Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1600/2023 05.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1974-cü ilin iyul ayının 1-dən 1976-cı ilin iyul ayının 1-ə, 1978-ci ilin iyul ayının 1-dən 1983-cü ilinaprel ayının 1-dək, 1985-ci ilin iyul ayının 1dən 1992-ci ilin sentyabr ayının 2-dək “H.Aslanov” adına sovxozda iqtisadçı işləyərək cəmi 14 il 5 ay 25 gün əmək stajı qazanması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, qeyd edilən illərdə “H.Aslanov” adına sovxozda iqtisadçı vəzifəsində işləmişdir. Lakin keçmiş “H.Aslanov” adına sovxozun inzibati binası yandığından əmək kitabçası yanmışdır. Əmək kitabçası bərpa edilsə də, pensiya təyin edilməsi üçün müraciət edilərkən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində ərizəçinin vəkili ərizəni müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əmək kitabçası “H.Aslanov” adına sovxozun inzibati binasının yanması nəticəsində yanmışdır. Əmək kitabçası staj komissiyasının protokoluna əsasən bərpa edilmiş, lakin əmək kitabçasının birinci səhifəsi təsdiqlənməmişdir. Bundan başqa, sovxoz ləğv edilmiş, həmin sovxoza aid əmək haqqı sənədləri yanaraq məhv olunduğundan, arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən qərarın 3-cü bəndində staj protokolu barədə heç bir şey göstərilmir. Bundan başqa, əmək kitabçasının 1-ci səhifəsində möhür mövcud deyil. Bu səbəblərdən faktın təsdiqi üçün məhkəməyə müraciət edilmişdir. Sonda Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, Ərizəçi işləməsi barədə əmək kitabçasında qeydlər var. İşə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Sonda Nümayəndə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) şəxsin işləməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi, ödənilmiş 100,00 manat məbləğində pul Ərizəçi qaytarılması qərara alınmışdır. Ərizəçi Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadından şikayət verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1974-cü ilin iyul аyının 1-dən 1976-cı ilin iyul аyının 1-nə kimi, 1978-ci ilin iyul аyının 1-dən 1983-cü ilin аprеl аyının 1-dək, 1985-ci ilin iyul аyının 1-dən 1992-ci ilin sеntyаbr аyının 25-dək kеçmiş “H.Аslаnоv” аdınа sоvхоzdа iqtisаdçı işləyərək cəmi 14 il 5 аy 25 gün əmək stаjı qazanmışdır. Sоnrаlаr müхtəlif yеrlərdə də işləmişdir. Lаkin kеçmiş “H.Аslаnоv” аdınа sоvхоzun inzibаti binаsı yаndığındаn, оrаdа işləmiş digər şəхslərlə yаnаşı onun da əmək kitаbçаsı yаnmışdır. Bununlа bаğlı stаj kоmissiyаsı yаrаdılmış, şаhid ifаlədəri əsаsındа digər işçilərlə yаnаşı, onun da qеyd оlunаn sоvхоzdа işləməsinə dаir stаj prоtоkоlu tərtib еdilmiş, həmin prоtоkоldа yuхаrıdа qеyd оlunаn dövrlərdə sоvхоzdа işləməyi əks оlunmuş, sözügеdən prоtоkоl Mаsаllı Rаyоn İcrа Hаkimiyyətinin bаşçısı və “Mоllаhəsənli-Хоşçоbаnlı” Fеrmеr Təsərrüfаtı tərəfindən təsdiq еdilmişdir. Sözügеdən prоtokоlа uyğun sоnrаdаn götürülmüş əmək kitаbçаsına qеydlər еdilsə də, həmin qеydlərin еdildiyi birinci səhifə təsdiqlənməmişdir. Аdıçəkilən sоvхоz ləğv еdilmiş, həmin sоvхоzа аid əmək hаqqı sənədləri yuхаrıdа qеyd еdildiyi kimi yаnаrаq məhv оlduğundаn аrхivə təhvil vеrilməmşdir. Qеyd оlunаn sоvхоzlаrdа işləməyi yаlnız stаj prоtоklоlu ilə təsdiq оlunur və bunu onunla həmin dövrdə qеyd оlunаn sоvхоzdа işləmiş bütün şəхslər təsdiq еdə bilərlər. Odur ki, Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 1974-cü ilin iyul аyının 1-dən 1976cı ilin iyul аyının 1-nə kimi, 1978-ci ilin iyul аyının 1-dən 1983-cü ilin аprеl аyının 1-dək, 1985-ci ilin iyul аyının 1-dən 1992-ci ilin sеntyаbr аyının 25-dək kеçmiş “H.Аslаnоv” аdınа sоvхоzdа iqtisаdçı işləyərək cəmi 14 il 5 аy 25 gün əmək stаjı qаzаnmаğı fаktının müəyyən еdilməsinə dаir qətnаmə çıхаrılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə icraata xitam verilmişdir. Halbuki, tələb olunan dövrə dair işləməsinə dair qeydlər əmək kitabçasında lazımi qaydada qeyd edilmədiyindən və bu barədə olan staj protokolu iş stajını müəyyən edən sənədlər siyahısına daxil edilmədiyindən sözügedən dövr ərzində işləməsi faktı yalnız məhkəmə qətnaməsi əsasında müəyyən edilə bilər. Masallı Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadın qüvvədə saxlanılması və həmin qərardaddan Ərizəçi tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, iş materiallarında olan seriya АЗЕ, ******* saylı kolxozçunun əmək kitabçasında “Ad, soyad, atasının adı, doğulduğu il” kimi “Ərizəçi, xx.xx.1957”, “Mollahəsənli-Xoşçobanlı” KKFT-ı üzrə yanvar 1974-cü ildən 1976-cı ilin iyul ayına kimi, 1978-ci ilin iyul ayından 1983-cü ilin aprel ayına kimi sovxozda mühasib və 1 iyul 1985-ci ildən 25 sentyabr 1992-ci ilə kimi keçmiş “H.Aslanov” adına sovxozda iqtisadçı işləyərək, cəmi 14 (on dörd) il 5 ay 25 gün əmək stajı qazanmışdır. “Mollahəsənli-Xoşçobanlı” KKFTnın başçısı V.Yusifli, k/inspektoru L.Qurbanova.” qeydləri aparılmış, qeydlərin aparıldığı ikinci səhifədə imza və möhür var. İş materiallarında olan Masallı Rayon Dövlət Arxinin 24 oktyabr 2022-ci il tarixli, 374 saylı arxiv arayışında göstərilir ki, “Verilir Ərizəçi ondan ötrü ki, Masallı rayonu Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, st. Masallı və Ləngan kəndləri ərazisində fəaliyət göstərmiş sabiq “H.Aslanov” adına sovxozun sənədləri, o cümlədən, sovxozun əmr kitabları və əmək haqqı hesablaşma cədvəlləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Lakin, Masallı Rayon Dövlət Arxivinə təhvil verilmiş, 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Mollahəsənli- Xoşçobanlı” X3 Təssərrüfatında staj komissiyası tərəfindən əmək stajları müəyyən edilmiş fəhlə və qulluqçuların SİYAHİSl-nın 3-cü səhifəsində, 105-ci sırasında 17 (on yeddi) il doqquz ay iş stajı qazanması təsdiqlənmişdir. Qeyd: Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 194 saylı sərəncamı ilə “H.Aslanov” adına sovxoz ləğv edilərək onun bazasında yeni “Təklə”, “Ləngan", “Mollahəsənli-Xoşçobanlı” X3 Təsərrüfatları yaranmışdır. Staj protokolunun hər səhifəsi “Mollahəsənli-Xoşçobanlı“ X3 Təssərrüfatının möhürü ilə, vərəqlərin arxası isə staj komissionunun sədri və k/in. tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan, 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Mollahəsənli-Xoşçobanlı” X3 Təssərrüfatında staj komissiyası tərəfindən əmək stajları müəyyən edilmiş fəhlə və qulluqçuların SİYAHİSİ Fond №-12, siyahı №-1, saxlama vahidi №-1, səhifə № 3.”. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardadı qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın13.2 və 13.3-cü bəndlərində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçini əmək stajını təsdiq edən sənəd (əmək kitabçası) mövcud olduğundan əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmalı olunub- olunmaması məsələsi inzibati məhkəmə icraatı qaydasında aparılan araşdırma çərçivəsində qiymətləndirilməlidir. “H.Aslanov” adına sovxoz ləğv edilərək onun bazasında yeni “Təklə”, “Ləngan", “Mollahəsənli-Xoşçobanlı” X3 Təsərrüfatları yaranmışdır. Ərizəçinin əmək kitabçası mübahisəli dövr üzrə “Mollahəsənli-Xoşçobanlı” X3 Təsərrüfatının möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının “Əmək kitabçasının doldurulması” adlananın 3-cü maddəsinin 3.11-ci bəndində göstərilir ki, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Yəni, ərizəçinin iddia etdiyi kimi qanunvericilkdə əmək kitabçasının 1-ci, 2-ci və sair səhifəsinin möhür ilə təsdiq edilməsindən deyil, onun möhür ilə təsdiq edilməsindən söhbət gedir və ərizəçinin əmək kitabçası da möhür ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(050)-2415/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1600/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1600/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver