Məhkəmə qərarları › İş №2(106)-1517/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1517/2025

29.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1517/2025 29.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2(055)-225/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1. Çay dəsti - 15 ədəd 2. Çay dəsti- 33 ədəd. 3. Xürüstal bakal- 17 ədədə. 4. Su içmək üçün stəkan 10 ədəd 5. Su içmək üçün bakala - 13 ədəd. 6. Ütü- 1 ədəd. 7. Soyuducu - 1 ədəd 8. Dondurucu- 1 ədəd 9. Podnos - 4 ədəd 10. Armudu stəkan - 9 ədəd

11. Mürəbbə qabı - 14 ədəd 12. Qənd qabı - 13 ədəd 13. Bulud bşqab - 8 ədəd 14. Qovurma boşqabı - 37 ədəd 15. Aş boşqabı - 28 ədəd 16. Salat qabı - 5 ədəd 17. Salfetka qabı - 2 ədəd 18. Vaza-2 ədəd 19. Lepka qabı- 9 ədəd 20. Bakal- 6 ədəd 21. Konfet qabı - 2 ədəd. 22. Bakal- 6 ədəd 23. Ləyən - 6 ədəd 24. Aşsüzən - 2 ədəd 25. Jurnal stolu - 1 ədəd 26. Bıçaqlar-18 ədəd. 27. Duz qabı- 9 adod 28. Nolboki-32 ədəd 29. Şirniyyat qabı 5 ədəd 30. Boşqab-12 ədəd 31. Kofe dosti ( kruşka-17 adod, nolboki 17 ədəd). 32. Qozfındıq qabı- 8 ədəd 33. Külqabı- 4 ədəd 34. Meyvə qabı - 2 ədəd 35. Qofodan (elektirik) - 1 adad 36. Bıçaq (yağ üçün) - 15 ədəd 37. Qaşıq-17 ədəd 38. Çömço-2 ədəd 39. Vilkalar- 28 ədəd 40. Ətdoğrayan- 4 ədəd 41. Paltaryuyan (nasaz) - 1 ədəd 42. Çexol-12 ədəd 43. Prostina-3 ədəd 44. Krovat üstü - 3ədəd 45. Divan üstü - 3 ədəd 46. Kreslo üstü- 4 ədəd

47. Maskura qaşıqlı - 77 ədəd 48. İri qazan-1 ədəd 49. Çuğun vedrə - 1 ədəd 50. Şkaf-1 ədəd 51. Divan - 1 ədəd 52. Kreslo-adəd 53. Stol-lədəd 54. Stul 4 ədəd 55. Televizor - 1 ədəd 56. Kamot-1 ədəd 57. Yorğan 4 ədəd 58. Döşək 4 ədəd 59. Yastıq 10 ədəd 60. Güldan 5 ədəd 61. Meyvaqabı-5 adad 62. Karniz 9 ədəd 63. Kuxna mebeli - 1 dəst 64. Xalça-4 ədəd 65. Duxovka-1 ədəd 66. Saat - 1 ədəd 67. Krovat -1 ədəd 68. Servant 1 ədəd 69. Su qabı-1 ədəd 70. Kasa-12 ədəd 71. Parda 10 ədəd 72. Televizor altı - 1 ədəd.

73. Serviz qabı - 51 ədəd 74. Serviz qabı - 41 ədəd 75. Odeyal-5 ədəd 76. Skater 5 ədəd

77. Kruşka 8 (nəlbəki 4 ədəd) 78. Çaynik - 1 ədəd 79. Qəfədan-2 ədəd 80. Qazan böyük - 8 ədəd 81. Qazan balaca - 4 ədəd 82. Tava-10 ədəd 83. Dolça 1 ədəd, stəkan 5 ədəd. 84. Döşəkçə - 6 ədəd 85. Lüstür-2 ədəd 86. Sandıq-1 ədəd 87. İri vaz-1 ədəd. 88. Çay dəsti - 12 ədəd 89. Çay dəsti - 7 ədəd 90. Çay dəsti-9 ədəd Saatlı rayonu Mustafabəyli kəndində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-225/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi Cavabdeh tərəfindən Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-225/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən MPM-in 361-ci maddəsi ilə müəyyən edilmiş və yuxarıda sadalanan apellyasiya şikayətinin məzmununa dair göstərişlərə əməl etməmişdir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi Cavabdeh apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ:

Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-225/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar