Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1624/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışla onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini xahiş etmişlər. Sonradan iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh zəbt etdiyi onlara məxsus olan torpaq sahəsindən çıxarılması və həmin torpaqdan qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda formasında onlara 5 il ərzində vurduğu ziyana görə 4276 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, vurulmuş maddi ziyan tələbindən imtina edilərək, Cavabdeh hüquqların zəbt etdiyi onlara məxsus olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul etməsini xahiş etmişlər. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 Kəmaləddin oğlu, X2, İddiaçı3, İddiaçı4 Kəmaləddin qızı və İddiaçı5 Kəmaləddin qızına 0.9274 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün mülkiyyətlərinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2023-cü il tarixdə Çıxarış almışlar. Sözügedən torpaq sahəsini heç bir əsas olmadan həmkəndliləri Cavabdeh 5 ildir ki, əkib-becərir torpaqlarını zəbt etmişdir. Dəfələrlə həmin torpaqdan çıxmasını ona bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında qalıb zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı5 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mülki iş məhkəmə icraatında olduğu müddətdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, torpaq sahəsi üzrə mütəxəssislər mübahisəli torpaq sahəsinə naturada baxış keçirməklə müvafiq ölçü işləri aparmışlar. Bunun da nəticəsi olaraq ekspert rəyi təqdim edilmişdir. Həmin rəydən də bir daha sübuta yetirilir ki, onlara məxsus 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdehin zəbt etdiyi torpaq sahəsi faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2 İddiaçı1 verdiyi izahatla eyni məzmunda izahat verərərk iddianın təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona qarşı qaldırılmış iddia əsassızdır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsini torpaq sahəsinin sahibi ona icarəyə verilmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçılara aidiyyəti yoxdur. Həmin torpaq sahəsini ona dayısı oğulları Bəxtiyar və Mətləb adlı şəxslər vermişdir. Torpaqda mal-qara saxlayır. Əvvəllər onların arasında məhkəmə mübahisəsi olmuşdur. Torpaq sahəsi iddiaçılardan alınmışdır. Lakin hazırki mübahisə predmeti olan torpaq sahəsi əvvəlki məhkəmə mübahisəsində olan torpaq sahəsi ilə eynilik təşkil etdiyindən məlumatı yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən sonuncu məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsi ilə (Hakim: Coşqun Abdullayev), iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 qıznını və İddiaçı4 mülkiyyətlərində olan 0.9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsindən qanunsuz istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 130 manat, dövlət rüsumuna görə ödənilmiş 100 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 verilməsi, həmçinin məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 apellyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddiaçılar iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə ağır qrip xəstəliyinə yoluxması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçıların və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində yerləşən 0.9274 ha torpaq sahəsi üzərində İddiaçı1 Kəmaləddin oğlunun, X1, İddiaçı3, İddiaçı4 Kəmaləddin qızının və İddiaçı4 Kəmaləddin qızının ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır.. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19 yanvar 2024-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2024-cü il tarixli, 10/3-16-16/2-10/1228 saylı rəyindən məlum olur ki; Mübahisə predmeti olan olan torpaq sahəsi **********62 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyyətində olan 0.9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi və həmin 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutların araşdırılması zamanı müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********62 reyestr nömrəli çıxarışı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçılara 0.9274 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətə verilmiş 0.9274 ha torpaq sahəsinin 0,88 ha hissəsini zəbt edərək qanunsuz istifadə edir. Cavabdeh həmin torpaq sahəsinin özünə məxsus olmadığını, icarə əsasında həmin torpaq sahəsindən istifadə etdiyini qəbul etmiş, lakin həmin torpaq sahəsinin iddiaçılara aid olmadığını göstərmişdir. Cavabdeh iddia ərizəsinə olan etirazlarının əsası kimi məhkəməyə təqdim etdiyi JN 349 Kod 80500058 nömrəli torpağa mülkiyyət hüququnda dair Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 nömrəli qərarı ilə X14, ailə üzvləri X3, X7, X11, X15 və X6 Masallı rayonu Xıl kəndində, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,32 hektar pay torpaq sahəsi verilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-317/2019 saylı, 22 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər X2 və X12 tərəfindən qanunsuz çəkilmiş tikanlı məftillərin sökülməsi, cavabdehlər X2 və X12 qanunsuz olaraq zəbt etdikləri iddiaçılar X4, X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çıxarılmaları qət edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Cavabdeh hazırda iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini, sadəcə olaraq qohumlarına məxsus 1,32 hektar torpaq sahəsindən istifadə etdiyini, qeyd edilən torpaq sahəsinin isə yuxarıda qeyd edilən sənədlərə əsasən iddiaçılara heç bir aidiyyətinin olmadığını qeyd etmişdir.. Kollegiya qeyd edilən halla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçıların tələbləri 0,9274 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyindən həmin torpaq sahəsindən çıxarılması ilə bağlıdır. Hazırda iddiaçının özünə məxsus olan 0,9274 ha torpaq sahəsinin cavabdehin qeyd etdiyi kimi 1,32 ha torpaq sahəsi ilə bağlı olması (üst-üstə düşməsi) heç bir şəkildə uyğun gəlmir, ona görə ki, əvvəla həmin torpaq sahələrinin ölçüləri fərqlidir, yəni ölçüləri bir-birinə uyğun gəlmir, ikincisi 1,32 ha torpaq sahəsinin şəhadətnamə əsasında iddiaçılara məxsus olmadığından həmin torpaq sahəsi ilə bağlı qurduqları tikanlı məftillərin sökülməsi və həmin torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmə qətnamələri olmuş, üçüncüsü iddiaçılar 0,9274 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almışlar, dördüncüsü isə ekspert rəyi və mütəxəssis rəyi ilə cavabdehin zəbt etdiyi ərazinin 0,9274 ha torpaq sahəsinin 0,88 ha hissəsini təşkil etməsi müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, iddiaçılara məxsus 0,9274 ha torpaq sahəsinin cavabdehin qeyd etdiyi 1,32 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həm də eyni zamanda cavabdeh özü də məhkəmə iclasında izahat verərkən iddiaçılara məxsus 0,9274 ha torpaq sahəsinin əvvəllər məhkəmə qətnaməsi ilə iddiaçılara maneələr törətməsi qadağan edilmiş torpaq sahəsi ilə hər hansı əlaqəsinin olubolmadığından dəqiq məlumatının olmadığını qeyd etməklə bir daha təsdiq etmişdir ki, onun etirazı əsaslı olmamışdır. Göründüyü kimi tələb olunan torpaq sahəsinin mülkiyyət hüququ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6.-cı maddəsinə əsasən iddiaçıların ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini tələb hüququ vardır. Həmin 0.9274 ha torpaq sahəsinin 0.88 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. İddiaçı qeyd etmişdir ki, ekspert rəyində və mütəxəssis rəyində onlara məxsus torpaq sahəsinin 0,88 ha hissəsi zəbt edildiyi göstərilsə də, cavabdeh onlara məxsus torpaq sahəsinin bütün hissəsini zəbt etmiş, ümumilikdə həmin torpaq sahəsindən istifadələrinə maneə yaratdığını qeyd etmişdilər. Qeyd edilən torpaq sahəsinin cuzi bir hissəsi zəbt edilməməsinə baxmayaraq, torpaq sahəsinin cuzi hissəsindən istifadə qeyrimümkün olduğundan, həmin torpaq sahəsi bir yerdə yerləşdiyindən, cavabdeh iddiaçının bütövlükdə torpaq sahəsindən istifadəsinə mane olaraq onu istifadə hüquqlarından məhrum etmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 2-ci bəndinə görə qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin maddənin 3-cü bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 qıznını və İddiaçı4 mülkiyyətlərində olan 0.9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsindən qanunsuz istifadə edən Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın”. qənətinə gəlməsini qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(050)-60/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1624/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1624/2024
07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver