Məhkəmə qərarları › İş №2(106)-152/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-152/2025

06.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-152/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh6 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” və İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-152/2025 Açar sözlər: birləşdirilmiş iş, əqdin bağlanmış hesab edilməsi, alqı-satqının etibarsızlığı, çıxarışın ləğvi. X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Birinci və ikinci iş üzrə İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 (bundan sonra iddiaçı); Birinci və ikinci iş üzrə cavabdeh, eyni zamanda cavabdehlər Məmmədova (Camalova) Mələk Hacıməmməd qızının, MəCavabdeh6, həmçinin vəfat etmiş Cavabdeh3 hüquqi varisi (arvadı) Cavabdeh4 (bundan sonra cavabdehlər); birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı torpaq alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş (bundan sonra birinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Cavabdeh5, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş (bundan sonra ikinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci iş üzrə işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X18 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq İddiaçı istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X18, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsini və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci iş üzrə tələbini onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı əsasında cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 ümumi birgə mülkiyyətinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2002-ci ilin əvvəllərində X18 onun və ailə üzvləri - Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 onların ümumi birgə mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini satmaq istədiklərini iddiaçıya bildirmişlər. İddiaçı da həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və 1,35 hektar torpaq sahəsini cavabdehlərə ümumilikdə 2 000 000 manat verməklə almışdır. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğu cavabdehlər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdehlər JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də həmin zaman iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı cavabdehlərə həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, cavabdehlər könüllü olaraq notariat kontoruna getmədikləri üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpağın mülkiyyətçilərindən biri olan X18 hazırda vəfat etmişdir. İddiaçı aldığı torpaq sahəsini iyirmi ildən artıqdır ki, öz mülkiyyəti kimi istifadə edir. Bu müddət ərzində cavabdehlər torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş, torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər ona heç bir məlumat vermədən torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən istifadə edərək aldığı 1,35 hektar torpaq sahəsini zəbt edərək istifadə etmək istəmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X18, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqaviləsinin bağlanmış hesab edilməsini və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci iş üzrə işin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ikinci iş üzrə iddia tələbini onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və X9 ümumi birgə mülkiyyətlərinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 01 mart 2002-ci ildə cavabdeh X18, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X18 öz razılıqları ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini 2 000 000 AZM-ə birdəfəlik olaraq iddiaçıya satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Bundan bir müddət sonra iddiaçı aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehlərə onunla birlikdə notariat ofisinə getmələrini bildirsə də cavabdehlər iddiaçı ilə könüllü olaraq notariat ofisinə getmədiyindən iddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpaq mülkiyyətçilərindən X18 18 iyul 2004-cü ildə vəfat etmişdir. İddiaçının cavabdehlərdən aldığı torpaq sahəsi 20 ildən artıq müddətdə açıq-aşkar, etirazsız və fasiləsiz olaraq iddiaçının sahibliyində olmuş və iddiaçı da həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir. Cavabdehlər olan torpaq mülkiyyətçiləri bu müddət ərzində torpaq sahəsinə dair iddiaçıya hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və göstərilən müddət ərzində torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər iddiaçıya heç bir məlumat vermədən torpaq sahəsini iddiaçının öz adına rəsmiləşdirməməsindən sui-istifadə edərək 1,35 hektar torpaq sahəsini özbaşına zəbt etmişlər. Bundan sonra iddiaçı cavabdehlərin torpağın hələ də onların adında olduğundan sui-istifadə edərək mülki hüququn təməl pirinsipi olan vicdanlılıq pirinsipini pozduqlarını görüb torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı məhkəmə iclaslarının keçirilməsi barədə lazımi qaydada xəbərdar edilsələr də heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişlər. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi 3-21-3-38/2-878/2024 saylı bildirişlə iddiaçıya cavab göndərmişdir ki, mübahisəli torpaq sahəsi Saatlı Rayon Notariat Ofisinin xx.xx.2023-ci il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu qanunsuzluqlara görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilmir və iddiaçının mülkiyyət hüquqları pozulur. Məhkəmənin qətnaməsi çıxana qədər bu torpağın satılması barədə rəsmi məlumat almaq üçün iddiaçı dəfələrlə Cavabdeh1nə müraciət etmişdir. Lakin, həm iddiaçının, həmçinin də məhkəmənin sorğusuna cavab olaraq həmin orqandan bildirilmişdir ki, torpaq sahəsi satılmayıb və torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüququ yoxdur. İddiaçı bu mübahisəli torpaq məsələsinə görə Cavabdeh2 atası İsgəndər müəllimlə telefonla danışarkən İsgəndər müəllim bildirmişdir ki, onun torpaq almağa heç 500 manatı belə yoxdur, lakin qardaşı oğlu İsgəndər müəllimə torpaq alındıqdan sonra telefonla danışarkən bildirmişdir ki, oğlu Elşada bu torpağın mübahisəli olduğunu və bu torpağı almamasını demişdir. Ona görə də, iddianın təmin edilərək xx.xx.2023-cü tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hər iki iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci iş üzrə: Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat vermiş, iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İkinci iş üzrə: Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat vermiş, iddianı müdafiə edərək iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq demişdir. O, bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o ancaq çıxarışı olan torpaq sahəsi satın alır. Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 nümayəndəsi, Cavabdeh3, MəCavabdeh4, Cavabdeh5, MəCavabdeh6 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Digər cavabdeh Saatlı Rayon Notariat Ofisinin xüsusi notariusu ərizə ilə məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasına baxılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Saatlı rayon notariat ofisində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli qeydiyyatın çıxarılması (ləğv edilməsi), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətlərinin dəlilləri: Birinci iş üzrə: Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün nəzərdə tutulur bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqısatqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan 01 mart 2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (MM-373-cü maddəsi). Öz növbəsində, yüklülük üçün DƏDRX tələb olunan məktub qətiyyətn həqiqəti əks etdirmir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənəd artıq alınmış olmuşdur. İkinci iş üzrə apellyasiya şikayətinin dəlilləri: İkinci iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanındadır. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün nəzərdə tutulur bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqısatqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan 01 mart 2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (MM-373-cü maddəsi). Öz növbəsində, yüklülük üçün DƏDRX tələb olunan məktublar qətiyyətn həqiqəti əks etdirmir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənədi artıq almışdır. Həmçinin, istinad olunan şahid ifadələri ilə bağlı onu da qeyd etmişdir ki, onların bəzilərinin məsələlərlə dəqiq məlumatları olmamışdır. O ki, qaldı istinad olunan Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023saylı qətnaməsinə həmin vaxt ümumiyyətlə o məhkəməyə maraqlarına toxunan şəxs qismində cəlb olunmamışdır. Əgər cəlb olunsaydı məsələlər barədə əvvəlcədən məlumat verərdi. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iiştirak edən birinci iş üzrə hüquq və mənafeyinə toxunulan şəxs və ikinci iş üzrə Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 hər iki iş üzrə vermiş olduqları apellyasiya şikayətlərini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat vermiş, şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsini, hər iki iş üzrə iddiaların rədd edilməsini xahiş etmişdir. Apellyator Cavabdeh2 əlavə olaraq göstərmişdir ki, həm iddiaçı həm də Cavabdeh4gil Saatlı rayonunun Mollavaizli kənd sakinləridirlər. Almış olduğu mübahisəli torpaq sahəsi də Mollavaizli kəndində yerləşir. Bildirmişdir ki, o, özü Saatlı şəhərində yaşayır və Hacıməmməd və Məlahəti əvvəldən tanımışdır. Belə ki, atası X14 kənd orta məktəbinin direktoru işləyir. Hacıməmməd həmin məktəbdə mühafizəçi (qorovulçu), Məlahət isə xadiməçi işləmişdir. Qeyd etmişdir ki, Mollavaizli kəndi rayon mərkəzindən təxminən 3 km məsafədə yerləşir. Təxminən 2 il bundan əvvəl Hacıməmmədgilin Mollavaizli kəndində yerləşən torpaq sahəsinin yanında başqa bir torpaq sahəsi almışdır. Hacıməmməd də öz torpaq sahəsini ona təklif edəndə həmin torpaq sahəsinin onun almış olduğu torpaq sahəsinə qonşu olduğu üçün almışdır. Torpağı alan zaman çıxarışı olmamış, buna görə də Hacıməmmədə 1000 manat pul vermişdir ki, torpağına dair çıxarış alsın. Belə də olmuş və torpağı almışdır. Qeyd etmişdir ki, torpağı alan zaman Hacıməmməd torpağın mübahisəli olmasını ona deməmişdir. Rayonda atası ilə birgə yaşayır. Torpağı alan zaman bu barədə heç atasına deməmiş, atasından almaq istədiyi torpağın mübahisəli olub-olmamasını soruşmamışdır. Həmçinin torpağın mübahisəli olubolmamasını həmin ərazidə yerləşən qonşulardan, bələdiyyə və ya Kənd icra Nümayəndəliyindən soruşmamış, araşdırmamışdır. Lakin torpağa dair çıxarış alandan sonra atası İsgəndər ona demişdir ki, həmin torpaq sahəsi Ziyafətgilin olmuş və hazırda mübahisəlidir. Həmin vaxt da artıq gec olmuşdur. Ona torpağın mübahisəli olmasını heç kəs deməmiş, lakin Ziyafətin oğlu bu barədə atası İsgəndərə demiş, atası isə bunu öncədən ona deməmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsindən sonra xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən Apellyasiya baxışında onun arvadı Cavabdeh4 eyni zamanda onun hüquqi varisi kimi işə cəlb edilmişdir. Kollegiyanın iclasında iştirak edən birinci və ikinci iş üzrə cavabdeh, eyni zamanda cavabdehlər Məmmədova (Camalova) Mələk Hacıməmməd qızının, MəCavabdeh6, həmçinin vəfat etmiş Cavabdeh3 hüquqi varisi (arvadı) Məmmədova X3 iclasında bildirmişdir ki, əri Hacıməmməd birinci instansiya məhkəməsindən sonra vəfat etmişdir. Göstərmişdir ki, mübahisəli torpaq sahəsini heç vaxt Ziyafətə satmamışlar. Onlar torpağı iddiaçıya 20 il müddətinə icarəyə vermişlər. İcarəyə versələr də iddiaçı heç vaxt onlara icarə haqqı verməmişdir. Onlar özləri də iddiaçıdan icarə haqqı tələb etməmişlər. İddiaçı torpaqdan 20 ildən çox istifadə etmiş, lakin onlar iddiaçıya heç bir etiraz etməmişlər. Sonradan Hacıməmməd iddiaçıya demişdir ki, artıq torpaqdan özləri istifadə etmək istəyir. Buna görə də iddiaçı ilə aralarında narazıçılıq yaranmışdır. Sonradan da elə olmuş ki, torpağı satmaq qərarına gəlmişlər. Torpağı Cavabdeh2 satmışlar. Elşadı əvvəlcədən tanımışlar. Belə ki, Elşad kəndlərində olan məktəbin direktoru İsgəndərin oğludur. O, hazırda həmin məktəbdə xadiməçi işləyir. Hacıməmməd isə vəfat edənədək məktəbdə mühafizəçi işləmişdir. Kollegiyanın iclasında iştirak edən birinci və ikinci iş üzrə İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etmiş, onların təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpağı 2002-ci ildə işə əlavə etdikləri akt üzrə 2 000 000 manata almışlar. Həmin vaxt notariusa getsələr də notrarius hazırda İslahat nəticəsində verilmiş torpaqların alqı-satqısının həyata keçirilmədiyini onlara demişdir. Buna görə də cavabdehlərlə aralarında qeyd edilən alqı-satqı əqdini (AKT) bağlamışlar. Cavabdehlərin hər biri aktı imzalamış və torpağa görə pulları aldıqlarını bildirmişlər. Həmin alqı-satqı əqdi Bələdiyyə möhürü ilə təsdiqlənmişdir. Həmçinin bildirmişdir ki, aldıqları torpaq sahəsindən 21 il müddətində etirazsız və fasiləsiz istifadə etmişlər. Həmin ərazidə, həmçinin kənddə hamının həmin torpağın onlarınkı bilmişdir. Hətta torpağın alınması ilə bağlı söz-söhbət yarandıqda İsgəndər müəllimlə danışmış və İsgəndər müəllim demişdir ki, onların torpaq almağa pulları yoxdur. Elşad torpağın onlarınkı olmasını bilmişdir. Çünki Elşadın həmin ərazidə qonşu yerdə başqa torpağı olmuş və buna görə torpağı onlara məxsus olduğunu bilmişdir. Bundan başqa Elşad İsgəndər müəllimin yeganə oğul övladıdır və atası ilə bir evdə yaşayır. Ola bilməzdi ki, aldığı torpağın kimə məxsus olmasından xəbərdar olmasın. Bildirmişdir ki, torpağı alan zaman JN 083 KOD 90801018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının əsli onlara verilmiş, hazırda da onlardadır. Sonda o, xx.xx.2002-ci il alqı-satqı əqdinin və JN 083 KOD 90801018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının əsllərini Kollegiyaya təqdim etmişdir. Kollegiya baxış keçirərək JN 083 KOD 90801018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının əslini yenidən iddiaçının nümayəndəsinə qaytarmış, xx.xx.2002-ci il alqı-satqı əqdini isə işə əlavə etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən birinci və ikinci iş üzrə İddiaçı, nümayəndəsi (qardaşı) Nümayəndə1 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci iş üzrə qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə və ikinci iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəmələrinin hər iki qətnamələrini tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin tərəflərin verdiyi apellyasiya şikayətləri əsasında tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işlərə tətbiq edilən hüquq: Birinci iş üzrə: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qeyd edilən Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Göstərilən Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949- İİQD nömrəli Qanunu ilə MMdən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı). Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İkinci iş üzrə: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Hər iki iş üzrə mövcud olan sübutlar: İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağa mülkiyyət hüququna dair JN 0083, KOD 90801018 saylı dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,56 ha torpaq sahəsi X18, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 mart 2002-ci il tarixli aktdan görünür ki, X18, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 01 mart 2002-ci il tarixdə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,35 hissəsini birdəfəlik olaraq ******* manata İddiaçı satmışlar. Həmin akt Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Mollavaizli kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş və cavabdehlərin imzaları ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş tədiyyə bildirişindən, 29 noyabr 2023cü il tarixli mədaxil qəbzindən, şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı Saatlı rayonu Mollavaizli kənində yerləşən və istifadəsində olan 1,35 ha torpaq sahəsinə görə Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinə torpaq vergisi ödəyir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Saatlı rayon Qeydiyyat Şöbəsinin 30 noyabr 2023-cü il tarixli arayışından görünür ki, X18 18 iyul 2004-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2- 3774/2023 saylı məktublarından görünür ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X18 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilibedilməməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə 23 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 01 aprel 2024-cü il tarixli 3-21- 3-38/2-876/2024 saylı bildirişin surətindən görünür ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsi Saatlı rayon notariat ofisinin 28 sentyabr 2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin hüquqları dövlət qeydiyyatına alınmışdır. Göstərilən səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamış və icrasından imtina edilmişdir. Məhkəmənin sorğusu əsasında Saatlı rayon notariat ofisindən məhkəməyə daxil olmuş və məhkəmə iclasında elan edilmiş 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışın və 13 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini Cavabdeh2 satmışlar və 18 iyul 2004-cü ildə vəfat etmiş X9 vərəsələri Saatlı rayon Mollavaizli kəndində qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsindən məhkəməyə daxil olmuş 28 sentyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini Cavabdeh2 satmışlar və həmin torpaq sahəsi 24 oktyabr 2023cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh3 fərdi məlumatlarıa dair elektron məhkəmə sitemindən əldə edilmiş Çıxarışa əsasən müəyyən edilir ki, o, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Saatlı rayon Mollavazli bələdiyyəsinin sədridir. İddiaçı və cavabdehlər arasında olan həmin torpaq sahəsi hazırda bələdiyyənin “BAMS” tətbiqində İddiaçı istifadəsində olduğunu göstərir. Uzun müddətdir ki, həmin torpağı Ziyafətgil əkib-becərir. O, eşidəndəki həmin torpağı İsgəndərgil almaq istəyir, onda İsgəndərə zəng vurub həmin torpağın Ziyafətin olduğunu və alarsa mübahisəli olduğunu demişdir. İsgəndər isə cavabında ona torpaq almağa pulu olmadığını demişdir. Sonradan eşitmişdir ki, həmin torpağı İsgəndərin oğlu Elşad alıb. Rəsmiyyət üçün torpaq aldıqdan sonra alqı-satqı barədə bələdiyyəyə sənəd təqdim edilməlidir, həmin sənəd isə İsgəndərin oğlu Elşad tərəfindən bələdiyyəyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o mart ayında Cavabdeh2 atası Əsədov İsgəndərə bu torpaq məsələsinə görə zəng edərək həmin torpağın onlara məxsus olduğunu, bilə-bilə niyə aldıqlarını soruşmuş, İsgəndər müəllim isə oğlu Elşadın qeyd edilən torpağı aldığını sonradan bildiyini və ona bu barədə xəbərdarlıq etdiyini, torpağın mübahisəli olduğunu dediyini ona bildirmişdir. İsgəndər müəllim məhkəmə iclasına dəvət edilsəydi, o bu danışığımızı təsdiq edə bilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o bələdiyyə sədri olan zaman həmin torpağın alqı-satqısında iştirak etmişdir. 2002-ci ildə Ziyafətgil o torpağı alıb və o vaxtdan onlar əkib-becəriblər. Hazırda kimin əkdiyinə dair məlumatı yoxdur. 2-3 ay bundan əvvəl bilmişdir ki, torpağı İsgəndərgil alıb. Lakin, kənd camaatının hamısı bilir ki o torpaq Ziyafətgilə məxsusdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, torpağı satan Hacıməmməd onun bibisi oğludur. Hacıməmməd torpağı 22 il əvvəl Ziyafətgilə satıb və həmin vaxtdan qeyd edilən torpağı Ziyafətgil əkir. Bu torpağın satın alınması barədə söz-söhbətlər yayılan vaxtı Ziyafət müəllim onların yanında İsgəndərə zəng vurub bu məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. İsgəndər müəllim də cavabında onun torpaq almağa heç 1 qəpik də olsun artıq pulu olmadığını demişdir. Ziyafət müəllim zəng edən vaxt o, Misir müəllimin tikinti materialları mağazasının həyətində oturub çay içirmiş və Ziyafət müəllim yanında danışdığı üçün səsi eşitmişdir. Dəqiq yadında deyil, amma yaddaşı onu aldatmırsa Ziyafət müəllim danışığı aprel ayında, ya da sentyabrda olub. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 20-22 il bundan əvvəl Ziyafət müəllim Hacıməmməddən bu torpağı satın almışdır. Hansı formada sənədləşmə aparılmasından isə məlumatı yoxdur. Onlar Ziyafətlə vaxtaşırı oturub çay içirlər. Bu torpağın satışa çıxarılması və İsgəndər müəllimin bu torpağı alması barədə məlumatlar dolaşdığı ərəfədə payız aylarında, ya sentyabr, ya da oktyabr ayında Ziyafət müəllimin tikinti materialları mağazasının həyətində oturub yenə çay içərkən, Ziyafət müəllim şəxsən onun yanında İsgəndər müəllimə zəng vurmuş, söhbət əsnasında Ziyafət müəllim İsgəndər müəllimə irad tutaraq, bu torpağın ona məxsus olduğunu, tək sən deyil, bütün kənd camaatı bildiyi halda, niyə o torpağı sənin oğlunun satın alması barədə məlumatlar dolaşdığını soruşmuşdur. Ziyafət torpağın pulunun 22 il əvvəl verildiyini, bu torpağa görə aralarında mübahisə yarana biləcəyini bildirmişdir. Həmin vaxt çay içərkən X6 da onların yanında olmuşdur. Onun başa düşdüyü qədəri ilə İsgəndər müəllim cavabında torpaq almaq üçün pulunun olmadığını, heç bir torpaq almaq barədə fikirləşmədiyini Ziyafət müəllimə bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o bu işlə son 1 həftə ərzində maraqlanmışdır. Hacıməmməd və arvadı onun direktoru olduğu məktəbdə işləyirlər. Təxminən payız aylarında Ziyafət müəllim bu torpaq məsələsinə görə ona zəng edəndə, onun bu torpağı oğlu Elşadın alması ilə əlaqədar heç bir məlumatı olmamışdır. O, Ziyafət müəllimə demişdir ki, onun Respublika banka on min manat borcu var, onun torpaq alacaq dərəcədə maddi imkanı yoxdur və bu barədə ümumiyyətlə heç bir məmulatı yoxdur. Oğlu Elşad ümumiyyətlə ailə içində öz planları barədə danışmır, hətta onlar Elşadın Bakı şəhərindən ev almasını da bir il sonra öyrənmişlər. Hacıməmməd niyə məhz onun oğluna o mübahisəli torpağı təklif etməsi barədə heç nə deyə bilmir, bu işlə bağlı Hacıməmmədin evinə qədər getmişdir. Hacıməmmədin torpağının yanında Misir müəllimin kəndçisi Qüdrətin torpağı var idi, həmin torpağı oğlu satın aldıqdan sonra Hacıməmməd onun oğlu Elşada zəng vuraraq həmin torpağın yanında onun torpaq sahəsi olduğunu və satdığını bildirib. Oğlu da cavabında bütün sənədləri düzgündürsə satın ala biləcəyini demişdir. Hacıməmməd oğlundan torpağın sənədlərinin çıxarışını düzəltmək üçün əvvəlcə 1000 manat istəmiş, oğlu da həmin məbləği ona vermişdir. Oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmamış, amma aldıqdan sonra bilmişdir. Əgər vaxtında bilsəydi, oğlunun o torpağı almaması üçün tədbirlər görərdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 01 mart 2002-ci il tarixdə Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X9 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X18 müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla ona satmışlar. Yəni, iddiaçı həmin vaxt müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və mərhum X13 vermişdir, yəni iddiaçı əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün cavabdehlərlə öz arasında torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq mülkiyyətçilərinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin birinci iş üzrə yuxarıda qeyd olunan gəlmiş olduğu nəticəsi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsi ilə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halda da cavabdehlərin bunu etməmələri həmin normaya əsaslanan tələbin təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da İ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün: 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir. İşdən müəyyən edilir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma (AKT) baş tutmuş, bu razılaşma yazılı müqavilə tərtib edilməsi ilə sənədləşdirilmiş, torpaq mülkiyyətçiləri həmin əqdi imzalamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında yazılı həmin əqd Bələdiyyə möhürü ilə də təsdiqlənmişdir. Sonda daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, torpağa dair Dövlət Aktının əsli iddiaçı olan alıcıya təqdim edilmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona fasiləsiz və etirazsız sahiblik etmiş və hazırda da edir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM, § 32-34). Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, "notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”. Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, "qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.” Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (MM, § 27, 36- 38). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar). İkinci iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri, hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6 və X2 təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə köhnə manatla 2 000 000 AZM-ə birdəfəlik olaraq İddiaçı satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Sonradan cavabdehlər iddiaçı ilə birlikdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə getmədiklərindən iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3- 38/2-3774/2023 saylı məktublarında qeyd olunmuşdur ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X18 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsinə dair sənədlərin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Bundan sonra İddiaçı iddiası Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 13 saylı Şirvan ərazi İdarəsinin müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu səbəblərə görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi bəhsi geçən iddianı ona görə əsaslı hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə birdəfəlik olaraq İddiaçı satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə bilavasitə müəyyən edilir ki, bütün kənd camaatına və kəndin bələdiyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, Cavabdeh3 və digər payşılar cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmiş, iddiaya qarşı etirazlarını bildirməmişlər. Həmçinin məhkəmənin sorğusuna cavabda 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2-3774/2023 saylı məktublarında mübahisəli torpaq sahəsinin X18 və onun ailə üzvləri ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırki məhkəmə prosesində məlum olmuşdur ki, 13 saylı Şirvan ərazi idarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş cavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. Lakin, iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, 28 sentyabr 2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə hazırki iş üzrə digər Cavabdeh2 olğuna satmışlar. Göründüyü kimi, hazırki iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni hazırki iş üzrə cavabdehlər Cavabdeh3 digərlərinin hərəkətləri qanunsuz olmuşdur. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş Cavabdeh2 vicdanlı əldə edən olması təşkil edə bilər. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsini isə alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırki iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırki iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olmuşlar. Göründüyü kimi iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə yuxarıdakı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, məhkəmə hər iki iddianı təmin etmişdir. Hər iki qətnamədən torpağı almış şəxs Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin əsas dəlili torpağı alarkən Cavabdeh2 deməsinə görə onun mübahisəli olmasını bilməməsi olmuşdur. Apellyasiya Kollegiyası bununla bağlı aşağıdakıları bildirir. Birincisi, müəyyən olunur ki, Cavabdeh2 Hacıməmmədi və Məlahəti əvvəlcədən tanımışdır. Belə ki, Elşadın atası Mollavaizli kənd orta məktəbində direktor işləyir. Hacıməmməd həmin məktəbdə mühafizəçi (qorovulçu) işləmiş, Məlahət isə xadiməçi işləyir. Bunu məhkəmə iclasında Elşad özü də inkar etməmişdir. Həmçinin Elşad bildirmişdir ki, Hacıməmməd özü ona zəng vuraraq torpağını satmaq istədiyini ona demişdir. Bundan başqa Elşad qeyd edir ki, torpağı almaq istəyərkən onun çıxarışı olmamış və Hacıməmmədə 1000 manat pul vermişdir ki, sənədləşdirmə işləri aparıb Çıxarış alsın. Göründüyü kimi tərəflər bir-birlərini öncədən tanımışlar. İkincisi, Elşad qeyd edir ki, bundan əvvəl Mollavaizli kəndində həmin ərazidə başqa torpaq sahəsi almış və həmin torpaqda taxıl əkmişdir. Daha sonra qeyd etmişdir ki, Hacıməmməd torpağını ona təklif edəndə torpağı ona görə almağa razılaşmışdır ki, onun torpağı almış olduğu torpaqla qonşu torpaq sahələri olmuşdur. Deməli Elşad həmin ərazini yaxşı tanımış və ona təklif edilən torpağın mübahisəli olub-olmamasını, kimin tərəfindən istifadə edilməsindən məlumatlı olmuşdur. Çünki həmin ana qədər təxminən 21 il ərzində mübahisəli torpaq Ziyafət tərəfindən əkilməklə istifadə edilmişdir. Yəqin ki, bunu ən azından ətraf ərazidə olan qonşu torpaqların mülkiyyətçiləri və Bələdiyyə bilmişdir. Cavabdeh2 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, Bələdiyyədən və Kənd İƏÜN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır. Üçüncü bir məsələ Mollavaizli kəndinin Elşadın yaşadığı rayon mərkəzindən 3 km-lik məsafədə yerləşməsi, Elşadın atasının həmin kənddə məktəb direktoru olması və Elşadın atası ilə birlikdə bir evdə yaşamasıdır. Yəni adı çəkilən kənd rayon mərkəzinə yaxındır, Elşadın atası kənddə məktəb direktorudur, Elşad yeganə oğul övladı olmaqla atası ilə bir evdə yaşayır, X8 də həmin məktəbdə işləmişlər. Üstəlik Elşad bundan əvvəl həmin kənddə torpaq sahəsi almışdır. Bütün bu amillər Cavabdeh2 qeyd edilən torpaq sahəsinin mübahisəli olmasından xəbərsiz olmasını istisna edir. Belə ki, Elşadın atası İsgəndər kənddə məktəb direktoru olmaqla demək olar ki, günün çox hissəsini həmin kənddə keçirir, kənd camaatını yaxından tanıyır. X1 işçisi olduğundan onları daha yaxşı tanımış, bundan başqa Elşadla İsgəndər bir evdə yaşadıqlarından ola bilməzdi ki, alınmış mübahisəli torpağı alan zaman bunu müzakirə etməsinlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının İsgəndərlə mübahisəli torpağı almaları ilə bağlı şayələrə aydılıq gətirməsini də təsdiq etmişlər. Yəni Elşadın xəbəri olmasa belə İsgəndərin həmin torpağın mübahisəli olmasını bilməsi mümkünsüz olmuşdur. Dördüncü, torpaq sahəsinə dair Dövlət Aktının əslinin iddiaçıda olmasıdır. İddiaçı kollegiyanın iclasında Dövlət Aktının əslini Kollegiyaya təqdim etmiş, baxış keçirilərək ona qaytarılmışdır. Bu onu deməyə əsas verir ki, torpaq sahəsi 20 ildən çox bir müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Beşincisi, Hacıməmməd və onun ailəsinin torpaq sahəsinə çıxarış alaraq həmin torpaq sahəsini tələm-tələsik daha aşağı qiymətə satmaları da xüsusi diqqət çəkir. İddiaçı bildirmişdir ki, həmin ərazidə 1 ha torpaq sahəsi 11000 manat dəyərindədir. Alqı-satqı müqaviləsindən görünür mübahisəli 1.3 ha torpa sahəsi Elşada 5400 manata satılmışdır. Bütün yuxarıda şərh edilənləri də nəzərə alan Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticələ ilə razılaşır və hesab edir ki, hər iki qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. İkinci iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar