Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1602/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)-1935/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)-1935/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-yə qarşı işə bərpa tələbinə dair iddia rədd edilmişdir. Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)-1935/2023 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üzrə verilmiş xx.xx.2022-ci il tarixli K-051 saylı əmrin etibarsız hesab olunması, onunla bağlanmış əmək müqaviləsinin müddətinin daha bir il müddətə uzadılması və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə həkim stomotoloq vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli həkim stomotoloqdur və 1976- cı ildən etibarən həkim stomotoloq kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində həmişə nizam-intizamlı olmuş, əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmiş və heç bir cəza almamışdır. 65 yaşı tamam olduqdan sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında ardıcıl olaraq hər il onunla əmək müqaviləsi bağlanmaqla üç il müddətində qanunvericiliyə əsasən müqavilə əsasında işləmişdir. Lakin onunla bağlanılmış sonuncu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, o, müqavilə müddətinin bitməsinə iki gün qalmış rəhbərliyə ərizə ilə müraciət edərək əmək müqaviləsinin müddəti qurtardıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanılaraq müqavilə müddətinin daha bir il artırılmasını xahiş etmişdir. Lakin rəhbərlik tərəfindən verdiyi ərizəyə baxılmamış və onunla bağlanılmış əmək müqaviləsinin müddəti uzadılmayaraq əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin buna baxmayaraq cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmamışdır. Hansı ki, daha iki dəfə hər dəfəsində bir il olmaqla uzada bilərdi. İşdən azad olunmamışdan öncə işlədiyi müəssisənin rəhbərliyinə ünvanladığı ərizəsinə baxılmadığı üçün həmin ərizə ilə təkrar olaraq Azərbaycan Respublikası “TƏBİB” PHŞ-yə və “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə müraciət etmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən ona məktub ünvanlanaraq bildirilmişdir ki, “müəssisəmizdə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomotoloq olduğu nəzərə alınaraq “TƏBİB” PHŞ tərəfindən sizinlə çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir”. Həmçinin ona bildirilmişdir ki, kəskin zərurət yaranmadığı halda 65 yaşı tamam olmuş həkim stomotoloqların çalışma müddətinin uzadılmasına TƏBİB tərəfindən icazə verilmir. Bu isə onu göstərir ki, əmrdə göstərilən xüsusatlar əsassızdır və onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin əmrin verildiyi gündən dəfələrlə şifahi və yazılı müraciətlərini “TƏBİB” PHŞ-yə etmişdir. Mediasiya Şurasına və məhkəməyə gec müraciət etməyinə səbəb isə beyin insultu keçirməyi olmuşdur. Müalicəsini qurtardıqdan sonra mediasiya şurasına müraciət etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarın obyektivliyinə yalnız işə baxılma prossesində hər bir halın, sübutun həm ayrılıqda, həm də ümumi halında tədqiqi nəticəsində nail olmaq mümkündür. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər halları araşdırmasını da əhatə edir. Eyni zamanda məhkəmə tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. Mülki işi hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə iclaslarında verdiyi şifahi vəsatətlərini təmin etməmişdir. Məhkəmə onun sağlamlığının yerində olmasını, 40 illik stajının olmasını, hazırkı vaxtda da həkimlərin imtahanından yüksək bal toplamağını nəzərə almamışdır. Onun yerinə götürülən həkimlərin diplomlarının belə tanınmamasını, onların adi vətəndaşdan fərqlənmədiyini, qanunlara zidd olaraq işə qəbul olunmalarını nəzərə almamışdır. Müqaviləsinə xitam verilməsi əmrinin qanunsuzluğunu araşdırmamışdır. Habelə məhkəmə qətnamədə müddəti ötürməyini əsas gətirmiş, lakin buna dair heç bir sübuta istinad etməmişdir. Məhkəmə heç bir sübuta istinad etmədən iddia tələbini rədd etmişdir. O isə məhkəməyə vaxtında müraciət etməməyini iddia ərizəsində də əsaslandırmışdır. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)- 1935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Masallı rayon X1 Hüquqi Şəxsin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K-0561 saylı əmrdən görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin Stomatologiya bölməsində həkim-stomatoloq vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli işdən çıxan işçilərə məxsus əmək kitabçasının verilməsi kitabından görünür ki, İddiaçı (xx.xx.2022-ci il tarixli K-0561 nömrəli) xx.xx.2022-ci il tarixdə əmək kitabçası təhvil verilmişdir. İş materiallarında olan Lənkəran 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00815 saylı arayışdan görünür ki, birinci tərəf İddiaçı, ikinci tərəf Masallı rayon X1 Hüququ Şəxsidir. İkinci tərəf Masallı rayon X1 Hüququ Şəxsi tərəfindən mediasiya prosesində iştirak etməyən tərəf olmuşdur. İş materiallarında olan Masallı rayon X1 Hüququ Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 28 fevral 2023-cü il tarixli PHŞ-6-60/3-272/2023 nömrəli məktubdan görünür ki, çalışma müddətinin uzadılması ilə bağlı Masallı rayon X1 Hüququ Şəxsinə edilmiş müraciətə baxılmış və müəssisədə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomotoloq olduğu nəzərə alınaraq “TƏBİB” PHŞ tərəfindən çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Əlavə olaraq, müraciətlə bağlı müəssisə tərəfindən dəfələrlə qəbul edilərək çalışma müddətinin uzadılması təmin edilmişdir. İş materiallarında olan AH 030004 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin rəsmiləşdirildiyi tarix xx.xx.2018-ci il, xx.xx.2023-cü ilədək etibarlı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X6 tərəfindən Masallı rayon X1 Hüququ Şəxsə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli PHŞ/6-2-2022-12438 nömrəli məktubdan görünür ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli PHS/6-60-2- 2022-267 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Müəssisədə mövcud iş yükünə görə kifayət qədər faktiki çalışan həkim-stomatoloq olduğundan, vakant olan həkim-stomatoloq vəzifəsi üzrə göndərilmiş namizəd İddiaçı işə qəbul edilməsi məqsədə uyğun hesab edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan iddianı qəbul etmirlər. Belə ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Masallı rayon Mərkəzi Xəstəxanasında stomotoloq həkim kimi işləmişdir. 65 yaşı tamam olduqdan sonra hər il ardıcıl olaraq əmək müqaviləsi bağlanmaqla 3 il müqavilə əsasında işləmişdir. Sonuncu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilənin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması barədə ərizəsi olsa da, buna əhəmiyyət verilməmiş və müqaviləyə xitam verilmişdir. İddiaçıya məktub ünvanlayaraq bildirilmişdir ki, iş yükünə görə kifayət qədər faktiki çalışan işçi olduğundan onunla bağlanan müqavilənin müddətinin uzadılması məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv edilə bilər. Lakin işçisinin həmin müəssisədə çalışma müddəti 5 ildən çox olmamaqla müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər və buna yalnız iddiaçının razılığı ilə yol verilir. İşçinin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzatmaq səlahiyyəti, əmək qanunverciliyində işəgötürənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddiaçının barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş əmrin etibarsız hesab edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbi əsassızdır. İddiaçı əmək mübahisəsinə dair qanunun iddia müddəti barədə tələblərinə əsasən 1 aylıq müddəti ötürmüşdür. İddiaçının işdən azad edilməsi barədə məlumatlı olmuşdur. İddiaçı işə bərpası tələbi üçün müəyyən olunmuş 1 aylıq iddia müddətini açıq-aşkar ötürmüşdür. O, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işdə olan sübutlarla müəyyən edilmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Habelə cavabdeh Masallı rayon X1 Hüququ Şəxsin direktoru tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli K-0561 saylı saylı əmr qanuni və əsaslı olduğu üçün onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin ƏM-in 296-cı maddəsinin tələbinə əsasən bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdən aşkar olur ki, iddiaçı 1 aylıq müddətin Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş üzürlü səbəblərdən buraxılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin işin hərtərəfli və obyektiv araşdırılmaması və faktiki hallarına düzgün qiymət verilməməsi, məhkəmə iclaslarında verdiyi şifahi vəsatətlərinin təmin edilməməsi, onun sağlamlığının yerində olması və 40 illik stajının olması, hazırkı vaxtda da həkimlərin imtahanından yüksək bal toplamağının nəzərə alınmaması, onun yerinə götürülən həkimlərin diplomlarının belə tanınmamasını və qanuna zidd olaraq işə qəbul olunmalarının nəzərə alınmaması barədə dəlilləri qətnamənin ləğvi üçün qanuni əsas deyildir. Birinci instansiyası məhkəməsi tərəfindən araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının dəlilləri formal olmaqla əsassızdır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərin araşdırılmasının hazırkı mübahisənin predmetinə aiddiyyəti baxımından iş üçün hansı əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır. Kollegiya diqqətə çatdırır ki, ƏM-in 10-1.1 və 10-1.2-ci maddələrinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Habelə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə (“b” bəndi) əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmçinin 70-ci maddənin “e” bəndinə görə əmək müqaviləsi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, işəgötürən Azərbaycan Respublikası “TƏBİB” PHS Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən işçinin - İddiaçı əmək fəaliyyətinə onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qanunauyğun şəkildə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)-1935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(050)-1935/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1602/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1602/2023
14.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver