Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-158/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X18 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X24 və X10, cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh36, Cavabdeh40, Cavabdeh18, Cavabdeh31, Cavabdeh34, onların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı xidməti mənzillərin boşaldılması və mənzillərin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddia ərizəsi, sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək aşağıdakı şəxslərin xidməti mənzilləri boşaltmaqla mənzillərin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1) Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X31 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20; 2) Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29; 3) Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30; 4) Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 Dünyamal oğlunun yetkinlik yaşına çatmayan nəvələri X4 və X25 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37; 5) Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40; 6) Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48; 7) Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1; 8) Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X26, X19 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4; 9) X32, Cavabdeh23, onlarla birlikdə yaşayan X13 yetkinlik yaşına çatmayan nəvəsi X41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8; 10) X2, Cavabdeh25, X7 onlarla birlikdə yaşayan X1 yetkinlik yaşına çatmayan qızları X3 və X8 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34; 11) Cavabdeh26, Cavabdeh27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X46 və X37 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36; 12) Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X59 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38; 13) Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27; 14) Cavabdeh36, Cavabdeh37, X14, X15 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X20, X21 və yetkinlik yaşına çatmayan oğlu X33 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49; 15) Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38; 16) Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18; 17) Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissəsinin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə yaradılmış komissiya tərkibində hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı videoçəkiliş aparılaraq, akt tərtib olumuşdur. Sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mənzilin ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən hal-hazıradək təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzilməişət komissiyası tərəfindən mənzillərin təhvil verilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın "Göytəpə” sərhəd dəstəsində hal-hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu mənzillərin boşaldılması hər dəfə müxtəlif bəhanələrlə mümkün olmamışdır. "Sərhəd mühafizə orqanları” haqqında AR Qanunun 38 və 39-cu maddələrinin tələbləri "Dövlət sərhəddinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının (Dövlət Sərhəd Xidməti) tələbi əsasında köçürülür” həmin vətəndaşlara bir daha izah olunmuş, xidməti mənzillərin boşaldılması barədə qanunvericiliyin tələbləri şifahi və yazılı şəkildə çatdırılmışdır. Eyni zamanda, "Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinə əsasən "Hərbi qulluqçuların mənzillə və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması hüququ” barədə qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanı və bələdiyyələrə müraciət etmələri barədə izahedici söhbətlər aparılmışdır. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək, qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Sabiq hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən xidməti mənzillərin təhvil verilməməsi hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçular və onların ailə üzvlərinin mənzillə təmin olunmamasına səbəb olur. Analoji hal qapalı şəhərcikdə yaşayan digər sakinlərdə də müşahidə olunaraq, Dövlət Sərhəd Xidmətində xidmətkeçmənin xüsusatlarına öz mənfi təsirini göstərməkdədir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, ehtiyatda olan hərbi qulluqçuların bəziləri xidmət illərinə, bəziləri yaşa görə, bəziləri isə sağlamlıqlarına görə hərbi xidmətdən ehtiyata buraxılmışlar. Onların bəziləri müharibə veteranıdır. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə həmin hərbi hissənin şəhərciyində ona (cavabdehə) xidməti mənzil verilmişdir. Ehtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədiyi üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Qanunvericiliyə əsasən hərbi qulluqçular ehtiyata buraxılmazdan öncə, yəni ehtiyata buraxılmağına 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına (rayon icra hakimiyyətinə) mənzillə və ya mənzil verilmədikdə Nazirlər Kabinetinin qərarına və Hərbi Qulluqçuların statusu haqqında qanuna uyğun olaraq kirayə pulu ilə təmin edilməli idilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tədbir görməmiş, əksinə hərəkətsizlik göstərmişdir. Qanuna əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yəni qanunvericiliyə əsasən ilk öncə təmin edilməli daha sonra xidməti mənzillər təhvil verilməlidir. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadığı (cavabdehin) xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bu da onun konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasıdır. İnsan hüquqlarının pozulması kobud pozuntu hesab edilir. Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulması həm konstitusiyaya, həm mövcud qanunvericiliyə, həm də beynəlxalq qanunlara ziddir. Hazırda onun (cavabdehin) yaşayacaq başqa yeri yoxdur. Mənzil ilə təmin edildikdən sonra həmin xidməti mənzili təhvil verəcəkdir. O həmin xidməti mənzildən çıxması üçün müvəqqəti olaraq möhlət istəyir. Qeyd olunanlar aşağıdakı qanunlarda da açıq şəkildə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan ləyaqəti qorunur, ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hərbi qulluqçuların statusu haqqında qanuna əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Birinci instansiya məhkəməsində iştirak edən digər cavabdehlər də iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, Cavabdeh1 izahatına uyğun izahat vermişlər. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) qapalı şəhərciyində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X31 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20, Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29, Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 yetkinlik yaşına çatmayan nəvələri X4 və X25 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37, Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40, Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48, Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X26, X19 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4, X32, Cavabdeh23, onlarla birlikdə yaşayan X13 yetkinlik yaşına çatmayan nəvəsi X41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8, X2, Cavabdeh25, X7 onlarla birlikdə yaşayan X1 yetkinlik yaşına çatmayan qızları X3 və X8 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34, Cavabdeh26, Cavabdeh27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X46 və X37 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X59 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38, Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27, Cavabdeh36, Cavabdeh37, X14, X15 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X20, X21 və yetkinlik yaşına çatmayan oğlu X33 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49, Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38, Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18, Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38 nömrəli xidməti mənzillərin (həmin şəxslərin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi, cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(073)-180/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı xidməti mənzillərin boşaldılması və mənzillərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)- 180/2023 saylı qətnaməsində buraxılmış yanlışlıq düzədilərək, həmin qətnamənin tarixi “03 mart 2023-cü il” kimi və qətnamənin 1-ci səhifəsində işdə iştirak edən şəxslər hissəsində “Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, X1, Cavabdeh36, Cavabdeh40, X13, Cavabdeh33, Cavabdeh34 iştirakı ilə” kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1, 152, 155.1,157.2, Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə, Mənzil Məcəlləsinin 6.0.1, 9.2.2, “Hərbi qulluqçularının statusu haqqında” Qanunun 1, 12-ci maddənin İ və İİ hissələrinə istinad etmişdir. Qətnamədən cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər C.İmanov, T.Kərimov və S.Mayılov) 07 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, X38, Cavabdeh40 və Cavabdeh16 tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, Z.Babayev və Ə.Əhmədov) 26 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər verdikləri izahatlarında haqlı olaraq gəstərmişlər ki, Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdikləri müddətdə həmin hərbi hissənin şəhərciyində onlara xidməti mənzil verilmiş, еhtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədikləri üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Qanunvericiliyə əsasən hərbi qulluqçular ehtiyata buraxılmazdan öncə, yəni ehtiyata buraxılmağına 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına (rayon icra hakimiyyətinə) mənzillə və ya mənzil verilmədikdə Nazirlər Kabinetinin qərarına və Hərbi Qulluqçuların statusu haqqında Qanuna uyğun olaraq kirayə pulu ilə təmin edilməli idilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tədbir görməmiş, əksinə hərəkətsizlik göstərmidir. Qanuna əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yəni qanunvericiliyə əsasən ilk öncə təmin edilməli daha sonra xidməti mənzillər təhvil verilməlidir. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadıqları xidməti mənzillərin boşaldılması və təhvil verilməsinin tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bu da onların Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasıdır. İnsan hüquqlarının pozulması kobud pozuntu hesab edilir. Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulması həm konstitusiyaya, həm mövcud qanunvericiliyə, həm də beynəlxalq qanunlarа ziddir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əvvəlki izahatlarını təsdiq etdiyini bildirmiş və göstərmişdir ki, təmsil etdiyi şəxslər torpaq sahəsi və kirayə pulu ilə təmin edilməlidirlər. Belə ki, hərbi hissə Komandanlığı bununla bağlı tədbir görməmişdir. Cavabdehlərə qeydiyyatda olduqları və ya yaşadıqları yerdə torpaq sahəsi ayrılmamışdır. Cavabdeh34 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, 2016-cı ildən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə torpaq sahəsi və mənzillə təmin olunmaq üçün müraciət etmişdir, həmin vaxtdan bu günə kimi heç-bir tədbir görülməyib. 170 manat kirayə pulu verirlər həmin vəsaitlə Bakı şəhərində kirayə yaşamaq mümkün deyil. Cavabdeh M.Ə.Qafarov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, atası X27 vəfat etmişdir, lakin uzun illər həmin hərbi hissədə xidmət etmişdir. 2019-cu ildə xidməti işi ilə əlaqədar iş yerini dəyişdirmişdir. Hazırda anası və digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Apellyasiya baxışında iştirak edən digər cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh36, Cavabdeh31, Cavabdeh40, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X24 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, yeni xidmətə qəbul olunan hərbiçilər mənzillə təmin olunmalıdırlar, bu səbəbdən tərxis olunmuş hərbçilər mənzillərini təhvil verməli, hər biri hansı ünvanda qeydiyyatdadırsa, həmin rayon İcra Hakimiyyəti orqanına torpaq sahəsi, mənzil və kirayə pulunun verilməsi ilə müraciət etməlidirlər. Müraciət edən şəxslərdən bir neçəsi kirayə pulu alırlar. İddiaçı nümayəndəsi X28 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə Kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdehlərdən Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Cavabdehlər “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzillərdə yaşayırlar. Sərhəd Xidməti tərəfindən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, X32, X2, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 X5 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər; bu barədə onlara xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı tərəfindən göndərilmiş başqa teleqramlardan görünür ki, X38 və Cavabdeh42 da X5 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. Bundan başqa, xx.xx.2022-ci il tarixli akta görə X5 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 4 mənzil 36 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh26, bina 3 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh40, bina 3 mənzil 18 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor X22, bina 2 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh42 mənzillərində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzillərin giriş qapılarının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçuların uzun müddət qeyd olunan mənzillərdə yaşamadığı müəyyən olunmuşdur. Hazırki tələbində iddiaçı cavabdehlərin xidməti mənzillərdən çıxarılmasını, xidməti mənzillərin boşaldılmasını və təhvil verilməsini xahiş etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X23 X6 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12, hissə 1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Maddə 12, hissə 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Cavabdehlər iddiaya qarşı etirazında və apellyasiya şikayətində bildirmişlər ki, ehtiyata buraxıldıqdan sonra səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədikləri üçün hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Belə olan halda yaşadıqları xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb olunması qanunvericiliyə ziddir. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməsində iddianın hər bir cavabdehə münasibətdə konkret olaraq hansı maddi hüquq normasına görə əsaslı olmasını göstərməmiş, cavabdehlərin etirazlarına hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən, hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq göstərişlərinə uyğuna olaraq, mübahisənin müvəffəqiyyətli həlli üçün cavabdehlərin hər biri barəsində- onların nə vaxt xidmətə qəbul olunması və tərxis olunması, onlara yaşayış sahəsinin nə vaxtdan verilməsi, cavabdehlərin hər birinin hansı əsaslarla tərxis olunması və tərxis edildikdən sonra cavabdehlərin yaşayış evi və torpaq sahəsi ilə təmin edilib-edilməməsi ilə bağlı sorğular edilmiş və müvafiq cavab alınmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, tərxis edildikdən sonra cavabdehlərin yaşayış evi və ya müvafiq qaydada torpaq sahəsi ilə təmin olunduğunu sübuta yetirmək iddiaçının üzərindədir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmçinin xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələbinə görə, hərbi qulluqçuların ailələri digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Cavabdehlərin tərxis edildikdən sonra yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. Cavabdehlərin hər biri barəsində- onların nə vaxt xidmətə qəbul olunması və tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən arayış alınmışdır. Cavabdehlərin nə vaxt xidmətə qəbul olunması və tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təqdim edilmiş arayışından aşağıdakılar müəyyən edilir:
1. Cavabdeh34 - xx.xx.1992- xx.xx.2022 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
2. Cavabdeh40 - xx.xx.1977-xx.xx.199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
3. Cavabdeh13 - xx.xx.1979-xx.xx.2007 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
4. Cavabdeh2 - xx.xx.1992-xx.xx.2013 (xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
5. X38 - xx.xx.1999-xx.xx.2012 - (xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
6. Cavabdeh1 - xx.xx.1992-xx.xx.199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
7. X34 - yoldaşı Cavabdeh3 - xx.xx.1980- xx.xx.2005 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
8. Cavabdeh4 - xx.xx.1991-xx.xx.2009 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
9. Cavabdeh15 - xx.xx.1998-xx.xx.200N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
10. Cavabdeh16 - (barəsində heç bir məlumat yoxdur)
11. Cavabdeh18 - (X27 düzgüb adı yazılmayıb) xx.xx.1993-xx.xx.199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
12. X35 - yoldaşı X32 21.05.86 - xx.xx.2006 (xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
13. X2 - xx.xx.1998-xx.xx.2011 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
14. Cavabdeh26 - xx.xx.1993-xx.xx.199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
15. Cavabdeh31 - xx.xx.1993-xx.xx.2009
16. Cavabdeh36 Qormaz oğlu - xx.xx.1990-xx.xx.2012 (xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb)
17. Cavabdeh42 - xx.xx.1992-xx.xx.199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
18. X11 - xx.xx.1997-xx.xx.200N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib)
İddiaçı tərəfindən təqdim edilmiş həmin arayışdan müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, X35 (Cavabdeh22 əri) Dövlət Sərhəd Xidmətində 15 ildən artıq müddətdə hərbi xidmətdə olmuşlar. Cavabdeh18 və Cavabdeh40 həmin sistemdə hərbi xidmət yerini dəyişmişlər. Həmin şəxslərin yaşayış evi və ya yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, 15 ildən artıq hərbi xidmətdə olduqlarından, eləcə də yaşayış evi və ya yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunmadıqlarından onların mənzildən çıxarılmasına dair iddia təmin edilə bilməz. Digər cavabdehlərə münasibətdə, onların 15 ildən az müddətdə hərbi xidmətdə olması ilə bağlı cavabdeh tərəf də hər hansı etiraz təqdim etməmişdir. Bundan başqa, elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18 və Cavabdeh40 adlarına yaşayış evi və ya həyətyanı torpaq sahəsi qeydə alınmamışdır. Cavabdeh36, X35 (Cavabdeh22 əri) barəsində hər-hansı məlumat aşkar ediləmişdir. Təqdim edilmiş məlumata görə, apellyasiya şikayəti verən Cavabdeh16, X22, X1 15 təqvim ili müddətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət etməsi müəyyən edilmir. Bundan başqa, elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh16 adına Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şimal Yaşayış sahəsi, 14-cü döngə, 9b ünvanda yerləşən yaşayış evi qeydə alınmışdır. Təqdim edilmiş sübutlara əsaslanaraq Kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 aid hissədə iddianın təmin edilməsi və həmin şəxslərin hazırki vaxtda xidməti mənzillərdən çıxarılması üçün əsas yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 aid hissədə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da MPM-in 385.1-ci maddəsinə əsasən həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər – cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 mənzildən çıxarılmasına dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 saylı qətnaməsi qismən– Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 mənzildən çıxarılmasına dair hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.