrinə istinad etmişdir. Halbuki onun göstərdiyi bu vərəsəlik işi üzrə 01 mart 1965-ci il tarixdən müəyyən dəyişikliklərlə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin maddələrinə istinad edilməli idi, çünki vərəsəlik üzrə olan mülki münasibətlər miras əmlak qoyan X17 xx.xx.1998-ci ildə vəfat etməsi ilə bağlı əmələ gəlmişdir. Miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh5, X27 məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı öz iddia ərizəsində cavabdehlər kimi göstərdiyinə görə onlar da qarşılıqlı iddia ərizəsində cavabdeh kimi Şirvan şəhər 1 saylı notariat ofisini maraqlı şəxs kimi göstərmişlər. Hal-hazırda İddiaçı öz iddia ərizəsinə dəqiqləşmə verib, onları, yəni adları göstərilən 6 nəfəri cavabdehlər qarşısından çıxarıb 3-cü şəxslər sırasına daxil etməsini göstərdiyinə görə onlar da müvafiq olaraq ilkin iddia üzrə İddiaçı siyahıya 3-cü şəxs kimi Şirvan şəhəri 1 saylı notariat ofisinin isə cavabdeh kimi hesab edilməsini və eyni qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsində iş üzrə cavabdeh olan Şirvan şəhər 1 saylı notariat ofisinin üzərinə miras əmlakı üzrə yuxarıda göstərilən 6 nəfər şəxsə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsi barədə sözlərinin də əlavə edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsinə əsasən cavabdeh olan İddiaçı 3cü şəxs, maraqlı şəxs kimi göstərilmiş Şirvan şəhər 1 saylı notariat ofisi cavabdeh kimi hesab edilməsi, miras əmlakı olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, mirasda payların müəyyən edilməsi və iş üzrə cavabdeh Şirvan şəhəri 1 saylı Notariat Ofisi üzərinə miras əmlakı üzrə şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¼ hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı dövlət notariat ofisinə həvalə edilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı X12 tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin mənzildə ¾ hissədə payının müəyyən edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Ofisinə həvalə edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1498/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin olunmamış hissəsində, qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edərək, ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın xx.xx.2023-cü il tarixli, 2(106)- 634/2023 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlu (vəkilləri Vəkil2) eyni məzmunlu kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxladığı “ilk iddia üzrə İddiaçı miras əmlak olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilində 1/4 hissədə payının müəyyən edilməsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinin Şirvan şəhəri, 1 saylı Notariat Ofisinə həvalə edilməsi” hissəsində ləğv edilməsi və onlara münasibətdə mübahisə predmeti olan mənzilin miras əmlakı kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası, mirasın qəbul edilməsi vaxtının uzadılması, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın İddiaçı aid edilmiş 1/4 hissəsinin irsi transmissiya qaydasında vərəsə olan onların üçünə aid olması və bu 1/4 hissənin üç vərəsə (üç iddiaçı), yəni maraqlı şəxslər və İddiaçı arasında bölünərək paylarının müəyyən edilməsi və Şirvan şəhəri, 1 saylı Notariat Ofisinin üzərinə onların da paylarına uyğun “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi öhdəliyinin qoyulması üçün kassasiya şikayətinin mülki işlə birlikdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1874/2025 saylı qətnaməsi ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs2 Zöhraboviç və Maraqlı şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-634/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzil mərhum qayınatası X10 miras qalmışdır. O, xx.xx.1998-ci ildə vəfat etmiş və X5 da adıçəkilən miras əmlakı üzrə vərəsəlik hüququna malikdir. Zöhrab Qarayevin xx.xx.2022ci ildə, qayınatası Mətləb Qarayevin xx.xx.1998-ci il tarixində vəfat etməsinə baxmayaraq mübahisə predmeti olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilə dair vərəsəlik açılmamışdır. Lakin, buna baxmayaraq, o həmin əmlakı miras əmlakı olaraq qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul etmişdir. Mərhum X5 ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Ailə həyatı qurarkən həmin ünvana daimi yaşamaq məqsədi ilə köçmüş, cehiz əmlakları da həmin ünvana yığılmış və hazırda da oradadır. xx.xx.2008-ci il tarixdən halhazıradək qeyd olunmuş ünvanda pasport qeydiyyatındadır və 2008-ci ildən xx.xx.2022-ci ilə kimi, yəni X5nun vəfat etdiyi günə kimi həmin evdə yaşamışdır. Bu müddət ərzində evin işıq ,qaz, su, telefon istifadəsinə görə olan ödənişləri mərhum ərinin adı ilə ödənilmişdir. “Azəriqaz” və "xxxx" ASC tərəfindən verilmiş abonent kartından göründüyü kimi Şirvan şəhəri Energetik küçəsi 3 saylı evin 33 saylı mənzilin abonenti-istehlakçısının X8 olması və müvafiq kommunal xidmətlərin də onun tərəfindən ödənilməsi müəyyən olunur. 2022-ci ildə digər vərəsələrin təzyiqi ilə evdən qovulmuşdur. Bununla bağlı polis orqanlarına da şikayət etmiş, məcburiyyət qarşısında qalaraq evdən çıxıb müvəqqəti yaşamaq üçün yaxın qohumlarımın evinə köçmüşdür. Lakin buna baxmayaraq, həmin evdə yeganə yaşayan şəxs özü olmuşdur. Heç təsadüfi deyil ki, evin qapısının açarları da onda olmuşdur. Cavabdehlər ifadələrində özləri də təsdiq edir ki, o, xəstəxanada olduğu üçün evin açarlarını ondan almışlar. İşin hallarından görünüdüyü kimi mübahisə predmenti olan mənzil hal-hazırda hər hansı bir şəxsin adına mülkiyyət hüquqi əsası ilə dövlət qeydiyyatına alınmamışdır. İş materiallarından görünür ki, məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən miras əmlakının payçısı olmuş mərhum qayınatam X28 vəfat edərkən X5nun adı çəkilən evdə yaşamaması və qarşılıqlı iddia üzrə iddiaçı olan X2 isə həmin evdə yaşaması faktına istinad etmişdir. Mərhum əri X1 Federasiyasında olan nikaha girmiş olduğu arvadından rəsmi qaydada ayrılması ilə bağlı yaranmış problemlərlə əlaqədar adıçəkilən evdə yaşamamış, problemləri həll etdikdən sonra Azərbaycan Respublikasına qayıtmışdır. Göründüyü kimi, X20 ilkin miras əmlakı açılarkən üzrlü səbəbdən kənarda olmuşdur. X12 isə ilkin miras açılarkən həmin evdə yaşasa da, ailə qurduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Məhkəmənin mübahisə üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozması həyat yoldaşı X8 mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı X2 ailə həyatı qurduqdan sonra Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktiki olaraq qəbul edilməməsinin nəzərə almamasında ifadə olunur. Məhkəmə iddia tələbini qismən təmin edərkən X5nun mirası qəbul etməsi və qarşılıqlı iddia üzrə iddiaçı X2 ailə həyatı qurduqdan sonra miras əmlakı olan mənzildə deyil, başqa ünvanda yaşaması səbəbindən həmin mənzili faktik olaraq qəbul etməməsinə dair faktiki hallar üzrə araşdırma aparmamışdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən bununla bağlı qənaətini mötəbər sübutlara deyil, daha çox cavabdehlərin ifadələri ilə əsaslandırmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Zöhraboviçin nümayəndəsi və vəkili X23 miras əmlak olan Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzildə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Zöhraboviçin payının müəyyən edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsinin qanuniliyini mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərinin həcmində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 31.xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsəlik yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə paylar bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılığını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1252-ci maddəsinə əsasən(köhnə redaksiyada) əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1255-ci maddəsinə əsasən(köhnə redaksiyada) qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsas yaranmışdır. Məhkəmə kollegiyası ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzilinin faktik olaraq onun tərəfindən qəbul edilməsinə dair dəlili üzrə qeyd edir ki, mübahisəli Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzilinin mülkiyyətçiləri (X28 və X13) vəfat etdikdən sonra həmin mənzildə miras payları olan şəxslərin siyahısı iş materiallarından (səh. 27) görünür. Hazırkı qətnamədən yalnız İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 14 oktyabr 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqe baxımından və müəyyən edilən halın apellyasiya şikayəti verən şəxsin üstün mənafeyinə zidd olaraq dispozitivlik prinsipinin pozulması ilə nəticələnə biləcəyindən miras əmlakın faktiki qəbulu səbəbi ilə apellyasiya şikayətinə əsasən İddiaçı daha çox payın müəyyən edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Beləliklə, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən İddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzil ona düşən payın daha çox olmasını sübut edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mirası qoyan X18 06 oktyabr 1998-ci ildə ölümündən sonra miras mənzili birinci növbəli vərəsələrdən arvadı X13 və övladı X22 idarə etməklə faktiki qəbul edib. X20 isə atası öldükdən bir müddət sonra ölkəyə geri qayıdaraq mübahisəli mənzildə yaşayıb və 11 noyabr 2005-ci il tarixdə İddiaçı ilə ailə quraraq onu da həmin mənzilə köçürüb. Daha sonra, X3 03 may 2005-ci ildə ölümündən sonra mənzili birinci növbəli vərəsələrdən X20 və X22 idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Onların ölümündən sonra isə mirası idarə etməyə faktik başlamaqla X8 arvadı İddiaçı, X9 övladı X12 qəbul edib. Hazırda miras evdə İddiaçı ¼ hissədə, X2 isə ¾ hissədə payları vardır. Məhkəmə kollegiyası Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən miras əmlak olan 33 saylı mənzilə İddiaçı ¼ hissədə payının müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, mirası qoyanın övladı X20 rəsmi nikah əsasında X25 ilə ailə qurub və onların birgə nikahından Eldar və Ruslan adlı övladları doğulub. 25 dekabr 2001-ci il tarixdə X20 ilə X25 arasında bağlanmış nikah pozulub. Bundan sonra, 11 noyabr 2005-ci il tarixdə X20 rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub, 03 mart 2022-ci il tarixdə isə ölüb. Göründüyü kimi, X18 06 oktyabr 1998-ci il tarixdə, X3 03 may 2005-ci il tarixdə, habelə X8 isə 03 mart 2022-ci il tarixdə ölmələri ilə onlardan miras qalmış mənzilə vərəsəlik açılıb. Mülki Məcəllənin 1159.1.1-ci maddəsində qanun üzrə vərəsə sayılan şəxslərin dairəsindən və onların vərəsəliyə çağırılması növbəliyindən bəhs olunur və həmin normada göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, arvadı (əri), valideynləri bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci instansiya məhkəməsi, miras mənzildə İddiaçı payını ¼ hissədə müəyyən edərkən, mirası qoyan X8 digər birinci növbəli vərəsələrinin olub-olmaması, vərəsələrin dairəsi, qalan vərəsələrin vərəsəliyə çağırıldıqlarını bildikləri gündən üç ay ərzində mirasın qəbulundan imtina edib-etməmələri ilə bağlı heç bir araşdırma aparmamış, İddiaçı, ümumiyyətlə, Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlunun vərəsəliyə çağırılmaları üçün olduqları yeri müəyyənləşdirməməsini, onların vərsəliyə çağırılmaları üçün ağlabatan tədbirlər görməməsini, əksinə, onların mirasa vərəsə olmalarını gizlətməsini nəzərə almadan, yalnız onun irəli sürdüyü arqumentlərlə kifayətlənərək, ilk iddianı qeyd olunan hissədə təmin etməklə, əslində, işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlunun miras mənzilə vərəsəlik hüquqlarına dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Halbuki Mülki Məcəllənin 1300-cü maddəsinin mənasına görə miras əmlak qanun üzrə vərəsələr arasında bərabər surətdə paylar müəyyən edilməklə bölüşdürülür və bütün birinci növbəli vərəsələrin miras əmlakdan pay almaq hüquqları vardır. Buna görə də mirasa vərəsəlik açıldıqda bütün vərəsəlik hüququ olan vərəsələr vərəsəliyə çağırılmalı və miras əmlak onlar arasında bərabər payda bölüşdürülməlidir. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Digər tərəfdən, işin mübahisələndirilməyən hallarına görə hazırkı iddia ərizəsi məhkəmənin icraatına 29 avqust 2022-ci il tarixdə daxil olub və mülki iş məhkəmənin icraatında olduğu dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilib və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salıb. Belə olan halda vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, ilk iddia tələbinin əsaslılığını yuxarıda sadalanan normaların tələbləri baxımından hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hazırkı işdə mirası qoyan X8 03 mart 2022-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən mənzildəki payına vərəsəlik açılıb və onun birinci növbəli vərəsələri olan Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlu vərəsəliyə çağırıldıqlarını bildikləri və ya bilməli olduqları gündən üç ay ərzində mirasın qəbulundan imtina etməyiblər. Belə olan halda qəbul edilmiş sözügedən miras mənzildəki paya vərəsəlik açıldığı gündən məhz birinci növbəli vərəsə kimi onların da mülkiyyət hüququ olub və miras əmlakdan onlara çatası pay müəyyən edilməlidir. Kollegiya onu da nəzərdən qaçırmır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlunu işə cəlb etməməklə prosessual pozuntuya yol vermiş, nəticədə onlar birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan məhrum olmuşlar. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs2 Zöhrab oğlu və Maraqlı şəxs1 Zöhrab oğlu (vəkilləri Vəkil2) eyni məzmunlu kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4096/2025 saylı qərardadı Maraqlı şəxs2 Zöhraboviç və Maraqlı şəxs1 maraqlı şəxs kimi işə cəlb olunmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1874/2025 saylı qətnaməsi ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs2 Zöhraboviç və Maraqlı şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-634/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsindən yalnız İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə və Maraqlı şəxs2 Zöhraboviç və Maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinin yerinə yetirilərək adıçəkilən şəxslərin mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə apellyatorun şikayətinə münasibətdə qətnamənin dəyişdirilməsi mövcud məhkəmə təcrübəsinin pozularaq apellyatorun şikayətinin onun ziyanına həll edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsi ilk iddianın təmin edilən hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1498/2022 saylı qətnaməsi ilkin iddianın təmin edilən hissəsində dəyişdirilsin. İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs2 Zöhraboviç və Maraqlı şəxs1 tərəfindən Şirvan şəhəri Energetik küçəsi 3 saylı evdə yerləşən 33 saylı mənzilin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilərək həmin mənzildə hər birinin 1/12 hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı dövlət notariat ofisinə həvalə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1473/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1473/2025
10.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver