Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1614/2025 12.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X21 oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə - servitut” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsindən İddiaçı vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə gedən və hazırda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edilməsi üçün yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiçı İddiaçı 30 oktyabr 2018-ci il tarixdə qardaşı Cavabdeh və digər ailə üzvləri ilə aralarındakı, torpaq mübahisəsi ilə əlaqədar qarşılıqlı şəkildə razılığa gələrək və bölgü razılaşma sazişi tərəflərindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Lakin bu bölgü razılaşma sazişindən sonra cavabdeh yenə də ona qarşı məhkəmədə iddia qaldırmış və ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş hasarın, habelə qaz borusunun sökülməsi tələbinə dair məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmin iddia təmin edilmiş olduğundan iddiaçının həyətyanı torpaq sahəsinə yeganə gediş-gəliş yolu bağlanmış olur. Yaşadığı evə alternativ yol olmadığından həmin evdən istifadə olunması da mümkün olmayacaqdır. Odur ki, məcbur olub məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həyətyanı sahəsinə başqa tərəfdən yol yoxdur. Belə olan təqdirdə cavabdehin əvvəlki tarixlərdə iddia etdiyi yolservitutla yüklü edilməlidir. Burada söhbət ondan gedir ki, servitut qoyulmadan qeyd edilmiş ehtiyacların təmini mümkün deyil. Belə ki, həmin torpaq sahəsinə baxış keçirilərsə, aydın olacaqdır ki, sözügedən torpaq sahəsinə gediş-gəliş yolu çəkmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçının özünə aid yolu vardır, lakin həmin yoldan istifadə etmək istəmir və əsassız olaraq ondan yol istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan JN-463A kod 80223018 nömrəli dövlət aktından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə Lənkəran rayonun Şağlaküçə kəndində yerləşən 0.67 ha torpaq sahəsi X20, İddiaçı, X1, Cavabdeh,X9,X2,X10,X11, X7, X5, Nümayəndə2, X12,X13,X14, X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 870/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh mülkiyyətindən olan Lənkəran rayonu,Şağlaküçə kəndində yerləşən 0.14586 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.014 ha hissəsindən (0.0092 ha yol kimi) çıxarılması, həmin torpaq sahəsindən istifadə ilə əlaqədar iddiçıya cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmsını qət etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3617/2021 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-870/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,67 ha torpaq sahəsi İddiaçı 6/75 hissə, X1 6/75 hissə, Cavabdeh, 6/75 hissədə, X9 6/75 hissədə, X4, 1/15 hissədə,X10, 1/15 hissədə,X15, 1/15 hissədə, X7, 1/15 hissədə, X5, 1/15 hissə, X19, 1/15 hissə, X16 1/15 hissə, X14 1/15 hissə, X8 1/15 hissədə, Nümayəndə2 6/75 hissədə mülkiyyətindədir. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 167,7 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan 02 iyun 2025-cü il tarixli, 10/2376 nömrəli məhkəmə tiktintitexniki ekspertiza rəyində göstərilmişdir ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaqsahəsinin faktiki koordinatlarının onun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə həm həmin Texniki Pasportda və həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gedişgəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsində mövcud olan həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Lakin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi səbəbindən gediş-gəliş yolunun layihə üzrə vəziyyəti ilə faktiki vəziyyət arasında müqayisəli təhlil aparmaq və yolun başlanğıc və son hissələrini naturada müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə gediş-gəliş yolunun başlanğıc hissəsinin küçədən (yolayrıcıdan) başlayaraq son hissəsinin İddiaçı faktiki istifadəsində (mülkiyyətində) olan torpaq sahəsinə qədər olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kv.m) torpaq sahəsinin faktiki koordinatlarının 72 kv.m hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin 72 kv.m gediş-gəliş yolunun 68 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 4 kv.m hissəsinin koordinatlarının isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********71-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının onun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə həm həmin Texniki Pasportda və həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən sahəsinin və eləcə də Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun hazırda iddiaçının və cavabdehin gediş-gəliş yolu kimi faktiki istifadələrində olması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı tərəflər arasında əsas mübahisə predmetinin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən keçməsi ilə bağlı olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kv.m) torpaq sahəsinin 93 kv.m hissəsinin koordinatlarının Hüquqların Dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi, 31 kv.m hissəsinin koordinatlarının isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********71-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə hazırda iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsi ilə (Hakim: Murad Aslanov) iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 30 oktyabr 2018-ci il tarixdə qardaşı Cavabdeh və digər ailə üzvləri ilə aralarındakı torpaq mübahisəsi ilə əlaqədar qarşılıqlı şəkildə razılığa gəlmişlər və bölgü razılaşma sazişi tərəflərindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Lakin bu bölgü razılaşma sazişindən sonra cavabdeh yenə də ona qarşı məhkəmədə iddia qaldırmış və ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi tələbinə dair məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmin iddia təmin edilmiş olduğundan onun həyətyanı torpaq sahəsinə yeganə gediş-gəliş yolu bağlanmış olur. Yaşadığı evə alternativ yol olmadığından həmin evdən istifadə olunması da mümkün olmayacaqdır. Odur ki, o məcbur olub məhkəməyə müraciət etmişdir. Onun həyətyanı sahəsinə başqa tərəfdən yol yoxdur. Belə olan təqdirdə cavabdehin əvvəlki tarixlərdə iddia etdiyi yol servitutla yüklü edilməlidir. Burada söhbət ondan gedir ki, servitut qoyulmadan qeyd edilmiş ehtiyacların təmini mümkün deyil. Belə ki, həmin torpaq sahəsinə baxış keçirilərsə, aydın olacaqdır ki, sözügedən torpaq sahəsinə gediş-gəliş yolu çəkmək imkanı yoxdur. Cavabdehlə sülh yolu ilə razılaşma əldə etmək istəsə də, müsbət nəticə əldə edə bilməmişdir. Məhz bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin Lənkəran Rayon Məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə hüquqlarını müdafiə etdiyi İddiaçı qarşı cavabdehin qanunsuz hərəkətlərini düzgün qiymətləndirməmiş və hesab etmişdir ki, iddia əsassızdır. Məhkəmə iddiaçının konstitusion hüququnu - mənzil hüququnu (mənzilə gediş-gəliş tamamilə məhdudlaşır) pozan və açıq-aşkar qanunsuz nəticəyə varan qətnamə qəbul etmişdir. Məhkəmə mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən iddiaçının ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun digər istiqamətdə mövcud olmasını müəyyən etmişdir. Məhkəmə burada ekspert rəyinə istinad etmiş olsa da, həmin rəyin özü ziddiyyətli olmuşdur. Belə ki, rəydə göstərilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gediş-gəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Lakin rəyin yekun hissəsində göstərilmişdir ki, iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Belə olan təqdirdə hesab edir ki, rəy ziddiyyətlidir və həmin ziddiyyətin aradan qaldırılmasından ötrü məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirməli idi. Lakin iş materiallarından da göründüyü kimi, məhkəmə ekspert rəyi ilə kifayətlənmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2(049)-92/2025 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandıırmışdır ki, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə etmək üçün cavabdehə məxsus torpaq sahəsindən istifadə etməyi tələb edir. Lakin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də tam təsdiq edilir ki, iddiaçının özünə məxsus torpaq sahəsində digər istiqamətdən də yol vardır. Belə olan halda, yəni digər şəxsin mülkiyyətinə müdaxilə edilməklə istifadənin həyata keçirilməsi qanunvericilikdə də qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ona məxsus olan torpaq sahəsinə gedişgəliş yolunun digər istiqamətdə mövcud olması məhkəmədə tam sübuta yetirildiyindən, servitut tələbinə dair iddia rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mövqeyini aşağıdakılarla əsaslandırır. Belə ki, işdə olan ekspert rəyi ilə müəyyən olunur ki, araşdırma zamanı tərəflər arasında əsas mübahisə predmetinin - həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən keçməsi ilə bağlı olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********71-10301 reyestr nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80.0 kv.m sahədən ibarət fərdi yaşayış evinə hazırda iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə etmək üçün cavabdehə məxsus torpaq sahəsindən istifadə etməyi tələb edir. Lakin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də tam təsdiq edilir ki, iddiaçının özünə məxsus torpaq sahəsinə digər istiqamətdən də yol vardır. Belə olan halda, yəni digər şəxsin mülkiyyətinə müdaxilə edilməklə istifadənin həyata keçiriməsi qanunvericilikdə də qadağandır. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən iddiaçının ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun digər istiqamətdə mövcud olmasını müəyyən etmişdir. Məhkəmə burada ekspert rəyinə istinad etmiş olsa da, həmin rəyin özü ziddiyyətli olmuşdur. Belə ki, rəydə göstərilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gediş-gəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Lakin rəyin yekun hissəsində göstərilmişdir ki, iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, rəy ziddiyyətlidir və həmin ziddiyyətin aradan qaldırılmasından ötrü məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirməli idi. Lakin iş materiallarından da göründüyü kimi, məhkəmə ekspert rəyi ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-92/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1614/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1614/2025
12.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver