Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1582/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xanrıza oğluna qarşı evə köçürülmə və digər tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadından Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı xx.xx.2018-ci ildə anadan olmuş X3 adlı uşağı ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən Cavabdeh2 valideynlərinə məxsus həyət evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X3 ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi və tərəflərin bərabər səviyyədə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilməklə Cavabdeh1 və Cavabdeh2 İddiaçı həmin hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsinə qadağan edilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsində qeyd olunmuş Cavabdeh2 çıxışının yalnışlıqla yazılmış hesab edilməsi və cavabdehin çıxışının “iddianı qəbul etməyərək bildirdi ki, evləri iki otaqlıdır.Həmin evin bir otağında o, digər otağında isə atası ilə anası yaşayır. İddiaçının cehizləri həmin evdədir. İddiaçı onlara gəlin köçərkən həmin ev onlara məxsus olmamışdır” kimi oxunması qərara alınmışdır. Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil hər iki cavadehin nümayəndəsi vəkili olaraq şikayətlər verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmədə qətnamədə qeyd edildiyi kimi, nümayəndə və vəkil olaraq Vəkil iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili olaraq çıxış etsə də, qətnamədə digər Cavabdeh2 nümayəndəsi və vəkili kimi təqdim edilmişdir. Həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili kimi məhkəməyə etiraz təqdim edilmiş və həmin etiraza əsaslanaraq Cavabdeh1 nümayəndəsi və vəkili olaraq məhkəmədə çıxış etmiş, iddiaçının nümayəndəsinə suallar vermişdir. Məhkəmə gedişi video-audio çəkilişlə aparılmışdır. Lakin qətnamədə “Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.” Məhkəmənin bu yanaşması, hakimin işin nəticəsi ilə bilavasitə maraqlı olması, qabaqcadan qətnaməni iddiaçının tələbi üzrə onun xeyrinə çıxarması qənatində olması şübhəsiz olan bir haldır. Qətnamədə düzəliş barədə qərardad maddi vo prosessual hüquqlara düzgün əməl edilməklə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin Lerik rayon Çayrud ƏİN bağlanmış 22 oktyabr 2022-ci il tarixli 21 saylı nikah akt qeydi pozulmuşdur.Tərəflərin birgə nikahlarında olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 atası Cavabdeh2 yanında qalmışdır. xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçın verilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən də görünür ki, X5 atası Cavabdeh2 yanında qalmış və onun himayəsində yaşayır. Məhkəmə qətnamənin qət etdi hissəsində atasının himayəsində yaşayan X2 evə köçürülməli olanlar siyasında qeyd etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadı ilə Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Mülki prosessual normalarından görünür ki, qanunvericilik məhkəməyə qərardadda buraxılmış yanlışlıqları müəyyən etdikdə məsələni məhkəmə iclasında həll etməklə buraxılmış səhvləri aradan qaldırmaq səlahiyyəti verir. Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli protokolu ilə də Cavabdeh2 izahatı müəyyən edilmiş və məhkəmə qərarda məhkəmə iclasında verilmiş izahatlarda protokola uyğun olaraq düzəliş etməklə düzgün qənaətə gəlmişdir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xanrıza oğluna qarşı evə köçürülmə və digər tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadından Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)- 273/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xanrıza oğluna qarşı evə köçürülmə və digər tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadından Cavabdeh1 Xanrıza oğlunun nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 2(048)-273/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1582/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1582/2024
16.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver