Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1501/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa ediməsi digər qanunsuz tikililərin sökülməsi tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa ediməsi digər qanunsuz tikililərin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, İbadov X6 şəhəri Qum küçəsi ev 235 də yaşayır. Onun hamin küçədə mülkiyyətində 0.06 ha torpaq sahəsi va fərdi yaşayış evi vardır. Ona həmin torpaq sahəsinə və fərdi yaşayış evinə aid 27 dekabr 2014-cü ildə ********** saylı Daşınmaz əmlakın Dövlət Reyestrində Seriya RX №0554840 saylı çıxarış verilmişdir. Bundan əlavə, onun istifadəsində 0.20 ha torpaq sahəsi də vardır. O, həmin torpaq sahəsindən də özü istifadə edir və həmin torpaq sahəsi də onun çəpərinin daxilində yerləşir. Cavabdeh 2016-ci il tarixdə İddiaçı evinin qarşısında özünə mağaza tikməyə başladı. O, 2017-ci ildə İddiaçı ona 1 metr torpaq sahəsi verməyi xahiş etmiş, o da Cavabdeh 1 metr torpaq sahəsi verməyə razılaşmışdır. Lakin sonradan Cavabdeh onun çəpərini sökmüş və mülkiyyətində olan 0.03 ha torpaq sahəsini zəbt etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və o, zəbt olunmuş torpaq sahəsini azad olunmasını tələb etmişdir. Lakin cavabdeh torpaq sahəsini azad etməkdən imtina etmişdir. Cavabdeh bu hərəkətləri ilə onun torpaq üzərində mülkiyyət hüququnu pozur və ondan istiladə etmələrinə imkan vermir. Bununla da, onlara maddi ziyan vurur. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin birinci abzasında İddiaçı mülkiyyətində 0,6 ha torpaq sahəsi və fərdi yaşayış evinin olduğu, həmin halların verilmiş çıxarış əsasında təsdiq olunduğu qeyd olunur. Sonrakı hissədə isə İddiaçı istifadəsində 0,20 ha torpaq sahəsinin də olduğu, həmin torpaq sahəsindən özünün istifadə etdiyi və qeyd olunan torpaq sahəsinin onun çəpərinin daxilində yerləşməsi göstərilmişdir. Yəni belə anlaşılır ki, İddiaçı mülkiyyətində və zəbt etdiyi, başqa sözlə, istifadəsində olan torpaq sahələrinin cəmi ölçüsü 0,26 hektardan ibarət olmuşdur. İddia ərizəsinin 3-cü abzasında mübahisəyə səbəb ola biləcək hallar qeyd olunmuşdur. Göstərilmişdir ki, 2016-cı ildə n onun evinin qarşısında özünə mağaza tikməyə başlamışdır. Həmin ifadəyə münasibət bildirməklə qeyd edir ki, həqiqətən də 2016-cı ildə o, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in seriya RX ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyətində olan 0,0775 ha torpaq sahəsində anbar tikintisinə verilmiş icazə əsasında həmin tikilini inşa etdirdi. Lakin inşa etdirdiyi həmin tikili İddiaçı evinin qarşı tərəfində deyil, cənub tərəfindədir. Daha sonra iddia ərizəsində göstərilir ki, tikinti işinin davam etdiyi dövrdə, yəni 2016-cı ildə İddiaçı ona 1 metr torpaq sahəsi verməyini xahiş etmiş və o da 1 metr enində torpaq sahəsi verməyə razılaşmışdır. Lakin sonradan özbaşına olaraq onun çəpərini sökmüş və mülkiyyətində olan 0,03 ha torpaq sahəsini zəbt etmişdir. Bundan sonra guya aralarında mübahisə yaranmış və ona görə də, iddiaçı zəbt olunmuş torpaq sahəsinin azad olunmasını tələb etmişdir. İddia ərizəsinin həmin hissəsinə münasibət bildirməklə qeyd edir ki, 2016-cı ildə iddiaçının evinin cənub tərəfində anbar tikintisini başa vurandan sonra İddiaçı ona torpaq sahəsinin müəyyən hissəsini satacağı barədə heç düşünməmişdi. Həmin dövrdə o, özü bunu təklif etdi və ona kifayət qədər torpaq sahəsi sata biləcəyini bildirdi. O, gələcəkdə avtomaşının həmin sahəyə daxil olmasının təmin olunması üçün ondan təxminən 2 metr enində olmaqla torpaq sahəsini ona satmağını xahiş etdi. Çünki anbarın sol tərəfindən təxminən 1 metr ölçüdə ona məxsus torpaq sahəsi var idi. Ona görə də, bütövlükdə 3 metr torpaq sahəsinin boş olacağını və avtomaşının həmin sahəyə daxil ola biləcəyini nəzərə alıb 2 metr enində torpaq sahəsinin kifayət edəcəyini bildirdi. Lakin buna baxmayaraq İddiaçı təxminən 3 metrdən də çox torpaq sahəsini azad etdi, əvvəlki setka çəpərini sökdü, inşa ediləcək daş çəpərin bünövrə hissəsinin qazılmasında oğlu ilə birlikdə əvvəlcədən ip çəkməklə qazılmasında ona kömək etdi və bundan sonra Lənkəran rayonundan dəvət etdiyi ustalar işə başladılar. Nə tikinti işinin aparıldığı 2016-cı ildə və nə də ondan sonrakı dövrdə İddiaçıla aralarında narazılıq və mübahisə olmuşdur. Həmin dövrdə həm iddiaçı özü və həm də onun arvadı ona bildirdilər ki, istənilən vaxt notariat kontoruna getməklə alqı-satqı müqaviləsini rəsmiləşdirməyə hazırdırlar. 7 il keçəndən sonra İddiaçı məhkəmədə belə bir iddia qaldıracağını ağlına belə gətirməmişdi. İddia ərizəsində İddiaçı 3 metr deyil, təxminən 1 metr enində torpaq sahəsini razılaşma yolu ilə mənə verdiyini etiraf etmişdir. Lakin həmin ölçünü kiçiltməsi açıq-aşkar anlaşılır. Çünki əgər razılaşmadan kənara çıxmaqla İddiaçı iradəsinə zidd olaraq 1 metr enində deyil, 3 metr enində torpaq sahəsini zəbt etmiş olsaydı, sonradan inşa olunacaq daş hasarın tikilməsində ona kömək etməzdi. İddiaçıla şifahi əqdin bağlanmış olduğunu təsdiq edən razılaşmanın olduğu anlaşılır. Daş hasardan şimal tərəfdə, yəni İddiaçı mülkiyyətində və zəbtində olan həyətyanı torpaq sahəsinin giriş qapısı da dəyişdirilmiş və dəmir qapı qoyulmuşdur. Bundan əlavə, İddiaçı onunla şifahi qaydada razılaşarkən ailənin istifadəsində olan tualetin ona verdiyi torpaq sahəsində qalmasını nəzərə almaqla, eyni formada və ölçüdə deyil, fundamental tualet tikməyini və onun istifadəsinə verməyini tələb etdi. O, da onun istdəyi formada və ölçüdə tualet tikdirməklə ona təhvil vermişdi. Nəhayət, İddiaçı dəmir darvazanın, tualetin və mişar daşından inşa etdirdiyi hasarın tikintisi ilə kifayətlənməyib və əlavə olaraq ona 3100 manat məbləğində pul verməyini tələb etmişdir ki, tərəfindən buna da əməl olunmaqla icra edilmişdir. İddiaçı onun həyətyanı sahəsində öz razılığı əsasında etdiyi yaxşılaşdırmaların əvəzini pulla ona ödəməlidir və ona verdiyi 3100 manat məbləğində pulu da qaytarmalıdır. Təxminən üç həftə əvvəl A.lbadovun evində olmaqla məhkəmədənkənar razılığa gələ biləcəklərini təklif etdi. Lakin İddiaçı bundan yayındığından məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə tərəfindən təyin oluna biləcək ekspertiza isə həyətyanı sahənin qarşısında qoyulmuş dəmir darvazanın qiyməti və usta xərcləri, tərəfindən inşa edilmiş tualetin tikinti materiallarının dəyəri və usta xərcləri, habelə təxminən 35-40 metr uzunluğunda mişar daşlarından inşa etdirdiyi hasarın və digər tikinti materiallarının dəyəri və usta xərcləri ilə bağlıdır. Yəni bununla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan əlavə, ona məlumdur ki, İddiaçı tərəfindən razılaşma əsasında ona verdiyi təxminən 0,02 ha torpaq sahəsi onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. Başqa sözlə, həmin torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunmuş və ona görə də, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Ekspertizadan sonra mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən ediləcəyi halda, işin məhkəmə iclasında Astara bələdiyyəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir. Məhkəmə ilkin iddianı təmin edəcəyi halda, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5200 (tualetin tikintisi üçün), 1500 (darvazanın qoyulması üçün) və 5200 manat (mişar daşlarından hörülmüş hasar üçün) olmaqla torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində pulun, nağd qaydada ödəmiş olduğu 3100 (üç min yüz) manat pulu Cavabdeh qaytarmalıdır. Astara Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0075 ha hissəsinin Cavabdeh tərəfindən azad edilməsi və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti verərək qətnamənin ləğv edib, təyin edilməli olan ekspertiza rəylərinə müvafiq olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İbadov X6 şəhəri Qum küçəsi 255 saylı evdə qeydiyyatdadır və yaşayır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli Seriya RX № ******* Çıxarışına əsasən ünvan 1-də 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı, X7, X8 və İbadova Şəhərnaz Hacıbubayevnanın xüsusi mülkiyyətindədir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr iş materiallarına uyğun olmamış, üstəlik əlavə araşdırılmalı, mütəxəssis və ekspert rəyi ilə ziddiyyət təşkil edən məqamlara aydınlıq gətirilməmiş, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş “Kompleks qaydada əlavə məhkəmə-əmtəəşünaslıq və mühəndis-texniki ekspertizaların təyin edilməsi və keçirilməsi” barədə vəsatətin yarımçıq təmin edilməsi əsaslarına isə ümumiyyətlə münasibət bildirilməmişdir. Qətnamənin nəticə hissəsində “həll edilən” birinci məsələ ilkin iddianın qismən təmin edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0075 ha hissəsinin Cavabdeh tərəfindən azad edilməsi olmuşdur. Buna münasibətdə, mühəndistexniki ekspertizasının rəyində İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 006 ha torpaq sahəsinin faktiki vəziyyətdə 00075 hahissəsinin cavabdeh-iddiaçı alğı-satqı müqaviləsi ilə Cavabdeh satmışdır. Bu hal Cavabdeh mütəxəssis tərəfindən torpaq sahəsi ölçülərkən aydın olmuşdur. Digər bir tərəfdən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi onun ərazi hüdudları daxilində olsa belə, Cavabdeh faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata satılmış mübahisəli 0,0075 ha torpaq sahəsinə münasibətdə qət edilməli bir çox məsələlər həllini tapmamışdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarına və işin digər həqiqi və faktiki hallarına əsasən müəyyən edilməli olan, lakin qeyd edilməyən mübahisəsiz haldır ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata Cavabdeh satılmışdır. Bu halı təsdiq edən bir məntiq (hüquq düşüncəsi) də vardır. Belə ki, əgər İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi Cavabdeh satılmamışdısa, onda nə üçün keçən illər ərzində İddiaçı orada yaşadığı halda, bu halı heç vaxt mübahisələndirməmişdir? Deməli, İddiaçı bu halı mübahisələndirməməklə razılığını ifadə etmişdir. Mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri istəməyə haqqı çatmır. Çünki o,rəsmi olmasa da, faktiki olaraq əqdlə bağlı iradəsini ifadə etmişdir. Əgər mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri almaqla bərabər etibarsız olan şifahi əqd üzrə aldıqlarını geri qaytarmalıdır. Əgər mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsininərazi hüdudları daxilində yerləşmirsə, onda onun bu hərəkətlərində aldatma və etibardan suiistifadə etmə ilə bağlı cinayət tərkibinin əlamətləri vardır və ona görə də, cinayət məsuliyyəti daşımalıdır. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)- 36/2024 saylı qətnaməsinin nəticə hissəsində “həll edilən” ikinci məsələ Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsidir. Mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mübahisələndirilən 3 məsələ dəqiqliklə müəyyən edilmişdir: a). Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın 15 metr hissəsinin İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində (Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhədində) yerləşməsi; b). Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağının İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi; c). Cavabdeh tərəfindən qoyulmuş darvazanın İbadovAydın İbrahim oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədində yerləşməsi. Göründüyü kimi, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın, sanitar qovşağı və qoyulmuş darvazanın İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində və sərhəd hüdudlarından kənarda yerləşməsi rəylə öz təsdiqini tapmışdır. Belə olan vəziyyətdə məhkəmə Hüseynovİsmayıl Hüseynqulu oğlu tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “0,06 ha torpaq sahəsində inşa edilmiş” daş hasarın 15 metr hissədə sökülməsi qənaətinə necə gəlmişdir? İş üzrə mütəxəssis və məhkəmə mühəndistexniki ekspertizasının rəyləri, habelə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə yuxarıda qeyd etdiyi halların müəyyən edilməsi Cavabdeh hüquqlarının kobud surətdə pozulduğunu deməyə əsas verir. Mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmədiyi üçün bu normaların tələbləri pozulmuşdur. Bu qənaətə gəlməklərinin əsas səbəbi budur ki, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın, sanitar qovşağı və qoyulmuş darvazanın İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində və sərhəd hüdudlarından kənarda yerləşməsi rəylə öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməsindən necə söhbət gedə bilər? Ona görə də, İddiaçı mülkiyyətində olmayan torpaq sahəsinə münasibətdə pozulmuş mülkiyyət hüquqlarına istinad etməyə haqlı deyildir. Maddi hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi olmuşdur. Əgər ilk iddia təmin edilirsə, qarşılıqlı iddia da aşağıdakı hissələrdə təmin edilməli idi. Guya zəbt edilmiş mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılarkən onun tərəfindən faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) ödənilən 3100 manat pul ona qaytarılmalı, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın 15 metr hissəsinin sonuncunun hesabına sökülməsi qət edilirsə, bununla əlaqədar vurulmuş ziyan da İddiaçı tərəfindən ödənilməli idi. Məhkəmə birtərəfli və açıq-aşkar qanunsuz mövqe sərgiləməklə şifahi əqdin etibarsızlığı şərtlərinə uyğun olaraq etməli olduğunu etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Cavabdehin nümayəndəsi Vəkil3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısı şifahi qaydada bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində mübahisə olmamışdır. Torpaq sahəsinin alınması üçün 3100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hüquqlarını təmsil etdiyi şəxsin hüquqi savadı olmamışdır. Əgər həmin torpaq sahəsinin qarşılığında iddiaçıya 3100 manat ödəniş etməmişsə, 6 il ərzində cavabdeh oranı necə istifadə etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəfin dediyi 3100 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Astara Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Diqqətə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin MPM-in 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə, birinci instansiya məhkəməsində materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-617/2024 №-li mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə (mövcud baza məlumatlarına əsasən) koordinatları ilə naturadakı faktiki koordinatlarının müəyyən qədər üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sözügedən 0,06 ha torpaq sahəsinin sənəd üzrə şimal istiqamətdə 0,0047 ha hissəsinin, cənub (mübahisəli yerdə) istiqamətdə 0,0075 ha hissəsinin faktiki istifadə vəziyyətindəki koordinatlardan kənarda yerləşməsi müəyyən olunmuşdur. Habelə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73-10301 reyestr nömrəli "Texniki Pasporta” (17\12.2014-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0,0075 ha hissəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Cavabdeh tərəfindən inşa etdirilmiş das hasarın (15 metr hissəsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan (Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qoyulmuş darvazanın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa va **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşər) 0,06 ha torpaq sahəsinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir, habelə qarşılıqlı tələb üzrə ona zərərin əvəzinin ödənilməsi barədə halları təsdiq etmir. Bundan əlavə, apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlil öz əksini tapsa da, Cavabdeh mübahisəli torpaq sahəsini “şifahi alğı-satqı” müqaviləsi əsasında aldığını qeyd etməklə mübahisəli ərazinin İddiaçı məxsus olmasını dolayısı ilə qəbul etmişdir. Bununla bərabər qeyd edilməlidir ki, ona zərərin dəyməsi, hansı miqdar təşkil etməsi və digər faktları təsdiq edən sübutlarını verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1501/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1501/2024
10.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver