Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1496/2025 01.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, habelə onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlunun iştirakı ilə, İddiaçı1 Cavabdeh (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və İmişli Rayon Yalavac Bələdiyyəsi olmaqla) qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaq üzərində olan tikilinin sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Zülfiqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı X3 cavabdeh X4 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz inşa edilmiş qurğuların sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə təhvil verilməsi, dəymiş maddi ziyanın ödənilməsi və qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Qosmalian kəndində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş üç ədəd artezian quyusunun sökülməsi, fermanın və torpaq sahəsinin azad edilməklə ona təhvil verilməsi, dəymiş maddi ziyan müəyyən edilməklə ödənilməsi və cavabdeh X2 qanunsuz hərəkətlərini davam etdirməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə rəhbəri olduğu İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaraq təsdiq edilmişdir. 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən İddiaçı1 Xırda Müəssisəsi İddiaçı1nə çevrilmiş və hüquqi varis olaraq sələfinin bütün hüquq və vəzifələrini qəbul etmişdir. 1991-ci ildə yuxanda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə tərəflərindən avtomobillər üçün yuyucu sexi inşa etdirilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır. Sonradan obyektiv səbəblərdən uzun müddət Bakı şəhərində olmuşdur. Lakin bu dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 24 fevral 2022-ci il tarixli, 32 nömrəli məktubla İmişli rayon, Yalavac Bələdiyyəsinə müraciət edilərək İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən Cavabdeh hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. İmişli rayonu, Yalavac Bələdiyyəsi özünün 04 mart 2022-ci il tarixli, 11 nömrəli məktubu ilə Cavabdeh Yalavac Bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinin ayrılması barədə heç bir arxiv sənədinin olmadığını bildirmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən Milli Arxiv İdarəsinə 11 avqust 2021-ci il tarixdə rəsmi məktubla İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsinin ayrılması ilə bağlı arxiv sənədlərinin olub-olmaması, cavab müsbət olduğu təqdirdə mövcud sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi xahiş edilmişdir. Həmin müraciətləri İmişli rayon Dövlət Arxivinə göndərilmiş və İmişli rayon Dövlət Arxivi özünün 30 avqust 2021-ci il tarixli, 100 nömrəli məktubu ilə 7 vərəqdən ibarət arxiv sənədini (xx.xx.1991-ci il tarixli qərar, akt, ayrılmış 0,50 ha torpaq sahəsinin planı, protokoldan çıxarış, məktub) təsdiq edərək Vəkil Bürosunun ünvanına göndərmişdir. Tərəflərindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə İddiaçı1nə ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 70 saylı məktubla müraciət edilmişdir. Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə müvafiq çöl ölçmə işlərini apara bilməmişlər. İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə hüququ vəziyyət yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. X17 Qanunun 7-ci maddəsinin 1-ci bəndi: Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə 1991-ci ildə sahibkarlıq fəaliyyəti üçün hüquqi şəxsə verilən (0,5ha) torpaq sahəsinin bələdiyyələr yaranarkən 2000-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır və belə torpaqlara bələdiyyələrin subyektiv hüququ yaranmır. Bələdiyyə əraziləri və torpaqları haqqında Az.Res. xx.xx.1999-cu il tarixli 771-İQ saylı Qanununun 2.1-ci bəndinə əsasən dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar Bələdiyyə torpaqlarıdır. Dövlət tərəfindən torpaqların bələdiyyə orqanlarına təhvil verilməsi prosesi müvafiq icra hakimiyyəti orqanının lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməsiylə həyata keçirilir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə dair verilmiş etirazda göstərilmişdir ki, İddiaçı1 tərəfindən Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsinə dair" iddia ərizəsi iiə imişli Rayon Məhkəməsinə müraciət edilmişdir. iddia tələbini onunla əsaslandırılmışdır ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci i! tarixli, 277 saytı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz’' kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaq təsdiq edilmişdir, 1991-ci ildə yuxarıda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə guya onun tərəfindən avtomobillər üçün yuyucu sexi inşa edilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır, sonradan obyektiv vəziyyətlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində olmuş həmin dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 24 fevral 2022ci il tatixli, 32 nömrəli məktubla İmişli rayon, Yalavac Bələdiyyəsinə müraciət edirək "xxxx" Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsindən Cavabdeh hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. Yalavac Bələdiyyəsi özünün 04 marl 2022-ci il tarixli, 11 nömrəli məktubu ilə Cavabdeh Ətiqulu oğluna Yalavac Bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinin ayrılması barədə heç bir arxiv sənədinin olmadığını bildirmişdir. AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beytəcjan Ərazi idarəsinə İddiaçı1nə ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub- olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 70 saylı məktubla müraciət edilmişdir. Kiçik müəssisəyə ayrılmış 0,5 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh tərəfindən qanunuz olaraq zəbt edilmişdir. Həmin şəxs çöl ölçmə işlərinə hər vasitə ilə maneə oldu və bu səbəbdən AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022- ci il tarixdə çöl ölçmə işlərini apara bilmədilər. "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə hüquqi vəziyyət yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. İlk növbədə qeyd etmək istərdi ki, iddiaçının mübahisələndirdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçı "Kilim” X11 torpaq sahəsi ayrılmasından 2 (iki) il əvvəl ayrılmışdır. Belə ki, cavadeh Cavabdeh imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məhəmmədlı kəndindəki su anbarının sol tərəfindən 50 metr aralı, İmişli-Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri göstərilməklə eni 36 metr, uzunluğu isə 42 metr olmaqla ilkin torpaqayırma sənədi planı (sxemi) yerqruluşu qaydasında hazırlanmaqla ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsi onun tərəfindən hasarlanmış, müəyyən tikinti işləri aparılmış və hal-hazırdada onun istifadəsindədir. Qeyd edir ki, 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında apaılırdı və torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilirdi. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinin tələbinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədlər yerdə (naturada) və xəritədə müəyyən edilir, həmin Məcəllənin 3-cü bəndinin tələbinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Eyni zamanda həmin Məcəllənin 6-cı bəndinin tələbinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinin tələbinə görə kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən 1(bir) il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 (iki) il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilirdi. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə də kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət, sahiblik istifadə və icarə hüquqlarına xitam verilir. Göründüyü kimi Cavabdeh 0,15 ha həyətyanı torpaq sahəsi ayrılarkən həmin qanunların tələblərinə uyğun ayrılmış və hal-hazırda da onun istifadəsindədır. Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə çöl ölçmə işlərinə maneə olması fikrinə gəldikdə isə bunlar hamısı iddiaçının uydurması olmaqla, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsini ələ keçirmək məqsədi daşıyır. “X17” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni zamanda həmin qanunun 10-cu maddəsinin tələbinə görə Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilerkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Cavabdehin müraciəti əsasında 'X19 və Ekpertiza Mərkəzi" MMC-nin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, təqdim olunmuş sənədlər əsasında araşdırılma aparılmaqla müvafiq mütəxəsis rəyi tərtib olunmuşdur. Həmin rəydən də müəyyən olunur ki, Cavabdeh faktiki istifadə etdiyi 0.15 ha həyətyanı torpaq sahəsi İmişli rayonu M.Ə.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında ona ayrılmış ölçülər daxilində olmaqla ilkin torpaqayırma sənədinə planına (sxeminə) uyğundur. Mütəxəssislər tərəfindən “Kilim" X11 ayrılmış torpaq sahəsinin ilkin lorpaqayırma sənədləri əsasında yerdə naturada müəyyən edilməsi üçün araşdırma apanlarkən o da müəyyən olmuşdur ki, sözügedən müəssisəyə ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi planı (sxemi) ilə natura arasında ciddi uyğyunsuzluq mövcuddur. Belə ki, ilkin sxemdə göstərilən su anbarının yanı və kənddaxili yolun yeri naturada olduğundan tamamilə fəqli yerlərdə yerləşir. Mütəxəssislər tərəfindən xüsusi proqram vasitəsi ilə İddiaçı1nə ayrılmış torpaq sahəsinin 1:10000 miqyasında olan sxem və həmin sxemdə tərpənməz nöqtələr kimi göstərilmiş kənddaxili yol və su anbarına əsasən Google Ver proqramının ortofoto görüntüləri üzərinə, yeni naturaya yerləşdirilərkən məlum olur ki, kiçik müəssisəyə ayrılmış torpaq sahəsi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda yerləşir. Bu da onu göstərir kir iddiçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Göründüyü kimi cavabdehə torpaq sahəsi yuxarıda qeyd olunan qanunların tələbinə uyğun ayrılmış və həmin cavabdeh tərəfindən 30 (otuz) ildən artıqdır ki, torpaq sahəsi fasiləsiz istifadə edilir. Göründüyü kimi iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2, habelə onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlu hər biri ayrı-ayrılıqda iddianı əsassız hesab edərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsi ilə (Hakim: Orxan Mahmud) iddianın qismən təmin edilməsi, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış torpaq sahəsinin 0,15 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin həmin hissəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi, ərazidən daşınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsinin əvəzinin Cavabdeh tutularaq İddiaçı1nə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Zülfiqar oğlu apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 nümayəndəsi İddiaçı2, habelə onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)- 520/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin və İmişli Rayon Yalavac Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən isə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli İddiaçı1 qərarından görünür ki, İddiaçı1 Nizamnamə kapitalı 20 (iyirmi) manat pul şəklində müəyyən edilmiş, İddiaçı1 direktoru vəzifəsinə İddiaçı2 təyin edilmiş, Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmiş, Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, hazır sənədlərin, o cümlədən bütün reyestr məlumatlarını əks etdirən kommersiya hüquqi şəxslərin dövlət reyestr çıxarışını və bununla bağlı digər hərəkətlərin edilməsi direktor İddiaçı2 həvalə edilmişdir. İşdə olan VÖEN ********** nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X14 haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2017-ci il tarixdə qeydiyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. İşdə olan İmişli rayonu Yalavac Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, İmişli rayon Məhəmmədli kənd sakini Cavabdeh Yalavac bələdiyyəsi tərəfindən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi barədə Yalavac bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur. İşdə olan İmişli Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 100 nömrəli məktubundan görünür ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokol kitablarına baxılarkən XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarı ilə həqiqətən İmişli rayonunun Məhəmmədli kəndi ərazisindən İmişli rayonunda fəaliyyət göstərmiş İddiaçı1 kiçik müəssisəsinə 0.5 ha torpaq sahəsinin ayrılması və obyektin layihələndiriliməsinə razılıq verilməsi haqqında qərar və qərarın verilməsinə əsas olan sənədlər aşkarlanmışdır. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №- li qərarından görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İşdə olan İmişli rayonunun “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli 3 №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından İmişli İddiaçı1 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmişdir. İşdə olan İmişli İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsinin planından görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış 0,50 ha sahənin miqyası və planı kril hərifləri ilə baş yer qurluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. İmişli rayon XDS İcraiyyə komitəsi tərəfindən tərib edilmiş aktdan görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə və qərbdən İmişli bir may yolu ilə əhaət olunmuşdur. Ayrılmış sahədə söküləcək tikinti yoxdur. Ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan sanitariya yanğından mühafizə normalarına tam uyğun hesab edilir. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 №-li iclas protokolundan görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer qurluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İmişli Rayon XDS İcraiyyə Komitəsinin sədri Ə.Mürsəlova ünvanlanmış xx.xx.1991-ci il tarixli 04 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Xarici X7 üzrə “Diyar” assosiasiyası İmişli İddiaçı1 xırda müəssisəsinin rəhbərliyi Sizdən xahiş edir ki, Məhəmmədli kəndi əhalisinə texniki xidmət göstərmək üçün Məhəmmədli kəndindən 0,5 hektar torpaq sahəsi ayrılmasına köməklik göstərilməsi və həmin sahədə yuyucu stansiyasi və avtomobillərə xidmət sexi tikməyi nəzərdə tutmuşdur. İmişli rayonu M.B.Qasımov adına kolxoz idarə heyyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli iclas protokolunun çıxarışından görünür ki, İmişli rayonu, Məhəmmədli kəndində yaşayan kolxozun üzvü Cavabdeh həyətyanı torpaq sahəsinin olmaması ilə bağlı ərizəsi nəzərə alınmaqla ona İmişli rayonu, Məhəmmədli kəndinin ərazisindəki, su anbarının sol tərəfindən 50 metr aralıdakı İmişli – Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Kolxoz torpaq komissiyasına tapşırılmışdır ki, ayrılmış torpaq sahəsini ölçüb Cavabdeh təhvil verməklə bu torpaq sahəsinin təyinatı üzrə istifadə olunması haqqında torpaq vergisini ödəməsi ona izah olunmuşdur. Məhəmmədli kənd sakini Cavabdeh ayrılmış həyatyanı torpaq sahəsinin planı və miqyasından görünür ki, İmişli Aqrokombinatının baş yer quruluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X12 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 29 aprel 2024-cü il tarixli № 2-1 (036)- 520/2024 (filila daxil olma tarixi 21 may 2025-ci il) qeydiyyatlı məktubunuza təkrar cavab olaraq bildirilir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun sənədləri, İmişli rayon X20 İcraiyyə Komitəsinin sənədləri və Azərbaycan SSR İmişli rayonu Ulduz kolxozunun sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialına təhvil verilməyib. İmişli Rayon Dövlət Arxivinin 33 saylı vəkil bürosunun müdiri Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 21 nomrəli məktubundan görünür ki, İmişli rayon M.B.Qasımov adına kolxozun İmişli Rayon Dövlət Arxivində hər hansı bir iclas protokolu saxlanılmır. Adı gedən kolxozun Arxivdə yalnız 1992-1996-cı illərin son hesablaşma kitabları saxlanılır. Kolxoza aid digər sənədlər mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli Rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq bildirdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli qərarı mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı və qərarın verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. İşdə olan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-3908/2023 saylı Mütəxəssis rəyindən görünür ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. Eyni zamanda ölçmə işləri zamanı qeyd olunan 0.50 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İmișli rayon Məhķəməsi tərəfindən sonradan 27 dekabr 2022-ci il tarixli 2(036)-2893/2022 sayli məktub vasiləsi ilə təqdim olunan sənadlər əsasında (xx.xx.2023-cü il tarixli ********** nömrə ilə qeydə alınmışdır.)İmişli rayonu keçmiş M.B Qasımov adına kolxozun adına idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nomrəli iclas protokuluna əsasən, X8 aynlmış 0.10 ha torpaq sahəsinin (İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı qərarina əsasən, X8 ayrılmıs 0.04 ha torpaq sahasi 0.10 ha torpaq sahəsinin daxilində yerləşir) və İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun adına idarə heyatinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokuluna əsasən Cavabdeh ayrılmıș 0.15 ha torpaq sahəsinin də hüdudları müəyyən olunmuşdur. İmişli rayon XDS lcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli idas protokolundan çıxarışa və 28 İddiaçı1 Müstəqil sentyabr 1991-ci il tarixli, 277 saylt qərarına əsasən “Kiçik” müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə olunmaqla 0,10 ha hissəsi Əliqulu oğlu tərəfindən istifadə olunur. X13 va 0.15 ha hissəsi isə X5 tərəfindən istifadə olunur. lmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən X22 ogluna ayrılmış 0.04 ha torpaq sahəsinin hüdudları ləğv edilmiș Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş yerqurulușu planına əsasən müəyyən edilmişdir. Qeyd: İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il larixli 10 saylı qərarına əsasən, X9 ayrılmıș 0.04 ha torpaq sahəsi lmisli rayonu keçmis M.B. Qasimov adina kolxozun adına idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokuluna əsasən, X22 ogluna ayrılmiş 0.10 ha törpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan 0.04 ha orpaq sahəsinə müdaxilə faktı mövcud deyildir və X13 tərəfindən istifadə olunur. İşdə olan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-2091/2024 saylı Mütəxəssis rəyindən görünür ki, cavabdehlər X6 və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri yerində müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, X6 faktiki istifadəsində 0.10 ha və Cavabdeh faktiki istifadəsində isə 0.34 ha torpaq sahəsi mövcuddur. Cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sabəsstvn ölçusu eynidir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü arasında uyğunsuzluq vardır. Cavabdeh ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. İddiaçı1 müstəqii kiçik müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə faktları vardır. “Kilim“ X11 ayrılmış 0.50 ha torpaq sahəsinin 3.10 ha hissəsi X13 və 0.15 ha hissəsi isə Cavabdeh Əlqulu oğlu tərəfindən istifadə olunur. X6 faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsi İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1589cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış; ayrılmış 0.10 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda göstərilən ölçü daxilində istifadə olunur. Torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına (ilkin torpaqayırma sənədinə) uyğundur. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) X8 0.10 ha həyətyanı torpaq sahəsi üçün ayrılmasına baxmayaraq naturada məzar daşının hazırlanması sexi kimi istifadə olunur. X8 ayrılmış 0.10 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17 mart 2006-cı tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əlavə olunmuş texniki pasportda göstərilən parametrlərə uyğunluğunu tərtib olunmuş sxemdə istinad nöqtələrinin olmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır . Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, cavabdeh X13 tərəfindən inşa edilmiş Köməkçi tikili (alətlər otağı) və qurğular qeyd olunan 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh İmişli rayonu keçmiş M. B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) ayrılmış 0.15 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda istərilən ölçü daxilində istifadə olunmur. İstifadəsində olan torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş quruluşu planına (ilkin torpaqayırma sahəsinə) uyğun deyildir, Cavabdeh ayrılmış 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş qeyri-yaşayış binası (çayxana) və yaşayış evi kimi istifadə edilən torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında göstərilən ərazidə yerləşir. İddiaçı1nə "Ulduz" kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi X8 və Cavabdeh ayrılmış torpaq sahələrinin ölçülərinə uyğun deyildir. İddiaçı1 müstəqil kiçik müəssisəsınə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi isə X6 istifadəsində olan 0.10 ha sahəsi və Cavabdeh istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üstüstə düşür. X6 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsində inşa edilmiş tikili məzar daşının hazırlanması zamanı xidməti istifadə üçün nəzərdə tutulmuş köməkçi tikili (alətlər otağı) kimi istifadə olunur. Eyni zamanda 0.10 ha torpaq sahəsində məzar daşının hazırlanması üçün qurğular mövcuddur. Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin 60 kv.m hissəsi çayxana və 24 kv.m hissəsi isə yaşayış evi kimi istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3365 nömrəli Ekspert rəyindən görünür ki, cavabdehlər X6 və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri yerində müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, X6 faktiki istifadəsində 0.10 ha və Cavabdeh faktiki istifadəsində isə 0.34 ha torpaq sahəsi mövcuddur. Cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sabəsstvn ölçusu eynidir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü arasında uyğunsuzluq vardır. Cavabdeh ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. İddiaçı1 müstəqii kiçik müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə faktları vardır. “Kilim“ X11 ayrılmış 0.50 ha torpaq sahəsinin 3.10 ha hissəsi X13 və 0.15 ha hissəsi isə Cavabdeh Əlqulu oğlu tərəfindən istifadə olunur. X6 faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsi İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1589-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış; ayrılmış 0.10 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda göstərilən ölçü daxilində istifadə olunur. Torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına (ilkin torpaqayırma sənədinə) uyğundur. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) X8 0.10 ha həyətyanı torpaq sahəsi üçün ayrılmasına baxmayaraq naturada məzar daşının hazırlanması sexi kimi istifadə olunur. X8 ayrılmış 0.10 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17 mart 2006-cı tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əlavə olunmuş texniki pasportda göstərilən parametrlərə uyğunluğunu tərtib olunmuş sxemdə istinad nöqtələrinin olmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır . Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, cavabdeh X13 tərəfindən inşa edilmiş Köməkçi tikili (alətlər otağı) və qurğular qeyd olunan 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh İmişli rayonu keçmiş M. B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) ayrılmış 0.15 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda istərilən ölçü daxilində istifadə olunmur. İstifadəsində olan torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş quruluşu planına (ilkin torpaqayırma sahəsinə) uyğun deyildir, Cavabdeh ayrılmış 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş qeyri-yaşayış binası (çayxana) və yaşayış evi kimi istifadə edilən torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında göstərilən ərazidə yerləşir. İddiaçı1nə "Ulduz" kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi X8 və Cavabdeh ayrılmış torpaq sahələrinin ölçülərinə uyğun deyildir. İddiaçı1 müstəqil kiçik müəssisəsınə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi isə X6 istifadəsində olan 0.10 ha sahəsi və Cavabdeh istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. X6 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsində inşa edilmiş tikili məzar daşının hazırlanması zamanı xidməti istifadə üçün nəzərdə tutulmuş köməkçi tikili (alətlər otağı) kimi istifadə olunur. Eyni zamanda 0.10 ha torpaq sahəsində məzar daşının hazırlanması üçün qurğular mövcuddur. Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üstüstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin 60 kv.m hissəsi çayxana və 24 kv.m hissəsi isə yaşayış evi kimi istifadə olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehə qarşı iddia irəli sürərək, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaq üzərində olan tikilinin sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi mülkiyyətin (gözlənilən mülkiyyət) müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı ilə İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikintimemarlıq qrupuna tapşırılmışdır. İmişli rayonunun “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli 3 №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından İmişli İddiaçı1 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmişdir. İmişli İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsinin planından görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış 0,50 ha sahənin miqyası və planı kril hərifləri ilə baş yer qurluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. İmişli rayon XDS İcraiyyə komitəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə və qərbdən İmişli bir may yolu ilə əhatə olunmuşdur. Ayrılmış sahədə söküləcək tikinti yoxdur. Ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan sanitariya yanğından mühafizə normalarına tam uyğun hesab edilir. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 №-li iclas protokolundan görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer qurluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikintimemarlıq qrupuna tapşırılmışdır. Göründüyü kimi iddiaçının İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində yerləşən 0,5 hektar torpaq sahəsinə subyektiv hüququ yaranmışdır. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, tikililərin olub-olmaması ilə bağlıdır. Başqa sözlə iddiaçının qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqlarının məhkəmə vasitəsilə müdafiəsi üçün əsaslar mövcud olmalıdır. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı ilə İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İmişli rayonunun “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli 3 №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından İmişli İddiaçı1 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmiş, iddiaçıya ayrılmış həmin sahədə avtomobillər üçün yuyucu sexi inşa edilmiş və 35 metr dərinlikdə diametri 300 metr olan artezan quyusu qazılmış və müəssisə üçün ayrılmış sahədən istifadə etmişdir. Sonradan müəyyən səbəblərdən obyektdən istifadə etməmiş, bundan istifadə edən cavabdeh onun gözlənilən mülkiyyətinə müdaxilə edərək qanunsuz sahiblik etməklə onu hüququnu həyata keçirməkdən məhrum etmişdir. Bu barədə cavabdehlə aralarında aparılan danışıqlar nəticə vermədiyindən o, məhkəmə qaydasında hüququnun müdafiəsini təmin etmək üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə verilmişi etirazda göstərilmişdir ki, Cavabdeh İmişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məhəmmədli kəndindəki su anbarının sol tərəfindən 50 metr aralı, İmişli-Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri göstərilməklə eni 36 metr, uzunluğu isə 42 metr olmaqla ilkin torpaqayırma sənədi planı (sxemi) yer quruluşu qaydasında hazırlanmaqla ona təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən Cavabdeh İmişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı məhkəməyə təqdim edilməmişdir. Əvəzində İmişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokolu məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vəkil sorğularına verilmiş cavablardan, həm də məhkəmə tərəfindən işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən verilmiş sorğulara cavablardan müəyyən edilmişdir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli qərarı və protokoldan çıxarış mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi cavabdehin təqdim etdiyi İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli iclas protokolundan çıxarış həqiqiliyi şübhə doğurdugundan birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ilkin torpaqayırma sənədi planı (sxemi) kirili əlifbası tərtib edilməli olduğu halda, bəz hərflər o vaxt qüvvədə olmayan latın əlifbası ilə yazılmışdır. Belə ki, “B” hərfi əvəzinə “B” hərfinin yazılması sənədin mötəbərliyimə şübhə doğurur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilsə də, həmin sənədlər məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halların müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış 0,15 ha torpaq sahəsində Cavabdeh qanunsuz olaraq zəbt etmiş və tikinti işləri aparmışdır. Eyni zamanda ekspert rəyi ilə Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikililinin 60 kv.m hissəsinin çayxana kimi və 24 kv.m hissəsinin isə yaşayış evi kimi istifadə olunması müəyyən edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin ekspert rəyi ilə müəyyən edilən həmin 0.15 ha torpaq sahəsindən çıxarılması ilə eyni zamanda, həmin torpaq sahəsində olan tikililər cavabdehin hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gəlmişdir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (Mülki Məcəllə maddə 180.1;180.2;180.3). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavabdeh apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, kollegiya qeyd edir ki, birinci instansiya məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə iclası zamanı sədrlik edən hakim tərəflərə məhkəmə tədqiqatının nə ilə tamamlanmasını soruşduqda tərəflər heç bir vəsatət verməmiş və bununla da məhkəmə araşdırması başa çatmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edildikdən sonra cavabdeh tərəf verilmiş rəylə razılaşmış, yenidən ekspertiza təyin edilməsini mübahisələndirməmiş, həmçinin işin məhkəmə baxışına hazırlanması mərhələsində əldə edilmiş sübutlarla yekun qərar qəbul edilməsi üçün kifayət hesab etmiş və işin məhkəmə baxışına çıxarılmasını tələb etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilməsi əlavə sübut toplamaya yönəldiyindən kollegiya hesab edir ki, cavabdehin vəsatəti təmin edilə bilməz. Çünki birinci instansiya məhkəməsi icraatı zamanı ekspert tərəfindən verilmiş rəylə bağlı tərəflərin münasibəti aydınlaşdırılmış, iddiaçıya əlavə vəsatətlərin olub-olmaması soruşulmuş, isə iş üzrə tədqiqatın tamamlanmasına etirazı olmadığını, əlavə vəsatətinin olmamasını (iş materialları iclas protokolu səh. 157-158) bildirmişdir. Mülki Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak edərək ekspert rəyini mübahisələndirmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddia qismən təmin edilsin. İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış torpaq sahəsinin 0,15 ha hissəsindən Cavabdeh çıxarılsın. Torpaq sahəsinin həmin hissəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi, ərazidən daşınması vəzifəsi Cavabdeh üzərinə qoyulsun.” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil Zülfiqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(036)-520/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1496/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1496/2025
01.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver