Məhkəmə qərarları › İş №2(106)-1563/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1563/2023

26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1563/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi İddiaçı mülkiyyət hüququnun tanınması və bu barədə dövlət orqanlarında müvafiq qeydlərin aparılması ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(050)-441/2011 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsi ilə Masallı şəhəri, 20 Yanvar küçəsi, köhnə bazar ərazisində yerləşən mağaza binası üzərində İddiaçı mülkiyyət hüququ tanınmış, bu barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsində müvafiq qeydlərin aparılması qət edilmişdir. Qətnamədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə qətnamə qəbul edilən vaxt fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Rayon Ərazi İdarəsi maraqlı şəxs kimi işə cəlb olunmamışdır. Hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Rayon Ərazi İdarəsinin varisi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh maraqlarına toxunan tərəf kimi ərizə ilə məhkəməyə müraciət etməmiş, birbaşa apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən şikayət verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnaməsi icra edilməsi üçün Ərazi İdarəsinə göndərilmişdir. Həmçinin məhkəmə qətnaməsindən Masallı şəhəri, 20 Yanvar küçəsi, Köhnə Bazar ərazisində yerləşən mağaza binası üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və bunun hüquq üzrə Ərazi İdarəsindən müvafiq qeydlərin aparılması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. Buna əsasən də, qərardad ləğv edilməlidir. Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(050)-441/2011 saylı və 17 avqust 2023-cü il tarixli, 2(050)-441/2011 saylı qərardadları ləğv edilməli və Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsindən qətnamə hüquq və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bununla bağlı Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməmiş, həmçinin məhkəmənin çıxarmış olduğu qətnamə həmin İdarənin maraqlarına toxunmasına baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsini nə maraqlı, nə də ki, cavabdeh qismində işə cəlb etməmişdir. Ərizəçinin müraciət əsasında, Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(50)-441/ 2011 saylı qətnaməsi 30 may 2023-cü il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh hüquq və vəzifələrinə toxunur. Belə ki, Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsində gəldiyi nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. Həmin qurumun hazırda hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsidir. Həmin qurum da qətnamənin hüquq və maraqlarına toxunduğunu bildirərək, qətnamədən apellyasiya şikayəti vermişdir. Belə ki, hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad rayon Ərazi İdarəsinin hüquqi varisi olmaqla, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna hətta işdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malik olduğu halda, işdə iştiraka maraqlı şəxs qismində cəlb edilməmiş və qətnamə ilə dolayı yolla üzərinə vəzifə qoyulmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh apellyasiya şikayəti vermək hüququna malik olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Qeyd edilən maddələr baxımından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh də Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(050)-441/2011 saylı və 17 avqust 2023-cü il tarixli, 2(050)-441/2011 saylı qərardadları ləğv edilməli və Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsindən qətnamə hüquq və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Qətnamə hüquq və vəzifələrinə toxunan tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(050)-441/2011 saylı və 17 avqust 2023-cü il tarixli, 2(050)-441/2011 saylı qərardadları ləğv edilsin. Masallı Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(050)-441/2011 saylı qətnaməsindən qətnamə hüquq və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar