Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1616/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla verilmiş 5.0854 ha torpaq sahəsinin zəbt olunan 1.40 hektarından məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı4 və İddiaçı5 vəkalətli nümayəndəsi İddiaçı1 iddia tələbini əsaslandıraraq izahatında göstərdi ki, o, ailə üzvlərilə birlikdə Beyləqan rayonu Türklər qəsəbəsində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən çöl torpaq sahələrindən 5.0854 hektar kənd təsərüffatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi islahatdan sonra onların istifadəsində olmuş və torpağı əkərək qazanc əldə edərək ailəsini dolandırımışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mülkiyyətimizdə olan torpaq sahəsinə Çıxarış alan zaman ona məlum olmuşdur ki, islahat zamanı dövlət tərəfindən ailə üzvlərinə verilən 5.0854 ha torpaq sahəsinin faktiki olaraq 1.40 hektarı onlarla torpaq sahəsi qonşusu olan kənd sakini Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Onlar tam əmin olmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödəniş edərək istifadələrində olan torpaq sahəsini öldürmüş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları istifadəsində olan torpaq sahəsinin 1.30 hektar az olduğunu onlara bildirmişlər. Həmkəndlisi Cavabdeh dəfələrlə onlara məxsus torpaq sahəsindən könüllü olaraq çıxmasını tələb etsələr də cabadeh öz qanunsuz hərəkətlərinə davam edərək qanuni olaraq çıxarışla onlara məxsus olan torpaq sahəsindən könüllü olaraq çıxmaqdan imtina edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi torpağını geri qaytarmağı bildirsədə o, ona əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam etdirmişdir. Hazırda cavabdeh onlara məxsus olan torpaq sahəsindən zəbt etdiyi 1.40 hektar torpaq sahəsini boşaltmaqdan imtina edir. Belə ki, qeyri-qanuni olaraq ailə üzvlərinə məxsus çöl torpaq sahəsini zəbt edir və həmin torpaqdan istifadə etməklə yanaşı qazanc əldə edir.Ona görə də, o, Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 165 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışla verilmiş 5.0854 ha torpaq sahəsinin zəbt olunan 1.40 hektarından məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 eyni məzminlu izahat verərək iddianı müdafiə etdilər və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.6798 ha torpaq sahəsi X6 , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X4 mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. O, reyestrlə verilən sənəddə olan yerindən istifadə edir. İddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Həmin yer dövlət tərəfindən ona verilmişdir. Ona görə qanunu qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddianın qismən təmin edilməsi, cavabdeh Əzimov X5 rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətlərin verilmiş olan 5.0854 ha torpaq sahəsinin zəbt etdiyi 1.30 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 və ailə üzvlərinin İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması. iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 manat məbləğində pulun iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsivəkili Nümayəndə Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində cəlb edilən X10 mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olduğunu, əri Cavabdeh tərəfindən istifadə edildiyini, ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçılar iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.0854 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.6798 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X4 mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2024-cü il tarixli, 3-16-16/2-10/906 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh təqdim etdiyi Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən X9 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********82, Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi 28. 12.2022-ci il tarixli çıxarışa əsasən verilmiş olan 5.6798 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh təqdim etdiyi Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən X7 məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 0.36 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilmişdir. Reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01,02.2023-ci il tarixli çıxarışa əsasən X7 məxsus 0.36 ha (JN 273 saylı Dövlət aktı əsasında verilmiş) torpaq sahəsinin X2 X3 (TEKUİS-də) qeyd edilən koordinatlara uyğun olaraq sərhədləri naturada müəyyən edilmişdir. Cavabdeh təqdim etdiyi sənədlərə əsasən X9 məxsus 5.6798 ha torpaq sahəsi və X7 məxsus 0.36 ha torpaq sahəsi ilə iddaçı İddiaçı1 və ailə üzvlərinə məxsus 5.0854 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. İddiaçı1 və Cavabdeh arasında olan mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi olan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2000-ci tərtib olunmuş Beyləqan rayonu Türklər qəsəbəsinin kompleks yerquruluşu layihəsinə əsasən 66 saylı çevrədə 81.15 ha pay torpaq sahəsi qeyd olunsa da, naturada faktiki olaraq 75.09 ha pay torpaq sahəsi mövcuddur. Odur ki, qeyd olunan ərazidə 6.06 ha pay torpaq sahəsi çatışmır. Məhkəmə kollegiyası işdə olan sübutların araşdırılması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.0854 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətə verilmiş 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsini zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh və apellyasiya icraatı zamanı üçüncü şəxs qismində cəlb edilən X10 mübahisələndirilən torpaq sahəsinin Günel Əzimovanın mülkiyyətində olduğunu bildirmişdir. Həmçinin cavabdeh həm X4 həm də X6 mülkiyyətində olan torpaq sahələrindən istifadə etdiyini bildirmiş və iddianın əsassız olduğunu, iddiaçılara məxsus torpaq sahələrini zəbt etmədiyini göstərmişdir. Kollegiya qeyd edilən halla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçıların tələbləri mülkiyyətlərində olan 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyindən həmin torpaq sahəsindən çıxarılması ilə bağlıdır. İş üzrə alınmış ekspert və mütəxəssis rəyləri ilə də Beyləqan rayonunun Türklər qəsəbəsində yerləşən 5.0854 ha torpaq sahəsinin 1.30 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Cavabdeh etirazının dəlillərində həm X4 həm də X6 mülkiyyətində olan torpaq sahələrindən istifadə etdiyini bildirsə də həmin mütəxəssis və ekspert rəyləri ilə torpaq sahələrinin naturada sərhədləri müəyyən edilmişdir. Göründüyü kimi X9 məxsus 5.6798 ha torpaq sahəsi və X7 məxsus 0.36 ha torpaq sahəsi ilə iddaçı İddiaçı1 və ailə üzvlərinə məxsus 5.0854 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 2-ci bəndinə görə qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin maddənin 3-cü bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh Əzimov X5 rayonunun Türklər qəsəbəsində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********24, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətə verilmiş olan 5.0854 ha torpaq sahəsinin zəbt etdiyi 1.30 ha hissəsindən çıxarılmalıdır” qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-84/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1616/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1616/2024
16.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver