Məhkəmə qərarları › İş №2(106)-149/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-149/2023

19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-149/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X22 katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) ərizə təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN- 0076 seriyalı kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2, X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş JN-0076 seriyalı Kod 80102038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsində ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hər birinin mülkiyyət paylarının ayrı-ayrılıqda 1/3 (üçdə bir) hissədə müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin mülkiyyətçilərin adlarına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında DƏDRXnin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)- 595/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan JN-0076 Kod 80102038 saylı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında səhvən X3 yazılmış adın Ərizəçi2 kimi qeyd olunması, səhvən daxil edilmiş X18 adının aktdan çıxarılması, həmin aktın X16, X6, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının, valideynlərinə düşən payda hər birinin payı nəzərə alınmaqla payların müəyyən olunması və mülkiyyət hüququ əsasında adlarına dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikasında keçirilən torpaq islahatı ilə əlaqədar Astara rayonu Tüləgüvan kəndində X5na və dörd nəfər ailə üzvlərinə 0.29 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi adlarına JN-0076 Kod 80102038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında Ərizəçi2 adı səhvən X3 yazılmışdır. Bundan başqa, heç vaxt tanımadıqları, onların ailə üzvü olmayana və ümumiyyətlə Astara rayonu Tüləgüvan kəndi ərazisində yaşamayan X10 adı Dövlət aktına daxil edilmişdir. Belə olan halda onun və digər ərizəçilərin torpaq sahəsindən istifadə və mülkiyyət hüquqları məhdudlaşıdırılmışdır. X5 18 avqust 2015-ci il tarixdə, anası X4 10 aprel 200-ci il tarixdə ölmüşlər. Hazırda məhkəmə yolu ilə 0.29 hektar torpaq sahəsində paylarının müəyyən edilməsində zərurət yaranmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)- 595/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmiş və şikayətdə göstərilmişdir ki, Astara Rayon Məhkəməsi 09 iyun 2022-ci il tarixli 2(018)- 595/2022 saylı qətnamə çıxararkən maddi və prossesual hüquq normalarını pozaraq qeyri-obyektiv qətnamə qəbul etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. “Həvalə edilən”, maraqlı şəxs - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 10 saylı Lənkəran Ərazi İdarəsi inzibati orqandır. İşə baxarkən Astara Rayon Məhkəməsi tərəfindən əsas iddia predmetindən kənara çıxılmış, JN-0076 nömrəli həmin hüquqmüəyyənedici sənəd üzrə hüquqi əhəmiyyətli fakt tanınmış, eyni zamanda mülkiyyətçilər sırasında sayca 6-cı şəxsin (X18) mülkiyyət hüquqlarına münasibət bildirilməmişdir. Əslində həmin şəxsin adının mülkiyyətçilər sırasından bütövlükdə çıxarılması, habelə sözü gedən “Dövlət Aktı”nın verilməsinə əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarının qismən ləğv edilməsi proseduruna qanunvericiliyin tələbinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Astara Rayon Məhkəməsi qəbul etdiyi 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir: Ərizəçilər tərəfindən həmin iddia tələbi ilə onların və ailə üzvlərinin hüquqlarını pozan hal kimi (ərizəçilərin ailə üzvü sayılmayan X10 adının bütövlükdə JN-0076 nömrəli hüquqmüəyyənedici sənəddən çıxarılmasına münasibətdə) Astara Rayon Məhkəməsinə deyil, inzibati məhkəməyə yaxud inzibati orqanın imtinasından şikayət verilməli idi ki, məhkəmə ərizəçilər tərəfindən verilən tələbləri öz icraatına götürməklə aidiyyət məsələlərini pozaraq qətnamə qəbul etmişdir. Astara Rayon Məhkəməsi tərəfindən sözü gedən JN-0076 nömrəli “Dövlət Aktı”na münasibətdə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə ərizə təmin olunmuş, lakin sayca 6-cı mülkiyyətçinin (X18) ümumbirgə mülkiyyət hüquqlarına münasibət bildirilməmişdir. Həmin qətnamənin “qət etdi” hissəsində ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-0076 nömrəli “Dövlət Aktı”nın X16, X6, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilmiş, lakin həmin qətnamə ilə X10 mülkiyyət hüquqlarına münasibət bildirilməmişdir. Halbuki, həmin hüquqmüəyyənedici sənəd üzrə 6-cı qrafada barəsində qeyd olunan şəxsin ümumbirgə mülkiyyət hüququ və Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarına inzibati icraat qaydasında münasibət bildirilmədiyindən, həmin qərar aid olan hissədə hal-hazırda qüvvədədir. Astara Rayon Məhkəməsi qəbul etdiyi 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsində prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamənin “Qət etdi” hissəsinin 4-cü abzasında “həvalə edilən”, maraqlı şəxs - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanlarım təsnifatında; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 10 saylı Lənkəran Ərazi İdarəsi inzibati orqan kimi tanınmışdır. Lakin Astara Rayon Məhkəməsi - birinci instansiya məhkəməsi kimi aidiyyət qaydalarını pozaraq qətnamə qəbul etmişdir. Qətnamə Ərazi idarəsinə daxil olduqdan sonra sözü gedən əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılmış və məlum olmuşdur ki, hazırkı qətnamə üzrə adı bütövlükdə mülkiyyətçilər sırasından çıxarılan siyahı üzrə sayca 6-cı şəxsin, habelə ərizəçilərin və onların ailə üzvlərinin barəsində tərtib olunmuş həmin JN- 0076 nömrəli “Dövlət Aktı”nın arxiv nüsxəsi də mövcuddur. Məhkəmə aydınlaşdırmamışdır ki, ərizəçilər tərəfindən mübahisələndirilən Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı əsasında JN- 0076 seriyalı kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair”, Dövlət Aktına görə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, həmçinin ərizəçilərin hər birinin mülkiyyət payları ayrı- ayrılıqda 1/3 (üçdə bir) hissədə müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınmasının Ərazi İdarəsinə həvalə edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilməsi yol verilməzdir. Məhkəmə JN-0076 nömrəli “Dövlət Aktı” üzrə hüquqi əhəmiyyətli fakt tanınmış, eyni zamanda mülkiyyətçilər sırasında sayca 6-cı şəxsin (X18) mülkiyyət hüquqlarına münasibət bildirilməmişdir. Yəni, ərizəçilərin və onların ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0,29 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-0076 saylı “Dövlət Aktı” barədə Ərazi idarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsindən təhvil alınmış “Dövlət Aktlarının qeydiyyatı” kitabında da həmin “Dövlət Aktı” ilə hazırkı iş üzrə ərizəçilərin və onların ailə üzvlərinin, habelə həmin şəxslərin ailə üzvü sayılmadığı ehtimal edilən X10 barəsində də mülkiyyətçi olaraq aidiyyəti qeydlər aparılmışdır. Bununla belə, Astara Rayon Məhkəməsi 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 nömrəli qəbul etdiyi qətnaməsində, ərizəçilərin iddiaları təmin edilmiş, lakin “qət etdi” hissəsində ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-0076 nömrəli “Dövlət Aktı”nın X16, X6, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilmiş, lakin həmin qətnamə ilə X10 mülkiyyət hüquqlarına münasibət bildirilməmişdir. Hazırkı iş üzrə əsas iddia tələbi yalnız JN-0076 nömrəli “Dövlət Aktı”nda hazırkı iş üzrə ərizəçilərdən sayılan X7 hüquqmüəyyənedici sənəddə X3 göstərilən hissəyə münasibətdə yaranmış uyğunsuzluğun (reallıqda isə elə ciddi bir uyğunsuzluq mövcud deyildir) aradan qaldırılması ilə əlaqədar olmuşdur. Ümumbirgə mülkiyyətə verilmiş 0,29 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-0076 saylı “Dövlət Aktı” barədə Ərazi idarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsindən təhvil alınmış “Dövlət Aktlarının qeydiyyatı” kitabında da həmin “Dövlət Aktı” ilə hazırkı iş üzrə ərizəçilərin və onların ailə üzvlərinin, habelə həmin şəxslərin ailə üzvü sayılmadığı ehtimal edilən X10 barəsində də mülkiyyətçi olaraq aidiyyəti qeydlər aparılmışdır. TƏRƏFLƏRİN İZAHATİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 məhkəmədə ərizəni müdafiə edərək Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında Ərizəçi2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Ərazi İdarəsi Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0076 seriyalı kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2, X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Mülki işə əlavə edilmiş JN-0076 seriyalı Kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X16, X6, Ərizəçi1, X13, Ərizəçi3, X14 Astara rayonu Tüləgüvan kəndi ərazisində 0,29 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, JN-0076 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilərkən texniki səhv nəticəsində Ərizəçi2 adı X3 qeyd edilmişdir. İşdə olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, JN-0076 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilərkən texniki səhv nəticəsində əlavə olaraq X10 adı qeyd olunmuşdur. X9 ailəsində və təsərrüfatında X18 adlı şəxs olmamışdır. İşdə olan “Ölüm haqqında şəhadətnamələri”-ndən görünür ki, X6 10 aprel 2000-ci il tarixdə, X17 isə 18 avqust 2015-ci il tarixdə ölmüşlər. İşdə olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhumlar X6 və X16 ölümünə kimi Astara rayonu Tüləgüvan kəndində yaşamışlar. Onların ölümündən sonra həmin evdə aşağıdakı ailə üzvləri yaşayır: oğlu Ərizəçi1 və qızı Ərizəçi2. Çıxıb gedən vərəsə: qızı Ərizəçi3. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsi Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş JN-0076 seriyalı Kod 80102038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsində ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hər birinin mülkiyyət paylarının ayrı-ayrılıqda 1/3 (üçdə bir) hissədə müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınması və torpaq sahəsinin mülkiyyətçilərin adlarına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə həvalə edilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309-cu maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Habelə, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsi Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, X8, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsinə dair JN-0076 seriyalı kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2, X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(018)-595/2022 saylı qətnaməsi Astara rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 nömrəli qərarı ilə X9, X1, Ərizəçi1, X8, Ərizəçi3, X10 mülkiyyətinə verilmiş Astara rayonu Tüləgüvan kəndi ərazisində yerləşən 0,29 hektar torpaq sahəsinə dair JN-0076 seriyalı kod 80102038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2, X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar