Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1590/2024 16.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma ilə bağlı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: əsassız varlanma ilə bağlı pul tələbi. X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı əsassız varlanma ilə bağlı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(056)-724/2024 saylı qətnaməsindən (hakim Səlim Allahverdiyev) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı «əsassız varlanma ilə bağlı pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində əldə etdiyi 456,84 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında “Fiziki şəxlərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” barədə xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehə məxsus debet kart hesabı üzrə RRN **********98 nömrəli kredit əməliyyatı qarşı bank tərəfindən reversalı (geri çəkilmə) edilsə də texniki xəta səbəbindən balans azalmamış və qeyd edilən vəsait cavabdeh tərəfindən istifadə edilmişdir. Nəticədə cavabdeh banka cəmi 456,84 manat ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında yaşayan bacısı X2 tərəfindən ona "Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsi ilə 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. Elə həmin sistem vasitəsi ilə o qeyd olunan məbləği özünə məxsus iddiaçı bankın debet kartına köçürdükdən sonra ATM vasitəsilə nağdlaşdırmışdır. Bundan sonra iddiaçı təşkilat onun kart hesabına gələn 40 manat pulu qanunsuz olaraq tutmuş, odur ki, hazırda iddiaçının tələbi 456,84 manatdır. Belə ki, istər texniki xəta, istərsə də qeyri formada iddiaçının qeyd etdiyi heç bir geri çəkilmə olmamış, ümumiyyətlə pulu ona göndərən şəxs tərəfindən məbləğin geri qaytarılması ilə bağlı ona qarşı heç bir tələb olmamışdır. Sabirabad Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(056)-724/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 456,84 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, iddianı rədd edərkən heç bir əsaslandırma aparmamışdır. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. İşmateriallarına əlavə edilmiş Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən -3.1.8. Kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək,vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; -3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı əsassız varlanma nəticəsində yaranmış borc məbləği tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə cavabdeh tərəfindən çıxış edərək məhkəməyə təqdim olunmuş sənədləri nəzərə almayaraq bankın tələbini təmin etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəfə və cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın təmin olunmasını xahiş etməklə, qətnamənin əsaslılığını tam olaraq mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllnin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, doğru qənaətə gəlməmişdir. İddiaçı tərəf əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini tələb etmişdir. İddia ərizəsinə ödəniş kartı üzrə hesabdan çıxarışı əlavə etmişdir. İddiaçı tərəf şikayətinin dəlillərinə də, əsassız varlanma nəticəsində pul tələb edilməsinə baxmayaraq, məhkəmənin əsassız olaraq iddianı təmin etmədiyini bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh əsassız varlanan şəxsdir, qanunvericiliyə əsasən də, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan (səh 23) görünür ki, bank xx.xx.2022-ci ildə cavabdehin kart hesabına 500 manat mədaxil etmişdir. Həmin çıxarışdan görünür ki, 500 manatdan əvvəlki qalıq məbləği olan 2.16 manat çıxılmış və günün sonuna qalıq məbləği -497.84 manat təşkil etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixinə günün sonuna gündəlik dövriyyənin qalıq məbləği -496.84 manat olmuşdur. xx.xx.2022-ci il tarixində isə 40 manat çıxıldıqdan sonra cavabdehin qalıq borcu -456.84 manat olmuşdur. Göründüyü kimi cavabdehin banka olan borcu hesabdan çıxarışa əsasən mənfi rəqəm olaraq -456.84 manat kimi göstərilmişdir. Mənfi rəqəmi cavabdehin banka olan borcunu əks etdirir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında yaşayan bacısı X2 tərəfindən ona "Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsi ilə 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. Elə həmin sistem vasitəsi ilə o qeyd olunan məbləği özünə məxsus iddiaçı bankın debet kartına köçürdükdən sonra ATM vasitəsilə nağdlaşdırmışdır. Bundan sonra iddiaçı təşkilat onun kart hesabına gələn 40 manat pulu qanunsuz olaraq tutmuş, odur ki, hazırda iddiaçının tələbi 456,84 manatdır. Göründüyü kimi cavabdeh iddia ərizəsinə etiraz etsə də bacısı tərəfindən RF-dan ona 500 manat göndərilməsi ilə bağlı sübutlarını etirazına əlavə etməmişdir. Bundan başqa cavabdeh iddiaçı tərəfindən bacısı tərəfindən ona göndərilmiş 500 manat puldan 40 manatının tutulmasını göstərsə də bununla bağlı Banka qarşı hər hansı yazılı etirazı olmamış, olmuşsa da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, e-2(056)-724/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 456,84 (dörd yüz əlli altı manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1590/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1590/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver