Məhkəmə qərarları › İş №2(106)-1578/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1578/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1578/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı, "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2(036)-1347/2025 saylı qətnaməsindən (hakim O.Mahmud) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı, "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixli 8İ-4788 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontoru ondan və qardaşı X4 "xxxx" BOKT MMC-nin tələbi ilə tutmanın ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi barədə xx.xx.2021-ci il tarixdə 8İ-4788 nömrəli icra qeydi aparmışdır. İcra qeydinin aparılması barədə İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontoru və ya tələbkar "xxxx" BOKT MMC tərəfindən ona rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olubolmaması aydınlaşdırılmamışdır. Ona görə də hesab edir ki, icra qeydi qanunsuz və əsassızdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılmasını tələb etmək hüququna malikdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" BOKT MMC-nin (əvvəlki adı "xxxx" BOKT MMC) nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İmişli regional Cavabdeh notariat ofisinin 8İ-4788 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan X5 (AA1083909, xx.xx.2019 Asan-İmişli, FİN:11050W9) məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli, **********78-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlaka (öhdəliyi müəyyən edən 1466 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14840.95 AZN əsas borc, 3400.29 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 18241.24 AZN təşkil etmiş) tutma yönəldilmişdir. "xxxx" MMC tərəfindən keçirilən ilkin və təkrar hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq ipoteka predmeti olan, İmişli şəhəri, H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq təkrar hərracdakı satış dəyərinin 25%-dən az olmamaqla xx.xx.2022-ci il tarixli 108/22 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” məktubla ipoteka saxlayan "xxxx" MMC bundan sonra "xxxx" BOKT MMC-yə təklif olunmuşdur. Təklif qəbul edilmiş xx.xx.2022-ci tarixdə hərracın yekunları barədə 10/22 saylı protokol tərtib edilmiş, əmlak - 63750 (altmış üç min min yeddi yüz əlli manat) AZN məbləğində "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 6 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********78-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Plenum qərarına əsasən “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. İzahatında əlavə olaraq göstərmişdir ki, 8İ-4788 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydini təxminən dörd ildən sonra mübahisələndirilməsinin səbəbi iddiaçı ilə "xxxx" BOKT MMC arasında şifahi formada razılığın əldə olunması olmuşdur. İddiaçı icra qeydinin verilməsindən isə 2024-cü ilin axırlarında məlumatlı olmuşdur. İmişli Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2(036)-1347/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin sözü gedən qətnaməsi ilə razı deyil. Mahiyyəti üzrə bildirir ki, İmişli regional Cavabdehndə notariat kontoru ona və qardaşı X5 qarşı PSG Finans BOKT MMC-nin tələbi ilə tutmanın ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti dalan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi barədə xx.xx.2021-ci il tarixdə 8İ- 4788 nömrəli icra qeydi aparmışıdr. İcra qeydinin aparılması barədə İmişli regional Cavabdehndə notariat kontoru və ya tələbkar PSG Finans BOKT MMC tərəfindən mənə rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olub-olmaması aydınlaşdırılmamışdır. Ona görədə hesab edir ki, sözü gedən icra qeydi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq olunmuş borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 1. Notariat qaydada təsdiq edilmiş əqdin əsli; 2. Ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. Hazırda bu barədə bildiriş gəlmədən qanunsuz olaraq icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tətbiq etməmişdir. Hazırkı halda məhkəmə onun pozulmuş hüquqlarını müdafiə etməmişdir. Birinci instansiya məhkəməsi sözü gedən iş üzrə hərtərfli araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. Sözü gedən icra qeydi barədə heç bir məlumat verilməmişdir. İmişli regional Cavabdehndə notariat kontorunun xx.xx.2021-ci il tarixdə 8İ-4788 nömrəli icra qeydindən məlumatı 2024-cü il axırları olmuşdur. Birinci instansiya məhkəməsi işi hərtərfli və qanunauyğun araşdırmadığı üçün qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmiş və nəticədə əsassız olaraq iddia ərizəsini təmin etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək iş çoxluğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun işıtirakı olmadan baxılaraq, apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci intansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, cavabdeh nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Kreditor "xxxx" BOKT MMC ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1466 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borc alana illik 24% dərəcəsi ilə 36 ay müddətinə qaytarılması şərti ilə 20000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri qrafik üzrə kreditora qaytarmağı öhdələrinə götürmüşlər. Kreditor, ipoteka saxlayan "xxxx" BOKT MMC ilə borc alan İddiaçığa Malik oğlu və ipoteka qoyan X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, X5 məxsus, İmişli rayonu, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən, ümumi sahəsi 290,5 kv.metr olan fərdi yaşayış evi və yerləşdiyi 0,07 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli, 1466 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olarpaq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipotekap predmetinin dəyəri müqavilə bağlanan vaxt üçün 40000 manat məbləğində qiymətləndirilmişdir. Kreditor "xxxx" BOKT MMC-nin 0918/21 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçığa Malik oğluna xx.xx.2019-cu il tarixli, 1466 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə ümumilikdə 17825.69 manat məbləğində borcunun yarandığı, ödənilmədiyi təqdirdə ipoteka predmeti olan İmişli şəhəri, H.Əliyev prospekti, dalan 2 ünvanda yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq üzərində tikilmiş ümumi sahəsi 298,5 kv.metr olan daşınmaz əmlaka yönəldilicəyi bildirilmişdir. İddiaçı "xxxx" BOKT-a olan 1466 saylı kredit müqaviləsi üzrə kredit borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, cavabdeh İddiaçığa Malik oğlunun xx.xx.2021-ci il tarixinə borcu 18241.24 manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 23 avqust 2024-cü il tarixdə rəsmi reyestrdən verilən çıxarışa əsasən "xxxx" BOKT MMC-nin adı dəyişdirilərək hazırki adı "xxxx" BOKT MMC adlanır. İmişli Regional Cavabdehndə Notariat Kontorunun xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İmişli regional "xxxx" mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - AZ1025, ünvan 1 ünvanında yerləşən "PSG FİNANS” Bank Olmayan Kredit X3 Cəmiyyəti tələbi ilə ipoteka qoyan - İmişli şəhəri, Babək küçəsi 9 ünvanında qeydiyyatda olan İddiaçığa Malik oğlundan (AZE*******, xx.xx.2011 - İmişli; FİN: xxxxxxx; d/t: xx.xx.1961), İmişli şəhəri 5 ünvanında qeydiyyatda olan X4 (AA1083909, xx.xx.2019 - Asan-İmişli; FİN: 11Q50W9; d/t: xx.xx.1972) məxsus ipoteka predmeti olan X5 məxsus İmişli şəhəri, H,Əliyev prospekti, dalan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 1466 saylı kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 14840.95 AZN əsas borc, 3400.29 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 18241.24 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2021 tarixdə aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 10/22 nömrəli hərracın yekunları barədə protokolundan görünür ki, sifarişçi İmişli rayon İcra Şöbəsi, hərracın təşkilatçısı "xxxx" MMC-nin direktor X8 olmaqla ipoteka predmeti olan, borclu İddiaçığa Malik oğluna məxsus, İmişli rayonu, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən, ümumi sahəsi 290,5 kv.metr olan fərdi yaşayış evi və yerləşdiyi 0,07 ha torpaq sahəsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə əsasən Əmlakın tələbkara təklif edilən qiyməti - təkrar hərracdakı satış qiymətindən 25% az olmamaqla 63750 (altmış üç min yeddi yüz əlli) manata "xxxx" BOKT MMC-yə satılmışdır. Öd tapşırıqlarına əsasən "xxxx" BOKT MMC tərəfindən 26 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-nin hesabına 1340 manat hərrac xərci, 25 fevral 2022-ci il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinin hesabına 1276,89 manat 7% icra ödənişi, 29 avqust 2022-ci il tarixdə ipoteka qoyana ödənilməsindən ötrü İmişli rayon İcra və probasiya şöbəsinin depozit hesabına 41719,62 manat vəsait köçürülmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1, ev 20 ünvanda yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa edilmiş 290,5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində kreditor "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, icra qeydlərinin aparılması notarius tərəfindən aparılan notariat hərəkətlərinə daxil edilmişdir. 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması qaydası və halları isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla tənzimlənir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİhissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməli, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həm birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclasında, həmdə apellyasiya şikayətində iddiaçı icra qeydinin mövcudluğundan 2024-cü ilin axırlarından məlumatlı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, iddiaçının özünün etiraf etdiyi tarixdən hesablansa belə, iddiaçı notariusun icra qeydinin mübahisələndirilməsi üçün müəyyən olunun müddəti ötürmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2(036)-1347/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar