Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1591/2023 19.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər – Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi ilə, mülki iş üzrə qərardaddan verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin *4 avqust 2023-cü il tarixli, 2(020)-905/2023 nömrəli qərardadı üzrə Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermişdir. Həmin məhkəmənin 05 sentyabr 2023-cü il tarixli, 2(020)-905/2023 nömrəli qərardadı ilə, göstərilən şikayət mülki prosessual qanunun tələbinə uyğun olaraq baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya həmin şikayəti yoxlayaraq belə qənaətə gəlir ki, şikayətə mahiyyəti üzrə baxmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in *0-*.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən şikayət ərizələrinin göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.*.5-ci maddəsi isə apellyasiya şikayəti verilən zaman bu qaydaya əməl olunmamanı həmin apellyasiya şikayətinin qaytarılması üçün əsaslardan biri kimi müəyyən edir. Belə vəziyyət məhkəmə kollegiyasını qeyd olunan şikayətə baxmaq üçün prosessual imkanlardan məhrum edir. MPM-in 366-cı maddəsinin tələblərinə görə isə, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdursa apellyasiya şikayəti, qəbul olunmamış hesab edilir və belə hallarda apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad çıxarılır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası MPM-in *0-*.3, 263, 264, 36*, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şikayət qeyri-mümkün hesab edilsin və icraata qəbul olunmasın. Şikayətin Azərbaycan Respublikası MPM-nin 363.*.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(106)-1591/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1591/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver