Məhkəmə qərarları › İş №2(106)-1575/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1575/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1575/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının təmsilçisi X5, Cavabdeh1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı Bəhrəmləpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan 11.6 ha torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh1, Cavabdeh2ı qızı, Cavabdeh3, Cavabdeh4 və X4 Bəhrəmləpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və icarəyə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini xahiş etmişlər. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Bəhrəmtəpə Bələdiyyəsi ilə X12 arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisində 18,0 ha (faktiki vəziyyətdə 3 ha. 2.60 ha və 6 ha, cəmi 11.60 ha) torpaq sahəsi 99 il müddətinə X9 icarəsinə verilmişdir. X13 icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtında ödəyir. Lakin cavabdehlər həmin torpaq sahəsindən istifadə etdiyindən X13 icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir, dövlətin müəyyən eldiyi subsidiyanı ala bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxmaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakin icarə hüququ ilə X11 məxsusdur. Ona görə də cavabdehlər həmin torpaq sahəsindən çıxarımalı və X9 pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli. 2-1(120)-577/2022 saylı qərarı ilə X9 iddia tələbi təmin olunmuş, İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərarı alınmışdır. X9 Bəhrəmtəpə bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqavilə əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2.60 ha və 6 ha (cəmi 11.60 ha) torpaq sahələri üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X13 ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinin surətində görünür ki, İmişli şəhər sakini X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə illik 126 manat haqq ödəmək şərtilə icarəsinə verilmişdir. X13 icarə müqaviləsində nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti aparılmasına dair icazə verilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia ərizəsinə etiraz vermiş, iddia tələbini təmin edilməməsini xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 torpaq sahəsini zəbt etməmiş, özbaşına tikinti işi aparmamışdır. Cavabdeh1 ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kmi gəlib İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmışlar. Həmin vaxtlarda ailəsində üçəm oğul doğulmuşdur. İmişli rayon icra hakimiyyətinin, Kare təşkilatının köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilib verilmişdir. Cavabdeh1 da heyvanların saxlanması üçün böyük tövlə tikmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi istifadəyə yararsız vəziyyətdə olmuşdur. 27 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada 200-ə qədər ağac əkmişdir. Bundan əlavə, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi X11 qeyri-qanuni verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsində məskunlaşdığı halda, bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan başqa şəxsə verilmişdir. Torpaq sahəsi X11 hərrac keçirilmədən qanunsuz verilmişdir. Qarşı tərəfə məskunlaşdığı torpaq sahəsi verilərkən tərəf-məcburi köçkün kimi onun hüquqları pozulmuşdur. Məcburi köçkünlərin doğma yurdlarına qayıdana kimi məskunlaşdıqları torpaq sahəsinin başqa şəxsə verilməsi və ya satılması qanunaziddir, onun və ailəsinin başqa yaşayış yeri yoxdur. Ali Məhkəmənin göstərişi ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)190/2024 saylı qərarı ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və Əlif Heydərovun iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Əlif Heydərov indi də bələdiyyənin əli ilə məskunlaşdığı torpaq sahəsindən çıxarmaq istəyir. İmişli Rayon Məhkəməsinin (hakim Z.Pirverdiyev) 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızı, Cavabdeh3, Cavabdeh4 və X1-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində olan cavabdehlər Cavabdeh1, Cavabdeh2ı qızına, Cavabdeh3, Cavabdeh4 və X6 məxsus binalar, tikililər və qurğular onların öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər o torpaq sahəsinə bələdiyyə yaranandan əvvəl məcburi köçkün kimi düşmüşdür. Bələdiyyə onun məskunlaşdığı torpaq sahəsini başqa şəxsə verməkdə düzgün hərəlkət etməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, qətnamə qanunsuzdur. Bələdiyyənin torpaq sahəsini Əlif Heydərova icarəyə verməsi qanunsuzdur. Torpaq sahəsinin Əlif Heydərova icarəyə verilməsini mübahisələndirmişlər. Belə ki, hazırki iş ilə əlaqədar Şirvan İnzibati Məhkəməsində inzibati iş vardır. Ona görə hazırki işin icraatı dayandırılmalıdır. İddiaçının təmsilçisi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir. Rahib torpaq sahəsini zəbt etmişdir. Cavabdehin istinad etdiyi hal ondan ibarətdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 cavabdeh İmişli rayonu, Bəhrəmtəpə Bələdiyyəsinə qarşı, torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş vardır. Lakin həmin işə baxılması hazırki işin icraatının dayandırılması üçün əsas ola bilməz. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı sahəsi 18.0 ha olan torpaq sahəsini X11 99 il müddətinə icarəyə vermişdir. İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarına əsasən bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 3.0 ha, 6.0 ha və 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X9 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncunun adına müvafiq olaraq 3,0 ha, 6,0 ha və 2,6 ha torpaq sahələrinə dair icarə hüquqlarını təsdiq edən xx.xx.2023-cü il tarixli çıxarışlar verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini, özbaşına tikililərin sökülməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddia edilən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilə bağlı əvvəllər sözügedən torpaq sahəsinin icarəçisi X9 hazırki iş üzrə cavabdehlərin çıxarılması ilə bağlı məhkəmə mübahisələri olmuşdur. İddiaçı X9 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı "torpaq sahəsindən çıxarma" tələblərinə dair iş üzrə iş materiallarından ekspertizaların keçirildiyi də müəyyən edilmişdir. Həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsi 24 noyabr 2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İmişi rayonu Bəhrəmtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə Bələdiyyəsinin sədri İ.İbrahimovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq Cavabdeh1 istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. İddiaçı 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə X11 icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Beləliklə, müəyyən edilir ki, cavabdehlər, bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,6 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edirlər. Bundan başqa, zəbt edilmiş torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikililər inşa edilmişdir. Cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinin istifadəsi ilə bağlı hər-hansı sənəd təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən doğru qənaətə gəlmiş, cavabdehin torpaq sahəsindən çıxarılması hissədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(036)-544/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar