Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1594/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, həmçinin onların nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(073)-725/2023 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 İmanverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələr yaradılmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə dövlət qeydiyyatına alınmış "Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi olmuşdur. "Bənövşə” kommersiya kiçik müəssisəsi yaradıldığı vaxtdan Cəlilabad rayonu Məmmədrzalı kəndi ərazisində fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri tərəvəz və dənli bitkilərin istehsalı və tədarüklərindən ibarətdir. Bu məqsədlə 0İ aprel 1994-cü ildə Cəlilabad rayon XDS Rəyasət Heyətinin qərarı ilə "Bənövşə” X7 Nizamnaməyə müvafiq fəaliyyət göstərməsi üçün Korlar ərazisində Dövlət ehtiyyat fondu torpaqlarından 30,0 ha torpaq sahəsi ayrılaraq daimi istifadəsinə verilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan istifadə edilərək müxtəlif tərəvəz və dənli bitkilər tədarük edilməkdədir. 07 yanvar 2001-ci il tarixdə X8 vəfat etmiş və X2 vəfatından sonra onun KM-də olan payı ilə bağlı Cəlilabad rayon Notariat ofisində 2V-561 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon Notariat ofisi tərəfindən "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı4 və İddiaçı3 mərhum X2 vərəsələridir. Cavabdehlər X2 qanun üzrə vərəsələri olmaqla yanaşı, eyni zamanda "Bənövşə” kommersiya kiçik müəssisəsinin həmtəsisçiləridirlər. "Bənövşə” kommersiya kiçik müəssisəsinin Nizamnaməsində qeyd edilmişdir ki, təsisçilər vəfat etdikdə onların hüquq və vəzifələri hüquqi varislərinə keçir. "Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi X2 ölümündən sonra onun hüquq və vəzifələri "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə edilməsi ilə bağlı cavabdehlərlə yanaşı, biz iddiaçılara da keçmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər Nizamnamənin və Azərbaycan Respublikasının Mülki və digər qanunvericilik aktlarının tələblərinə məhəl qoymayaraq, iddiaçılara "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə edilməsində iştirak etməyə və müəssisəyə daimi istifadə üçün ayrılmış torpaq sahəsində əkin işləri aparmağa imkan vermirlər. Yalnız 4 ha hissəsində əvvəllər noxud məhsulu əkmişlər, sonra onlara imkan verilməmişdir. Onların bu hərəkətləri istinad edilən qanunvericiliyə və müəssisənin Nizamnaməsinə zidd hesab edilməli və "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilibbecərilməsində onların iştirakına maneələrin yaradılması cavabdehlərə qadağan edilməlidir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini etiraf etməyərək, verdiyi izahatında bildirmişdir ki, mərhum atası X1 rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamı ilə dövlət qeydiyyatına alınmış "Bənövşə” kommersiya kiçik müəssisəsinin təsisçisi olmuşdur. "Bənövşə” kommersiya kiçik müəssisəsi yaradıldığı vaxtdan Cəlilabad rayonu Məmmədrzalı kəndi ərazisində fəaliyyət göstərməkdədir. Müəssisənin əsas fəaliyyət istiqamətləri tərəvəz və dənli bitkilərin istehsalı və tədarüklərindən ibarətdir. Bu məqsədlə 0İ aprel 1994-cü ildə Cəlilabad rayon XDS Rəyasət Heyətinin qərarı ilə "Bənövşə” X7 Nizamnaməyə müvafiq fəaliyyət göstərməsi üçün Korlar ərazisində Dövlət ehtiyyat fondu torpaqlarından 30,0 ha torpaq sahəsi ayrılaraq daimi istifadəsinə verilmişdir. "Bənövşə” kommersiya kiçik müəssisəsinin balansında olan torpaq sahəsinin 10 ha hissəsi İcra hakimiyyəti tərəfindən "Qərənfil-95” kiçik müəssisəsinə icarəyə verilmişdir. "Bənövşə” kommersiya kiçik müəssisəsinin cəmi 20 ha torpaq sahəsi vardır və iddiaçılar müəssisənin torpağından istifadə edirlər. Ona görə də, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(073)-725/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "Bənövşə” kommersiya kiçik müəssisəsinin idarə olunmasında, torpaq sahəsinin əkilib-becərməsində iddiaçıların iştirakına maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmuşdur. Mübahisə kommersiya hüquqi şəxsin iştirakçıları arasında olduğundan, eyni zamanda hakim həmin müəssisənin fəaliyyəti və idarə edilməsi ilə bağlı olduğundan hazırkı işə Kommersiya Məhkəməsində baxılmalı idi. Aidiyyət qaydaları ilə yanaşı, birinci instansiya məhkəməsindəki icraat çoxsaylı maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə aparılmışdır. Məhkəmə hüquqi şəxsin torpaq sahəsinin onun təsisçilərinin əkib-becərməsi ilə bağlı absurd bir qərar qəbul etmişdir. Eyni zamanda hüquqi şəxsin qanuni təmsilçisi və direktoru olan hüquqi şəxsin idarə olunmasında onun iştirak etməsinə maneələr yaradılmaması barədə tələbini təmin etməklə ağlasığmaz bir qərar qəbul etmişdir. Bununla da, Mülki Məcəllənin hüquqi şəxslər barədə olan müddəalarına, fiziki və hüquqi şəxs anlayışlarına, ümumiyyətlə mülki hüququn əsas prinsip və anlayışlarına zidd olan bir nəticəyə varmışdır. Qanunvericiliyə uyğun olaraq müvafiq torpaq sahəsi "xxxx" X7 daimi istifadəyə verilmişdir. Daimi istifadə hüququ ilə torpağa sahib olan "xxxx" X5., onun təsisçiləri fiziki şəxslər deyildirlər. Müəssisə ayrıca hüquqi şəxsdir, təsisçilər isə fiziki şəxslərdir, hüquqi baxımdan bunlar başqa-başqa şəxslərdir, odur ki, bunlardan birinin əmlak hüquqlarının məhkəmə yolu ilə digərinə verilməsi qeyri-mümkün olmaqla, yanaşı əsassız və ağlasığmazdır. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, təsisçilərin mülkiyyətində deyildir, torpaq sahəsi hüquqi şəxsin istifadəsinə verilmişdir. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə-vəsatət göndərərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin aidiyyət qaydalarına əməl olunmaqla baxılmasının təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən işə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Bildirilmişdir ki, mübahisə hüquqi şəxsin təsisçiləri arasında və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərindən irəli gəldiyindən işə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və nümayəndələri (vəkilləri) Vəkil2 kollegiya iclasında ərizəni müdafiə etmişlər. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 bildirmişdir ki, iddia ərizəsi üzrə mübahisə təsisçilər arasında baş versə də bu onların sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Buna görə hesab etmişdir ki, mülki iş aidiyyəti üzrə düzgün olaraq Cəlilabad Rayon məhkəməsində baxılmışdır. İddiaçı1 da oxşar məzmunda izahat vermişdir. Digər iddiaçılar apellyasiya baxışında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 03 iyun 1993-cü il tarixli, 250 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993-cü il tarixli 265 nömrəli Sərəncamı ilə Cəlilabad rayonu Məmmərzalı kəndində, kənd təsərrüfatı məhsullarının istehsalı və kommersiya fəaliyyəti məqsədilə sədr X8 olmaqla "Bənövşə” kommersiya kiçik müəssisəsi qeydiyyata alınmışdır. İş materiallarında olan "Bənövşə” kommersiya kiçik müəssisəsinin nizamnaməsindən görünür ki, "Bənövşə” kommersiya kiçik müəssisəsi Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı 03 iyun 1993-cü il tarixli, 265 nömrəli Sərəncamına əsasən təsdiq edilmişdir. Təsisçilər Cəlilabad rayonu Məmmərzalı kəndində yaşayan X8, Cavabdeh1 və Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X9 Rəyasət heyətinin qərarından görünür ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993- cü il tarixli, 265 nömrəli Sərəncamı ilə qeydə alınmış "Bənövşə” X7 Dövlət ehtiyyat fondu torpaqlarından torpaq sahəsi verilməsi üçün RİHB-nın xx.xx.1994-cü il tarixli, 143 nömrəli vəsatət məktubu, akt və xəritə nəzərə alınmaqla, müəssisəyə şimaldan Dövlət fond torpaqlarına gedən yol, cənub Dövlət fond torpağı ilə, şərqdən Nərimanov adına sovxozun əkin sahəsi ilə, qərbdən Dövlət fond torpağı ilə sərhədlənən 30,0 ha torpaq sahəsinin verilməsi və həmin müəssisəyə verilmiş 30,0 ha torpaq sahəsinin naturada ölçülüb müəssisənin direktoruna təhvil verilməsinin Rayon Torpaq Şöbəsinə tapşırılması qərara alınmışdır. İşdə olan Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-004863 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayon X9 12 aprel 1994-cü il tarixli, 03 saylı qərarı ilə "Bənövşə” kommersiya kiçik müəssisəsinin daimi istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 30 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli Sərəncamından görünür ki, Rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 nömrəli vəsatəti nəzərə alınaraq respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1 -ci bəndinin 2-ci abzasına əsasən "Bənövşə” kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilmiş, torpaq sahəsinin verilməsi barədə "Qərənfil-95” kiçik müəssisəsi direktorunun müraciəti, Rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq "Bənövşə” kəndli (fermer) təsərrüfatının Korlar dövlət ehtiyat fond torpağından geri alınan, şimaldan yol ilə, şərqdən "Bənövşə” kəndli (fermer) təsərrüfatının torpağı ilə, cənubdan "Novruz-3” kiçik müəssisəsinin torpağı ilə, qərbdən "Nur” kiçik müəssisəsinin torpağı ilə sərhədlənən 10,0 ha torpaq sahəsi "Qərənfil-95” kiçik müəssisəsinin istifadəsinə verilmiş və 10,0 ha torpaq sahəsinin naturada ölçülüb "Qərənfil- 95” kiçik müəssisəsinin diektoruna təhkim edilməsi Rayon torpaq şöbəsinə tapşırılmışdır. İşdə olan AZ-İİ № 141547 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: Cəlilabad rayonu Məmmərzalı kəndində qeydiyyatda olan İddiaçı2, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, Rusiya Federasiyası Saratov vilayəti, Saratov şəhəri, 1 -ci Knyazevski keçidi ev 07 ünvanında qeydiyyatda olan İddiaçı3 və Cəlilabad rayonu Məmmərzalı kəndində qeydiyyatda olan İddiaçı4dır və onlardan hər biri miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********33-10301 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu Məmmərzalı kəndi ünvanında yerləşən ümumi sahəsi 150,2 kv/m olan fərdi yaşayış evinin 1/12 (on iki də bir) hissəsindən. DƏDRX-nin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********33-10301 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu Məmmərzalı kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,6542 ha olan torpaq sahəsindən mərhum X2 payının 1/6 (altıda bir) hissəsindən. 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********618800, hüquqi ünvanı AZ1526, Cəlilabad rayonu Məmmərzalı, VÖEN: ********** Bənövşə kəndli fermer təsərrüfatında olan nizamnamə kapitalının məbləği 3 manat 00 qəpik, (üç manat sıfır qəpik), nizamnamə kapitalındakı payı 1 pay, nizamnamə kapitalındakı faizi 33% olan paydan mərhum X2 payının 1/6 (altıda bir) hissəsindən ibarətdir. Qeyd: Ər və arvadın ümumi əmlakındakı payı 1/2 (iki də bir) mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mirasın 2/12 (on iki də iki) hissəsi açıq saxlanılır. İşdə olan "Bənövşə” kəndli (fermer) təsərrüfatı təsisçilərinin 08 sentyabr 2021-ci il tarixli rəhbərlik dəyişikliyi haqqında qərarından görünür ki, KFT-nin təsisçisi və direktoru X2 vəfat etməsinin nəzərə alınması, İddiaçı1 xx.xx.2021-ci il tarixdən KFT-nin direktoru təyin edilməsi, KFT-nin möhür və ştampının İddiaçı1 təhvil verilməsi və Rəhbər dəyişikliyi ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdatrəsinə müraciət edilməsi İddiaçı1 həvalə edilməsi qərara alınmışıdr. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********168600 saylı çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 400-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********168600 saylı çıxarışdan görünür ki, "Bənövşə” kəndli fermer təsərrüfatının təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) Cavabdeh2 1 pay, Cavabdeh1 1 pay və X8 1 pay, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) Cavabdeh2 1,1666 pay, Cavabdeh1 1,1666 pay, İddiaçı4 1,1667 pay, İddiaçı2 1,1666 pay, İddiaçı3 1,1666 pay və İddiaçı1 1,1666 pay olmaqla, qanuni təmsilçi İddiaçı1dur. İşdə olan Bənövşə KTF-nin nizamnaməsinə edilmiş 20 dekabr 2022-ci il tarixli əlavə və dəyişikliklərdən görünür ki, təsərrüfatın nizamnə kapitalı 9 manat həcmindədir və hər biri 3 manat olmaqla 3 paydan ibarətdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli qərarında qeyd edilmişdir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına aşağıdakı redaksiyada əlavə və dəyişikliklər edilsin: 2.1.19-cu bəndin sonuncu cümləsində “kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər” sözlərindən sonra “(təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər)” sözləri əlavə edilsin. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə kommersiya hüquqi şəxsin təsisçiləri arasında, hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar olaraq, yəni onun torpaq sahəsinin istifadəsinə maneələrin yaradılması ilə əlaqədardır. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Cəlilabad Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 İmanverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Vəsatət təmin olunsun. Cəlilabad Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(073)-725/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1594/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1594/2023
19.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver