Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1612/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavadova (Baxışova) Ülviyyə Dilafət qızına qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə çıxarılması və onun boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1154/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baxışova (Cavadova) Ülviyyə Dilafət qızı, Fətiyeva (Baxışova) Zülfiyyə Dilafət qızı, Cavabdeh3 və Cavabdeh5 Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə onların həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(017)-716/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 8754,37 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Hazırda Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İddiaçı QSCnin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********23-10301 reyestr nömrəli Çıxarış alınmışdır. AR DİN Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyatda olan şəxslərə dair arayışdan görünür ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, İddiaçı QSC-nin mülkiyyətində olan və daşınmaz əmlakın reyestr nömrəsi **********23-10301 olan yaşayış evində hazırda Cavabdeh1, Cavabdeh2, Baxışova (Cavadova) Ülviyyə Dilafət qızı, Fətiyeva (Baxışova) Zülfiyyə Dilafət qızı, Cavabdeh3, Cavabdeh5, X3, X5, X7 və X17 yaşayırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan məlum olur ki, Cavabdeh1, Cavabdeh2, Baxışova (Cavadova) Ülviyyə Dilafət qızı, Fətiyeva (Baxışova) Zülfiyyə Dilafət qızı, Cavabdeh3 və Baxışova X9 rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydiyyatdadırlar. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və Banka təhvə verilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlərə verilmiş müddətin başa çatmasına baxmayaraq, onlar mənzili könüllü olaraq boşaldıb Banka təhvil verməmişlər. Cavabdehlər Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində bugünədək qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində İddiaçı QSC-nin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olurlar. Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Nuriyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birlikdə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qərardadı ilə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdehlərdən yalnız Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzil hüququnu əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsi mənzil hüquqlarının reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Bununla da birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnamə ilə bir ailənin hüquq və azadlıqları kobudcasına pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını nəzərə almamışdır, bununla da cavabdehlərin hüquq və azadlıqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin və cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə iclasları barədə bəzi cavabdehlərə hər hansı formada xəbərdarlıq edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarında və yekun məhkəmə aktını qəbul edərkən iddiaçı və cavabdeh tərəfin iştirakını təmin etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1612/2023 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1154/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 01 noyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığı ilə bağlı hər hansı konkret dəlil göstərməmişdir. Hal-hazırda mübahisəli ev İddiaçı QSC-nin balansına keçmişdir və onun mülkiyyətindədir. Bu səbəbdən də birinci instansiya məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, yalnız onun apellyasiya şikayəti mümkün hesab edilməklə icraata götürülmüşdür. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan Ağcabədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(017)-716/2016 saylı qətnaməsinin məzmunundan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının bağlanması, Cavabdeh1 36 ay müddətinədək ödənilmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit alması, kreditdən istifadəyə görə aylıq 2,3 faiz miqdarında faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda İddiaçı QSC-yə hesablanmış 6470,09 ABŞ dolları əsas kredit borcu, 1484,28 ABŞ dolları faiz borcu, 8227,16 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 16181,53 ABŞ dolları məbləğində borcunun qalması, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh1, X6, Cavabdeh2, X4 və Cavabdeh3 mülkiyyətində olan Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 28,1 kv.m yaşayış, 15,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulması sübuta yetir. İşdə surəti olan Ağcabədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(017)- 716/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi və xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə yaranmış əsas borc 6470,09 ABŞ dolları, faiz borcu 1484,28 ABŞ dolları, dəbbə pulu 800 ABŞ dolları olmaqla, ümumilikdə 8754,37 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat, həmçinin 16 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 28,1 kv.m yaşayış, 15,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və yaşayış evinin tərkibinə (həyətyanı tikili və qurğular) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh1, X6, Cavabdeh2, X4 və Cavabdeh3 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və X1 tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********23- 10301 olan Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 143,30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin xx.xx.2022ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsinin 12 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, əvvəl Cavabdeh1 mülkiyyətində olmuş Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər aşağıdakılardır: 1) xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1; 2) xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh2; 3) xx.xx.2001-ci il təvəllüdlü X6; 4) xx.xx.1998-ci il təvəllüdlü Fətiyeva (Baxışova) Zülfiyyə Dilafət qızı; 5) xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3; 6) xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh5; 7) xx.xx.2016-cı il təvəllüdlü X3; 8) xx.xx.2018-ci il təvəllüdlü X5; 9) xx.xx.2020-ci il təvəllüdlü X7; 10) xx.xx.2020-ci il təvəllüdlü X17. İşdəki 14 fevral 2023-cü il və 29 mart 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlərə Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən əmlakın (0,12 ha torpaq sahəsi və 143,30 kv.m ev) hazırda İddiaçı QSC-nin mülkiyyətində olması barədə məlumat verilmiş, onlardan 10 gün ərzində həmin əmlakı könüllü olaraq boşaltmaları və Banka təhvil vermələri tələb olunmuş, əks təqdirdə onların həmin əmlakdan məcburi qaydada çıxarılmaları istiqamətində qanuna müvafiq tədbirlər görüləcəyinə dair xəbərdar olunmuşlar. İşdəki 12 aprel 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı QSC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdehlərin istifadə hüquqları itirilməklə məcburi çıxarılmalarını və boşaldılmasını tələb etdiyi fərdi yaşayış evi əvvəllər cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, X4 və Cavabdeh3 mülkiyyətində olmuş, sonradan həmin fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun mülkiyyətçiləri ilə bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(017)-716/2016 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi və xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə yaranmış əsas borc 6470,09 ABŞ dolları, faiz borcu 1484,28 ABŞ dolları, dəbbə pulu 800 ABŞ dolları olmaqla, ümumilikdə 8754,37 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat, həmçinin 16 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 28,1 kv.m yaşayış, 15,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və yaşayış evinin tərkibinə (həyətyanı tikili və qurğular) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra, mübahisə predmeti olan, əvvəllər cavabdehlərin mülkiyyətində olmaqla iddiaçının xeyrinə ipoteka qoyulmuş fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixində iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdehlər hal-hazırda iddiaçının mülkiyyətində olmaqla mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatdadırlar və həmin evdə yaşayırlar. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə cavabdehlərin həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Qeyd edilən müddəaların təhlili nəticəsində məhkəmə kollegiyası bildirir ki, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etmələri barədə yeni mülkiyyətçinin iddia qaldırmaq hüququ vardır. Hazırda isə əvvəllər onun xeyrinə ipoteka ilə yüklü edilmiş torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin yeni mülkiyyətçisi kimi İddiaçı QSC-nin hazırkı iddiası əsaslıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun Konstitusiyada təsbit edilmiş mənzil hüququnun pozulduğunu bildirmişdir. Lakin işin hallarından göründüyü kimi, onun mübahisə predmeti olan mənzildən istifadə hüququnun itirilməklə mənzili boşaltması və iddiaçıya təhvil verməsi ilə bağlı gəlinən nəticə qanunsuz olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində cavabdehlərin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmadığını qeyd etmişdir. Lakin iş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, iddiaçı və cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışlar. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)- 1154/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(017)-1154/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.