Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1619/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli 2(049)-57/2024 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh Novruz oğlunun hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X3» kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ əsasında onun mülkiyyətinə olmuş, həmin kompleks “X3” çörək sexi, mağaza, çay evi, mətbəx kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmiş və onun fəaliyyəti tərəfindən həyata keçirmişdir. Həmin şadlıq sarayı onun və qardaşlarının, eləcə də cavabdehin şəxsi vəsaiti hesabına tikilməklə tam istifadəyə verilmiş həmin Şadlıq sarayından gələn gəlirin kompleksin tikilməsində əsas pay sahibi olan böyük qardaşı Tİddiaçı ilə Cavabdeh arasında bölünməsi barədə qarşılıqlı razılığa gəlinmişdir. 2013-cü ilin mart ayında fəaliyyətə başlamış və 2022-ci ilin mart ayının axırına kimi əldə edilmiş qazancı bölmüş və heç bir narazılıq da olmamışdır. Sonradan, yəni 2022- ci ilin mart ayında Cavabdeh ona təklif etmişdir ki, «X3nı» ikimizin adına qeydiyyata aldıraq, yəni hərənin payı ayrı olsun. Bu səbəbdən də cavabdehin təklifi və böyük qardaşı Telmanın razılığı ilə həmin kompleksin ikidə bir hissəsinin onun, digər ikidə bir hissəsinin isə Cavabdeh adına sənədləşdirilməsi barədə razılığa gəlmiş və bundan sonra 23 fevral 2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlamışlar. Həmin kompleksin 1/2 hissəsini qardaşı hazırki iş üzrə Cavabdeh bağışladıqdan və müqavilə bağladıqdan sonra Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 35-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli və **********89- 12301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış Cavabdeh veriləndən və cavabdehin həmin kompleksə mülkiyyət hüququ yarandığı gündən onun mülkiyyətçi kimi həmin obyektən istifadə etməyinə maneçilik törətməklə həmin obyektə onun da pay hüququnu əsas gətirib mülkiyyətindən sərbəst istifadə etməyinə imkan vermir. Belə ki, iş üzrə cavabdeh olan Cavabdeh həmin şadlıq sarayını yalnız özü istifadə etməklə toy və digər şənliklərin keçirilməsi üçün icraəyə verib gəlir əldə etmiş və həmin gəlirin aramızda yarı-yarıya bölünməsi həyata keçirilməsi barədə razılığı olmasına baxmayaraq cavabdeh buna əməl etməmiş və ona heç bir məbləğ ödəməmişdir. Bununla bağlı aralarında narazılıq yaransa da, sonradan cavabdeh razılığa əməl edəcəyini və bundan sonra gəlirləri yarı yarıya onunla böləcəyinə söz vermişdir. Lakin yenə də sözünə əməl etməmiş, hər dəfə toy məclislərindən sonra gəlib hədə qorxu gələrək müqavilə əsasında Şadlıq sarayında administrator işləyən kürəkəni X1 almış və bir qəpik də olsun ona ödəməmişdir. Bu barədə cavabdehlə dəfələrlə söhbətlər aparmağına baxmayaraq cavabdeh onun bir mülkiyyətçi kimi mülkiyyətindən təyinatı üzrə istifadə etməyimə imkan vermir. İş o yerə çatmışdır ki, haqqını doğma qardaşı olan Eldardan tələb etdikdə sonuncu onu ictimai yerdə, camaatın, işçilərinin yanında nalayiq söyüşlərlə söyüb təhqir edərək onu nüfuzdan salmış, dəfələrlə onunla əlbəyaxa olmuş, onu və böyük qardaşı Telman Mamedovu döyməkdən belə çəkinməmişdir. Cavabdehlə bir yerdə işləmək artıq mümkün deyildir. Onun təqsirindən artıq 1 ildən çox müddətdir ki, sözügedən əmlaklar üzərində həbs qoyulmaqla fəaliyyət dayandırılmışdır. Belə ki, ərizəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli MTT(049)-37/2022 nömrəli müvəqqəti təminat tədbiri olaraq «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksi əzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Bütün bunlarla əlaqədar olaraq dəfələrlə polisə şikayətlər olmuş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eləcə də cavabdehin əsassız və heç bir sübuta söykənməyən iddiasına əsasən Şirvan Kommersiya Məhkəməsində işə baxılmış və hazırda da həmin iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmaqla müvafiq ekspertiza təyin edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə həmin komleksin və kompleksin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olan ½ hissəsinin naturada ayrılaraq ona verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq müstəqil ekspertiza təyin olunmaqla daşınmaz əmikin naturada bölgüsünün mümkün olub-olmamasını müəyyən etmək üçün tərəfindən mütəxəssis dəvət edilmiş və həmin mütəxəssisin verdiyi mütəxəssis rəyi ilə əmlakın naturada bölgüsünün mümkün olması müəyyən edilmişdir. FAME PRO- tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli mütəxəsis rəyinin surəti iş materiallarına əlavə edilmişdir. Həmin işə Lənkəran Rayon Məhkəməsində baxılarkən həmin əmlakın digər mülkiyyətçisi olan Cavabdeh aşkar surətdə əmlakın naturada bölgüsünə, kompensasiya ödənilməklə payından imtina etməsi və yaxud digər mülkiyyətçinin payına münasibətdə dəyərinin ödənilməsinə razılığı olmadığından və süni surətdə işin yubandırılmasının qarşısının alınması, eləcə də məhkəmə süründürməçiliyinin qarşısının alınması üçün məhkəməyə əmlakın hərracdan satılması və kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında da Cavabdeh məhkəməyə verdiyi izahatlarında nə əmlakın bölgüsünə, nə mübahisəli əmlakla əlaqədar mülkiyyətçilərdən birinin digərinə kompensasiya verilməsinə, nə də hərracdan satılmasına razı olmadığını qəti olaraq bildirmişdir. Cavabdehin bu halların heç biri ilə razılaşmamasında məqsədi isə üzərinə həbs qoyulmaqla fəaliyyətinin dayandırıldığı əmlakın digər mülkiyyətçinin hüququqlarının hüquqdan sui-istifadə etməklə pozmaqdan ibarətdir. Bu səbəbdən də tərəfindən iddia tələbi dəyişdirilərək əmlakın hərrac yolu ilə satılıb tərəflər arasında paylara uyğun olaraq bərabər qaydada bölünməsi xahiş edilmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə tərəfindən işin faktiki halları araşdırılmış və cavabdehin iddia tələbinə və ümumiyyətlə paylı mülkiyyətçi kimi həmin əmlakdan istifadə etməsinə marağının olmaması, iddia tələblərinin isə qəbul etməməsininin səbəbinin digər mülkiyyətçinin öz əmlakından sərbəst istifadə etməsinə süni surətdə maneə yaratmaq olması məhkəmə tərəfindən müəyyən edildiyindən, süründürməçiliyin qarşısını almaq səbəbindən iddia tələbinin qanuni və əsaslı olması nəticəsinə gələrək Lənkəran Rayon Məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi və naturada bölünməsi mümkün olmayan, digər paylı mülkiyyətçinin isə paya uğun olaraq kompensasiya ödənilməsinə heç bir əsas gətirmədən imtina etməklə razılıq vermədiyindən daşınmaz əmlakın hərrac yolu ilə satılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası olan Şirvan Apellyasiya Məhkəməsi həmin qətnamədən şikayətə baxaraq heç bir obyektiv araşdırma aparmadan qanunvericiliyin işin faktiki hallarına uyğun olmayan hərfi məna tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası qətnamənin əsaslandırılmasında cavabdehin formal izahatlara əsaslanmış və həmin halları təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini, birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclasında verdiyi izahatları nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının tələblərinin pozulmasını qeyd etsə də həmin qərarın pozulması hallarının konkret olaraq işin faktiki hallarına münasibətdə əsaslandırmamış, həmin qərarın mətnini hərfi mənada tətbiq etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edilərək ardıcıllığa, yəni əvvəlcədən naturada bölgü və kompensasiya məsələsinə qiymət verildikdən sonra hərrac məsələsinin həll edilə biləcəyini qeyd edilərək apellyasiya şikayəti təmin edilmiş və iddia rədd edilmişdir. Hansı ki, Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı tamamilə əsassız olmaqla onun hüquqlarımın kobud surətdə pozulmasına səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 15 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarını müzakirə etməyə səlahiyyəti olmadığından hazırda o, həmin şadlıq sarayı kompleksin özünə düşən 1/2 hissəsini naturada böldürərək təyinatını dəyişdirib başqa xidmətə yönəltmək istəyir. Hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Cavabdeh iddiaya münasibətindən müəyyən edilir ki, o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli 2(049)-57/2024 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia tələbi rədd edilərək, iddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilmişdir. Həmin qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətində Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 357.1-ci Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 357.3-cü Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində öz əksini tapmışdır. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli Qərarı). Ümumiyyətlə məhkəmə müdafiəsi hüquqi üç pilləli məhkəmə sistemində hüquqların və qanunla qorunan mənafelərin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edə bilmək hüquqi ilə yanaşı, həmin məhkəmənin qəbul etdiyi qərarlardan tərəfin hüquqlarının pozulduğunu hesab etdiyi hissədə də yuxarı instansiya məhkəməsində müraciət edərək həmin hüquqları bərpa etmək imkanını da özündə ehtiva edir. Bu ona görədir ki, mülki məhkəmə icraatında, hüquqlarının pozulduğunu hesab edən tərəf istər apelyasiya istərsə də kassasiya şikayəti verərkən qanunvericiliyin mövcud tələbinə uyğun olaraq yəni iddiaçı tələbinin təmin olunmayan hissəsində hansı hüquqlarının pozduğunu, cavabdeh isə tələbin ona qarşı yönəldiyi və təmin olduğunu hissədə hansı hüquqlarının pozulduğunu əsaslandırmaqla öz müdafiəsini qurmalıdır. Hazırki işin hallarından da görünür ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək, hər ikisinin birgə mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X3» kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsini tələb etmiş, lakin birinci instansiya məhkəməsi həmin tələbi əsaslı saymamış və iddianı rədd etmişdir. Cavabdeh isə həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətində iddia tələbinin təmin edilməsini xahiş etmişdir. -Cavabdehin iddia üzrə tələb hüququ olmadığı halda iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməsi hüquqa uyğundurmu? Məhkəmə kollegiyası qeyd olunan sualın cavablandırılması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ümumiyyətlə mülki prosessual qanunvericilikdə cavabdeh iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxs olmaqla bir növ iddiaya cavab verməli olan şəxs kimi göstərilmişdir. Mülki məhkəmə icraatında ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilərkən, hər iki tərəfin də qanunla müəyyən edilmiş hüquqları bərabər səviyyədə tanınır və bərabər səviyyədə qorunur. Cavabdehin mülki məhkəmə icraatında “qanunla müəyyən edilmiş rolu” iddiaçının haqlı hesab etdiyi tələbə qarşı öz müdafiəsini həyata keçirərkən ya həmin iddianı rədd etməli, ya onu etiraf etməli, yaxud da verilmiş tələbə qarşı qarşılıqlı tələblə çıxış etməlidir. Hazırkı işdə də Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianın rədd edilməsini xahiş etmiş, ümumiyyətlə iddiaçıya qarşı hər hansı tələbi olmamış, birinci instansiya məhkəməsində də bununla bağlı hər hansı iradə ifadəsi göstərmədiyi halda qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermişdir. Düzdür prosessual məcəllədə qəbul edilmiş qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti verə bilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də, Cavabdeh da iş üzrə cavabdeh tərəfdir. Göründüyü kimi Cavabdeh kimi apellyasiya şikayəti vermək hüququna prosessual qanunvericiliklə məhdudiyyət qoyulmamışdır. Cavabdeh apellyasiya şikayəti vermək hüququna qanunla məhdudiyyət qoyulmaması, cavabdehin həmin hüquqdan sui-istifadə etməsinə əsas verə bilməz. Nəzərə almaq lazımdır ki, şəxsə hər hansı hüquq tanınırsa, bu hüququn həyata keçirilməsi qaydası da qanunla tənzimlənir. Şəxsin bu qaydaya riayət etmədən həmin qanundan kənara çıxıb hərəkət etməsi artıq şikayət vermək hüquqdan sui-istifadəyə yol açır. Başqa sözlə hüquqdan məqsədi xaricində istifadə etmə ədalətsiz nəticənin yaranmasına gətirib çıxara bilər. Belə ki, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər - hüquqa əsaslanmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədilə, həmçinin bir işin və ya məhkəmə qərarının əsassız olaraq icrasının gecikdirməsi məqsədilə; hazırki mübahisədə, cavabdehin bu hərəkəti əsassız məhkəmə çəkişməsi yaratmaqla, məhz iddiaçının mübahisənin başqa iddia növündən istifadə etməklə həll etməsini gecikdirmək məqsədi daşıyır. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazından müəyyən olunur ki, o, ilk öncə cavabdehlə birgə mülkiyyətlərində olan əmlakın naturada bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddiası məhz əmlakın texniki cəhətdən bölünməsinin mümkün olmaması əsası ilə təmin edilmədiyindən, o, mübahisəli əmlakın hərracdan satılaraq aralarında bölünməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti məhz qeyd olunan daşınmaz əmlakla bağlı aralarında olan mübahisənin sona çatmasının qarşısını almağa yönəlmiş və məhkəmə icraatını əsassız gecikdirmək məqsədi ilə ümumiyyətlə tələb hüququ olmadığı halda yuxarı instansiya məhkəməsindən ona qarşı yönəldilən iddianın təmin edilməsini istəmişdir. Bu hallar cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə münasibətini aydınlaşdırarkən də “iddia əsassız olduğundan təmin olunmasın” kimi izahat verməsi ilə də, öz təsdiqini tapmışdır. Belə ki. cavabdeh iddiaçının iddiasının təmin olunmamasını xahiş etməsinə baxmayaraq sonradan iddia təmin olunmadığı halda apelyasiya şikayəti vermiş və şikayətində məhkəmənin diqqətinə çatdırır ki, digər əsaslarla iddianın qismən təmin edilməsi mümkün olmasına baxmayaraq məhkəmə bu barədə kifayət qədər araşdırma aparmamışdır. Cavabdeh şikayətində məhkəmədən xahiş edir ki, mübahisəli “Əzizə” şadlıq sarayı binası və 0,28 ha torpaq sahəsi ona verilməsi, qalan qeyri yaşayış binalarının və torpaq sahəsinin İddiaçı verilməsinə dair qətnamə qəbul edilərsə cavabdeh tərəf olaraq buna etiraz etməz. İddiaçının məhkəmə qarşısında iddiası Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası, “Əzizə” şadlıq kompleksinin ½ hissəsinin naturada ayrılaraq ona verilməsindən ibarətdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili yeni iddianın növü kimi çıxış etməklə hüquqa uyğun olmamışdır. Bundan başqa məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan apellyasiya şikayətini qəbul edilib işə apellyasiya qaydasında baxılaraq müvafiq məhkəmə aktının qəbul edilməsi, gələcəkdə ona kassasiya şikayəti vermək hüququ üçün zəmin yarada bilər ki, hansı ki, bu mülki prosessual məcəllənin tələbləri baxımından yol verilmir. Belə ki, MPM-in 403.1-ci maddəsində qeyd olunmuşdur ki, bu məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Cavabdeh isə məhkəmədə iddiaçıya qarşı hər hansı tələbi olmamış, o cavabdeh kimi ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirmiş, daha sonra məhkəmə icraatını əsassız formada yubatmaq məqsədi ilə hüququ olmadığı halda qətnamədən apelyasiya şikayəti vermişdir. Həmçinin o da diqqətdən kənarda qalmamalıdır ki, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi rədd edildikdən sonra o, öz iddiasının uğurluluq ehtimalının olmadığını qəbul edərək həmin qərarla razılaşıb öz mövqeyini ifadə etmiş və bundan sonra mübahisəli əmlakın hərracdan satılaraq aralarında bölünməsi tələbi ilə bağlı yeni iddia qaldıraraq hüquqi müdafiə mövqeyini dəyişmişdir. Bu isə onu göstərir ki, iddiaçının təmin olunmayan tələbini iddiaçı özü deyil, cavabdeh (baxmayaraq ki, iddia ona qarşı yönəlmişdir və o, məhkəmədə iddianın təmin edilməməsini xahiş etmişdir) apellyasiya şikayəti verməklə mübahisələndirməsi, sanki Cavabdeh özünün deyil, başqa şəxsin qanunla qorunan mənafeyinin müdafiəsini təmin etmək arzusundadır. Halbuki prosessual qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM maddə 4-5). Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayəti vermək hüququnun olub-olmamasını araşdırmadan verilmiş apellyasiya şikayətini iş materiallarına əlavə etmiş və müşaiətedici məktubla mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra hakim, həmin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Əgər apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələbləri pozulmaqla verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin ona verdiyi imkandan istifadə etməmişdir. Belə ki, MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd olunanları əsas götürərək kollegiyası hesab edir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2, 400 və 402.2-402.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli 2(049)-57/2024 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1619/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1619/2024
09.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver