Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1550/2024 02.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin direktoru X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı, cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin onun işdən çıxarılmasına dair xx.xx.2024-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi və onun həmin məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsinə bərpa edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Biləsuvar rayonu Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin 29 fevral 2024-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi, Əsədov X1 rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbin direktoru X5 apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin direktoru apellyasiya şikayətinin mümkün sayılmasını və mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiyanın mümkünlüyü məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə tərəflər İddiaçı və cavabdeh Biləsuvar rayonunun Xırmandalı kənd 1 saylı orta məktəbidir. Apellyasiya şikayəti iş üzrə tərəf olmayan fiziki şəxs- məktəbinin direktoru X5 tərəfindən verilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Qanun tələbinə görə, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı da şikayətdə göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Müəyyən edilir ki, apellyasiya şikayəti iş üzrə tərəf Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin adından verilməli, apellyasiya şikayətinə Məktəbin rekvizitləri əlavə olunmalı olduğu halda, məktəbin direktoru X5 apellyasiya şikayətini öz adından vermiş, apellyasiya şikayətinə öz məlumatlarını əlavə etmişdir. Apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmişdir. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyil. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən Biləsuvar rayon Xırmandalı kənd C.Məhərrəmov adına 1 saylı tam orta məktəbinin direktoru X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1550/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1550/2024
02.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver