Məhkəmə qərarları › İş №2(106)-1591/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1591/2024

16.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1591/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 və nümayəndəsi-vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı "avtomobilə vurulmuş zərərin alınıb verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və müxtəlif hüquqi və fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqaviləsinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitəsi ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF FTXF 105 yük markalı ** JC *** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Kürdəmir rayonunun Atakişili kəndi ərazisində hərəkətdə olarkən MAN markalı ** VO *** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Cəmiyyətə 45200 manat maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Baş İstintaq və Təhqiqat İdarəsi YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırılmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatında da qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən sükun arxasında yatmışdır. Araşdırmanın yekunu olaraq sürücü barəsində təqsir müəyyənləşdirilmiş və inzibati pozuntu barədə qərar qəbul edilmiş, cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə olunmuşdur. Ona görə də iddianın təmin edilməsini, cavabdehdən avtomobilə vurulmuş zərərə görə 45200 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat pulun əvəzinin alınıb İddiaçı MMC-yə verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etdi və verdiyi izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıya məxsus DAF FTX F105 markalı ** JC *** dövlət qeydiyyat nişanlı dartıcıya maddi zərər dəymişdir. İddiaçı dartıcıya vurulmuş ziyanın məbləğini çox şişirtmişdir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil da iddianın qismən təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi (Hakim: Etibar Quliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 45000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili Nümayəndə3 Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi Nümayəndə2 və nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsini Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 200-cü maddəsinə əsasən:

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddiaçının iddia tələbinin qismən əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 40 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş AD 860897 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərərin məbləği 45200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü vəzifəsinə götürülmüşdür. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və müxtəlif hüquqi və fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqaviləsinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitəsi ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF FTXF 105 yük markalı ** JC *** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Kürdəmir rayonunun Atakişili kəndi ərazisində hərəkətdə olarkən MAN markalı ** VO *** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Cəmiyyətə maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Baş İstintaq və Təhqiqat İdarəsi YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırılmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatında da qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən sükun arxasında yatmışdır. Araşdırmanın yekunu olaraq sürücü barəsində təqsir müəyyənləşdirilmiş və inzibati pozuntu barədə qərar qəbul edilmiş, cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; 200-cü maddəsinə əsasən:

6. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

7. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

8. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

9. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

10. 5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, DAF FTXF 105 yük markalı ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində yararsız hala düşmüş, onun bərpası kifayət qədər xərc tələb etdiyindən ekspert tərəfindən müəyyən edilmiş həmin nəqliyyat vasitəsinə görə bazar dəyəri kimi 45000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə etiraz etmir. Cavabdehin iddia tələbinə münasibətindən müəyyən edilir ki, o, 45000 məbləğin çox olduğunu bildirərək, sözügedən yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin onun tərəfindən ödənilməsi ilə bağlı iddiaçı ilə razılığa gələ biləcəyini bildirmişdir. İddiaçı cavabdehin iddia tələbinə etirazı ilə bağlı apellyasiya icraatı zamanı göstərmişdir ki, həmin nəqliyyat vasitəsi qəzadan sonrakı vəziyyətdə təmir olunmadan MMC-yə məxsus qarajda saxlanılır. İddiaçının nümayəndəsi bildirir ki, həmin 45000 manat məbləğ cavabdeh tərəfindən ödənildiyi halda həmin nəqliyyat vasitəsinin olduğu vəziyyətdə cavabdeh tərəfindən aparılmasına etiraz etmir. Kollegiya məhz bu səbəbdən cavabdehin etirazının əsası kimi istinad etdiyi, yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin müəyyən edilməsinə zərurət görmür. Cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd edir ki, o İddiaçı MMC “İşçi”yə (yəni cavabdehə) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan olan 8 saatlıq iş vaxtnın və 16 saatlıq istirahət vaxtının müddətini pozmuş, cavabdeh sürücü qismində bir ünvandan digər ünvana yük daşıdıqdan sonra gecə saatlarında digər daşımaya cəlb edilmişdir. Nəticədə cavabdeh yuxulu olmuş və bunun nəticəsində qəza törətmişdir. Apellyasiya şikayətinin digər dəlili isə, dəymiş zərərin məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, 003/2022 nömrəli əmək müqaviləsinin 003/2022 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü vəzifəsinə götürülmüş, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Hadisənin baş vermə təfərrüatlarından da aydın olur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yuxulu olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, baş vermiş inzibati xəta nəticəsində cavabdehin təqsiri müəyyən olunmuş və o, İddiaçı MMC-nin qarşısında tam maddi məsuliyyət daşıyır. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi ay ərzində müəyyən edilmiş reyslərin qrafikinə əsasən işə başlayır. Bundan başqa əmək müqaviləsinə əlavə edilmiş Cədvəl A-da nəqliyyat vasitəsinin idarə olunmasının 4 saat və ya 120 km-dən artıq olmaması, hər 4 saatdan bir 15-20 dq istirahət edilməsi, ümumi olaraq 24 saat ərzində 10 saatdan çox nəqliyyat vasitəsinin idarə edilməməsi göstərilmişdir. Göründüyü kimi işə götürən tərəfindən nəqliyyat vasitəsinin idarə olunması zamanı cavabdehə istirahət imkanı tanınmış, lakin cavabdeh həmin imkanları ola ola yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Kollegiya həmçinin işdə olan sübutlardan onu da müəyyən etmişdir ki, işəgötürən tərəfindən işçinin əmək funksiyasına daxil olmayan işin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı da qeyd edir ki, istər qüsur aktı istərsə də ekspert rəyi hər iki mötəbər sübut olmaqla dəymiş ziyanın müəyyən edilməsi baxımından mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, əvvala qüsur aktı ilə rəy arasında qiymətin müəyyən edilməsi ilə bağlı böyük fərq mövcud deyildir. Qüsur aktında cəmi təmir xərcləri 45200 manat müəyyən edilmiş, ekspert rəyində isə 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45000 manat (qırx beş min manat) müəyyən edilmişdir. Bu isə onu göstərər ki, qüsur aktında nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilən xərclə rəydə göstərildiyi kimi nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə yenisinin qiyməti eynidir. Ekspert rəyində həmçinin qeyd olunur ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Belə olan kollegiya hesab edir ki, maddi ziyana görə 45000 manat məbləğində müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh maddi ziyana görə 45000 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin e-2(017)-87/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar