Məhkəmə qərarları › İş №2(106)-1613/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1613/2023

02.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1613/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin N5 iyul N0N3-cü il tarixli, N(017)-1374/N0N3 saylı (hakim R.Nuriyev) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 aprel N017-ci il tarixdə bağlanmış fərdi əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsində komanda məntəqəsinin ekspeditoru vəzifəsinə təyin edilmiş, Hərbi Hissə komandirinin 10 aprel N018-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin mənzil-istismar xidmətinin mühasibi vəzifəsinə keçirilmiş və 08 noyabr N019-cu il tarixli, N saylı əmrlə hərbi hissənin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə keçirilmişdir. Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir və hesab edir ki, həmin əmr ləğv olunmalıdır. Belə ki, N3 fevral N0N3-cü il tarixdə işdə olduğu zaman səhhətinin pisləşməsi səbəbindən ərizə yazıb iş yoldaşı XN vermiş və saat 09-30 radələrində hərbi hissənin ərazisini tərk etmişdir. Ümid Qaraşov da həmin ərizəni nizami hissəyə təhvil vermişdir. Lakin, hərbi hissə komandiri ərizəyə imza etməyərək ona iki günlük icazə verməmiş və bir günlük izazə verilməsi barədə ərizə yazmasını bildirmişdir. Bu barədə Ümid Qaraşov günün sonunda ona məlumat vermiş və o da Ümid Qaraşovdan onun adından ərizə yazmağı və nizami hissəyə təhvil verməyi xahiş etmişdir. N4 fevral N0N3-cü il tarixdə hərbi hissənin təhqiqatçısı onunla telefon əlaqəsi saxlayaraq icazə almadan və raport vermədən hərbi hissənin ərazisini tərk etməsini bildirmişdir. Bundan sonra Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərdiyi kimi o, xəstəliyi ilə əlaqədar Hərbi Hissənin ərazisini tərk etmişdir. Ona görə də, göstərdiklərini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailənin yeganə qazancgətirəni olmasını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hırbi Hissədən tutularaq "Qarabağ Dirçəliş” Fonduna və yaxud "Yaşat” Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı N3 fevral N0N3-cü il tarixdə hərbi hissə komandirinin icazəsi olmadan hərbi hissəni təxminən saat 09:30-10:30 radələrində özbaşına tərk etmiş və tərk edərkən bu barədə heç kimə məlumat verməmişdir. Hərbi hissə komandirinin icazə vermədiyini bilməsindən sonra N4 fevral N0N3-cü il tarixdə saat 09:00 radələrində adından icazə raportu yazmasını və öz adından imzalayaraq 991 saylı Hərbi Hissənin komandirinə təqdim edilməsi üçün 991 saylı Hərbi Hissənin maddi-texniki təminat bölməsində mühasib vəzifəsində işləyən XN müraciət etmişdir. Aparılan gündəlik yoxlama zamanı aşkar edilmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etmiş, N4 fevral N0N3-cü il tarixdə isə iş yerinə gəlməmişdir. N4 fevral N0N3-cü il tarixdə hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi bir neçə hərbi qulluqçu və mülki işçinin şahidliyi ilə İddiaçı zəng edərkən İddiaçı heç kimə məlumat vermədən hərbi hissəni tərk etməsini etiraf etmişdir. Ümumiyyətlə İddiaçı iki gün ərzində işdə olmamışdır. Bununla əlaqədar N7 fevral N0N3-cü il tarixdə araşdırma aparılması üçün İddiaçı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə izahat verilməsi üçün dəvət edilərkən İddiaçı emosiyalarına hakim olmayaraq səs-küy salmış, etiraz etmiş və N7 fevral N0N3-cü il tarixdə saat 10:30 radələrində hərbi hissəni təkrarən özbaşına tərk etmişdir. Ümumiyyətlə İddiaçı dəfələrlə əmək vəzifələrini kobud surətdə pozmuşdur. Belə ki, İddiaçı məxfiçilik rejiminin pozulmaması və dövlət təhlükəsizliyinin qorunması məqsədilə qadağan edilmiş filəşkart aşkar edilmişdir. Həmçinin İddiaçı təhkim edilmiş metal möhürü itirməklə əmək fəaliyyəti üzrə kobud səhvə yol vermişdir. Bundan başqa, İddiaçı xəstəliyi ilə əlaqədar hərbi hissəni tərk etməsini bildirsə də, hərbi hissədə fəaliyyət göstərən tibb məntəqəsinə də müraciət edə bilərdi. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissə komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin N5 iyul N0N3-cü il tarixli, N(017)-1374/N0N3 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının rədd edilməsi, Cəbrayıl 1 saylı mediasiya təşkilatına ödənilmiş 50 (əlli) manat rüsumun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasına riayət edilməmişdir. Hesab edir ki, işə baxan məhkəmə, iddiaçının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququma “göz yummuşdur”. Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə olan Ağcabədi Rayon Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də, qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi kimi, işin ədalətli araşdırılması hüququnu kobudcasına pozmuşdur. Cavabdehin hüquqları və qanuni mənafeləri birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə müdafiə edilsə də, bu müdafiə iddiaçıya münasibətdə “baş verməmişdir”. Belə qənaətdədir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam həcmdə təmin etməli idi. Başqa sözlə, mülki iş hərtərəfli, qərəzsiz, tam və obyektiv araşdırılmalı idi. Bu təmin edilmədi. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı həqiqətən xəstəlikdən əziyyət çəksə də, iş yerində olmaması üzrlü səbəblərdən baş versə də, bu hallar çox səthi araşdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sahəvi qanunvericiliyin-əmək qanunvericiliyin sözügedən normalarına da yumşaq desək, riayət edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iddiaçı ali təhsilli və ailəlidir. Bildirmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığından onun başqa bir yerdə işə düzəlməsi çətinlik yaradır. Buna görə də cavabdeh tərəfə təklif etmişdir ki, barışıq sazışı imzalasınlar, iddiaçı işə bərpa edilsin və N0-N5 gün sonra cavabdeh iddiaçını yenidən işdən çıxarsın. Qeyd etmişdir ki, bu cür təkliflə iddiaçı razıdır. Kollegiyanın iclasında iştirak edən İddiaçı da oxşar məzmunda izahat vermişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin nümayəndəsi X4 apellyasiya şikayətni əsassız hesab etmiş və onun təmin edilməməsini kollegiyadan xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı da iddiaçı tərəfindən dəfələrlə barışıq üçün oxşar məzmunlu təkliflər edilmişdir. Lakin rəhbərlik bununla qəti şəkildə razılaşmamışdır. Çünki iddiaçı N gün qanunazidd olaraq iş yerində olmamasından əlavə də müəyyən qanunsuzluqlara yol vermişdir. Həmçinin qeyd etmişdir ki, işin barışıq üçün təxirə salınmasına ehtiyac yoxdur. Onunsuzda cavabdeh olaraq onların qeyd edilən təkliflə bağlı razılıqları yoxdur və fikirləri qətidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 37N.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 37N.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 37N-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 37N.1. və 37N.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” N0 may N011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiasının isə təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin N.1-ci maddəsinə əsasən Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4 və 9-cu hissələrinə əsasən əmək münasibətləri–əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndində əsasən işəgötürən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin N-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü ilə mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsininin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 7N-ci maddəsində qeyd edilmişdir ki: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80-ci maddəsinin 1 və N-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39N.N-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş N4 fevral N0N3-cü il tarixli raportun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə icazəsiz iş yerini tərk etmiş və N4 fevral N0N3-cü il tarixdə iş yerinə gəlməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş N7 fevral N0N3-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı N3 fevral N0N3-cü il tarixdə Hərbi Hissənin ərazisini özbaşına tərk etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin N7 fevral N0N3-cü il tarixli 4 saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsi komandirinin N7 fevral N0N3-cü il tarixli, 68 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991 saylı Hərbi Hissəsinin maddi-texniki təminat bölməsinin mühasibi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən N7 fevral N0N3-cü il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçının işdən xaric edilməsinin səbəbi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi olmuşdur. Bu da, əmək qanunvericiliyinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyini bildirsə də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş materillarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.N-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.N, 39N, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin N5 iyul N0N3-cü il tarixli, N(017)-1374/N0N3 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan N ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar