Məhkəmə qərarları › İş №2(106)-1609/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1609/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1609/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(047)-800/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 vəsatətinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işi adiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(047)-800/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(047)-800/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayətinə əsasən Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli qərardadının ləğv olunması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə göndərilməsi üçün verilmiş vəsatətin rədd edilməsi qərarı almaqla məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Laçın rayonu Turşsu kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi ev 9 B mənzil 31-də qeydiyyatsız yaşayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə işi, əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəməyə təqdim edilən iddia ərizəsindən, iş materiallarına əlavə edilmiş cavabdehin şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Laçın rayonu Turşsu kəndidir. Qanunvericiliyin sadalanan tələblərinə görə cavabdehin hal-hazırda Bakı şəhəri Nəsimi rayonu, 1024-cü məhəllə A.Əliyev küçəsi ev 9 B mənzil 31-də yaşaması, yəni faktiki olaraq həmin ünvanda yaşaması iddia ərizəsinin ərazi aiddiyyəti üzrə göndərilməsi üçün əsas ola bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə: o cümlədən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının Şəxsiyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd edilən normadan görünür ki, şəxsin yaşayış yerini müəyyən edən konkret sənədlər mövcuddur, işdə olan sənədlərdən də göründüyü kimi Cavabdeh rəsmi qeydiyyat yeri Laçın rayonudur. Yuxarıda qeyd edilənlərə əsasən də məhkəmə 15 sentyabr 2025-ci il tarixli qərardadı qəbul etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir və cavabdehin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(047)-800/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar