Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1551/2024 19.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsad Saməddin oğlunun katibliyi, Cavabdeh Xanalı oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 19/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs Banka ödənilməmiş 11650 (on bir min altı yüz əlli manat) manat icra edilməmiş əsas borc, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz, 1869.82 (bir min səkkiz yüz altmış doqquz) manat cərimə olmaqla, cəmi 15186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus olan Biləsuvar şəhəri X8 küçəsində yerləşən 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı 20 nömrəli fərdi yaşayış evinə və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% (altı faiz) ödənilmək şərtilə 15000 (on beş min) manat məbləğdə kredit vəsaiti verilmişdir. Müqaviləyə görə borcalan krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müvafiq olaraq növbəti aydan etibarən hər ayın eyni günündə banka ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Maraqlı şəxs müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Həmin borcun tutulması üçün LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin banka ödənilməmiş 11650 (on bir min altı yüz əlli manat) manat əsas borcu, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz borcu, 1869.82 (bir min səkkiz yüz altmış doqquz) manat cərimə olmaqla, cəmi 15186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat borcu mövcud olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-1077/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin etmiş, Maraqlı şəxs banka ödənilməmiş 15186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) əsas və 25 (iyirmi beş) manat dövlət rusumunun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 1268/2020 saylı qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-1268/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-99/2020 saylı qərarı ilə dəyişdirilməmiş saxlanılmışdır. Qeyd olunan kredit məbləği bank tərəfindən veriləndə tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus Biləsuvar şəhəri X8 küçəsində yerləşən 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 20 nömrəli fərdi yaşayış evi və mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh Xanalı oğlu arasında xx.xx.2013-cü il tarixli 3383 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bu səbəbdən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(022)-1077/2019 saylı qətnaməsi ilə təmin olunan borc məbləğinin ödənilməsi üçün tələb ipoteka predmetinə yönəldilməlidir. Cavabdeh Maraqlı şəxs kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Tərəflərindən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi hazırlanmış və Fərmanla tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, cavabdehlər bankla restrukturizasiya müqaviləsini və ipoteka müqaviləsini imzalasa da, qanunun tələblərinə uyğun olaraq məlum olmayan səbəbdən notarial qaydada imzalanması üçün notariat ofisinə getməkdən imtina etmişlər. Sonda iddiaçının nümayəndəsi X4 iddianın təmin olunmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-19/2024 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilərək Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmiş 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə 11650 (on bir min altı yüz əlli) manat əsas borc, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat pulun ipoteka qoyulmuş Cavabdeh məxsus Biləsuvar şəhəri X8 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı yaşayış evinə yönəldilməsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 11650 (on bir min altı yüz əlli) manat borcun Zaminbank ASC-yə ödənilməsi, satışdan əldə edilmiş vəsatin qalan hissəsinin Cavabdeh qaytarılması, Biləsuvar şəhəri X8 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kv.m ümumi, 91.6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı evin likvid qiyməti 50000 (əlli min) manatın müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş 25 (iyirmi beş) manat pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: 21 oktyabr 2013-cü il tarixli 3818 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs kreditdən istifadəyə görə illik 6 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 15000 manat məbləğdə kredit vermiş, həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh məxsus olan Biləsuvar şəhəri X8 küçəsində yerləşən 174.5 kvm ümumi, 91.6 kv.m yaşayış və 82.9 kv.m yardımçı sahəsindən ibarət bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka predmeti tərəflərin razılığı ilə 25000 manat qiymətləndirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)- 1077/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 manat, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı (reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2103-cü il) çıxarışa əsasən Cavabdeh məxsus Biləsuvar şəhəri X8 küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi Zaminbank ASC Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Zaminbank ASC-nin daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restruktirzasiya müqaviləsindən görünür ki, İddiaçı ASC və borclu Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqavilsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 11650 manat məbləğ restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsində göstərilmişdir ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı “Borclu”nun 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyinin təminatı kimi ipoteka saxlayana girova verir. Hazırkı müqavilə üzrə sonrakı ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas ləğv prosesində olan İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli LM102100339 saylı restrukturizasiya müqaviləsidir. "xxxx" MMC-nin 21 may 2024-cü il tarixli № 0251a/24/ZB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Biləsuvar şəhəri X8 küçəsində Cavabdeh Xanalı oğlunun mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 174,50 m2 ümumi, 91,60 m2 yaşayış, 82,90 m2 yardımçı sahədən və tikintialtı sahəsi 7,50 m2 olan hamam (liter V), 9,60 m2 olan təsərrüfat damı (liter D), 4,0 m2 olan ayaq yolu (liter İ), 4,0 m2 olan su hovuzu (liter İİ), 14,0 m2 olan hasar (liter İİİ), darvaza (liter İV), hasardan (liter V) ibarət 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50000 manat təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də xx.xx.2013-cü ildə "xxxx" ASC ilə Maraqlı şəxs arasında kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi həmin tarixdə onunla "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək mülkiyyətində olan Biləsuvar şəhəri X8 küçəsi 20 ünvanda olan həyətyanı torpaq sahəsi və evi ipotekə qoyulmaqla, ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, onun bankla bağladığı ipoteka müqaviləsinin müddəti 3 il olmuş və həmin müddət 2016-cı ilin oktyabr ayında bitmişdir. Yəni 8 il bundan qabaq. Həmin müddət bitdikdən sonra isə İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmamışdır. Belə olan halda, məhkəmə əsassız olaraq 8 il bundan əvvəl müddəti bitmiş müqavilə üzrə onu mülki məsuliyyətə cəlb etməklə əmlakını qanunsuz əlindən alır. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan, ipoteka müqaviləsinin müddətinin bitməsi halı və ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmaması halı nəzərə alınmamışdır. Cavabdeh Xanalı oğlunun nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2013-cü ildə "xxxx" ASC ilə Maraqlı şəxs arasında kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi həmin tarixdə hüquqlarını təmsil etdiyi şəxslə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək mülkiyyətində olan Biləsuvar şəhəri X8 küçəsi 20 ünvanda olan həyətyanı torpaq sahəsi və evi ipotekaya qoyulmaqla, ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, hüquqlarını təmsil etdiyi şəxsin bankla bağladığı ipoteka müqaviləsinin müddəti 3 il olmuş və həmin müddət 2016-cı ilin oktyabr ayında bitmişdir. Həmin müddət bitdikdən sonra isə İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmamışdır. Beləliklə də, iddiaçı əsassız olaraq 8 ildən sonra bununla bağlı qaldırmışdır. Apellyasiya şikayətinin təmin olunmasını və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(022)-19/2024 saylı qətnaməsi ləğv edilərək cavabdehə qarşı iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasında əvvəlki izahatına uyğun olaraq bildirmişdir ki, xx.xx.2013-cü ildə "xxxx" ASC ilə Maraqlı şəxs arasında kredit müqaviləsi üzrə iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi müvcud olmaqla hazırda icraya yönəlmişdir. İpoteka qoyan qismində hüquqlarını təmsil etdiyi şəxs çıxış edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı olmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)- 1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqaviləsinə görə müəyyənləşdirilmiş 11650 manat məbləğ 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı müqavilə ilə restrukturizasiya olunmuş və borclu həmin müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Habelə 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restrukturizasiya müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana girova vermişdir. Kollegiya bildirir ki, ipotekanın əlavə dövlət qeydiyyatı notarial qaydada təsdiq edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu fakt iddia ərizəsinin məzmunundan da aşkar olur. Buna görə də, hazırkı iddianın təmin edilməsinin hüquqi əsası mövcud deyildir. Kollegiya diqqətə çatdırır ki, “İpoteka haqqında” Qanunun 11-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Həmin Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Habelə adıçəkilən qanunun 14-cü maddəsinin tələblərinə görə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə aparılır. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-19/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1551/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1551/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver