Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1510/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı və cavabdeh qismində göstərilmiş X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən, qətnamənin hüquq və mənafeyinə toxununduğunu iddia edən X11 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində yerləşən fərdi yaşayış evindən Cavabdeh evdə yaşayan ailə üzvləri ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 208.9 kvm olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarış) onun xüsusi mülkiyyətindədir. Əmlak xx.xx.2016-cı il tarixində Salyan şəhərində Salyan rayon 2 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən təsdiqlənmiş mövcud kreditin (borcun) etirafı haqqında müqavilə əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh ilə aralarında olan mövcud kreditin (borcun) etirafı haqqında müqavilə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini öhdəliklərini icra etmədiyi üçün müqavilənin 4-cü maddəsinə əsasən öz mülkiyyətinə keçirmişdir. Lakin cavabdehin müqavilə əsasında öhdəlik kimi öz boynuna götürdüyü hərəkətləri etmir. Cavabdehə dəfələrlə evdən çıxmaları ilə bağlı müraciət etmiş, lakin cavabdeh və onun ailə üzvləri müqavilə üzrə yaranan tələbləri qəbul etmir və icra etmir. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 orqanlara Salyan rayon 2 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən təsdiqlənmiş ərizə yazmışdır. Həmin ərizədə sonuncu müqavilənin bütün müddəaları ilə razı olduğunu, öhdəliklərini qeyd-şərtsiz icra edəcəyini cavabdehin adından bildirmişdir. Salyan rayon 2 saylı Notariat Kontorunun tərəfindən ünvan 2-də yerləşən fərdi yaşayış evindən müqavilə üzrə öhdəliklərini icra etmədikləri üçün cavabdeh və onun ailəsinin çıxarılması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə müraciət olunub, lakin cavabdeh və onun ailə üzvləri həmin mülkiyyətdən çıxmamaqda israrlıdırlar. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və X6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X5 birgə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən, qətnamənin hüquq və mənafeyinə toxununduğunu iddia edən X11 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri X11 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, digər ailə üzvlərinin çıxarılması tələbi qeyri-müəyyəndir. Cavabdeh qismində cəlb edilmədiyi halda X6 evdən çıxarılması qət edilmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində heç bir hüquqi əsas olmadan X8 cavabdeh qismində göstərmiş, iddia tələbindən kənara çıxmışdır. İddia ərizəsindən görünür ki, iddia tələbi Cavabdeh qarşı yönəlmişdir. Cavabdeh qismində də məhz Cavabdeh anket məlumatları göstərilmişdir. İddia tələbi isə aşağıdakı qaydada olmuşdur: “Cavabdeh və evdə yaşayan digər ailə üzvləri ilə birlikdə mənim xüsusi mülkiyyətimdə yerləşən ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın”. Digər ailə üzvləri hissəsində iddia ərizəsi qeyri müəyyən olmuşdur. Çünki cavabdehin ailə üzvlərinin siyahısı iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilməmiş, onun kimliyi də məhkəmə tərəfindən araşdırılmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin X9 aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, digər ailə üzvlərinin çıxarılması tələbi qeyri-müəyyəndir. Cavabdeh qismində və ya 3-cü şəxs qismində cəlb edilmədiyi və ya məhkəməyə dəvət edilmədiyi halda X6 evdən çıxarılması qət edilmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində heç bir hüquqi əsas olmadan X8 cavabdeh qismində göstərmiş, iddia tələbindən kənara çıxmışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, evi 9 ildir ki alıb. Cavabdehə 5 ilə yaxın vaxt verilmişdir. Lakin cavabdeh evdən çıxmamışdır. Ona görə cavabdehin və ailə üzvlərinin evdən çıxarılması üçün iddia vermişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tələbində Cavabdeh evdə yaşayan ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində yerləşən fərdi yaşayış evindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün o, iddia etdiyi yaşayış evinin mülkiyyətçisi olmalı, yaşayış evi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddia edilən yaşayış evi iddiaçının mülkiyyəti olaraq xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehin qanunsuz sahibliyində olan əmlakından cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehdən başqa, onunla birlikdə yaşayan arvadı X6 da çıxarılmasını təmin etmişdir. X3 özünə aid hissədə mübahisələndirmişdir. Kollegiya MPM-in 372.6-cı maddəsinə əsasən işə apellyasiya şikayəti həddində baxmışdır. Kollegiya, hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 50-ci maddəsinə əsasən: 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun tələbinə görə, iş üzrə tərəflər (iddiaçı və cavabdeh) prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. MPM-in 9-cu maddəsinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 168-ci maddəsinə əsasən: 168.1. Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir. 168.2. Mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin hallarından görünür ki, X11 iş üzrə cavabdeh olmamışdır. O, cavabdeh kimi prosessual hüquqlardan istifadə etməmişdir. Yaşayış evindən çıxarılması qət edilən A.Elyasova iddia ərizəsində cavabdeh kimi göstərilməmiş, ona qarşı iddia olmamışdır. Məhkəmə hazırlıq mərhələsində, məhkəmə baxışında, o, cavabdehə aid prosessual hüquqlardan istifadə edə bilməmişdir. Halbuki, Qanunun tələbinə görə, məhkəmə baxışının çəkişmə, tərəflərin bərabərliyi əsasında keçirilməsi təmin edilməlidir; məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Birinci instansiya məhkəməsində məhkəmə araşdırılmasında X11 iş üzrə cavabdeh qismində iştirak etməmiş, izahat verməmiş, iddiaya dair öz mövqeyini bildirməmişdir. Qanunun tələbinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, Qanunun tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Müəyyən edilir ki, məhkəmə X9 müvafiq olaraq prosessual hüquq və vəzifələrini izah etməmiş, edilən prosessual hərəkətlərin nəticələri barədə onu xəbərdar etməmiş, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Bu baxımdan da birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin surətini göndərməli və ya təqdim etməli olduğu halda həmin sənədlər A.Elyasovaya göndərilməmiş və ya rəsmi qaydada verilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh qismində cəlb edilmədiyi, məhkəmədə cavabdeh qismində tanınmadığı və iştirak etmədiyi halda X6 yaşayış evindən çıxarılmasını qət etmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə iddia tələbindən kənara çıxmışdır. MPM-in 387.2.4-cü maddəsinə əsasən, məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməsi üçün əsasdır. Göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi X9 aid hissədə qanunsuz olduğu üçün ləğv edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi X6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair hissədə qanunsuz olduğu üçün ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: X6 apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(057)-1083/2023 saylı qətnaməsi- X6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və dövlət rüsumunun əvəzinin ondan tutulmasına dair hissədə ləğv edilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1510/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1510/2024
17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver