Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-151/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, X9, X4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı "torpaq sahəsindən çıxarma" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsindən (hakim Q.Hacıyev) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, X9, X4 və İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı "torpaq sahəsindən çıxarma" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, X9 və X3 icarə hüququ ilə ona məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18.0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin cavabdeh deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qəbul edilməsini xahiş etmişdir (işin 41-ci vərəqi). Tələb onunla əsaslandırılmışdır ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18.0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə 25 noyabr 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. O, həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları yerquruluşu koordinatlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə icarəsində olan torpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və onların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri aparılmamışdır. Dəfələrlə Cavabdeh1 müraciət edərək ailə üzvləri ilə birlikdə icarə hüququ əssında ona məxsus olan 18.0 ha torpaq sahəsindən çıxmalarını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə 2007-ci ildən icarəsində olan 18.0 ha torpaq sahəsindən istifadə edə bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X8 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200-ə qədər ağac əkmişdir. Bundan əlavə 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə torpaq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Birinci instansiya məhkəməsində cavabdeh X9 işin hallarına dair Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin sədri X2 iddianın əsaslı olduğunu bildirib izahatında göstərmişdir ki, 25 noyabr 2007-ci il tarixdə İddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisindən 18.0 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İddiaçı icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin Cavabdeh1 və oun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etdiyindən İddiaçı icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxamaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişlər. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakin icarə hüququ ilə İddiaçı məxsusdur. Ona görə də hesab edir ki, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və İddiaçı pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, X9 və X3 Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18.0 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən yalnız cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25 noyabr 2007-ci il tarixdə icarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına aldırmalı idi. Yalnız bundan sonra onun qeyd olunan iddianı qaldırmaq üçün subyektiv hüququ yaranardı. Mübahisəli torpaq sahəsi 27 il ərzində və hazırda onun sahiblik və istifadəsində olduğundan iddiaçının ümumiyyətlə bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İşdə icarəyə verilmiş torpaq sahəsinin İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə məxsus olması barədə sübut yoxdur. İcarəyə verilmiş torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olması yalnız ekspertiza ilə müəyyən edilə bilər ki, icarəyə verilmiş torpaq sahəsinin koordinatları olmadığından və qeydiyyata alınmadığından ekspertizanın keçirilməsi də mümkün deyil. Birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmiş, yalnız icarə müqaviləsinin mövcudluğunu nəzərə alaraq iddianı təmin etmişdir. Torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək, torpaq sahəsini yararlı vəziyyətə gətirmiş, torpaq sahəsində 200-ə yaxın ağac əkmiş, 11000 ABŞ dolları xərcləyərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. O, həmin torpaqsahəsində məskunlaşdığı halda bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan iddiaçıya heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Torpaq sahəsində onun çox böyük əməyi olmuşdur. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə, torpaq sahəsindən çıxmağa hazırdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(106)-242/2022 saylı qətnaməsi (hakimlər S.Mayılov, İ.Əsədov, N.Mirzəyev) ilə apellyasiya şikayəti qismən təmin olunaraq, İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi qismən, “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(106)-242/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2(102)-3334/2022 saylı qərarı (hakimlər Z.Əliyev, A.Hüseynov, İ.Xələfov) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri ondan ibarət olmuşdur ki, məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər-hansı bir hüquqlara malik olmadığını bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, mübahisəli torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinin tikilməsinə dair İmişli rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci ildə sərəncam verilsə də, cavabdeh həmin işlərin görülməsinə bu gunədək maneələr yaradır. Daşınmaz əmlak üzərində icarə hüququnun Dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı qaldırdığı iddia Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyalarının qərarları ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Artıq mübahisəli torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatna alınmasına dair qüvvədə olan məhkəmə qərarları vardır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə qabaqcadan məlumatlandırılmış digər cavabdehlər məhkəmədə iştirak etməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5 nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən müvafiq olaraq apellyasiya şikayəti üzrə mülki işə digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh1 münasibətdə, tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin müəyən olunan halları aşağıdakılardan ibarətdir: İş materiallarına əlavə edilmiş İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007ci il tarixli 14 saylı iclas protokolundan çıxarışın notariat qaydada təsdiq olunan surətindən görünür ki, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus ərazidən 18.0 ha torpaq sahəsinin 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı icarəsinə verilməsi qərara alınmışdır (işin 12-ci vərəqi). İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı icarəsinə verilməsi nəzərdə tutulan 18.0 ha torpaq sahəsi Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aiddir, torpaq sahəsinin göstərilən məqsəd üçün verilməsi qanunamüvafiqdir (işin 13-cü vərəqi). İş materiallarına əlavə edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı icarəsinə verilməsi nəzərdə tutulan 18.0 ha Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 1:10000 miqyasda planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədov və Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimov tərəfindən təsdiq edilmişdir (işin 15-ci vərəqi). İş materiallarına əlavə edilmiş icarəyə verən Bəhrəmtəpə Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsindən görünür ki, Cavabdeh5 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı əsasında Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Cavabdeh5nə məxsus 18.0 ha torpaq sahəsi illik 126 manat icarə haqqı ödənilməsi şərti ilə 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı icarəyə verilmişdir (işin 8-11-ci vərəqləri). İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədov, Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimov və İmişli şəhər sakini İddiaçı tərəfindən tərtib olunaraq qurumların müvafiq möhürləri ilə təsdiq edilmiş 25 noyabr 2007-ci il tarixli aktdan görünür ki, Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı əsasında İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 18.0 ha torpaq sahəsi yerdə göstərilib təhvil verilmişdir (işin 14-cü vərəqi). İş materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2008-ci il tarixli 230 saylı sərəncamından görünür ki, Bəhrəmtəpə qəsəbəsi ərazisindəki bələdiyyə mülkiyyətindən icarəyə ayrılmış 18.0 ha torpaq sahəsinin 2.5 ha hissəsində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Baş Ekspertiza İdarəsindən rəy alındıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalı və emalı obyektlərinin tikintisinə icazə verilmişdir (işin 7-ci vərəqi). İş materiallarına əlavə edilmiş İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı "icarə hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2-1(106)-255/2022 saylı qərarından aşağıdakılar müəyyən olunur: Bəhramtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı 18 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı sözügedən Cavabdeh5 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsini rəhbər tutaraq həmin torpaq sahələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən icarə hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının müraciəti təmin olunmamışdır; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “Cavabdeh5 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir; İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Cavabdeh5 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 18.0 ha torpaq sahəsi 99 il müddətinə verilmişdir. Hazırda torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi 25 oktyabr 2021ci il tarixli **********19 nömrəli məktubla onun torpaq sahəsinin üzərində başqa şəxsə məxsus tikilinin olmasının müəyyən edilməsini əsas gətirərək, ərizəsinin icrasında imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı **********746 nömrəli məktubunda qeyd olunmuşdur ki, “İddiaçı məxsus 18.0 ha torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində, bir hissəsi isə ictimai tikili altında qalan torpaq sahəsində yerləşməklə bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Bundan əlavə bildiririk ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə keçirilən baxış zamanı İmişli rayonu, Qaragüvəndikli kəndində gedən yolun və ərazidən keçən dəmir yolu xəttinin torpaq sahəsinin ərazisindən keçməsi müəyyən edilmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərdə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılması qeyd edilsə də, İmişli rqayon Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsində torpaq sahəsinin örüş ərazisində yerləşməsi müəyyən edilmişdir”. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunmuş, Cavabdeh5 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə təyin olunmuş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022ci il tarixli 10/2957 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi 24 noyabr 2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. Qərardadın dördüncü sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Qərardadın beşinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə Bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. Qərardadın altıncı sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq Cavabdeh1 istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. Qərardadın yeddinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2- 1(106)-255/2022 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-cı il tarixli, 2-1(120)-577/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli 2-1(102)-608/2023 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2- 1(106)-255/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsmiş, üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti mümkün saylmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 30 dekabr 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 62) ilə 6.5-ci maddədə "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 6.5-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq Məcəlləsi : Maddə 5 . Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri ;
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları;
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər ;
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması ;
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunan hallarına əsasən mübahisəli torpaq sahəsi İmşli rayon Bəhrəmtəpə Bələdiyyəsi ilə İddiaçı arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqaviləyə əsasən sonuncuya 99 il müddətinə icarəyə verilmiş və 25 noyabr 2007-ci il tarixli akta əsasən yerində ölçüləri müəyyən olunaraq icarəçiyə təhvil verilmişdir. Torpaq sahəsindən istifadəyə görə icarə haqqı icarəçi tərəfindən vaxtlı-vaxtında ödənilir. Torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh5 24 noyabr 2007-ci il tarixli qərarı, həmin qərar əsasında sonuncular arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış icarə müqaviləsi, təhkim aktı qüvvədədir. Bunlardan başqa inzibati mübahisə üzrə qüvvədə olan məhkəmə qərarlarına əsasən icarəçi İddiaçı torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması bir vəzifə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etsələr də, hazırda sonuncunun tələblərinə məhəl qoymadan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Odur ki, iddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni sahib olaraq mübahisəli torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə tam haqlıdır. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Bununla belə kollegiya hesab edir ki, iddiaçının tələbi cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmalarından ibarət olduğu halda, iddiaya "çəkilən xərclərin əvəzi ödənilmədən" çıxarılmaları formada qiymət verən birinci instansiya məhkəməsi tələbdən kənara çıxmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti üzrə düzgün hquqi nəticəyə gəlsə də, cavabdehlərin "çəkilən xərclərin əvəzi ödənilmədən" mübahisəli torpaq sahəsindən çıxarılmalarını qət etməklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin pozuntusuna yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi "çəkilən xərclərin əvəzi ödənilmədən" hissədə ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(036)-1705/2021 saylı qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissədə ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.