Məhkəmə qərarları › İş №2(106)-1489/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1489/2025

10.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1489/2025 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ************ nömərli çıxarışdan görünür ki, Lerik rayonu, Blaband kəndində yerləşən xüsusi mülkiyyət növü olan 0,687 ha torpaq sahəsinin 7/8 hissəsi (qeydiyyat nömrəsi: **********) İddiaçı, 1/8 hissəsi isə X6 məxsusdur. Iş materiallarında olan Lerik rayonu Blaband kənd Icra Nümayəndəliyi tərəfindən verilmiş AZ-II seriyalı, ****** №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ## ###### 2025-ci il tarixdə vəfat etmişdir. Iş materiallarında olan JN-0183, KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X3, X9, cavabdeh1, X4, X1, X11, X10, X16 Lerik rayon X17 ## ##### 2001-ci il tarixli, ** saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,42 ha torpaq sahəsi verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Lerik rayonu, Blaband kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (Torpaq sahəsinin harda yerləşməsi və koordinatlarını göstərən texniki sənəd) ilə iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazi çevrəsində yerləşməsi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Lakin İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından Lerik rayonu, Blaband kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində öz əksini tapmışdır. Lerik rayonu, Blaband kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazi çevrəsində yerləşməsi və “Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına əsasən torpaqların elektron kadastr uçotu işləri aparılmış və hazırlanmış həmin məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X3, cavabdeh3, X4 və cavabdeh1 tərəfindən istifadə edilməməsi və iddia edilən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Belə ki, iddiaçı İddiaçı tərəfindən iddia edilən mübahisəli 1,13 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən 0,60 ha hissəsinin (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) cavabdehlər X3 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi və 0,53 ha hissəsinin (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X7 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin cavabdehlərin və qeyrilərinin faktiki istifadələrində olması müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyi ilə müəyyən olunur ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməklə sənəd üzrə koordinatların tam həcmdə faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Lakin İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti olmadığından Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır.2. Araşdırma zamanı Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-183 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə cavabdehlər X3, cavabdeh3, X4, cavabdeh1 və digərlərinin mülkiyyətlərinə verilmiş 1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissədən (0,7672 ha və 0,6487 ha) ibarət olması müəyyən edilmiş və həmin torpaq sahələrinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən sözügedən 1,42 ha torpaq sahəsinin 0,7672 ha hissəsinin cavabdehlər tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsindən (mübahisəli ərazidən) orta hesabla 1175 m məsafə fərqi ilə, 0,6487 ha hissəsinin isə orta hesabla 680 m məsafə fərqi ilə kənarda yerləşməsi müəyyən edilmişdir. (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Cavabdehlər X3, cavabdeh3, X4, cavabdeh1 və digərlərinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətlərində olan sözügedən 1,42 ha torpaq sahəsinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun üç hissədən ibarət olmaqla, bir hissəsinin (0,60 ha hissəsinin) mübahisəli ərazidə, qalan hissələrinin isə mübahisəli ərazidən kənarda öz əksini tapması müəyyən olunmuşdur. Sözügedən 1,42 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində mübahisəli ərazidə öz əksini tapan 0,60 ha hissəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-183 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə cavabdehlər X3, cavabdeh3, X4, cavabdeh1 və digərlərinin mülkiyyətlərinə verilmiş 1,42 ha (iki yerdə 0,7672 ha və 0,6487 ha olmaqla) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. 1-ci sualın cavabında qeyd olunduğu kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə 0,14 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlər X3, cavabdeh3, X4, cavabdeh1 və digərlərinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan 0,60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə 0,014 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X7 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan 0,53 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddiaçı İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və iddia edilən torpaq sahəsinin koordinatlarının sənəd üzrə koordinatlara uyğun olmaması müəyyən olunmuşdur. Iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən mübahisəli 1,13 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən 0,60 ha hissəsinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında cavabdehlər X3 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi və 0,53 ha hissəsinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X7 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və iddia edilən torpaq sahəsinin cavabdehlərin və qeyrilərinin faktiki istifadələrində olması müəyyən olunmuşdur. 4. Əvvəlki sualların cavablarında qeyd olunduğu kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə 0,15 ha hissəsinin koordinatlarının cavabdehlər cavabdeh3, X4, cavabdeh1 faktiki istifadələrində olan 1,13 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı İddiaçı cavabdehlər X3, cavabdeh3, X4 və cavabdeh1 qarşı “özgənin qanunsuz sahibliyində olan torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Lerik rayonu, Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsinin cavabdehlər X3, cavabdeh3, X4 və cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarışa əsasən Lerik rayonu Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsinin 7/8 hissəsi xüsusi mülkiyyət hüququ ilə ona, 1/8 hissəsi isə mərhum atası X6 məxsusdur. Atası ##.##.2005-ci il tarixində vəfat etmişdir. Qeyd olunan torpaq sahəsi əsassız olaraq qonşu kənd sakinləri cavabdehlər X3, cavabdeh3, X4 və cavabdeh1 tərəfindən zəbt olunmuş, onların həmin torpaq sahəsindən onun iradəsinə zidd şəkildə istifadə edirlər, əkib becərirlər. O, cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmaqlarını, torpaq sahəsini ona təhvil verilməsini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə həmin torpaq sahəsindən çıxmaqdan boyun qaçırmışlar. hazırda sözügedən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması onu sözügedən əmlakdan maneəsiz istifadə etmək, əmlakın üzərində sərəncam vermək və qanunvericiliyin ona verdiyi bu kimi digər huqulardan məhrum etmişdir. Ona görə də hazırkı tələb ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi “X3” vəfat etdiyinə görə onun cavabdehlər sırasından çıxarılmasını, iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi X4 “Babayev” soyadı ilə əvəzlənməsini, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ona məxsus Lerik rayonu Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsininin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi X5 izahatında bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin ## ###### 2022- ci il tarixli ekspertiza qərardadında qoyulmuş suallara uyğun müxətəssis rəyi verilmiş və həmin mütəxəsiss rəyi əsasında da Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi verilmişdir. Belə ki, rəydən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun gəlmir. Koordinatlar ümumiyyətlə faktiki istifadə vəziyyətinə uyğun gəlmir. Belə ki, iddiaçıya torpaq sahəsi veriləndən faktiki istifadəsi mövcud olunmamışdır. Iddia olunan torpaq sahəsi uzun müddətdir ki, cavabdehlərin istifadəsidədir və baxış keçirilən zaman da əkin aparıldığı müəyyən edilmişdir. Bu uyğunsuzluqların aradan qaludurulması ilə bağlı cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il # #### tarixli *** nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən elektron uçot xəritələri tərtib olunmalı və həmin xəritələr faktiki vəziyyətə uyğun hər kəs torpaq sahəsindən hansı formada istifadə edirsə sənədlərdə də torpaq sahəsinin ölçüsü saxlanılmaq şərtilə həmin formaya uyğunlaşdırılması qeyd edilmişdir. Həmin Fərmanın tələblərinə uyğun olaraq Lerik rayonu Blaband kəndi, eyni zamanda Lüləkəran, Osnağaküçə kəndlərində elektronlaşma işləri getmişdir. Həmin torpaq sahəsi də uzun müddət cavabdehlərin istifadəsində olduğundan Fərmanın tələblərinə uyğun olaraq (faktiki istifadə vəziyyətinə uyğun olaraq) həmin 1,13 ha torpaq sahəsinin 0,53 ha hissəsi X7, 0,60 ha hissəsi isə X3 və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahəsi kimi (mülkiyyəti kimi) göstərilmişdir, yəni həmin torpaq sahəsi cavabdehlərin istifadələrində olduğundan xəritələrdə onların torpaq sahəsi kimi uyğunlaşdırılmışdır. Beləliklə, mübahisəli torpaq sahəsi (cavabdehlərin istifadəsində olan torpaq sahəsi) elektron uçotun tələblərinə uyğun olaraq elə onların öz istifadəsi kimi təsvir olunmuş və elektron uçota da onların sənədi kimi vurulmuşdur. Iddiaçıya məxsus torpaq sahəsi köhnə torpaq komitəsi vaxtı tərtib edilmiş xəritələrdə həmin massivə düşsə də, cavabdehlərin istifadə etdiyi torpaq sahəsinə tam şəkildə düşmür, eləcə də elektron uçot məlumatlarında iddiaçının torpaq sahəsi üzrə istifadəsi olmadığı üçün yeni xəritədə onun üçün torpaq sahəsi çəkilməmişdir. Bunun üçün həmin kəndin ərazisində bələdiyyədən, ərazi icra nümayəndəliyindən artıq torpaq istifadəçiləri müəyyən edilməli və vətəndaş üçün xəritədə torpaq sahəsi çəkilməlidir. Mütəxəssis yekun olaraq izahatında tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt və istifadə olunması halının müəyyən edilmədiyini bildirmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə (Hakim: Yusif Zeynalov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 101.3, 103.1, 88, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə tam uzlaşmamışdır. Başqa sözlə, Lerik rayonu, Blaband kəndində yerləşən iddiaçıya məxsus 0,687 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi iddiaçı tərəfindən sübut olunmamış, əksinə torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı İddiaçı və qeyrisinin mülkiyyətində olan sözügedən 0,687 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X3, cavabdeh3, X4 və cavabdeh1 tərəfindən istifadə edilməməsi və iddia edilən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapması müəyyən olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmənin nəzərinə çatdırım ki, Lerik Rayon Məhkəməsi *(***)-*/**** saylı iş üzrə ## #### 2025-ci il tarixli qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmamışdır. Belə ki, cavabdehlərin sözügedən torpaq sahəsindən istifadə etməsi üçün hər hansı subyektiv hüququ olmadığı halda məhkəmə torpaq sahəsinin onlara məxsus olduğu qənaətinə gəlmiş və mənim iddia tələbimi təmin etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 şəxsinin əməkdaşlarından ibarət müətəssislər tərəfindən verilmiş rəy əsasından məlum olur ki, mənə məxsus torpaq sahəsinin yerləşdiyi kordinatları daxilində olan sahə cavabdehlər tərəfindən zəbt olunmuşdur. Lakin buna baxmayaraq xüsusi mülkiyyət hüququ ilə mənə məxsus olan torpaq sahəsini mən cavabdehlərin qanunsuz sahibliyindən ala bilmirəm. Bütün bunlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını araşdırmamış, məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq vardır. Ona görə də hesab edirəm ki, Lerik Rayon Məhkəməsinin *(***)- */**** saylı iş üzrə qəbul olunmuş ## #### 2025-ci il tarixli qətnaməsi ləğv olunmalı, mənim iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə ona istinad etmişdir ki, JN-0183, KOD ******** saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X3, X9, cavabdeh1, X4, X1, X11, X10, X16 Lerik rayon X17 ## ##### 2001-ci il tarixli, ** saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,42 ha torpaq sahəsi verilmişdir. Guya cavabdehlər həmin torpaq sahəsindən istifadə edir. Yəni onların zəbt etdiyi torpaq sahəsi mənim mülkiyyətimdə olan torpaq sahəsi yox, dövlət aktı əsasında onlara verilmiş torpaq sahəsidir. Məhkəmənin bu qənaəti ilə razı deyiləm. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlar əsasında məlum olur ki, torpaq sahəsi yuxarıda adları çəkilən şəxslərə dövlət aktı əsasında verilmişdir. Dövlət aktında göstərilən torpaq sahəsi həmin şəxslərin mülkiyyəti kimi Dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Torpaq sahəsi yuxarıda qeyd olunan şəxslərin mülkiyyətində olsa belə həmin torpaq sahəsinin harada yerləşməsi, yəni torpaq sahəsinin koordinatları, plan ölçüsü barədə hər hanası bir məlumat yoxdur. Məhkəməyə təqdim etdiyim sübutlardan göründüyü kimi cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinə mənim mülkiyyət hüququmu tanımışdır. Belə olduğu halda mənim həmin torpaq sahəsinin cavabdehlərin qanusuz sahiblliyindən alınaraq mənə verilməsi tələbim tam qanunidir. Lakin buna baxmayaraq məhkəmə mənim bu hüququmu təmin etməmişdir. Ona görə də hesab edirəm ki, birinci instansiya məhkəməsinin *(***)-*/**** saylı iş üzrə qəbul olunmuş ## #### 2025-ci il tarixli qətnaməsi ləğv olunmalı, mənim iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir”. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak etmiş iddiaçı İddiaçı izahatında apellyasiya şikayətini müdafiə etdiyini, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razılaşdığını bildirmişdir. Belə ki, həmin rəydə 0.14 ha torpaq sahəsinin kəsişdiyi göstərilir, buna görə də iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak etmiş cavabdeh3, cavabdeh2 apellyasiya şikayəti ilə razı olmadıqlarını, onlara dövlət aktına əsasən torpaq sahəsinin onlara verildiyini, uzun müddətdir ki, istifadələrində olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. 25. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın; Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5 mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Lerik Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi barədə gəlinmiş nəticə həm iş üzrə müəyyən edilmiş faktiki hallara, həm də tətbiq edilmiş maddi və prosessual hüquq normalarına tam uyğundur. Iş materiallarının məzmunu göstərir ki, mübahisənin mahiyyəti iddiaçının mülkiyyət hüququnun mövcudluğu ilə deyil, həmin hüququn konkret olaraq hansı sahəyə aid olması və bu sahənin cavabdehlərin qanunsuz sahibliyində olub-olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi də məhz bu əsas məsələləri araşdıraraq haqlı nəticəyə gəlmişdir. Iş materiallarına əsasən, iddiaçı İddiaçı adına Lerik rayonu, Blaband kəndində yerləşən 0,687 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış mövcuddur. Lakin həmin çıxarışın mövcudluğu, özözlüyündə, iddiaçının məhz cavabdehlərin istifadə etdiyi konkret sahəni tələb etmək hüququnun sübutu kimi qiymətləndirilə bilməz. Torpaq mübahisələrində əsas hüquqi məsələ yalnız mülkiyyət hüququnun sənədlə təsdiqlənməsi deyil, həmin sənədin naturada hansı konkret əraziyə uyğun gəldiyinin müəyyən edilməsidir. Məhz bu baxımdan ekspert və mütəxəssis rəyləri həlledici əhəmiyyət kəsb etmişdir. Iş materiallarında olan mütəxəssis və ekspert rəyləri ardıcıl şəkildə göstərir ki, iddiaçının çıxarışında və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar faktiki vəziyyətlə tam üst-üstə düşmür. Rəylərdə ayrıca qeyd olunur ki, sözügedən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və bölgü layihəsindəki cizgilər əsasında işlənilmişdir, lakin həmin sənəd üzrə koordinatlar naturada mövcud vəziyyətə uyğun gəlməmişdir. Bu isə o deməkdir ki, iddiaçının sənəd üzərində göstərilən sahəsi ilə faktiki istifadə edilən sahə arasında hüquqi və coğrafi uyğunluq müəyyən edilməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi üzrə aparılmış araşdırmalar nəticəsində iddiaçının torpaq sahəsinin faktiki istifadə vəziyyətinin olmadığı, buna görə də ayrıca istifadə sahəsi kimi rəqəmsal kadastr xəritəsində əks olunmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin sistemdə iddiaçının iddia etdiyi mübahisəli ərazinin cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi kimi əks olunması müəyyən edilmişdir. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə nəticəyə gəlməsi tamamilə məntiqli və hüquqi baxımdan əsaslıdır. Çünki qanunsuz sahibliyin geri qaytarılması tələbi yalnız mülkiyyət hüququnun deyil, həm də mübahisəli əşyanın cavabdehin sahibliyində olmasının sübut olunmasını tələb edir. Bu sübutlar isə iş üzrə toplanmış materiallarla təsdiq edilmir; əksinə, onların təkzib edilməsi mümkün olmamışdır. Apellyasiya icraatında alınmış mütəxəssis rəyi də eyni hüquqi nəticəyə gətirib çıxarır. Həmin rəydə göstərilir ki, iddiaçının mülkiyyətində olan 0,687 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə cavabdehlərin JN-*** nömrəli dövlət aktı üzrə mülkiyyətlərinə verilmiş 1,42 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bundan əlavə, həmin 1,42 ha sahənin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi üzrə iki hissədən ibarət olmaqla naturada başqa ərazilərdə yerləşdiyi, yalnız bir hissəsinin mübahisəli əraziyə uyğun gəldiyi, digər hissələrin isə mübahisəli sahədən kənarda olduğu müəyyən edilmişdir. Bu faktlar göstərir ki, tərəflər arasında yaranmış mübahisə sadəcə torpaq sahəsinin sənəd üzərində mövcudluğu ilə deyil, həmin sənədin naturada konkret hansı əraziyə uyğun gəlməsi ilə bağlıdır. Məhkəmə də məhz bu məsələni araşdırmış və düzgün nəticəyə gəlmişdir. Iddiaçı apellyasiya şikayətində əsasən ondan çıxış edir ki, onun adına qüvvədə olan çıxarış mövcuddur və bu, özlüyündə iddianın təmin edilməsi üçün yetərlidir. Lakin bu yanaşma hüquqi baxımdan yetərli deyil. Belə ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərdə məhkəmə təkcə hüquqmüəyyənedici sənədin mövcudluğunu deyil, həmin sənədin hansı konkret əşyaya və ya əraziyə aid olduğunu, həmçinin həmin əşyanın və ya ərazinin cavabdehin qanunsuz sahibliyində olub-olmadığını araşdırmalıdır. Hazırkı işdə isə ekspert və mütəxəssis rəyləri göstərir ki, iddiaçının sənəd üzrə sahəsi ilə naturadakı faktiki istifadə sahəsi eyni deyil və iddiaçının tələb etdiyi ərazi cavabdehlərin faktiki istifadəsində olan sahə ilə tam uyğunlaşmır. Bu səbəbdən iddia tələbinin təmin olunması üçün zəruri olan əsas faktiki baza sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını gücləndirən başqa bir mühüm cəhət ondan ibarətdir ki, iddiaçının öz tələbi faktiki olaraq torpaq sahəsinin naturada müəyyən olunması ilə bağlı ziddiyyət daşıyır. Bir tərəfdən iddiaçı müəyyən bir sahənin ona məxsus olduğunu bildirir, digər tərəfdən isə mütəxəssis rəyləri həmin sahənin sənəd üzrə koordinatlarının faktiki vəziyyətlə uyğun olmadığını müəyyən edir. Bu halda məhkəmə çıxarışa formal yanaşıb iddianı avtomatik təmin edə bilməzdi. Əksinə, məhkəmə hüquqi müəyyənlik prinsipinə, sübutların qiymətləndirilməsi qaydasına və torpaq münasibətlərində faktiki istifadə ilə sənədli təsvirin uzlaşdırılması zərurətinə uyğun davranaraq düzgün mövqe tutmuşdur. Nəticə etibarilə, iş üzrə toplanmış sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tam dəstəkləyir. Iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada hansı konkret sahəyə uyğun gəldiyi tam və şübhəsiz şəkildə sübuta yetirilməmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi faktı təsdiq olunmamış, əksinə həmin sahənin cavabdehlərin faktiki istifadəsində olması müəyyən edilmişdir. Buna görə də Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni, əsaslı və işin faktiki hallarına uyğun hesab edilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Kollegiya qeyd edir ki, iş üzrə ödənilmiş məhkəmə xərcləri onu ödəmiş tərəfə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Iş üzrə ödənilmiş məhkəmə xərcləri onu ödəmiş tərəfə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar