Məhkəmə qərarları › İş №2(106)-15/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-15/2024

22.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-15/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" QSC və İmişli rayon Yalavac Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: sahiblik hüququnun müdafiəsi, icarədə olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmiş “Azərbaycan Dəmir Yolları" QSC və İmişli rayon Yalavac Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli (hakim Tərlan Nüsrətov) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdaki qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin statusunun müəyyən edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" QSC tərəfindən icarəsinə verilmiş torpaq sahəsinin statusunun və hansı təşkilata məxsus olmasının müəyyən edilməsi, Cavabdeh iddiaçının icarəsinə verilmiş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək "xxxx" QSC tərəfindən icarəsinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, kiçik təsərrüfat yaradaraq sahibkarlıqla məşğuldur. Mübahisə predmeti olan torpaq sahəsi İmişli-Vətəgə mənzili 131-ci km. piket 2-dən 132-ci km. piketədək təhkim zolağında yerləşir. İmişli rayonu Yalavac Bələdiyyəsinin sədri onu aldadaraq, mübahisə predmeti olan torpaq sahəsinə görə 450 manat məbləğində pul almışdır. Bələdiyyə sədri ona demişdir ki, həmin torpaq sahəsinə dair sənəd verəcək, vermədiyi halda Cavabdeh öyrədib qeyri - qanuni 01 noyabr 2016-cı il tarixdə 11 aylıq müddətə torpaq icarə müqaviləsi vermiş və 2017-ci ilin axırlarında eyni məzmunlu müqavilə bağlamışdır. Hesab edir ki, bələdiyyənin qeyri-qanuni sənədi araşdırılmalıdır. Mübahisə predmeti olan həmin torpaq sahəsi "xxxx" QSC-nə aiddir. Belə ki, "xxxx" QSCnin "xxxx" MMC ilə arasında mübahisə predmeti olan torpaq sahəsinə dair 1 illik müddətinə İM-154 saylı 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. İM-154 saylı 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin müddətinin uzadılması barədə "xxxx" QSC-nin "xxxx" MMC ilə arasında 01 saylı 18 fevral 2019-cu il tarixli razılaşma imzalanmışdır. Razılaşmaya əsasən həmin torpaq sahəsinin icarə müddəti 2 il müddətinə, yəni 16 fevral 2020-ci ilədək uzadılmışdır. Sahibkarlıq Fondundan pul götürüb təsərrüfat yaratmış və bir neçə ailənin dolanmasına şərait yaratmışdır. Sahibkarlıq Fonduna 10000 manat məbləğində borcu vardır. İmişli rayonu Yalavac Bələdiyyəsi heç bir əsas olmadan həmin torpaq sahəsini Cavabdeh vermişdir. Cavabdeh Ataşov X2 rayonu Məhəmmədli kənd sakinidir. O, öz heyvanlarını həmin torpaq sahəsinə salıb otarmış və bitki örtüyünə ziyan vurmuşdur. Ümumiyyətlə ona həmin torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaradır. Hesab edir ki, İmişli rayonu Yalavac Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq Cavabdeh icarəsinə verilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş edib izahatında göstərmişdir ki, İmişli rayonu Yalavac Bələdiyyəsi ilə arasında ümumi sahəsi 2.60 ha sahədən ibarət olan torpaq sahəsinin 11 ay müddətinə icarəyə verilməsinə dair 01 saylı 02 noyabr 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. O, həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, İddiaçı icarəsində olan torpaq sahəsinə müdaxilə etməmiş, ona həmin torpaq sahəsindən istifadə etməsinə heç bir maneəçilik törətməmiş və özünün qanuni icarəsinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Hesab edir ki, İddiaçı məhz qərəzli olaraq, ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı 01 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tale Kərimov, Tofiq Heydərov, İsmayıl Əhmədov) 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km. pk 3-ün 80-ci metrindən 132-ci km pk 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat İşə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Elşad Şamayev, Elşanə Vəliyeva, Aqil Abbasov) 11 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda onunla "xxxx" QSC arasında yeni 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında onun icarəsinə verilmiş 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsi İmişli- Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşir. İlkin vaxtlarda icarə əsasında ona verilən torpaq sahəsi 2.5 ha olsa da hazırda icarə müqaviləsi əsasında ona verilən torpaq sahəsi 1.6 ha torpaq sahəsindən ibarətdir. O, hazırda cavabdehin icarəsində olan 1.6 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, ona verilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. O, iddiaçıya icarə əsasında verilmiş 1.6 ha torpaq sahəsini zəbt etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsini iddiaçının icarəsinə vermişlər. Həmin torpaq sahəsi Dəmir Yolunun müfafizə zolağında yerləşir. Sonda müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipoteka, bаğışlаmа müqаvilələri, torpaqla bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyata аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhadətnamə, torpаğın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpağa yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hаkimiyyəti orqаnındа dаşınmаz əmtakın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdafiəsinə və toxunulmаzlığınа təminat vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarı ilə "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları" və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları" təsdiq edilmişdir. Qaydaların İ-ci bölməsinin 2-ci bəndinə əsasən xüsusi mühafizə zonası dedikdə uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx"QSC və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlar anlaşılır. Təhkim zolağı dedikdə isə - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xəttlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx"QSC-nə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlar anlaşılır. Qaydaların İİİ-cü bölməsinin 17-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə "xxxx"QSC tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin İmişli Rayon Məhkəməsinə ünvanladığı 21 iyun 2016-cı il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən İmişliVətəgə mənzili 130 km. piket 4-dən 132-ci km. piket 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağının eni 24 metr müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "16 fevral 2018-ci il tarixli İM-154 nömrəli icarə müqaviləsinin müddətinin uzadılması barədə" əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 18 fevral 2019-cu ildə bağlanmış 01 saylı razılaşmadan görünür ki, icarə müqaviləsinin müddəti 16 fevral 2020-ci ilə kimi uzadılmışdır. İş materiallarında olan əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 19 fevral 2020-ci ildə bağlanmış İM-60 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 11 ay müddətində qüvvədə qalır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə götürən icarəyə götürdüyü əmlak üçün ƏDV daxil illik 160 manat icarə haqqı ödəməlidir. İş materiallarında olan əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 17 fevral 2021-ci ildə bağlanmış İM-11 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 11 ay müddətində qüvvədə qalır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə götürən icarəyə götürdüyü əmlak üçün ƏDV daxil illik 160 manat icarə haqqı ödəməlidir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2016-cı ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə müvəqqəti icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 50 manat olmaqla, cəmi 130 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqaviləyə torpaq sahəsinin sxematik planı əlavə edilmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2017-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 02 noyabr 2018-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 25 oktyabr 2019-cu ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 05 il müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün hər il 20 manat olmaqla, hər il 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə idarəsi tərəfindən 22 oktyabr 2019-cu il tarixdə verilən cavab məktubuna əsasən müraciət müəllifinə bildirilmişdir ki, araşdırma zamanı Yalavac bələdiyyəsinin mülkiyyətinə aid torpaq olan torpaq sahəsinin kənd təsərrüfatı məhsulları becərmək məqsədilə hərrac və ya müsabiqədən kənar 01 noyabr 2016-cı il tarixli müqavilə əsasında 11 ay müddətinə Cavabdeh icarasinə verildiyi müəyyən edilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün İmişli rayonu Yalavac bələdiyyəsinin hazırki sədri Fəqani Cəfərov 10 oktyabr 2019-cu il tarixdə İmişli Regional Ədliyyə İdarəsinə çağırılaraq qəbul edilmiş, onunla söhbət zamanı və təqdim edilmiş arayışda Yalavac bələdiyyəsinin fəaliyyətinin araşdırılması ilə əlaqədar bələdiyyənin 2015-2018-ci illərə dair maliyyə təsərrüfat sənədləri və iclas protokollarının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyi və ona görə sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin iclas protokolunu təqdim edə bilmədikləri göstərilmişdir. Həmçinin 2.60 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsi ilə bağlı Yalavac bələdiyyəsinin iclas protokolunun İmişli Regional Ədliyyə İdarəsinə daxil olubolmamasının müəyyən edilməsi məqsədilə 2016-cı ilə dair bələdiyyə aktlarının qeydiyyatı kitabına baxış keçirilmiş və sözügedən məsələ ilə bağlı iclas protokolunun idarəyə daxil olması aşkar edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi qanunsuz olaraq hərrac və ya müsabiqədən kənar bələdiyyə sədri tərəfindən təkbaşına Cavabdeh icarəsinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qaydada qeydiyyata alınmamışdır. Hansı ki, mövcud qanunvericiliyin tələblərinə görə, həmin torpaq sahəsi üzərində ilkin olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmalı, bundan sonra hərrac və ya müsabiqənin keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Auksion Mərkəzi ilə müqavilə bağlanılmalı və keçirilmiş hərrac və ya müsabiqənin qalibi olacaq şəxslə bələdiyyə arasında notarial qaydada icarə müqaviləsi bağlanmalı idi. Belə ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-İİİQD nömrəli Qanununa əsasən icarə hüququ əsasında torpaq sahələri yalnız hərrac və ya müsabiqə qaydasında əldə edilə bilər. İş materiallarında olan "xxxx" QSC tərəfindən İmişli Rayon Məhkəməsinin sorğusuna 06 fevral 2019-cu ildə veriln SM1-53\2 saylı cavab məktubundan görünür ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 33 saylı 23 fevral 2005-ci il tarixli qərarına əsasən, məktubda qeyd edilən İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi sahəsi 25000 kv.metr sahədən ibarət olan torpaq sahəsi, dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC tərəfindən istifadəyə verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə hüququna mane olan qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-3016/2016 saylı qətnaməsindən görünür ki, iddia rədd edilmişdir. Tələb üzrə iddiaçı Saatlı 8 saylı Dəmiryol distansiyasının 27 dekabr 2005-ci il tarixli 71 saylı əmri ilə ona biçənək və bostan yeri kimi istifadə etmək üçün verilmiş İmişli-Vətəgə 130-cu km. 4-cü piketindən 132-ci km. 4-cü piketinə kimi sağ tərəfdə yolun oxundan 50 metr məsafədə yerləşən torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpaq sahəsindən istifadə hüququna mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dəmir yolunun 8 saylı Saatlı yol distansiyası tərəfindən X1 və İddiaçı İmişli-Vətəgə 130-cu km. 4-cü piketindən 132-ci km. 4-cü piketinə kimi, yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında bostan və biçənək məqsədilə torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş əmrlər, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli 270 saylı Qərarına və yol rəisinin 29/N nömrəli 03 aprel 1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarına uyğun olmadığına görə, Departamentin İD-15 nömrəli 17 iyun 2016-cı il tarixli əmri ilə ləğv edilmişdir. Bununla da, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun müvəqqəti istifadəsində olması müəyyən olunmamışdır. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsindən çıxarma və qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1916/2017 saylı 04 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, iddiaçı Cavabdeh icarəsinə verilmiş İmişli rayonu Yalavac bələdiyyəsinin mülkiyyətində olan Bakı-Horadiz dəmiryol xəttinin İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsi ilə İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən su kanalı arasında yerləşən planda sərhədləri göstərilmiş 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahəsi üzərindəki tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu yalavac bələdiyyəsi ilə arasında 01 noyabr 2016-cı il tarixdə bağlanan torpaq icarə müqaviləsinə əsasən mübahisəli 2.60 ha torpaq sahəsi 11 ay müddətinə onun icarəsinə verilmişdir. Lakin cavabdeh heç bir hüquqi sənədi olmadan həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmə mübahisə üzrə yuxarıda qeyd edilən nəticəyə gələrkən, 2.60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə və İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə hüququna mane olan qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-3016/2016 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində olmamasının müəyyən edilməsinə istinad etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin təqdim etdiyi 147 saylı 05 dekabr 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsində olan 25000 kv.metr torpaq sahəsinin 17031 kv.metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olunaraq, həmin 17031 kv.metr torpaq sahəsinin İddiaçı istifadə etməsinə maneəçilik törədilir. Qeyd olunan torpaq sahəsi Cavabdeh istifadəsindədir. İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi 25000 kv.m. təşkil edən dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi 16 fevral 2018-ci il tarixli müqavilə ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin adından "Azərbaycan Dəmir Yolları Əmlak” MMC tərəfindən 1 il müddətinə ot çalımı, otlaq və əkinbiçin məqsədilə istifadə olunması üçün İddiaçı icarəsinə verilmiş, sonradan icarə müddəti 18 fevral 2019-cu ildə 16 fevral 2020-ci ilə kimi uzadılmışdır. İmişli-Vətəgə mənzili 131 -ci km piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80ci metrinədək təhkim zolağında yerləşən 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi 19 fevral 2020-ci il və 17 fevral 2021-ci il tarixli müqavilələrlə "Azərbaycan Dəmir Yolları” QSC-nin adından etibarnamə əsasında hərəkət edən "Azərbaycan Dəmir Yolları Əmlak” MMC tərəfindən əkin-biçin məqsədilə istifadə olunması üçün İddiaçı, hər dəfə 11 ay müddətində olmaqla icarəyə verilmişdir. İmişli rayonu, M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2,60 ha torpaq sahəsi 01 noyabr 2016-cı, 01 noyabr 2017-ci, 02 noyabr 2018ci il tarixli müqavilələrlə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün hər il 11 ay müddətinə, 25 oktyabr 2019-cu il tarixli müqavilə ilə isə 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş üzrə birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 05 dekabr 2018ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı icarəsində olan 25000 kv.metr torpaq sahəsinin 17031 kv.metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olunaraq, həmin 17031 kv.metr torpaq sahəsinin İddiaçı istifadə etməsinə maneçilik törədilir. Qeyd olunan torpaq sahəsi Cavabdeh istifadəsindədir. İş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X3 LTİ-nin mütəxəssis rəyinə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131 -ci km. pk 2dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olması müəyyən edilmişdir. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv.m hissəsi “Dəmir yolu nəqliyyatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”-nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin istifadəsində olmadığı müəyyən olunmuşdur. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli- Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv.metr hissəsi Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən olunmuşdur. Birinci Apellyasiya baxışında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 10/3399 nömrəli rəyinə görə: Qərardadın birinci sualı üzrə: İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC arasında 19 fevral 2020-ci il tarixdə bağlanmış İM- 60 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci km pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" QSC arasında 19 fevral 2020-ci il tarixdə bağlanmış İM-60 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131 -ci km pk 2-dən 132-ci km pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr olan torpaq sahəsinin 13482 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 22519 saylı 30 dekabr 2019-cu il tarixli ekspert rəyində mübahisəli 25000 kv.metr olan torpaq sahəsinin Cavabdeh istifadəsində olduğu qeyd edilən 13482 kv.metr torpaq sahəsinin, Cavabdeh Yalavac bələdiyyəsi tərəfindən yuxarıda qeyd edilən qərar əsasında icarəyə verilən 2.60 ha torpaq sahəsinin hüdudları daxilində deyildir. İş Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır. İşin hallarından müəyyən edilir ki, hazırkı mübahisə torpaq sahəsindən istifadə ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində (icarəsində) olmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi işin həlli bağlı yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və aşağıda qeyd olunan məzmunda rəy alınmışdır. Apellyasiya baxışında məhkəməyə həmçinin İddiaçı oğlu ilə "xxxx" QSC arasında bağlanmış yeni 18 yanvar 2023-cü il tarixli icarə müqaviləsi məhkəməyə təqdim edilmişdir. İddiaçı "xxxx" QSC arasında bağlanmış yeni 18 yanvar 2023-cü il tarixli icarə müqaviləsi üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, əvvəlki icarə müqaviləsində icarəyə verilən torpaq sahəsi 2.5 ha olsa da hazır da bu rəqəm 1.6 ha-dır. Buna görə də cavabdehin hazırda icarəsində olan 1.6 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9313 nömrəli ekspert rəyinə görə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə Azərbaycan Dəmir Yollan” QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13- 1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsinin koordinatları və statusu müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2- 19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün də dəmir yolunun sanitariya- mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən, dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi kimi Azərbaycan Dəmir Yolları QSC-nin balansında olan və istifadəsinə verilmiş torpaq sahəsidir. Lakin həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qərardadın üçüncü sualı üzrə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2- 19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3284 ha (13284 kv.metr) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Qərardadın dördüncü sualı üzrə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh İcarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi ekspertiza nəticəsində həm iddiaçının həm də cavabdehin icarəsində olan torpaq sahələrinin koordinatları yerində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3284 ha (13284 kv.metr) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. O da müəyyən olunmuşdur ki, İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qsmən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə təyin olunmuş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar