Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1501/2023 07.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı1, onun vəkili X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 qızının, İddiaçı2, X11, İddiaçı9, İddiaçı3, İddiaçı7 və X3 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətəqaytarılması” barədə iddia ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı4, X18, İddiaçı2, X21 və X4 mülkiyyətinə verilib. JN-153 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X12, X31, Hilalov Hicran İltimas oğlu, X33, X22, X24, X23 və X19 mülkiyyətinə verilib. 02 may 2015-ci il tarixli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, X18, İddiaçı2, X21 və X4 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X8 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X5 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat; İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı2, X21 və X13 (bundan sonraiddiaçılar) cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Xanalion kəndində yerləşən 1.50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1.31 ha torpaq sahəsində (bundan sonramübahisəli torpaq sahəsi) cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəvi olaraq onlara rəsmi qaydada Masallırayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.50 ha payı bəlli torpaq sahəsi verilmişdir. Lakinartıq uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmkəndliləri Cavabdeh özbaşınalıq edərək onlara məxsus olan həmin payı bəlli torpaqsahəsini hasara almaqla zəbt edərək, həmin torpaq sahəsində iki mərtəbəli ev və digərtikililər inşa etmişdir. Cavabdeh evi 2015-ci ildə, hasarı isə 2016-cı ildə inşa etmişdir. Cavabdehinbu hərəkəti və əməli ilə onların hüquqları tam pozulmuşdur. Mübahisəli torpaq sahəsi cavabdehtərəfindən zəbt edilmişdir. İddiaçılar dəfələrlə cavabdehin həmin torpaq sahəsini boşaldıbtəhvil verilməsini xahiş etmişdir. Lakin, cavabdeh buna məhəl qoymamışdır. Mübahisəli 1.50 hatorpaq sahəsinin 0.19 ha hissəsi vəfat etmiş X14 məxsusdur. Cavabdeh mərhumə X14məxsus olan 0.19 ha pay bəlli torpaq sahəsini də zəbt etmişdir. Onun vərəsəliyi təsdiq olunmadığı üçün 1.50 ha torpaq sahəsinin 0.19 ha hissəsini hazırda iddiaçılar mübahisələndirmirlər. Bu hal gələcəkdə mübahisələndiriləcəkdir. Cavabdeh onlara məxsuspayı bəlli torpaq sahəsində iki mərtəbəli ev tikmiş və tikintiyə mane olmaq istədikdəcavabdeh və onun yaxınları onlara qarşı çox kobudluq etmişlər. Qanunvericiliyin tələbinə görəcavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsindəçəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə görə, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarınaəsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsininhüdudları daxilində yerləşən, İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 JN-0058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, Südabə Cabbarova JN-0056 saylı “Torpağa mülkiyyət hüququnadair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının cavabdeh tərəfindənbirtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi müəyyən edilir. Həmin ərazidə kənarölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilir. Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışlar ilə İddiaçı2, İddiaçı4, İddiaçı5 qızı, X21, İddiaçı7, X13 və X7 məxsus olan torpaq sahəsində cavabdehin qanunsuzinşa etdiyi tikilinin-evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsini, İddiaçı3 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsini, Cevda Cabbarovanın mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,12 hissəsini, Südabə Cabbarovanın mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,16 hissəsini birtərəfli dəmir çəpərlə bərkidərək zəbt edib. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr almadan özbaşına tikinti işləri apardığından, onun inşa etdiyi tikili-ev və hasar onun öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 164.1, 164.2, 170.2, 180.1, 180.2, 180.4-cü maddələrinin, Torpaq Məcəlləsinin 110, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində İ icraat: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Mübahisəli ərazi islahatdan əvvəl cavabdehin istifadəsində olmuş, həmin ərazidən fermer təsərrüfatı kimi istifadə edib, orada olan fərdi yaşayış evlərindən biri 1987ci ildə tikilib. Həmin dövrdə hələ islahat başlamamışdı. Əgər sonradan iddiaçılara pay torpaq sahəsi mövcud evin altına düşən torpaq sahəsindən verilmişdirsə, bu onlara pay torpaq sahəsinin düzgün verilmədiyini göstərir. Çünki islahata görə sovxozun əkinə yararlı ərazisi pay torpağı kimi verilməli idi. Lakin, islahata uyğun olaraq həmin torpaq sahəsi sonradan pay torpaq sahəsi kimi iddiaçılara verilib və bu barədə ona JN-153 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilib. Həmçinin, həmin torpaq sahəsinə dair iddiaçılara da müvafiq Dövlət Aktları verilib və ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, ona qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçılar, Dövlət Aktlarının əvəzinə çıxarış aldıqdan sonra ona qarşı iddia irəli sürmələri onların adına olan çıxarışların Dövlət Aktlarına uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyyə ilə alqı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyətinə aiddir. Qeyd olunan xüsusatlar JN-153 saylı Dövlət Aktı, ərazi nümayəndəliyinin təsərrüfatbaşına kitabdan çıxarışı və bələdiyyənin məktubu ilə təsdiq olunur. Lakin nə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də bələdiyyənin mübahisəli əraziyə dair yerqruluşu sənədləri ekspertiza tədqiqatının predmeti olmadığından, ekspert həmin xüsusatlara qiymət verməyib. Bu isə ekspert rəyinin qeyd olunan xüsusatlarla bağlı kifayət qədər aydın və tam olmadığını göstərir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, habelə üçüncü şəxs İddiaçı1 və digərlərinə qarşı “üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin Cavabdeh istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə görə hazırki mülki işin icraatı dayandırılmışdır. X36 Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-3/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin iddiaçının istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi” barədəiddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə və iş materiallarına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilib. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. Həmçinin, Cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapır. Əgər Cavabdeh mülkiyyətinə verilmiş JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o inzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarıilə sözügedən qərar dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmlşdlr. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat təzələnmiş və işə baxılması davam etdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(106)- 1/2023 saylı qətnaməsi ilə (hakimlər T.Heydərov sədrlik edən, məruzəçi, İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2678/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X38 (məruzəçi), X25 və X9 ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmamışdır. Apellyasiya instansiyası məhkəməsində İİ icraat; Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə məxsus evlərdən biri 1987-ci ildə, digəri isə 1995-ci ildə tikilmişdir və bu barədə təsərrüfatbaşına kitabda qeydlər də vardır. Cavabdeh ona Masallı rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş torpaq sahəsindən fermer təsərrüfatı kimi istifadə etmiş, amma torpaq sahəsi konkret olaraq fermer təsərrüfatı kimi ayrılmamışdır. Cavabdehə ayrılmış torpaq sahəsində iki yaşayış evi və bir yarımçıq tikili vardır. Həmin yaşayış evləri tikilərkən istər rayon icra hakimiyyəti, istərsə də iddiaçılar tərəfindən tikintiyə heç bir etiraz olmamış, tərəflər arasında heç bir sövdələşmə də olmamışdır, çünki cavabdeh evləri öz torpaq sahəsində tikmişdir. Hər iki tərəfin pay torpağı vardır. İddiaçılar heç bir zaman cavabdehin həyətindən pay torpaqları kimi istifadə etməmişlər. İddiaçılara məxsus faktiki istifadələrində olan pay torpağı bir qədər kənərda yerləşir və bu gün də həmin torpaqdan istifadə edirlər. Yəni gəlib cavabdehin həyətindən istifadə etmirlər. 2017-ci ilə qədər tərəflər həyətlərindəki torpaqlarını əllərində olan dövlət aktı ilə istifadə etdikləri üçün, illər keçsə də aralarında heç bir problem yaranmayıb. Tərəflər arasında problem 2017-ci il tarixdə, iddiaçılar Dövlət aktı əsasında cıxarışaldıqdan sonra yaranmışdır. Belə ki, iddiaçılara verilmiş plan ölçünün koordinatları səhvən Cavabdeh həyətinə daxil edilmişdir. Cavabdehin isə dövlət aktının kordinatını başqa bir yerə daxil etmişlər. İddiaçılar koordinatların cavabdehin həyətinə düşdüyünü bildikdən sonra ondan evini söküb həyətdən çıxmasını tələb etmişlər. Prezidentin fərmanına uyğun olaraq elektronlaşma ondan ötrü idi ki, bu uyğunsuzluqlar aradan qaldırılsın və həmin ərazidə artıq problem öz həllini tapmışdır. Yəni elektronlaşma zamanı həmin uyğunsuzluq aradan qaldırılmış və vətəndaşların torpaqlarının koordinatları bazada özlərinin vaxtı ilə verilmiş və faktiki bu gün də istifadələrində olan əraziyə tərtib olunmuşdur. Cavabdeh məxsus dövlət aktının koordinatları onun çəpərinin içərisində olan əraziyə tərtib olunmuşdur. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun vəkili X17 apellyasiya şikayətini qəbul etməyərək Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmamışdır. Belə ki, iş materialında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyindən görünür ki, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən, İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 JN-0058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, Südabə Cabbarova JN-0056 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının Cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi müəyyən edilir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilir. İş materialında olan Masallı rayonu, “S Sığdaş” bələdiyyəsinin 12 iyul 2017-ci il tarixli 19 nömrəli arayışından görünür ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməmişdir. İş materialında olan Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin “Təsərrüfat başına kitabın”dan 12 iyul 2017-ci il tarixli 322 nömrəli çıxarışdan görünür ki, Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Çıxarış DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin Masallı rayon Şöbəsinə təqdim etmək üçün verilib. İş materialında olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin vəkil ismayılov Nicat Qurbanəli oğlunun müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, məktubunuza əlavə edilmiş 11 döngə nöqtələrindən ibarət olan koordinatlar daxilində yerləşən fərdi yaşayış evləri və köməkçi tikililərin mövcud olduğu ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 153 nömrəli dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Məktubunuza əlavə edilmiş 5 döngə nöqtələrindən ibarət olan koordinatlar daxilində yerləşən fərdi yaşayış evinin mövcud olduğu ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 217 nömrəli dövlət aktı ilə X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri daxilində yerləşir. İş materialında olan Sığdaş kənd inzibati ərazi dairəsi üzrə X1 Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Bu ev və digər evlərin iddiaçıların mülkiyyətinə aid olması ilə bağlı DƏDRX-in 8 saylı Masallı rayon şöbəsinə şifahi müraciət etsək də həmin təşkilatdan heç bir rəsmi məlumat verilməmişdir. İş materialında olan Masallı Rayon Sığdaş bələdiyyəsinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X18, X21, İddiaçı7, X13 və X5 mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus neçə ev olması və həmin evlərin nə vaxt tikilməsi ilə bağlı Masallı Rayon Sığdaş bələdiyyəsinə heç bir rəsmi məlumat daxil olmamışdır. Bu evlərin iddiaçıların (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X18, X21, İddiaçı7, X13 və X5) mülkiyyətinə aid olması ilə bağlı DƏDRX-in 8 saylı Masallı rayon şöbəsinə şifahi müraciət etsək də həmin təşkilatdan heç bir rəsmi məlumat verilməmişdir. İş materialında olan Masallı Rayon İcra Hakimiyyətinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X18, X21, İddiaçı7, X13 və X5 mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus neçə ev olması və həmin evlərin nə vaxt tikilməsi ilə bağlı Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinə məxsus “Təsərrüfatbaşına uçot kitabı”ında həmin ev və evlərə dair heç bir məlumat yoxdur. Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinə 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Bu ev və digər evlərin Xanalion kənd sakinləri - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X18, X21, İddiaçı7, X13 və X5 mülkiyyətinə aid olması ilə bağlı Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən DƏDRX-in 8 saylı Masallı rayon şöbəsinə şifahi müraciət etsək də həmin təşkilatdan heç bir rəsmi məlumat verilməmişdir. İş materialında olan 8 saylı Cəlilabad Ərazi İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə çıxarışlar verilən zaman yerində baxış keçirilməmiş, dövlət aktları və yerquruluşu kompleks baza xəritəsinə əsasən tək çıxarışlar verilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iş üzrə mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisəli torpaq sahəsində kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır. Birinci instansiya məhkəməsi səhv nəticəyə gəlməsinə baxmayaraq, həmçinin qətnamənin nəticə hissəsində hansı tikilinin sökülməsini belə göstərməmiş və bununla da Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını...habelə alınmalı əmlakın yerləşdiyi yeri...qətnamənin nəticə hissəsində göstərməlidir. Apellyasiya şikayətnin digər dəlili olaraq göstərilmişdir ki, iddiaçıların Dövlət Aktlarının əvəzinə çıxarış aldıqdan sonra cavabdehə qarşı iddia irəli sürmələri onların adına olan çıxarışların Dövlət Aktlarına uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, cavabdehin inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alqı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyətinə aiddir. Həqiqətən də Masallı rayonu, “Sığdaş” bələdiyyəsi 12 iyul 2017-ci il tarixli 19 nömrəli arayışında qeyd etmişdir ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməmişdir. Buna baxmayaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu 2 iyul 1999-cu ildə qəbul olunmuş, ilk bələdiyyə seçkiləri ilə xx.xx.1999-cu ildə keçirilmişdir. Bu baxımdan, cavabdehin 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi həmin vaxt bələdiyyə mülkiyyətindən olan torpaq sahəsində inşa edilə bilməzdi. Eyni zamanda, Masallı Rayon Sığdaş bələdiyyəsi Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində Cavabdeh məxsus neçə ev olması və həmin evlərin nə vaxt tikilməsi ilə bağlı Masallı Rayon Sığdaş bələdiyyəsinə heç bir rəsmi məlumat daxil olmamışdır. Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin cavabdehə və Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna əsasən təqdim etdiyi məktublara əsasən, Masallı RİHB-nın Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Beləliklə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə görə, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evləri və yarımçıq tikili mövcuddur. Cavabdehə məxsus 1987-ci ildə inşa olunmuş ikimərtəbəli ev 1997-ci ildə AİK-nın qərarı ilə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilmişdir. Məhkəmə araşdırması zamanı sorğular əsasında digər evin və yarımçıq tikilinin konkret inşa edilmə tarixi haqqında rəsmi məlumat əldə olunmamışdır. İddiaçılar 2016-cı ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək istər torpaq sahəsi, istərsə də tikililərlə bağlı cavabdehə heç bir etiraz etməmiş, aralarında heç bir mübahisə olmamışdır. Ötən müddət ərzində istər əvvəlki mülkiyyətçi tikilinin aparılmasına mane olmamaqla, istərsə də hazırkı iş üzrə iddiaçılar 1997-ci ildə tikililər yerləşən torpaq sahəsi mülkiyyətlərinə keçdikdən sonra 20 ilə yaxın müddətdə tikililərlə bağlı cavabdehə qarşı hər hansı formada tələb irəli sürmədiklərindən həmin tikililəri torpaq mülkiyyətçisinin razılığı ilə inşa edilmiş sayılır və tikililərdən istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddələrinə əsasən, varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yenə həmin Məcəllənin 157.7-ci maddələrinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Yəni hazrki halda mübahisəli torpaq sahəsində olan tikili və evlərin cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi cavabdeh mübahisəli torpaq sahəsində olan tikili və evlərdən çıxarıla bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə iddiası rədd edilməlidir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 60 (altmış) manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Kapital Bankın 1 saylı Xətai Fililaı üzrə Müxbir hesab AZ37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AllBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in VÖEN ********** hesab AZ23AİİB******************** hesabına köçürülməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X16 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZQ**********000003944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Cavabdeh verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızının, İddiaçı7, X5, İddiaçı2, X11 və X3 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə iddiası rədd edilsin. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 60 (altmış) manat iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Kapital Bankın 1 saylı Xətai Fililaı üzrə Müxbir hesab AZ37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AllBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in VÖEN ********** hesab AZ23AİİB******************** hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X16 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZQ**********000003944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı7, X15, İddiaçı2, X21 və X2 müştərək qaydada alınaraq Cavabdeh verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1501/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1501/2023
07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver