Məhkəmə qərarları › İş №2(106)-1597/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1597/2024

26.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1597/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X* (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsəzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əkbərov X4 rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına * saylı tam orta məktəbinin direktoru X2 *6 noyabr 2023-cü il tarixli *77 saylı intizam tənbehi haqqında əmrinin ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə telqram ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və imtinanın qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376-cı maddəsinə görə tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 357.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.* və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. İşdə olan 3*6 saylı telefonoqramla müəyyən olunur ki, iddiaçı apellyasiya şikayətindən imtinasının doğuracağı hüquqi nəticələrin ona aydın olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan şikayətə baxılmasını, apellyasiyadan imtinanın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Buna görə də, apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-739/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar