Məhkəmə qərarları › İş №2(106)-1581/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1581/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1581/2025 20.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-1061/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi barədə iddia ərizəsini ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-10301 və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1vanda yerləşən fərdi yaşayış evi babası mərhum X9 xüsusi mülkiyyətindədir və onun adına dövlət qeydiyyatına alınmışdır. X3 1975-ci ildə vəfat etmişdir. X20 vəfat etdikdən sonra miras əmlakı onun həyat yoldaşı mənim mərhum X11 (iddiaçının nənəsi) və övladları faktiki olaraq qəbul etmişlər. Mərhum X11 babasının mülkiyyətində olan ünvan 1vanda yerləşən fərdi yaşayış evini öz adına rəsmiləşdirmədən 2004-cü il tarixində vəfat etmişdir. X11 vəfat etdikdən sonra miras əmlakı onun övladları, o cümlədən o və digər vərəsələr faktiki olaraq qəbul etmişlər. X9 və X6 birgə nikahlarından 5 övladı olmuşdur: X21, X15, X16, X5 va X17. X4 xx.xx.1996-ci il tarixində vəfat etmişdir. X21 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X5 2013-cü il tarixində vəfat etmiş, lakin ölümü qeyda alınmamışdır. Onun faktiki olaraq məzarı va məzar daşı var. X9 övladlarından biri X15 xx.xx.2021-ci il tarixda vəfat etmişdir (Leyla Rəhimovanın övladı X2 notarial ərizə ilə miras əmlakdan imtina etmişdir). Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmənin həmin qərardadından şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-1061/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(057)-1241/2024 saylı qətnaməsinin baxış predmeti olan iddia tələbi ilə eynidir. Həmin tələbə Salyan Rayon Məhkəməsində, daha sonra Şirvan Apellyasiya Məhkəməsində baxılmış, hazırda isə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılır. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1241/2024 saylı qətnaməsinə münasibətdə İddiaçı nümayəndəsi X18 yuxarıda qeyd edildiyi kimi həmin qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, 2(057)-1241/2024 saylı qətnaməyə münasibətdə Cavabdeh və onun əri X21 uzun müddət ərzində Rusiya Federasiyasında yaşayıblar və miras əmlakı idarə etməmişlər, miras əmlak İddiaçı tərəfindən idarə edilmiş, ona görə də, hesab edir ki, X9 vəfatından sonra miras qalmış əmlakına, yəni ünvan 1vanda yerləşən fərdi yaşayış evinə dair, İddiaçı və digər övladların vərəsəlik hüquqları var və həmin əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi qanunamüvafiqdir. Lakin Cavabdeh tərəfindən İddiaçı və digərlərinin vərəsəlik hüquqları pozulmuşdur. Hazırkı mülki iş üzrə iddia ərizəsində və məhkəmə prosesində İddiaçı və onun nümayəndəsi eyni halları mübahisələndirmiş, qeyd olunan əmlakla bağlı İddiaçı qanun üzrə vərəsəlik hüquqlarının tanınması və Cavabdeh ilə aralarında bölünməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul edəcəyi qərarla hazırkı iddia ərizəsi üzrə iddiaçının tələbi təmin və ya rədd oluna bilər, yəni İddiaçı qanun üzrə vərəsəlik hüququ tanına, yaxud tanınmaya bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1241/2024 saylı qətnaməsinə əsasən Cavabdeh Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, İddiaçı, X19 və X1 qarşı ünvan 1vanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 1vanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X10 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilmişdir. X7 miras qalmış ünvan 1vanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X21 tərəfindən qəbul edilmiş hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırkı iddia tələbi isə İddiaçı X9 vəfatından sonra miras qalmış əmlakına, yəni ünvan 1vanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun tanınması və Cavabdeh ilə aralarında tam bölünməsi ilə bağlıdır. Məhkəmə tərkibi hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-1061/2025 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilməlidir ki, iddia tələbi iddiaçının mübahisələndirdiyi faktları özündə əks etdirən dəlillərdən ibarət olur. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1241/2024 saylı qətnaməsinin baxış predmeti olan iddia tələbi ilə eyni olmasına istinad etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmasını davam etdirməklə hər iki tələbi bir-birindən düzgün fərqləndirərək kifayət qədər araşdırma aparmaqla yekun olaraq düzgün qənaətə gəlinməsinə nail olmalıdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia tələbinin predmetini və əsaslarını fərqləndirməli, həmin tələbin əvvəlki qətnamə ilə eyni hüquqi münasibətə aid olub-olmadığını araşdırmalıdır. Belə ki, qeyd edilən araşdırma aparılmadan, habelə iddianın predmetindəki fərqlilik nəzərə alınmadan icraata xitam verilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-1061/2025 saylı qərardadı ləğv edilməli, iş isə iddia tələbinin mahiyyəti üzrə düzgün və hərtərəfli araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəzərə alınması zəruridir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şikayət qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-1061/2025 saylı qərardadı tamamilə ləğv edilsin. Qərardaddan göstərilən hallar nəzərə alınmaqla mülki iş baxılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar