Məhkəmə qərarları › İş №2(106)-1576/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1576/2024

16.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1576/2024 16.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı miras əmlakın qəbulu tələbinə dair mülki iş üzrə Açar sözlər: miras əmlakın qəbulu. X10 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X19 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı miras əmlakın qəbulu tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsindən (hakim Toğrul Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və X16 Cavabdeh qarşı miras əmlakın qəbuluna dair iddia ərizəzi ilə məhkəməyə müraciət edərək xx.xx.1957-ci il tarixdə vəfat etmiuş mərhim babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, X104 Fərəc oglu xx.xx.1957-ci üdə Lənkəran şəhərində vəfat etmişdir. X6 ünvan 1 ünvanında fərdi yaşayış evi miras qalmışdır. Həmin evi X11 X32 tək başına olaraq faktiki qəbul etmişdir. Həmin vaxtdan X63 X3 xx.xx.1963-cü ilədək həmin evdə yaşamışdır. Anası vəfat etdikdən sonra 1969-cu ilə kimi o həmin evdə tək yaşamışdır. Muxtar Məmmədov 04 noyabr 1969-cu ildə iddiaçı X16 ilə evlənmişdir. Onların birgə nigahından 4 uşaqları olmuşdur. Ailə üzvlərinin artdığına görə mərhum X63 atasından miras qalmış evi sökərək 1977-ci ildə 1 mərtəbəli 6 otaqlı ev tikmişdir. Hazırda həmin əmlak iddiaçıların babası X45 adına rəsimləşdirilərək miras şəkilində qalmışdır. X104 Fərəc oglu xx.xx.1957-ci ildə onun həyat yoldaşı X24 isə xx.xx.1963-cü ildə Lənkəran səhərində vəfat etmişlər. X11 8 övladı doğulmuşdur. Həmin uşaqlardan 6 nəfəri vəfat etmiş, 2 nəfəri isə sağdır. X2, X52 varisləri haqqında məlumat yoxdur. Digər vərəsə X33 heçbir uşağı olmadan vəfat etmişdir. X18 və X81 vəfat etsələr də miras əmlakdan onların xeyrinə imtina etmişlər. Mərhumun sağ qalan vərəsəsi X53 miras əmlakdan iddiaçıların xeyrinə imtina etmişdir. Lakin cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh miras əmlakı qəbuluna və imtinasına heç bir ərizə vermir qərəzli şəkildə mirasın qəbuluna maneələr yaradır. Bildirmək istəyir ki, X104 Fərəc oglu xx.xx.1957-ci ildə Lənkəran şəhərində vəfat etdikdən sonra vərəsəsi olduqları X63 ondan miras qalmış əmlakı anası ilə birlikdə qəbul etmişdir. X3 isə xx.xx.1963-cü ildə Lənkəran şəhərində vəfat etdikdən sonra həmin mübahisə predmeti olan əmlakı tək başına qəbul etmişdir. Miras faktiki qəbul edildiyindən bəri vərəsələrin heç bir etirazları olmamış və bununla bağlı məhkəməyə belə müraciət etməmişlər. Hazırda onlar miras əmlakı qəbul edib üzərində sərəncam vermək hüququndan istifadə etmək istəyirlər, lakin cavabdeh buna birmənalı şəkildə mane olur. Babası mərhum X74 vəfat etməmişdən qabaq həmin miras əmlaka dair şifahi olaraq həmin əmlakı X47 vəsiyyət etmişdir. Bunu digər sağ qalan vərəsələrdən olan X53 və ölmüş vərəsələrin bu barədə öz valideyinlərindən eşitdiyini bildirə bilərlər. Eyni vəsiyyəti X3 da etmişdir. Elə həmin vaxtdan X63 miras əmlakı faktiki olaraq qəbul etmiş, həmin əmlakı sökərək yerində yeni ev inşa etmiş və həmin əmlaka dair bütün kommunal xərcləri və bələdiyyə vergilərini ödəmişdir. Əlavə olaraq həmin əmlakda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci ii tarixli, 121 saylı sərəncamı ilə 12 kv.m mağaza tikintisinə icazə verilmişdir, hal hazırda həmin ərazidə mağaza fəaliyyət göstərir. Əlavə olaraq X34 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 sentyabr 2004-cü il tarixi 313 saylı sərəncamı ilə 16 kv.m mağaza tikintisinə dair sərəncam verilmişdir. Mağaza halhazırda işlək vəziyyətdədir. Bütün bunlara baxmayaraq X63 26 may 2008-ci ildə vəfat etdikdən sonra həmin mirası iddiaçılar qəbul etmişdir və bu günə kimi qoruyub saxlamış, faktiki ona sahiblik etmişlər. Bir sözlə mübahisə predmetinə çevrilmiş əmlak babasından miras qalsa da onlar həmin əmlakdan 50 ildir ki, mübahisəsiz istifadə edirlər. Buna görə də onlar həmin əmlaka dair yeganə pay alacaq varis kimi qəbul edilməli və əmlak bütövlükdə onlara aid edilməlidir. Digər vərəsələr mirası faktiki və rəsmi qəbul etmədiklərinə görə bununla bağlı notariat kontoruna ərizə vermədiklərinə görə mirasdan pay ala bilməzlər. Buna görə də xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhum babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları, paylarının bərabər müəyyən edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh və maraqlı şəxsin nümayəndəsi iştirak etmədiyindən, onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar X35 və X16 tərəfindən qəbul edilməsi faktının tanınmasını və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X5 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bildirmişdir ki, həmin mülki işlə bağlı məhkəmə iclaslarının keçirilməsi yeri və vaxtı barədə məlumatı olmamışdır. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, miras əmlakla bağlı cavabdehlə, yəni onunla aralarında mübahisə mövcuddur. İddiaçılar bunu bilə-bilə onun yaşayış yerini düzgün qeyd etməmişlər. Lakin məhkəmə də bu halı araşdırmadan onu məlumatlandırmamış, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bildirmişdir ki, 1945-ci ildə anadan olmuş, atası 1957-ci ildə vəfat etmiş və atasının vəfatından sonra 5 il müddətində miras əmlakda yaşamışdır. Qətnamədə qeyd edilib ki, o, miras əmlakı qəbul etməyib. Atası vəfat edən 1957-ci ildə onun 12 yaşı olmuşdur. Belə çıxır ki, o 12 yaşından əvvəl ailə qurub gəlin köçmüşdür?. Bu əsla belə deyil. Belə ki, o atası vəfat edəndən sonra 5 il müddətində miras əmlakda yaşamış və mirası qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılardan İddiaçı1 apellyasiya şikayətinə qarşı yazılı etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, atası X74, anası isə X14r. Onlar ailədə 8 uşaq olmuşlar. Qardaşları - Malik Məmmədov, Adil Məmmədov, İbrahim (İbiş) Məmmədov və Muxtar Məmmədov, bacıları – Almaz, Elmira, Solmaz və özüdür. Qardaşlarının hamısı, bacılarından isə 2-ci Almaz və Elmira vəfat ediblər. Solmazla o özü isə sağdır. Qeyd etmişdir ki, atası Əli xx.xx.1957-ci, anası Güləbəyim isə xx.xx.1963-cü ildə vafat etmişlər. O, özü 1945-ci ildə anadan olmuş və atası vəfat edən zaman 12 yaşı olmuşdur. Atası vəfat edəndən sonra təxminən 5 il müddətində atasına məxsus evdə yaşamış, sonradan ailə quraraq gəlin köçmüşdür. İddiaçıların güya onun atası vəfat edən zaman miras əmlakda yaşamaması ilə bağlı fikirləri ilə razı deyil. Bildirmişdir ki, Muxtar onların kiçik qardaşıdır və miras əmlakda o qalmışdır. İddiaçılardan Şükufə Məmmədova Muxtarın arvadı, İddiaçı1 isə qardaşı Muxtarın qızıdır. Bildirmişdir ki, hazırkı mülki işin məhkəmənin icraatında olmasından heç bir xəbəri olmamışdır. Bildirmişdir ki, iddia ərizəsində onun ünvanı kimi göstərilən ünvan 2 və yaşamamışdır. O, Lənkəran ş, H.Əliyev küç, 26 ünvanında qeydiyyatda olsa da Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. İddiaçılar onun harada yaşamasını dəqiq bilmişlər. Lakin iddiaçılar bilə-bilə onun yaşayış ünvanını düzgün qeyd etməmişlər. Çünki bilmişlər ki, miras əmlakla bağlı cavabdehlə, yəni onunla aralarında mübahisə mövcuddur. İddiaçılar bu halı iddia ərizəsində də qeyd etmişlər. Məhkəmə də bu halı araşdırmadan onu məlumatlandırmamış, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Qeyd etmişdir ki, miras əmlakın yaxınlığında yaşayan qonşuları ona evin sökülməsi barədə məlumat verilməsindən sonra öyrənmişdir ki, iddiaçılar onun atasına məxsus olan evi və həmin evin yerləşdiyi torpaq sahəsinin satmışlar. Belə ki, məlumatı aldıqdan sonra miras əmlaka gəlmiş görmüşdür ki, əraziyə traktor salınaraq ev sökülmüş, torpaqda müvafiq planlama işləri gedir. Maraqlandıqda iddiaçıların məhkəmə qətnaməsi aldıqdan sonra atasına məxsus torpaq sahəsinin satılmasını öyrənmişdir. Bundan sonra qətnaməni əldə edərək şikayət vermişdir. Göstərmişdir ki, torpaq sahəsi üzərində hazırda sosial bina tikilir. Qeyd etmişdir ki, iddiaçılar qanunsuz qətnamə əsasında atasına məxsus torpaq sahəsini onun xəbəri və razılığı olmadan satmışlar. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçılar və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçılardan İddiaçı1 apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsinin; Həmin Məcəllənin 487.1-ci maddəsinə görə vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. Maddə 488. 487-ci maddədə göstərilmiş hər iki əsasla vərəsəliyə çağırılan şəxslərin dairəsi, birbaşa aşağı nəsli qohumluqla (uşaqlarla, nəvələrlə və nəticələrlə), oğulluğa götürülənlərlə (onların aşağı nəsii qohumluğu ilə) və ölən şəxsin əri ilə çox yaşayan şəxslə və həmçinin ölən şəxsin ölümünədək bir ildən az olmayaraq tamamilə onun himayəsində olan yoxsul və əmək bacarığını itirmiş şəxslərlə məhdudlaşır. Vərəsənin, həmçinin öz əmlakını aşağıdakılara vəsiyyət etməyə ixtiyarı vardır: 1) hökumətə, yaxud onun ayrı-ayrı orqanlarına, dövlət idarələrinə və müəssisələrinə; 2) partiya və həmkarlar təşkilatlarına; 3) müəyyən edilmiş qayda ilə qeydə alınmış ictimai təşkilatlara və həmçinin kooperativ təşkilatlarına, bu şərtlə ki, onlar müvafiq kooperasiya şəklində ittifaq sisteminə daxil olmuş olsunlar. Qeyd. Fiziki şəxslərdən vərəsə yalnız irs buraxanın öldüyü vaxt sağ olanlar və həmçinin onun sağlığı zamanı ananın boynuna düşən və öldükdən sonra doğulan uşaqlar ola bilər (1928-ci il 9 iyun tarixli qərarla yeni redaksiyada verilmiş mətn). Maddə 488. (1928-ci il 9 iyun tarixli qərarla (QK, 1928-ci il, № 9, maddə 178) və Azərbaycan SSR X113 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı ilə yeni redaksiyada verilmişdir (Azərbaycan SSR Qanunları Məcmuəsi, 1938-1963-cü il). Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurlar. Qeyd. Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxta sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulası uşaqlar vərəsə ola bilərlər. (1947-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada verilmiş mətn). Maddə 489. Qanun üzrə vərəsəlik, 416-cı maddədə göstərilmiş hüdudlarda, vəsiyyətlə dəyişdirilmədiyi bütün hallar üçün keçərlidir (ilkin mətn). Maddə 490. Qanun üzrə vərəsəlikıdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür (ilkin mətn). Maddə 490. Qanun üzrə vərəsəli kdə vərəsəlik əmlakı 488-ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür. (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətn). İrs buraxan şəxsin 488-ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alırlar. (1947-ci il 14 noyabr tarixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətni). Maddə 491. 488-ci maddədə göstərilən şəxslərdən ölənlə bir yerdə yaşayanlar, 490cı maddəyə əsasən ölənin zinət əşyaları istisna olmaqla, onlara əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan pay alırlar (1926-cı il 6 mart ta¬rixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətni). Maddə 491. 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490-cı maddəyə əsasən ona çatası əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) pay alır. Qeyd 1. Vəsiyyət edən 488-ci maddənin birinci hissəsində göstərilmiş qanuni vərəsələrdən birini, bir neçəsini, yaxud hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Əgər vərəsə öz əmlakını 488-ci maddənin ikinci hissəsində göstərilmiş təşkilatlardan birinə vəsiyyət etməmişdirsə, miras əmlak həmin Məcəllənin 503-cü maddəsinə uyğun olaraq tamamilə, yaxud onun bir hissəsi dövlətin ixtiyarına keçir. Qeyd 2. Vəsiyyət edən şəxsin, qanun üzrə vərəsə olanlardan (488-ci maddə) özü vəfat edən anda 18 yaşı tamam olmayanları qanuni vərəsəlik hüququndan məhrum etməyə ixtiyarı yoxdur. Eyni tərzdə həmin maddədə nəzərdə tutulmuş şəxslərə bu Məcəllənin 490-cı maddəsinə uyğun olaraq qanuni vərəsəlik üzrə almalı olduqları payın dörddə üç hissəsini özündə əks etdirən vəsiyyət sərəncamını icra etməyə yol verilmir (1928-ci il 27 oktyabr tarixli qərarla əlavə edilmiş 2-ci qeyd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. İş üzrə mövcud olan sübutlar: İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə mülkiyyət hüququ X45 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran şəhər 1 nömrəli sahə inzibatİ ərazi däirəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 12-18-1/194 saylı arayışından görünür ki, X74 xx.xx.1957-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş, aşağıdakı vərəsələri olmuşdur: Həyat yoldaşı X20 ölmüşdür. X39 ölmüşdür. X30. X31 ölmüşdür. X86 əliz qızı. X43 ölmüşdür. X22 ölmüşdür. X32 ölmüşdür. X23 ölmüşdür. X1. X7. X12. X13. X4. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991-ci il tarixi arayışdan görünür ki, X54 13 iyun 1931-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991-ci il tarixi arayışdan görünür ki, X63 15 noyabr 1939-cu ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X82 24 dekabr 1935-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X53 11 mart 1938-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991-ci il tarixli arayışdan görünür ki, X66 27 dekabr 1941-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 24 avqust 1991 -ci il tarixli arayışdan görünür ki, X67 26 avqust 1945-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 05 oktyabr 2018-ci il tarixli arayışdan görünür ki, X55 14 iyul 1947-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 31 iyul 1981-ci il tarixli arayışdan görünür ki, X25 03 aprel 1963-cü ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 04 oktyabr 2018-ci il tarixli arayışdan görünür ki, X56 19 avqust 2001-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 03 fevral 2001-ci il tarixli arayışdan görünür ki, X81 01 yanvar 1996-cı ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X75 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 471102 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X76 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 291172 saylı ölüm haqqında, şəhadətnamənin surətindən görünür ki, X63 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X37 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı2 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X26 ərizəsindən görünür ki, o ona çatası miras paydan imtina edir və mitras əmlakın İddiaçı1 adına keçirilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X42 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı2 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X50 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1, xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X17 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X38 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 471103 saylı haqqında şəhadətnamənin surətindən görünür Ki, X68 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X27 ərizəsindən görünür ki, o ona çatas miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X28 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 qının xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 471102 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X69 xx.xx.1995-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X21 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X15 ərizəsindən görünür ki, o ona çatası miras əmlakı qəbul etmir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X29 ərizəsindən görünür ki, o ona çatası miras paydan İddiaçı1 xeyrinə imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 364179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 08 avqust 1979-cu ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X41 xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X48 xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X49 xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 990908 sayl ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx.xx.2019-cu ildə ölmüşdür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, miras qoyan X74, onun arvadı isə X14r. X74 ilə X8 birgə nikahlarından 8 uşağı olmuşdur. Onların uşaqları (oğlanları) - Malik Məmmədov, Adil Məmmədov, İbrahim (İbiş) Məmmədov, Muxtar Məmmədov, qızları – Almaz, Elmira, Solmaz və Yaqutdur. Miras qoyan X74 - xx.xx.1957-ci ildə; X20 - xx.xx.1963-cü ildə; X75 – xx.xx.1991-ci ildə; X82 -xx.xx.2001-ci ildə; Məmmədov İbiş (İbrahim) Əli oğlu -xx.xx.1996-cı ildə; X63 -xx.xx.2008-ci ildə; Həsənova (Məmmədova) Almaz Əli oğlu -xx.xx.2011-ci ildə; Həsənova (Məmmədova) Almaz Əli oğlu -xx.xx.2011-ci ildə; X55 vəfat etmişlər. Vərəsələrdən Bəşirova (Məmmədova) Yaqut Əli qızı və X53 isə hazırda sağdırlar. Cavabdeh qeyd etmişdir ki, atası Əli xx.xx.1957-ci, anası Güləbəyim isə xx.xx.1963cü ildə vafat etmişlər. O, özü 1945-ci ildə anadan olmuş və atası vəfat edən zaman 12 yaşı olmuşdur. Atası vəfat edəndən sonra anası ilə birlikdə 5 il müddətində atasına məxsus evdə yaşamış, sonradan ailə quraraq gəlin köçmüşdür. İddiaçıların güya onun atası vəfat edən zaman miras əmlakda yaşamaması ilə bağlı fikirləri ilə razı olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, hazırkı mülki işin məhkəmənin icraatında olmasından heç bir xəbəri olmamışdır. İddia ərizəsində onun ünvanı kimi göstərilən ünvan 2 və yaşamamışdır. O, Lənkəran ş, H.Əliyev küç, 26 ünvanında qeydiyyatda olsa da Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. İddiaçılar onun harada yaşamasını dəqiq bilmişlər. Lakin iddiaçılar bilə-bilə onun yaşayış ünvanını düzgün qeyd etməmişlər. Çünki bilmişlər ki, miras əmlakla bağlı cavabdehlə, yəni onunla aralarında mübahisə mövcuddur. İddiaçılar bu halı iddia ərizəsində də qeyd etmişlər. Belə ki, həqiqətəndə iddia ərizəsinə nəzər saldıqda müəyyən edilir ki, iddia ərizəsinin 1-ci səhifəsinin sonuncu cümləsində qeyd edilmişdir ki, “Lakin cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh miras əmlakın qəbuluna və imtinasına heç bir ərizə vermir, qərəzli şəkildə mirasın qəbuluna maneələr yaradır.” Göründüyü kimi iddiaçılarla cavabdeh arasında öncədən miras əmlaka dair aralarında narazılıq və mübahisə olmuşdur. Miras əmlakla dair mübahisənin olmasından iddiaçılar hələ məhkəməyə müraciət etməmişdən əvvəl məlumatlı olmuşlar. Miras qoyandan miras olaraq qalmış əmlak Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsində yerləşən, 0.06 ha torpaq sahəsində inşa edilmiş və miras qoyanın adına xx.xx.2014-cü ildə qeydə alınmış 26 saylı fərdi yaşayış evidir. Müəyyən edilir ki, miras qoyan X74 xx.xx.1957-ci, onun arvadı X20 isə xx.xx.1963-cü ildə vəfat etmişdir. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarına nəzər saldıqda aydın olur ki, miras qoyan Əli və onun arvadı Güləbəyim 1964-cü ilədək artıq vəfat etmiş olmuşlar. Həmin dövrdə, yəni mübahisəli hüquq münasibətinin yarandığı zamanda isə Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsi qüvvədə olmuşdur. Belə olduğu halda hazırkı münasibətə həmin zaman qüvvədə olan Azərbaycan SSR-nin 1923-cü il tarixli Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi hazırkı mülki işə 2001-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməklə həmin işə maddi hüquq normalarını düzgün tətbiq etməməklə pozuntuya yol vermişdir. Göründüyü kimi vərəsələrdən 6 nəfəri vəfat etmiş, 2 nəfəri isə Yaqut və Solmaz isə sağdır. Müəyyən edilir ki, vərəsələrdən Cavabdeh iş üzrə cavabdeh kimi göstərilsə də ona məhkəmə tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə hər hansı məlumat verilməmiş, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin olunmamaqla mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan çəkişmə prinsipinə şərait yaradılmamaqla onun müddəaları pozulmuşdur. Bundan başqa iddiaçıların iddia tələbindən görünür ki, tələb “xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhim babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair əmlakı onların adına qeyd olunaraq həmin mirasdan yeganə pay alan şəxs kimi tanınmalarından ibarət olmuşdur. Lakin işdən görünür ki, məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar X35 və X16 tərəfindən qəbul edilməsi faktının tanınmasını və Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X5 ½ hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. Hülbuki, MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi; 1) iddiaçıları mübahisəli miras əmlakdan yeganə pay alan şəxs kimi tanımış; 2) iddia tələbindən kənara çıxaraq Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair İddiaçı1 ½ hissədə və X5 ½ hissədə pay hüququnun müəyyən olunmasını qət etmiş; 3) vərəsələrdən Cavabdeh iş üzrə cavabdeh kimi göstərilsə də ona məhkəmə tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə hər hansı məlumat verilməmiş, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, bununla da çəkişmə prinsipinə riayət olunmamış; 4) Bununla da miras qoyanın birinci növbə vərəsəsi olan Cavabdeh miras əmlakdan pay almaq hüququndan məhrum edilmişdir; İddiaçıların tələbi “xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhim babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair əmlakı onların adına qeyd olunaraq həmin mirasdan yeganə pay alan şəxs kimi tanınmalarından ibarət olsa da müəyyən edilir ki, iddiaçılar bəhsi keçən miras əmlakdan yeganə pay alan şəxslər olmamışlar. Belə ki, ən azından iddiaçılara miras qoyanın iki vərəsənin Yaqut və Solmazın sağ olması onlara məlum olmuşdur. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 1945-ci ildə anadan olmuş və atası vəfat edən zaman 12 yaşı olmuşdur. Atası vəfat edəndən sonra anası ilə birlikdə 5 il müddətində atasına məxsus evdə yaşamış, sonradan ailə quraraq gəlin köçmüşdür. O, kollegiyanın iclasında iddiaçıların güya onun atası vəfat edən zaman miras əmlakda yaşamaması ilə bağlı fikirləri ilə razı olmadığını göstərmişdir. Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsinin 488-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 487-ci maddədə göstərilmiş hər iki əsasla vərəsəliyə çağırılan şəxslərin dairəsi, birbaşa aşağı nəsli qohumluqla (uşaqlarla, nəvələrlə və nəticələrlə), oğulluğa götürülənlərlə (onların aşağı nəsii qohumluğu ilə) və ölən şəxsin əri ilə çox yaşayan şəxslə və həmçinin ölən şəxsin ölümünədək bir ildən az olmayaraq tamamilə onun himayəsində olan yoxsul və əmək bacarığını itirmiş şəxslərlə məhdudlaşır. Göründüyü kimi müəyyən edilir ki, cavabdeh 1945-ci ildə anadan olmuş, atası vəfat edən 1957-ci ildə 12 yaşı olmaqla ailəli olmamış, atası vəfat edəndən sonra da miras əmlakda daha 5 il yaşamış və mirası qəbul etmişdir. Həmin maddəsinin Qeyd hissəsində həmçinin göstərilir ki, fiziki şəxslərdən vərəsə yalnız irs buraxanın öldüyü vaxt sağ olanlar və həmçinin onun sağlığı zamanı ananın boynuna düşən və öldükdən sonra doğulan uşaqlar ola bilər (1928-ci il 9 iyun tarixli qərarla yeni redaksiyada verilmiş mətn). Maddə 488. (1928-ci il 9 iyun tarixli qərarla (QK, 1928-ci il, № 9, maddə 178) və Azərbaycan SSR X113 Heyətinin 1947-ci il 14 noyabr tarixli fərmanı ilə yeni redaksiyada verilmişdir (Azərbaycan SSR Qanunları Məcmuəsi, 1938-1963-cü il). Qanun üzrə vərəsələr - uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurlar. Azərbaycan SSR 1923-cü il tarixli Mülki Məcəlləsinin 491-ci maddəsində qeyd edilmişdir ki, 488-ci maddədə göstərilən şəxslərdən ölənlə bir yerdə yaşayanlar, 490-cı maddəyə əsasən ölənin zinət əşyaları istisna olmaqla, onlara əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan pay alırlar (1926-cı il 6 mart ta¬rixli fərmanla maddənin yeni redaksiyada verilmiş mətni). Maddə 491. 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490-cı maddəyə əsasən ona çatası əmlakdan düşən paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) pay alır. Həmin Məcəllənin 491-ci maddəsinin 2-ci qeydində göstərilir ki, vəsiyyət edən şəxsin, qanun üzrə vərəsə olanlardan (488-ci maddə) özü vəfat edən anda 18 yaşı tamam olmayanları qanuni vərəsəlik hüququndan məhrum etməyə ixtiyarı yoxdur. Eyni tərzdə həmin maddədə nəzərdə tutulmuş şəxslərə bu Məcəllənin 490-cı maddəsinə uyğun olaraq qanuni vərəsəlik üzrə almalı olduqları payın dörddə üç hissəsini özündə əks etdirən vəsiyyət sərəncamını icra etməyə yol verilmir (1928-ci il 27 oktyabr tarixli qərarla əlavə edilmiş 2-ci qeyd). Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin yuxarıda şərh olunan faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də mülki iş apellyasiya instansiya məhkəməsində araşdırılarkən müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxılarkən Lənkəran Rayon Məhkəməsi tərəfindən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə prosessual normaların kobud pozulması ilə baxılmışdır. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)- 1648/19 saylı qətnaməsi qəbul edilərkən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Kollegiya həmçinin diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1576/2024 saylı 16 noyabr 2024-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)- 1648/19 saylı qətnaməsinin icraatında dönüş edilməlidir. Belə ki, cavabdeh Kollegiyanın iclasında bildirmişdir ki, miras əmlakın yaxınlığında yaşayan qonşuları ona evin sökülməsi barədə məlumat verilməsindən sonra öyrənmişdir ki, iddiaçılar onun atasına məxsus olan evi və həmin evin yerləşdiyi torpaq sahəsini satmışlar. O, məlumat aldıqdan sonra miras əmlaka gəlmiş və görmüşdür ki, əraziyə traktor salınaraq ev sökülmüş, torpaqda müvafiq planlama işləri gedir. Maraqlandıqda iddiaçıların məhkəmə qətnaməsi aldıqdan sonra atasına məxsus torpaq sahəsinin satılmasını öyrənmişdir. Bundan sonra qətnaməni əldə edərək şikayət vermişdir. Göstərmişdir ki, torpaq sahəsi üzərində hazırda sosial bina tikilir. Qeyd etmişdir ki, iddiaçılar qanunsuz qətnamə əsasında atasına məxsus torpaq sahəsini onun xəbəri və razılığı olmadan satmışlar. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini kollegiyadan xahiş etmişdir. MPM-nin 236-1.1-ci maddəsində göstərilir ki, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. MPM-nin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. MPM-nin 236-1.3-cü maddəsinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1576/2024 saylı 16 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ləğv edilmişdir. Buna görə də Kollegiya MPM-nin 236-1.2-ci maddəsinə əsasən öz qətnaməsində icrada dönüş haqqında məsələni həll etmək qənaətinə gəlmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1576/2024 saylı 16 noyabr 2024-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin icrasında dönüş edilməli, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair iddiaçılar İddiaçı1 və X5 adlarına verilmiş bütün hüquqmüəyyənedici sənədlər (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməli, Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evlə əlaqədar iddiaçılar İddiaçı1 və X9 qarşı həmin əmlakdan ona düşən paya münasibətdə dəyərinin tutulması ilə bağlı iddia qaldırmaq hüququ Cavabdeh izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı “xx.xx.1957-ci il tarixdə vəfat etmiuş mərhim babaları X40 miras qalmış Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair miras əmlakın onlar tərəfindən qəbul edilməsi və yeganə pay alan şəxs kimi tanınmaları” barədə iddiaları təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1576/2024 saylı, 16 noyabr 2024-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsinin icrasında dönüş edilsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(049)-1648/19 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Akademik. Z.Əliyeva küçəsi 26 saylı evə dair iddiaçılar İddiaçı1 və X5 adlarına verilmiş bütün hüquqmüəyyənedici sənədlər (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar