Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1498/2024 12.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı «mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən əmlakın geri tələbi» barədə iddiası qismən təmin olunmuş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 oktyabr 2021-ci il olan çıxarışda qeyd edilən, Astara rayonu, Şüvi kəndi ərazisində yerləşən 0,3711 hektar torpaq sahəsi cavabdehlər Cavabdeh və X2 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilsin. 0.3711 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi cavabdehlər Cavabdeh və X2 öz vəsaiti hesabına oradan sökülməsi qət edilmişdir. Bundan başqa iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pul cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınaraq İddiaçı ödənilsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə 21 noyabr 2022-ci il tarixdə icra olunmasından ötrü Astara Rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Astara Rayon İcra və Probasiya şöbəsi 29 moyabr 2022-ci il tarixdə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsini icraata qəbul etmiş və 29 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərarın surətini məhkəməyə göndərmişdir. Cavabdehlərdən Cavabdeh Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən 09 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-328/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Sonuncu qərardaddan Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin Cavabdeh tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. qəraraaldı: Astara Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Astara Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X4 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1498/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1498/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver