Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-162/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair ilkin, Cavabdeh X10, İddiaçı1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran şəhər 1 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Lənkəran rayon Sütəmurdov Bələdiyyəsi) qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: Əliyeva X9 Sadıx Rəşid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsilə ona bağışlanmaqla mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,1059 ha hissəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş tikililərin, yəni ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının müəyyən hissəsinin Cavabdeh öz hesabına sökülməsi, eləcə də iddia qaldırarkən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 və İddiaçı2 məhkəməyə ayrı-ayrılıqda ərizə verərək bildirmişlər ki, Əliyeva X9 Sadıx Rəşid oğluna qarşı bağışlama müqaviləsi əsasında özünə məxsus olan 1,26532 ha torpaq sahəsinin zəbt olunmuş 0.1059 ha hissəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia qaldırmışdır. Hazırda İddiaçı1 qeyd edilən çıxarış və bağışlama müqavilələrinə əsasən özünə məxsus olan həmin torpaq sahələrini İddiaçı2 bağışlamış və bu barədə daşınmaz Əmlakın Dövlət Reyestrindən ona müvafiq çıxarışlar verilmiş və sözügedən ərazidə yerləşən torpaq sahələri və əmlaklar onun mülkiyyətindədir. Bu səbəbdən də, bacısı İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı olaraq İddiaçı2lə əvəz edilməsini və onun iddiaçı kimi tanınmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin qərardadı ilə ilkin İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə məxsus olmuş Lənkəran rayonunu Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri-yaşayış binasını hərrac vasitəsilə bacısı İddiaçı1 əri İddiaçı3 almış və həmin torpaq sahələri və qeyri-yaşayış binası İddiaçı3 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsinə bitişik olmaqla eyni ərazidə, 1,26532 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 2871,6 kv.metr olan qeyri-yaşayış sahəsi də kürəkəni İddiaçı3 adına çıxarış alınıb sənədləşdirilməklə daha sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını arvadı, yəni onun bacısı İddiaçı1 bağışladığından İddiaçı3 ilə bacısı İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmış və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyri-yaşayış binası bacısı Səlimənin mülkiyyətinə keçmişdir. Bu barədə İddiaçı1 Daşınmaz Əmlakın Dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan sonra həmin sahəni hasara almaq qərarına gəlmiş və torpaq sahəsini hasara alan zaman həmin torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş müəyyən hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikdirilmiş, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşdiyi müəyyən edilmişdir. Hazırda İddiaçı1 qeyd edilən çıxarış və bağışlama müqavilələrinə əsasən özünə məxsus olan həmin torpaq sahələrini ona bağışlamış və bu barədə daşınmaz Əmlakın Dövlət Reyestrindən ona müvafiq çıxarışlar verilmiş və sözügedən ərazidə yerləşən torpaq sahələri və əmlaklar onun mülkiyyətindədir. Bu səbəbdən də, bacısı İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı olaraq İddiaçı2 ilə əvəz edilməyini və onun iddiaçı kimi tanınmağını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh zəbt etdiyi torpaq sahəsini buraxmasını tələb etsə də, ilk vaxtlar o, torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin ona məxsus olan torpaq sahəsində yerləşmədiyini, onun özünə məxsus torpaq sahəsində yerləşdiyini iddia etmişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10 saylı ərazi idarəsinə edilmiş müraciətə əsasən həmin torpaq sahəsi yerində ölçülərək koordinatları müəyyən edilərkən cavabdeh də həmin çənlərin iddiaçıya məxsus olan torpaq sahəsində yerləşdirdiyini və həmin torpaq sahəsini zəbt etdiyini başa düşərək etiraf etmişdir. Bununla belə sonradan dəfələrlə cavabdehə onlara məxsus olan torpaq sahəsini zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini ondan tələb etsə də, Cavabdeh hər dəfə müxtəliş bəhanələr gətirməklə mülkiyyətə olan torpaq sahəsini zəbtdən azad etməmişdir. Cavabdeh hazırda onun mülkiyyətində olmaqla hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib ona verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedici sənədi yoxdur və müvafiq çıxarış verilmədiyindən cavabdehin mülkiyyətində deyildir. Daha sonra həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu barədə qardaşı X13 tərəfindən Lənkəran rayon prokurorluğuna müraciət edilmiş və onun şikayət ərizəsi Lənkəran ŞRPŞ- nin təhqiqat bölməsi tərəfindən araşdırılmış və həmin araşdırma zamanı da cavabdeh torpaq sahəsini zəbt etdiyini etiraf etmiş (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və cavabdehin polisə verdiyi izahatın surəti iddia ərizəsinə əlavə edilmişdir) və zəbt etdiyi torpaq sahəsini buraxacağına söz versə də, hazırkı vaxta kimi öz qanunsuz hərəkətlərinə son qoymamışdır. Həmin vaxt qardaşı Əlisa Əliyev ilə Cavabdeh arasında razılıq əldə edilmişdir ki, Sadıx göstərilən, yəni hazırda ona məxsus olan torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş torpaq sahəsində onların qanunsuz olaraq tikdirdikləri, ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, qaz paylayıcının 40 faizinin əvəzində yuxarıda qeyd edilmiş, guya cavabdehə məxsus olmaqla bələdiyyə ilə Sadıq Bağırov arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilən və ona məxsus torpaq sahəsinə bitişik olmaqla hasarının daxilində olan 5 sot torpaq sahəsini, eləcə də qalan 6,7 sot torpaq sahəsini isə ona məxsus olmaqla sağ tərəfdə olan torpaq sahəsindən ölçüb 6 ay müddətində sənədləşdirib ona verəcəkdir. Hətta həmin araşdırma zamanı Cavabdeh ayrıca olaraq Lənkəran rayon polis şöbəsinə rəsmi iltizam da verərək həmin iltizamda göstərmişdir ki, o, qardaşı Əlisa Əliyevə kadastr əsasında özünə məxsus torpaq sahəsini gələcəkdə tam özəlləşdirib qurtardıqdan sonra tam istifadəsinə verəcəyini, bununla yanaşı da Əlisa onlara məxsus torpaq sahəsini verir və onlar həmin torpaq sahələrini bir-biri ilə əvəz edəcəklər. Eləcə də, cavabdeh həmin vaxt rəsmi olaraq polisə bildirmişdir ki, aralarında olan məsələyə son qoyduqlarından aralarındakı araşdırmanın dayandırılmasını, əgər vermiş olduğu iltizamı pozarsa, gələcəkdə aparılan araşdırmalara heç bir etirazının olmadığı bildirmişdir. Bu o deməkdir ki, artıq Cavabdeh razılaşmanı pozmuş, həmin torpağı sənədləşdirib onlara verməmişdir. Ona görə də, onlar həmin vaxt Cavabdeh təklifi ilə razılaşıb torpaq sahəsini hasara aldılar. Bu səbəbdən də, polisdə olan araşdırma həmin şərtlər əsasında dayandırıldı. Bununla belə cavabdeh sözlərinə əməl etməmiş və qeyd edilən torpaq sahəsini sənədləşdirib onlara verməmişdir. Beləliklə, Cavabdeh əvvəllər bacısı İddiaçı1, hazırda isə onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən onların iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etmələrinə qanunsuz olaraq mane olaraq zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməyərək qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmədiyindən bacısı İddiaçı1 mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gələrək mübahisənin hərtərəfli araşdırılması və iddia tələbində göstərilən halların aydınlaşdırılması məqsədilə iş üzrə xüsusi bilik tələb olunan ekspert rəyinə ehtiyac olduğundan müstəqil ekspertlərə müraciət etmiş və qeyd edilən torpaq sahələrinə baxış keçirilərək müvafiq rəy verilmişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh da bacısı Səliməyə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək sahibliyi və istifadəsinə verilmiş, Torpaq və xəritəçəkmə Komitəsinin dövlət Torpaq və Kadastr kitabında 11 may 2010-cu il tarixli, A№489394 saylı 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən hasarın cavabdehin, yəni Səlimənin hesabına sökülməsi, həmin torpaq sahəsinin onların istifadə və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə tərəfindən də ekspertiza təyin edilərək müvafiq rəy alınmış və Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə həmin qarşılıqlı iddia ayrıca icraata ayrılmış və məhkəmənin eyni tarixli və nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu Sütəmordov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı1 təhvil verilməsi, hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu Sütəmordov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq iddia tələbindən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mübahisə predmeti olmayan Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun hesabına sökülməsi hissəsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.1709 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmaqla həmin torpaq sahəsinin 0.1059 ha hissəsi Cavabdeh oğunun qanunsuz istifadəsindədir. Birinci instansiya məhkəməsi yuxarıdakı nəticəyə gələrkən məhkəmə ekspertiza mərkəzinin rəyinə, yəni iddiaçıya məxsus 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməklə onun sahibliyində olmamasına fikir verməmiş, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı1, yəni hazırda ona məxsus olmaqla 1.26532 ha torpaq sahəsinin Cavabdeh faktiki olaraq istifadə etdiyi 0.1059 ha torpaq sahəsinin zəbt edildiyinə əhəmiyyət verməmişdir. Hər bir halda iddiaçı tərəf olaraq onlar da həmin hala fikir verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də, sözügedən torpaq sahəsi və daşınmaz əmlakların əvvəlki mülkiyyətçisi olan İddiaçı1 həmin nöqsanları aradan qaldıraraq yenidən Cavabdeh qarşı iddia qaldırmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023-cü il tarixli 10/1585 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 10 mart 2023-cü il tarixli 3- 21-3- 43/2-627/2023 saylı mütəxəsis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli və **********04- 06301 reyestri nömrəli çıxarışla əvvəllər İddiaçı1 mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0,1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli mütəxəsis rəyi ilə müyəyyən edilmişdir ki, daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli **********04-06301 reyestri nömrəli çıxarışa əsasən İddiaçı1 məxsus olmuş və hazırda onun mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi, eləcə də ekspert rəyi ilə müəyyən edilmişdir ki, məhz 13 dekabr 2018-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi əsasında İddiaçı1, hazırda isə ona məxsus 1.26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə olunması qeyd edilmişdir. Mütəxəsis rəyi ilə ekspert rəyləri arasında da müəyyən ziddiyyət vardır ki, mütəxəsis rəyinə əsasən zəbt edilmiş torpaq sahəsi 0,117 ha qeyd edilsə də, ekspert rəyi ilə zəbt edilmiş torpaq sahəsi 0,1059 ha olduğu göstərilmişdir. Bu o deməkdir ki, 2 hissədə torpaq mövcud olmaqla hər ikisinə dair çıxarış mövcuddur və və əvvəllər İddiaçı1 mülkiyyətində olmaqla, hazırda isə onun mülkiyyətindədir. Həmin çıxarışda nəzərdə tutulan torpaqlar bitişikdir və Cavabdeh zəbt etdiyi 0,1059 ha torpaq sahəsi Lənkəran Rayon Məhkəməsi Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli və **********04-06301 reyestri nömrəli çıxarışla mülkiyyətində olan 0,1709 ha torpaq sahəsində deyil, digər, 13 dekabr 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli çıxarışa əsasən hazırda onun mülkiyyətində olan 1,26532 ha torpaq sahəsində yerləşir. Cavabdeh İddiaçı1, İddiaçı1 (üçüncü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Lənkəran rayon Sütəmurdov Bələdiyyəsi) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 iddiasının təmin edilməməsi, X10 ilə İddiaçı1 Mövsüm qızı arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə1946 reyestrli bağışlama müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, İddiaçı1 adına verilmiş xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı1 1,26532 ha torpaq sahəsi ətrafında inşa etdiyi hasar onun öz vəsaiti ilə sökülməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, prosessual qaydada belə iddialara məhkəmədə baxıla bilməz. Çünki iddiaçının Lənkəran rayon Sütəmurdov kəndi ərazisində yerləşən sahəsi 1,26532 ha torpaq və həmin torpağın üzərində sahəsi 195.8 kv.m təşkil edən istehsalat sahəsini müqavilə əsasında əldə etsə də, onun həmin torpağa dair mülkiyyət hüqüqünu təsdiq edən Çıxarışı yoxdur. Bundan əlavə, iddiaçı 5 il ərzində bağışlanma müqavilələri əsasında əldə etdiyi sahələləri 0,1709 və 1.26532 ha təşkil edən iki ayrı-ayrı torpaq sahələrinin dəqiq sərhəd və koordinatlarını müəyyən edə bilmir. Buradan da müəyyən olunur ki, X14 Əliyeva arasında xx.xx.2018-ci ildə bağlanmış bağışlama müqavilələri heç bir hüquqi nəticəyə səbəb olmayan formal bağlanmışdır. İddiaçınin öz mülkiyyətində olduğunu iddia edən 1.26532 ha sahəyə malik sahə və ona bitişik olan sahəsi 0,1709 ha təşkil edən digər bir torpaq sahəsi əvəllər qardaşı X4 xüsusi mülkiyyətində olmuşdur. Sonradan həmin torpaq sahələri "xxxx" ASC tərəfindən İpoteka ilə yüklü edilmiş və kredit öhdəliklərinə əməl olunmaması səbəbindən həm 1.26532 ha torpaq sahəsi və onun üzərində olan istehsalat obyektləri, eləcə də sahəsi 0,1709 ha təşkil edən torpaq sahəsi və onun üzərində yerləşmiş tikililərlə birgə "xxxx" ASC tərəfindən hərraca çıxarılmış, yaxud da onun balansına keçmişdir. Bundan sonra X10 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 1.26532 ha sahəyə malik torpaq sahəsinə dair onun adına DƏDRX nin 10 saylı Ərazi İdarəsi vasitəsi ilə xx.xx.2018 il tarixli **********06-12301 reyestr ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Eyni vaxtda sahəsi 0,1709 ha və 0,0138 ha təşkil edən digər torpaq sahələri də "xxxx" ASC-də ipotekaya görə yüklü edilmiş daha sonra isə açıq hərrac yolu ilə X10 tərəfindən əldə edilmişdir. Namik Nəcəfov aldığı 0,0138 ha sahəsini də dövlət reyestrindən keçirərək xx.xx.2018 ci il tarixdə DƏDRX vasitəsi ilə **********05-06301 r/n ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Hər iki torpaq sahələrinə dair Çıxarışlar əldə edəndən sonra X10 eyni gündə, yəni xx.xx.2018 cü il tarixdə həm 1.26532 ha, həm də 0.1709 ha sahəsi olan torpaq sahələrin hər ikisini notariat qaydada arvadı İddiaçı1 Mövsüm qızına bağışlamış və Lənkəran şəhər 1 saylı Notariat Ofisində bu barədə müvafiq olaraq 4əl946 və 4əl948 reyestləri ilə bağışlama müqavilələri bağlamışdır. İddiaçı1 da öz növbəsində 0,1709 ha torpaq sahəsinə dair bağışlama müqaviləsinə əsas tutaraq xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında ÇİXARİŞ əldə etmişdir. Lakin İddiaçı1 İddiaçı3 tərəfindən ona bağışlanmış 1,26532 ha torpaq sahəsinə malik digər torpaq sahəsinə dair Çıxarış almasına dair iş materiallarında heç bir sübut yoxdur. Buna baxmayaraq, İddiaçı1 koordinat və sərhədləri hələ dəqiq müəyyən etməmiş sahəsi 1,26532 ha təşkil edən torpaq sahələrini ətrafını hasara almış bundan sonra isə ona qarşı iddialar qaldırmağa başlamışdır. Halbuki, İddiaçı1 hasara çəkdiyi ərazidə yerləşən torpaqların hamısı bağışlama müqaviləsi və çıxarışlarda qeyd olunduğu kimi deyildir. Həmin sahədə yerli Bələdiyəyə məxsus 18 sota yaxın və ona məxsus 0.05 ha torpaq sahəsi var. Bu barədə isə həm "xxxx" ASC, həm notariat ofisi, həm də İddiaçı3la İddiaçı1 bilmişlər. xx.xx.2018 ci il tarixdə "xxxx" ASC-nin 1,26532 ha torpaq sahəsinə dair tərtib etdirdiyi texniki pasportdan da bu fakt açıq görünür. Lakin buna baxmayaraq həmin sahəyə dair əqdlər bağlanmışdır. Bu əqdlərin hər biri qanunsuz hesab edilməlidir. O cümlədən, İddiaçı1 ilə bağlanmış formal bağışlama müqaviləsi də Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A489394 №-li **********00056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 500 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Belə məlum olur ki, qarşılıqlı iddia üzrə cavabdehlər olan İddiaçı3 və İddiaçı1 faktiki olaraq mülkiyyətində olan torpaqlar da daxil olmaqla əqd bağlamaqla torpağını zəbt edərək mənimsəmişlər. Bu isə bilə-bilə özgəsinin mülkiyyətində olan torpaqların zəbt edilməsi deməkdir. Onların ona məxsus torpaq sahəsini zəbt etmələri faktı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə torpağının azad edilməsinə dair artıq qətnamə də çıxarmışdır. Amma cavabdeh İddiaçı1 bu qətnamədən şikayət etdiyi üçün qətnamə öz qanuni qüvvəsini almamışdır. İddiaçı1 bundan əvvəl də məhkəməyə iddia verərək onun guya Səliməyə məxsus 0.1709 ha təşkil edən digər torpaq sahəsindən 11.7 sot hissəsini zəbt etdiyini iddia etmişdir. Təəssüf ki, məhkəmə İddiaçı1 iddiası üzrə işə baxmış və özünün 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə onun verdiyi əsassız iddiasını təmin edilmişdir. Lakin həmin qətnamədən verdiyi şikayətə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023 cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iş üzrə yeni qətnamə çıxararaq İddiaçı1 iddia tələbini rədd etmişdir. Məhkəmə tərkibi qəbul etdiyi yeni qətnamə ilə müəyyən eləmişdir ki, İddiaçı1 verdiyi iddia əsassızdır. Çünki işdə olan sübutlardan da görünür ki, ona məxsus 0.1709 ha torpaq sahəsindən 11.7 sot torpaq hissəsini zəbt etməmişdir. Belə bir fakt yoxdur. Maraqlıdır ki, İddiaçı1 apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmış və ondan kassasiya şikayəti verməmişdir. Bunun əvəzinə isə İddiaçı1 Lənkəran Rayon Məhkəməsinə onun guya ona məxsus 1.26532 ha torpaq sahəsindən 0.1059 ha hissəsinin zəbt etdiyi iddia edir. Hazırda bu iddia məhkəmənin icraatındadır. İddiaçı1 sahəsi 1.26532 ha təşkil edən torpağı 13 dekabr 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında əldə etdiyini də desə, həmin torpağa dair Çıxarışın 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestrə əsasən alındığını iddia edir. Belə çıxır ki, İddiaçı1 əvvəl Çıxarış almış sonra isə bağışlama müqaviləsi bağlamışdır? Cavabdeh məhkəmələrə verdiyi iddiada belə qeyd edir: “13 dekabr 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında mənə məxsus olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,1059 ha hissəsindən çıxarılmasını və həmin zəbt edilmiş torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsini xahiş edirəm”. Burada İddiaçı1 həmin torpaq sahəsinin öz adına rəsmi olaraq Çıxarışın olub-olmamasını qeyd eləmir. İş materiallarında da digər məhkəmə aktlarında da belə bir Çıxarışa rast gəlmək mümkün deyil. Bu hal ən çox formal bağlanmış əqdə oxşayır. Buna görə də, İddiaçı1 xx.xx.2018-ci ildə əldə etdiyi həmin torpağın sərhəd və koordinatlarından xəbəri yoxdur. Buna görə də, “o, iddia vermək xətrinə” məhkəmələrdə əsassız mübahisələr qaldırır. Necə ola bilər ki, bu qədər mübahisələrdən sonra cavabdeh onun mülkiyyətində olan torpaq sahələrinin hansı birində problemlərin olduğunu dəqiq bilə bilməsin? İddiaçı1 5 ildir hələ də bilmir ki, onun mülkiyyətinin sərhədləri haradan başlayaraq harada bitir. Kim, haradan və nə zaman onun torpaqlarını zəbt edib. İddiaçının iddia tələbləri yalnız ehtimallar və səhvlərlə tərtib olunur. Bu isə onu sübut edir ki, əslində, iddiaçının torpağını heç kim zəbt eləməyib. Əksinə, onun özü formal əqdlərə əsaslanaraq özgəsinin torpaqlarını zəbt edib və bu baradə məhkəmə qərarları və ekspert rəyləri var. Bütün bu “oyunları” ona və bələdiyyəyə məxsus torpaqları mənimsəməyə yönəldilib. Buna görə o, torpaqları tələsik olaraq hasara alaraq kimsəni, hətta məhkəmə-ekspertlərini də ora buraxmır. Fakt odur ki, İddiaçı1 və digər cavabdehlərİn qanunsuz əməlləri nəticəsində onun mülkiyyətçi və sahibkar kimi hüquqları pozulmuşdur. Son məhkəmə prosesləri zamanı ona aydın olmuşdur ki, iddiaçı qanunları bilə-bilə pozaraq onun və sair şəxslərin torpaqlarına zəbt edib geri qaytarmaq istəmir. O nəinki onun, hətta ictimai torpaqlar olan bələdiyyə torpaqlarını da zəbt etmişdir. Bu isə açıq-aydın özgəsinin mülkiyyət hüququnun pozulması deməkdir. Buna görə də, hesab edir ki, İddiaçı1 və sairlərin bağladığı əqdlər bilavasitə hüquq və mənafeyinə zidd olduğu üçün etibarsız hesab olunmalıdır. Cavabdeh öz iddiasında 1.26532 ha təşkil edən torpaq sahəsinə dair sənədlərə istinad edərək onun həmin sahəya daxil olan 0,1059 ha torpaq sahəsinin zəbt etdiyini iddia edir. Bundan əvvəlki iddialarda isə o ayrıca olan 0,1709 ha sahədən torpaq sahəsi zəbt etdiyi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də, o müxtəlif ekspert və mutəxəsisləri işə cəlb edərək rəylər almış, amma sonradan alınan bu rəylər məhkəmə üçün məcburi xarakter daşımır. Belə olan halda onun da ona qarşı məhz bu məhkəmədə qarşılıqlı tələbi tam qanunidir. Lənkəran rayon Sütəmurdov kəndində yerləşən vaxtı ilə anbar və tarla düşərgəsi kimi istifadə etdiyi 0,05 ha torpaq sahəsi əqdlər bağlanan zaman mülkiyyətində olduğu halda "xxxx" ASC həmin sahəni X1. İddiaçı3 da bu barədə xx.xx.2018 saylı Çıxarış verilmişdir. Halbuki, belə mübahisəli hallarda nə əqd bağlana bilər, nə də Çıxarış verilə bilərdi. Daşınmaz Əmlakların Dövlət Reyestr Xidməti 10 saylı ərazi idarəsinin X7 verdiyi Çıxarış ləğv edilməlidir. Eləcə də, X10 ilə İddiaçı1 arasında xx.xx.2018-ci İl tarixli bağışlama müqaviləsi qanunsuz olmuş və onun mənafeyinə zidd olmuşdur. Məhz bu bağışlama müqaviləsindən sonra İddiaçı1 Daşınmaz Əmlakdan adına Çıxarış almadan torpağını öz hasarının tərkibinə daxil etmişdir. Bağışlama müqaviləsi mənafeyinə toxunduğu üçün etibarsız hesab olunmaldır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən (Cavabdeh tərəfindən istifadə edilən) Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi, hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, ilkin iddianın verilməsi üçün dövlət rüsumunun kimi ödənilmiş 100 manat Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin isə Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, həmin iş üzrə yeni qətnamə çıxarılmasını, İddiaçı1 Möhsün qızının ona qarşı iddiasının təmin edilməməsi, onun X7, X8 və İddiaçı2 qarşı Lənkəran rayon Sutəmurdov kəndində yerləşən sahəsi 1.26532 ha ya dair əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi və onun altına olan 1,265320 ha torpaq sahəsi X10 tərəfindən İddiaçı1 bağışlanmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 2871,6 kv.m olan əmlak kompleksi və onun altına olan 1,265320 ha torpaq sahəsi İddiaçı1 tərəfindən İddiaçı2 bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1,265320 ha torpaq sahəsi və üzərində olan sahəsi 271,60 kv.m olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli **********04-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin 0,117 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə məxsus ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcı iddiaçıya məxsus torpaq sahəsinin üzərində olmaqla Cavabdeh tərəfindən istifadə edilir və bu iddiaçıya məxsus torpaq sahəsinin 40% hissəsi üzərində yerləşir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1585 saylı 31 mart 2023-cü il tarixli rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2- 627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı1 məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin Cavabdeh tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Cavabdeh verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 mart 2025-ci il tarixli 3-21-3-43/2-865/2025 saylı mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: 1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Sütemurdov kəndi ərazisində yerləşən 1,26532 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2871,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisənin mövcud baza məlumatlarında əks olunduğu koordinatlarının X5 X6 qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 1,26532 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2871,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuşdur. 2. Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti üçün ayrılmış 500 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən **********0056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və sözügedən 500 kv.m torpaq sahəsinin koordinatların həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına asasən mövcud baza məlumatlarında əks olunduğu X5 X6 qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olmuş (hazırda "xxxx" MMC-nin mülkiyyətindədir) Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən 1,26532 ha torpaq sahəsinin koordinatları ilə Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti üçün ayrılmış 500 kv.m torpaq sahəsinin (**********0056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) koordinatlarının sənəd üzrə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Faktiki vəziyyətdə Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti üçün ayrılmış 500 kv.m torpaq sahəsinin (**********0056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) İddiaçı2 istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. 4. Üçüncü sualın cavabında qeyd olunduğu kimi torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. 5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olmuş (hazırda "xxxx" MMC-nin mülkiyyətindədir) Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. 6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olmuş (hazırda "xxxx" MMC-nin mülkiyyətindədir) Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən 1.26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,1059 ha hissəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qeyd olunan ofis binasının, su anbarının, yeraltı yanacaq çənlərinın və propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Əlavə olaraq, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayonu Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti üçün ayrılmış 500 kv.m torpaq sahəsinin (**********0056 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) cüzi hissəsinin (1,9 kv.m hissəsinin) koordinatlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin (əvvəlki mülkiyyətçi İddiaçı2) mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2023-cü ildə Lənkəran şəhər 1 saylı notariat ofisində mübahisəsi 1.26532 ha torpaq sahəsinin qardaşı İddiaçı2 bağışlamaq barədə müqavilə bağlamışdır. Buna görə də, o bundan əvvəl verdiyi qarşılıqlı iddia tələbinin həcmini artıraraq İddiaçı1 Möhsün qızı ilə İddiaçı2 Möhsün oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin də etibarsızlığını qoymuş və bu tələbli iddianı xx.xx.2024-cü ildə məhkəməyə təqdim etmişdir. Bu isə artıq yeni tələb idi. Məhkəmə də bu barədəki dəqiqləşdirməni işə əlavə edərək icraatına qəbul etmişdir. Amma bundan sonra keçirilən məhkəmə prosesində hakim onun verdiyi son qarşılıqlı iddianı ümumiyyətlə müzakirə etməmişdir. Hətta qətnamə çıxarılan zaman da onun tələbi müzakirədən kənarda saxlanmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə 3-cü şəxsləri də rəsmən qərərdadla tanımamış, nə də onları məhkəməyə dəvət etməmişdir. Qətnamədə isə buna qiymət verməmişdir. İddiaçı1 iddiasında qeyd edir ki, guya ona məxsus həmin 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsini zəbt etmiş və orada ofis və müxtəlif qurğular inşa etmiş və yerləşdirmişdir. Buna görə də, iddiaçı ondan 0.1059 ha torpaq sahəsini tələb edir, həm də orada inşa etdiyi inşa edilmiş ofisin, su anbarının, 2 ədəd yeraltı yanacaq çənlərinin, propan qazı üçün nəzərdə tutulmuş müəyyən hissəsinin onun hesabına sökülməsini və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının bu tələbi bundan əvvəlki tələblər kimi formal və əsassızdır. İddiaçı ona məxsus torpaq sahələrinin dəqiq sərhəd və koordinatlarını bilmədiyinə görə, ya da bilə-bilə belə əsassız iddialar qaldırır. Çünki İddiaçı1 eyni iddia tələbi ilə bundan əvvəl də ona qarşı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Bu artıq demək olar ki, ikinci eyni iddiadır. Birinci dəfə belə bir iddanı o, 2023 cü ilin iyun ayında qaldırmışıdı. Həmin iddiada da İddiaçı1 ona qarşı eyni tələb irəli surmuşdur ki, guya o ona məxsus artıq digər bir sahədən – 11.7 sot sahədən 0.1059 ha torpaq sahəsini zəbt etmiş və orada ofis inşa etmiş, qurğular və sair inşa etmişdir. Hətta onun həmin iddiası üzrə Lənkəran Rayon Məhkəməsi 2(049)-129/2023 saylı mülki icraata başlamış və məhkəmə də İddiaçı1 həmin iddiasını formal əsaslarla təmin etmiş və məhkəmə bu barədə 14 iyun 2023-cü ildə qətnamə çıxarmışdır. Məhkəmə o zaman da işə onun iştirakı olmadan baxmış və onun qarşlıqlı iddiasını baxılmamış saxlamışdır. Həmin qətnaməsinə əsasən guya o İddiaçı1 məxsus (0,1059 ha yaxud da 11.7 sot) torpağı zəbt etmiş və zəbt etdiyi torpaqda ofis və sair qurğular inşa etmişdir. Məhkəmə qətanmə çıxararkən hətta İddiaçı1 verdiyi iddia predmetindən də kənara çıxaraq onun ofisinin sökülməsini, onun ərazisində olan və sahibkarlığı üçün nəzərdə tutulmuş digər qurgularını, yəni su anbarının, 2 ədəd yeraltı yanacaq çənlərinin, propan qazının ləğv edilməsinə dair qətnamə çıxarmışdır. Məhkəmə gedişi zamanı İddiaçı1 belə bir iddianın verilməsi və məhkəmənin ona baxılmasının onun üçün qeyri-mümkün olduğunu bilən kimi mübahisəli torpaq sahəsini saxta yollarla qardaşına verib sonra da onu həmin iş üzrə “iddiaçı” kimi dəvət etməsi qərarına gəlməklə məhkəməni aldatmağa çalışdı. Beləliklə, o, xx.xx.2023-cü ildə Lənkəran 1 saylı notariat kontoru vasitəsi ilə notariat qaydada mübahisəli 1.26532 ha torpaq sahəsini qardaşı İddiaçı2 formal olaraq bağışlamışdır. Sonuncu da 2-3 gün sonra, yəni xx.xx.2023-cü ildə mübahisəli torpağa dair öz adına Çıxarış almışdır. O, proses ərəfəsi məhkəməyə ərizə təqdim edib mübahisəli torpağa dair qadağaların qoyulmasını xahiş etmişdir. İddiaçı1 isə hansısa yollarla məhkəmənin icraatında olan torpağı qardaşına bağışlamışdır. Mübahisəli torpağı süni və formal olaraq qardaşına bağışlayandan sonra İddiaçı1 məhkəməyə müraciət edərək guya iş üzrə iddiaçının səhv seçildiyini iddia edərək iddiçının əsl iddiaçı, yəni qardaşı İddiaçı2lə əvəz etmək barədə ərizə yazmışdır. İddiaçı2 də guya həmin ərizə ilə razılaşmış və prosesi davam etməyə hazırlaşmışdır. Sanki İddiaçı2 prosessual hüquq varisidir. Prosessual qaydada isə bu belə həyata keçirilə bilməz. Bunun üçün yeni iddiaçı olan İddiaçı2 ayrıca iddia tələbi olmalı idi. Amma belə bir iddia ərizəsi iş materiallarında yoxdur. İşdə yalnız keçmiş iddiaçı olan İddiaçı1 iddia ərizəsi var. İddiaçı1 iddiaçını əsl iddiaçı ilə əvəz edərkən məhkəməyə sadəcə bir-bir ərizə yazaraq işdən kənarlaşmış və bundan sonra iş üzrə iddiaçının qardaşı İddiaçı2 olacağını bildirmişdir. Məhkəmə də Ə.Əlövsətdən ayrıca iddia ərizəsi tələb etmədən bunu prosessual sənəd kimi qəbul etmiş işə keçmiş iddiaçı olan İddiaçı1 öz iddiası əsasında araşdırma aparmışdır. Bu zaman İddiaçı2 də sadəcə olaraq ərizəni “qəbul edirəm” deyə ikinci bir ərizə yazıb məhkəməyə təqdim edib. Amma İddiaçı2 məhkəmədə ona qarşı ayrıca heç bir iddia tələbi yoxdur. Bu isə qanunsuz hesab edilir. Halbuki, ilkin İddiaçı1 işdən tamam kənarlaşdığına görə onun iddiası üzrə işə də da xitam verilməli idi. İddiaçını əsl iddiaçı ilə əvəz etmək “prosessual hüquq varisliyi” demək deyil. Belə olan halda, İddiaçı2 Möhsün oğlunun ona dair ayrıca bir icraatda və ayrıca iddia tələbi olmalı idi. Belə hərəkətlərə yol verməklə hakim faktiki olaraq İddiaçı2 “prosessual hüquq varis” kimi tanımışdır. Bu isə ciddi prosessual pozuntudur. Bütün bunlar süni və saxta yollarla həyata keçirilmiş yalançı və uydurma əqdlər hesab olunmalıdır. Bu fakt digər bir əqdi pərdələmək, və sübutları saxtalaşdırmaq, məqsədi ilə edilmişdir. Məhkəmə nə elektronla, nə də məktubla onlara bildirilməmiş, hətta elektron kabinetdə də yerləşdirilməmişdir. Onlar yalnız 23 fevral 2024-cü ildə bu qanunsuzluqdan xəbər tutublar ki, iddiaçılar və məhkəmə belə əməliyyatlar həyata keçirmiş və iş üzrə iddiaçı əvvəlki kimi İddiaçı1 yox, onun qardaşı İddiaçı2dir. İddiaçı1 iddiası üzrə məhkəmə prosesi davam etdiyi zaman İddiaçı1 qanunu pozaraq və məhkəməni aldadaraq mübahisəli torpağ sahələrini, o cümlədən də sahəsi 1.26532 ha təşkil edən mübahisəli torpağı Lənkəran şəhər 1 sayı notariat ofisi vasitəsi ilə qardaşı İddiaçı2 bağışlama barədə xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlamışdır. Buna görə də, o bu yeni bağışlama müqaviləsini mübahisələndirmək məqsədi ilə bundan bundan əvvəl verdiyi qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə etmək qərarına gəlmişdir. Buna görə də, o bundan əvvəl verdiyi qarşılıqlı iddiaya dəqiqləşdirmə iddianın həcmini artıraraq İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin də etibarsızlığını tələb etmiş, bu yeni tələbini isə xx.xx.2024-cü məhkəməyə təqdim etmişdir. Təbii ki, bu barədə də ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət eləmiş və qarşılıqlı iddia üzrə yeni cavabdeh və yeni 3-cü şəxslərin işə cəlb etmişdir. Daha doğrusu, qarşılıqlı iddiasında o iddianın həcmini artırmışdır. Qarşılıqlı iddiasında o cavabdeh kimi İddiaçı2 və 3-cü şəxslər kimi Lənkəran şəhər 1 saylı notariat ofisini, Sütəmurdov Bələdiyyəsini, X2 işə cəlb etmişdir. Lakin məhkəmə onun xx.xx.2024-cü ildə verdiyi yeni tələbinə məhəl qoymayaraq iş məhkəmədə olduğu halda xx.xx.2023-cü ildə qanunsuz bağışlama müqaviləsi bağlayan İddiaçı1 və İddiaçı2 ümumiyyətlə müzakirə etməmişdir. Daha doğrusu, məhkəmə onun əsas tələbini müzakirə etmədən onların iştirakı olmadan xx.xx.2024-cü ildə işə tərəflər və 3-cü şəxsləri cəlb etmədən prosesin digər proses iştirakçılarının iştirakı olmadan işə baxaraq natamam və qeyri-obyektiv və formal bir qətnamə çıxarmışdır. Onun tələbini müzakirə etməkdənsə məhkəmə bu işlə və mübahisə ilə heç bir əlaqəsi olmayan əsasən digər məhkəmə prosesləri zamanı araşdırılmış digər halları bu qətnamədə təkrar etməklə kifayətlənmişdir. Əsas tələbini isə kənarda saxlamışdır. İddiaçı1 iddiasını təmin etməkdə məhkəmənin yeganə sübutu iddiaçıların əsassız izahatları və "xxxx" MMC adlı şəxsi firmanın “mutəxəsis” rəyidir. Guya həmin firma mübahisəli torpaq sahəsinin texniki vəziyyəti barədə onun koordinatları haqqında mütəxəsis rəyi vermişdir. Halbuki, "xxxx" MMC belə bir mütəxəsis rəyi verməyə səlahiyyəti çatmır. Birinci, ona görə ki, həmin firmanın belə bir rəy vermək üçün müvafiq lisenziyası yoxdur. Bu firma əsasən qiymətləndirmə ilə bağlı hesabat tərtib edə bilər. Bu xüsusi lisenziyası olmayan şəxsi firmanın pullu rəyidir. Onun rəyinə sübut kimi baxmaq düzgün deyil. Ekspertiza Mərkəzinin ekspertlərinin rəyi ona görə daha mötəbər sübut sayılır ki, ekspert məhkəmənin qoyduğu konkret suallarına elmi əsaslarla cavab verir və həm də bilə-bilə yalan rəy vermə barədə qanun qarşısında iltizam imzalayır. Ekspertin rəsmi olaraq 10 il stajı olur ki, mütəxəsis belə deyildir. İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razıdır. Ancaq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Rəşad oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış narahatlıqla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh Rəşad oğlunun iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2 və 157.4-cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakını hər cür qanun pozuntularından müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X5 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X5 uçotu işləri aparılmış və həmin məlumatlar X5 uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Cavabdeh apellyasiya şikayəti verən tərəf olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 mart 2025-ci il tarixli 3-21-3-43/2-865/2025 saylı mütəxəssis rəyindən göründüyü kimi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olmuş (hazırda "xxxx" MMC-nin mülkiyyətindədir) Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən 1.26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,1059 ha hissəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qeyd olunan ofis binasının, su anbarının, yeraltı yanacaq çənlərinın və propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı olduğunu bildirmişdir. Belə olan halda, adıçəkilən mütəxəssis rəyini və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə etirafını əsas götürməklə məhkəmə tərkibi hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qətnaməsi qismən - Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Habelə preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli qərarında ehtiva olunmuş hüquqi mövqeyə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bundan əlavə, işdə olan mövcud qətnamələrə əsasən diqqətə çatdırılmalıdır ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mübahisəli torpaq sahəsi üzrə hazırkı iş üçün əhəmiyyət kəsb edən və yuxarıda adıçəkilən qətnamə ilə müəyyən edilmiş hallar hazırda elektron kadastr uçotu informasiya sistemi əsasında verilmiş mötəbər rəylərlə də təsdiqini tapmışdır. Bu zaman “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” ilə müəyyən olunan və gözlənilməsi mütləq olan tələblər də nəzərdən qaçırılmamalıdır. Məhkəmə tərkibi bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 384.0.2.-ci maddəsinə görə apellyaisya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya tərkiblərinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya tərkiblərinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qətnaməsi qismən - Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməsi hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-162/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-162/2025
02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver