Məhkəmə qərarları › İş №2(106)-154/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-154/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-154/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavadeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Ağcabədi Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq Müsabiqə və hərrac komissiyasına və Cavabdeh qarşı Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X3 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 19 avqust 2021-ci il tarixdə keçirilmiş torpaq hərracının nəticələrinin etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsi və Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlak Dövlət Reysteri Xidməti tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Ağcabədi Bələdiyyəsi ilə İddiaçı tərəfindən 22 dekabr 2000-ci il və 02 yanvar 2006-cı il tarixli icarə müqavilələrinin qüvvədə olaraq uzadılmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ağcabədi Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq Müsabiqə və hərrac komissiyasına və Cavabdeh qarşı iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi Бələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 19 avqust 2021-ci il tarixdə keçirilmiş torpaq hərracının və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair AM seriyalı 013039 nömrəli şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, cavabdeh Ağcabədi Бələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və onunla cavabdeh Ağcabədi Бələdiyyəsi arasında bağlanmış 02 yanvar 2000-ci il tarixli icarə müqaviləsinin bağlanmış müddətə uzadılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edib, Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X3 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 19 avqust 2021-ci il tarixdə keçirilmiş torpaq hərracının nəticələrinin etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsi və Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlak Dövlət Reysteri Xidməti tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Ağcabədi Bələdiyyəsi ilə İddiaçı tərəfindən 22 dekabr 2000-ci il və 02 yanvar 2006-cı il tarixli icarə müqavilələrinin qüvvədə olaraq uzadılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlqar Əliyev) İddiaçı cavabdehlər Ağcabədi Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq Müsabiqə və hərrac komissiyasına və Cavabdeh qarşı torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyistrindən çıxarışın ləğv edilməsi və icarə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmədə göstərmişdir ki, Ağcabədi Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 137-3-7 nömrəli sərəncamına əsasən Bələdiyyəyə məxsus 17 ha torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmiş və 2016-cı ildə isə icarə müddəti başa çatmışdır. Buna baxmayaraq, icarədar tərəfindən icarə müqaviləsinin davam etdirilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı rəsmi məlumat ona bildirilməmiş, öz növbəsində tərəfindən icarə haqqının ödənilməsi davam etdirilmiş və torpaqdan istifadə etmişdir. Ağcabədi Bələdiyyəsinin ona ünvanladığı 13 dekabr 2021-ci il tarixli 624 nömrəli məktubda qeyd edilmişdir ki, “xx.xx.2000-ci il tarixdə müqavilə əsasında icarənizə verilmiş 17 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixdə vaxtı bilmişdir. İcarəyə götürdüyünüz 15 il üçün bələdiyyə torpağının icarə haqqı ödənilmişdir. Həmin torpaq sahəsi 2016-cı ildən 2021-ci il daxil olmaqla Sizin istifadənizdə olmuşdur. İstifadə etdiyiniz torpaq sahəsinin 2021-ci il də daxil olmaqla istifadə pulu ödənilmişdir”. Bundan sonra 2022-ci il üçün də icarə haqqı tərəfindən ödənilmiş və Ağcabədi Bələdiyyəsi tərəfindən həmin məbləğ geri qaytarılmamış, başqa sözlə müqavilənin davam etdirilməsinə bir daha razılıq verilmişdir. Belə ki, icarəyə götürülmüş mübahisəli torpaqda tərəfindən 152 baş iri buynuzlu heyvan və 180 baş xırda buynuzlu heyvan saxlanılır. Bu hal Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Ağcabədi rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 357 nömrəli arayışla da təsdiq edilir. Lakin bir neçə ay əvvəl ona məlum olmuşdur ki, cavabdeh Ağcabədi rayonu Avşar kənd sakini Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş hərracın qalibi olmuşdur. Belə ki, cavabdeh Ağcabədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli,10 saylı iclas qərarı ilə sözügedən torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmış və Cavabdeh müsabiqənin qalibi olmuşdur. 27 avqust 2021-ci il tarixdə Ağcabədi Bələdiyyəsi ilə Xalidə mamquliyeva arasında icarə müqaviləsi bağlanaraq, sonuncu tərəfindən və Azərbaycan Respublikası Əmlak X6 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli çıxarış əldə edilmişdir. Tərəfindən ərizə ilə Ağcabədi Bələdiyyəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə müraciət olunmuş, cavab məktubu ilə bələdiyyənin üzvü hüquq məsələləri üzrə daimi komissiyanın sədri Çərkəz Ağayev tərəfindən ona bildirilmişdir ki, “icarənizdə olan bələdiyyə mülkiyyəti olan həmin sözügedən 17 ha örüş otlaq sahəsinin hərraca çıxarılmasından bir bələdiyyə üzvü, hüquq məsələləri üzrə komissiyanın sədri kimi xəbəri və iştirakı olmamışdır. Torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl həmin torpaq sahəsinin kadastr planının alınması üçün dövlət hakimiyyət orqanlarından rəyin alınması, həmin torpaq sahəsinə Bələdiyyənin adına DƏDRX-ın Beyləqan 6 saylı ərazi idarəsindən çıxarış və plan ölçü sənədlərinin hazırlanması, həmin 17 ha torpaq sahəsinin hərraca çıxarılması barədə prosedurların keçirilməsi barədə bələdiyyə iclasları keçirilməmiş, digər bələdiyyə üzvləri kimi onunda həmin iclaslarda iştirakı və xəbəri olmamış və bu prosesdurları qanunsuz hesab edir. Mövcud qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları Ağcabədi Bələdiyyəsinin binasının lövhəsində və şəhər əhalisinin gediş-gəlişi yüksək olan ictimai yerlərdə elanlar göstərilməlidir. Lakin bu prosedurlar keçirilməmiş, ciddi qanun pozuntularına yol verilmişdir. X9 Ədliyyə İdarəsindən də ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Qanuni istifadəsinə verilmiş 17 ha torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi qanunsuz olmuş, torpaq sahəsi qanuna müvafiq olaraq onun istifadəsinə verilsə də, keçirilmiş hərrac barədə ona məlumat verilməmişdir. Halbuki iş materiallarında olan baxış aktından da görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman aktda həmin torpaq sahəsinin əvvəllər onun icarəsinə verilməsi və hazırda tərəfindən istifadə olunması öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli fərmanı ilə təsdiq edilmiş, Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarının 7-ci bəndində qeyd edilir ki, bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli, torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi), müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini, hərrac addımını (ilkin qiyməti), torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını, müsabiqə və ya hərracda iştirak elmək üçün təqdim olunan sənədlərin siyahısını, müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini, torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yeri barədə məlumatları əks etdirməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Xdmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 19 avqust 2021-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli fərmanı ilə təsdiq edilmiş, Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarının 6-cı bəndində qeyd edilir ki, təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Lakin təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişin kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etməmişdir. Qeyd edilənlərlə yanaşı cavabdeh Ağcabədi Bələdəyyəsi tərəfindən mübahisəli torpağın hərrac və müsabiqə yolu ilə ayrılmasının mümkünlüyü məsələsi həll edilməmişdir. Cavabdeh Ağcabədi Bələdəyyəsi tərəfindən qeyd edilən əsasnamənin tələblərinə riayət edilməmiş, torpaq sahəsinə yerində baxış keçirilməmiş, Bələdiyyənin özü tərəfindən mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsi və icarə müqaviləsinin qanunvericiliyin tələblərinə əsasən eyni müddətə uzadılmış olması və torpaq sahəsinin faktiki olaraq tərəfindən istifadə edilməsi nəzərə alınmamışdır. Hazırda mübahisəli torpaq sahəsində tərəfindən 152 baş iri buynuzlu heyvan və 180 baş xırda buynuzlu heyvan saxlanılır. Cavabdehlərin hərəkəti nəinki onun qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahələrindən məhrum edir, həmçinin orada saxlanılan heyvanın gələcək aqibətini sual altında qoyur. Bununla da, ona eyni zamanda maddi ziyan vurur. Belə ki, torpağın yeni sahibi onu torpaq sahəsinə buraxmır və o, hər gün heyvanlara qış üçün nəzərdə tutduğu yonca preslərindən 100 bağ yonca vermək məcburiyyətində qalır. İcarə müqavilələrinin qüvvədə olduğu müddətdə Bələdiyyə tərəfindən yuxarıda qeyd edilən əsasnamənin tələblərini pozmaqla, ona xəbərdarlıq edilmədən torpağın hərraca çıxarılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdehlər tərəfindən qərəzli şəkildə torpaq sahəsi onun istifadəsindən alınmışdır. Cavadeh Cavabdeh nümayəndəsi X2 məhkəmədə verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslərə qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsi “Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 04 dekabr 2000-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxoz ərazisində 17 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan LN 5846 KOD 60800001 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Ağcabədi Bələdiyyəsinin mülkiyyətində olan 17 ha torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı verilmişdir. İş materiallarında olan 02 yanvar 2006-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxoz ərazisində 17 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri Ü.Hacıbəyov kolxoz ərazisində 17 ha torpaq sahəsi Ağcabədi Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağcabədi Bələdiyyəsinin 24 iyul 2020-ci il tarixli 709 saylı məktubunun surətindən görünür ki, keçmiş Ü.Hacıbəyov adına təsərrüfat ərazisində yerləşən 17 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi üçün müsabiqə vasitəsi ilə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-111 QD nöməli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-11QD nömrəli Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 16-cı bəndinin tələblərinə əsasən keçmiş Ü.Hacıbəyli təsərrüfatı ərazisində yerləşən heyvandarlığın inkişafı məqsədi ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsnin rəy hazırlanıb verilməsinə göməklik göstərilməsi ƏMDK DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 56 saylı rəyin surətindən görünür ki, müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan 170000 kv.m (17.0 ha) torpaq sahəsi Ağcabədi Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyalı, uqodiyası örüşə aiddir, boitet balı 31, İV keyfiyyət qrupuna daxildir və icarə predmetidir. Müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerqurluşu-təsnifat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi lahiyələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Üzərində tikili qurğular mövcud deyildir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kalaizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir. TDİTDA-dən daxil olmuş xx.xx.2021-ci il tarixli ********** saylı məktubunda Ağcabədi Bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə icarəyə verilməsi nəzərdə tutulan həmin 170000 kv.m (17.0 ha) torpaq sahəsinin üzərində hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən, həmin torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsinə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd edilməlidir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin bir hissəsi “Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi” olmuşdur. Həmin qərarlarla iddiaçı öz hüquqlarının pozulduğunu hesab edirsə, həmin qərarları inzibati icraat qaydasında iddia qaldıraraq mübahisələndirə bilərlər. Birinci instansiya məhkəməsi inzibati orqanın qərarlarını etibarsızlığı ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına düzgün qiymət verməmiş və Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi tələbinə dair iddianı icraata götürmüşdür. Halbuki, sözügedən iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinə görə Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsi “Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və MPM-in 261.0.1-ci, 263-264-cü, 365-ci, 384-cü, 391-ci və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsi “Ağcabədi Bələdiyyəsinin 25 fevral 2021-ci il və 27 may 2021-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar