Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1625/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə3, Cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(036)-1745/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrdən görünür ki, İmişli rayonu üzrə təhsil sektoru İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb bölməsində “Psixoloq” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X6nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X6nə ünvanlanmış İmişli şəhər N.ünvan 1ası barədə müraciətə baxılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərdən əmək müqavilənizə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmiş, aşkar edilmiş qanun pozuntularına əsasən işəgötürən İmişli şəhər N,Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN00020695 nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmiş, İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən 20 gün müddətində hüquqpozmanın aradan qaldırılması məqsədilə tərəflərindən işəgötürənə göstəriş məktubu göndərilmişdir. Lakin İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırılmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsi ilə (bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə Ödənilməlidir, Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir) şərti qərar qüvvəyə minmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN 00020695 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-795/2024 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X6 tərəfindən qəbul edilmiş 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı 00020695 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-54/2025 saylı qərarından görünür ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 3(036)-795/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İmişli şəhər N.ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası əmək qanunverciliyinin tələblərinə uyğun olaraq müvafiq əmrin surəti və əmək kitabçasının əsli aidiyyəti üzrə iddiaçıya göndərilmişdir. ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə trompbositopenik purpura diaqnozu qoyulmuşdur. 28..09.2025-ci il tarixə işə başlama tarixi müəyyən edilmişdir. ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İmişli şəhər 2 saylı tam orta məktəbə psixoloq vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin psixoloq vəzifəsi üzrə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə işə gəlmiş, uşaq xəstə olduğu üçün 08:50-də icazəsiz işdən getdiyi üçün üzürlü hesab edilməsini xahiş etmişdir. İnzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 52 nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu İddiaçı oğlu xx.xx.2024-cü il saat 08:00 dəqiqədə üzürsüz səbəbdən işdən getmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edir: İmişli şəhər M.Gencovi adına 2 nömrəli tam orta məktəbin pisxoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət elan olunsun. Əmr İddiaçı iştirakı ilə ucadan oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh2 Cənil oğlu, təlimtərbiyə işləri üzrə direktor müavini X3, Həmkarlar İttifaqı Komitəsinin sədri X4 və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu İddiaçı elan olunmuş töhmət onun iştirakı ilə direktor tərəfindən ucadan oxunmuş və İddiaçı həmin əmrlə tanış olunmuşdur. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh2 Cənil oğlu, təlimtərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, həmkarların sədri Ceyran İsmayılova, təşkilatçı müavini Aksana Muradova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin psixoloqu İddiaçı 20 sentyabr 2024-cü il tarixdə işdə olmamışdır. Məktəbin direktoru Cavabdeh2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, təşkilatçı Aksana Muradova, həmkarların sədri Ceyran İsmayılova, kitabxanaçı Fatma Usubuva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin psixoloqu İddiaçı 20 sentyabr 2024-cü il tarixdə işdə olmaması barədə izahat tələb olunduğu halda izahat yazmaqdan imtina etmişdir. İnzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 53 nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ondan izahat verməsi tələb olunmuş, lakin izahat verməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edilmişdir ki: İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin, psixoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. Əmr İddiaçı iştirakı ilə ucadan oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsinə qəbul olunmuşdur. İşəgötürən əsasız olaraq xx.xx.2024-cü il tarixli 54 saylı əmri ilə əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə işə gəlmiş və saat 15 radələrinədək işdə olmuş, halı pisləşdiyi üçün işdən xəstəxanaya getmiş və həmin gün adına əmak qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin açıldığına baxmayaraq və himayəsində azyaşlı uşaq olduğu halda Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin (işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) 79-cu maddəsinin 1ci və 3-cü abzaslarının (İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərin, əmək qabiliyyatini müvaqqəti itiran işçilərin əmək müqaviləsinin işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin-ləğv edilməsi qadağandır) tələbləri nəzərə alınmadan əmək qanunvericiliyinin tələbləri pozularaq bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, ona düşən bütün ödənclər işdən çıxarıldığı gün ödənilməmiş, xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına köçürülmüş, nəticədə Əmək Məcəlləsinin 172.4-cü (işçi işdən çıxərkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbləri pozulmuşdur. Nəzərə çatdırır ki, aşkar edilmiş pozuntulara əsasən İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 barəsində X2 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqavilesinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN002095 saylı İnzibati xata haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən işə götürən Cavabdeh2 bərəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, əmək müqavilləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. O, İddiaçı, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-795/2024 saylı qərarı və xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3(106)- 54/2025 saylı qanuni qüvvəyə minmiş qərarı ilədə hüquqlarının pozulduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 54 saylı əmrin ləğv edilməsi ve işinə bərpa olunmağı barədə işə götürənə Azarbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X7 Xidməti X6 tərəfindən o, işinə bərpa olunmağına dair məktub göndərməsinə baxmayaraq, cavabdeh İmişli şəhər N.Gəncəvi adma 2 saylı tam orta məktəbin direktoru X9 bu günə qədər məhkəmə və X7 Xidmətinin qərarlarını könüllü şəkildə icra etməmiş, işə bərpanı təmin etməmiş və məcburi iş buraxması ödənilməmişdir. Hesab edir ki, yuxarıda göstərdiyi qanun pozuntularından məlum olur ki, onun əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilmişdir və o, işinə bərpa edilərək işləməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsini də göstərmiş və İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli 54 saylı əmrin ləğv olunması, iş yeri olan İmişli şəhər N.Gəncəvi adına 2 saylı tarn orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X6nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati qərarın icra edilməsi barədə, mediasiya arayışı almaqdan ötəri ödədiyi 60 (altmış) manat cavabdehdən tutularaq ona ödənilməsi barədə və məcburi işburaxmava görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin üçüncü abzasının aşağıdakı kimi qeyd edilməsini xahiş etmişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X6nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qərarın doğruluğunu təsdiq edən İmişli Rayon Məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş 3(036)-795/2024 saylı qərarının icra edilməsi barədə. İddia tələbinin dəqiqləşdirilməsi barədə icraat qəbul edilmiş, iddia tələbinə dəqiqləşdirilmiş formada baxılmışdır. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş eyni məzmunlu etirazlarda göstərilmişdir ki, 2(036)- 1745/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciət 07 may 2025-ci il tarixdə qeydə alınmışdır. İddia tam olaraq əsassızdır. Belə ki, İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu İddiaçı xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlsə də, heç kimdən icazə almadan, heç bir rəsmi sənəd təqdim etmədən 08:50-də məktəbin ərazisini tərk edərək əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ondan işə gəlməməsinin səbəbini soruşduqda o, buna dair hər hansı təsdiqedici sənəd və izahat verməktən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlmişdir. Bununla da o, ona bənzər səbəblərdən elan olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, məktəbin sabiq psixoloqu İddiaçı azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinən əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Lakin İddiaçı tərəfindən heç vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadəyə dair müəssisəyə müraciət olunmamışdır. Bundan başqa, Ə.Əsmər dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq işə gec və ya heç gəlməmişdir. Ona dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi xəbərdarlıq edilsədə o, müxtəlif bəhanələr irəli sürərək işə gəlməmə və ya geçikmə səbəbinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmin şəxs yenə eyni xətanı edərək əmək funksiyasında göstərilən işçinin üzərinə düşən məsuliyyitəni dərk etməmiş və vəzifə borcunu yerinə yetirməkdə nöqsanlara yol vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 79-cu maddəsində göstərilən hallardan sui-istifadə edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bu halların təkrarlanmasına yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, xx.xx.2024-cü il tarixdə müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmaqla İddiaçı əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı iştirakı ilə iclas keçirilmiş və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Əlavə olaraq nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş işçilərin əmək müqavilələrinə həmin məcəllənin 70-ci maddəsi ilə xitam verilməsi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsində 2(102)- 929/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərara əsasən (56-cı və 57-ci bənd) - İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təsfiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və işçinin hüquqdan sui istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-37/2024 nömrəli xx.xx.2024cü il tarixli Qərarının 27-30-cu bəndlərinə əsasən (27-ci bənd) qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada təsbit olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. (28-ci bənd) İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. (29-cu bənd) Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. (30-cu bənd) Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyil ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İmşli Rayon Məhkəməsinin (hakim Orxan Mahmud) 2(036)-1745/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına , Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin İ bəndinə, İİ bəndinə, İV bəndinə, 296-cı maddəsinin İV bəndinə, 296-cı maddəsinin İİ bəndinə, İİİ bəndinə, İV bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 377.1, 375, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 54 saylı əmri hazırki iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İş materiallarında müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. xx.xx.2024- cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz hüququnun pozulması hesab etdiyi aşkar etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Lakin bundan sonra məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddət məhkəməyə müraciət etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdən təxminən 5 aydan artıq meddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla üzrsüz səbəbdən məhkəmə müraciət etmək üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxmışdır. Həmin dövrdə hamiləliklə bağlı sağlamlıq vəziyyəti kəskinləşmiş, İmişli RMX-in xx.xx.2025-ci il tarixli arayışında və xx.xx.2025-ci il tarixli amblator kitabçadan (xəstəlik tarixindən) çıxarışda həkim rəyində göstərildiyi kimi uzunmüddətli tibbi nəzarət altında olmuşdur. Xüsusilə xx.xx.2025-ci il tarixli həkim rəyində xroniki xəstəliyi və hamiləliklə bağlı həyati təhlükə riskləri qeyd edilmişdir və 2024-cü lı iyun ayından 2025-ci il iyul ayına qədər ambulator müalicə almışdır. Bu səbəbdən qanunda nəzərdə tutulan müddətdə şikayət vermək imkanı olmamışdır. Bundan başqa, o, məsuliyyətsiz və intizamsız olmamışdır, mediasiya şurasına da vaxtında müraciət etmişdir, eyni zamanda işəgötürən barəsində X7 şikayət etmişdir. X7 tərəfindən inzibati protokol və qərar tərtib olunmuş, habelə İmişli Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən onun hüquqlarının pozulduğu təsdiqlənmişdir. Bütün bu hallar göstərir ki, onun şikayəti əsassız deyildir və yalnız üzrlü səbəbdən gecikmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində yazılan "üzrlü səbəb yoxdur" fikri tibbi sənədlərlə təkzib olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etirazda qeyd olunmuşdur ki, iş üzrə İddiaçı ərizəsindən görünür ki, o iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2- ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294 və 296-cı maddələrinin Konstitusiya Məhkəməsinin şərhinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinati əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İddiaçı İmişli Rayon Məhkəməsində proses zamanı iddianın gecikmə səbəbini işin əmək müfəttişiyi tərəfindən işin araşdırılması üçün müraciəti ilə əsaslandırmışdır. Lakin Apellyasiya məhkəsində isə xəstəlik vərəqələri ilə əsaslandırmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində təqdim etdiyi ərizəyə əsasən iddia müddətini 2024-cü il iyul ayından 2025-ci ilin avqust ayına qədər ambulator müalicədə olduğunu qeyd etsə də, məktəbə həmin xəstəlik ilə bağlı əmək qabiliyyətinin itirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini təqdim etməmişdir. Odur ki,iddiaçı iddia müddətini ötürmüş və buna istinadən də İmişli Rayon Məhkəməsinin qərarı qüvvədə qalmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə3 etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 296.2.-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3.-cü maddəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.7.-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1.-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 29.2.-ci maddəsinə əsasən Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.7.-ci maddəsinə əsasən Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. 35.2.-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.1.-ci maddəsinə əsasən Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: ... 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. 32.4.-ci maddəsinə əsasən Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir. Cavabdeh iddiaya etiraz kimi iddia müddətinin keçməsini göstərmiş və bu barədə müvafiq ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılıb ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, bu müddəti ötürüb. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdırmaqla hesab edir ki, birinci instansiya məhkəməsi faktiki halları düzgün müəyyən etmiş, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət vermiş, tətbiq ediləcək maddi və prosessual hüquq normalarını doğru müəyyən edərək qətnamədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrlə xitam edilmiş və həmin əmrin birbaşa nəticəsi olaraq iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gün əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq iddia müddətinin axmağa başladığı tarix məhz bu tarix olmuşdur. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin verildiyi gün hesab edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, əmrin surəti həmin tarixdə iddiaçıya rəsmi qaydada göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ilkin mediasiya prosesinin başlayıb davam etdirilməsi üçün ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli arayışla prosesin davam etdirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə uyğun olaraq yalnız mediasiya prosesinin aparıldığı müddət ərzində iddia müddətinin axımı dayandırılır. Bu baxımdan xx.xx.2024–xx.xx.2024 tarixləri arasındakı dövr iddia müddətinə daxil edilmir. Lakin bu müddət bitdikdən sonra iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş bir aylıq müddətin qalan hissəsində məhkəməyə müraciət edilməmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu tarix isə əmək müqaviləsinə xitam verilməsindən və mediasiya prosesinin başa çatmasından sonra təxminən beş aydan artıq vaxt keçdikdən sonra baş vermişdir. Bu dövr ərzində iddia müddətinin dayandırılması və ya kəsilməsi üçün əmələ gələcək hər hansı hüquqi hal iş materiallarında təsbit edilməmişdir. Beləliklə, iddiaçının qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini buraxdığı müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində irəli sürdüyü səhhətində yaranmış ağırlaşmalar və ambulator nəzarət barədə dəlilləri araşdırmış və hesab edir ki, bu hallar iddia müddətinin buraxılmasını üzrlü səbəb kimi qəbul etmək üçün kifayət etmir. Əvvəla, təqdim edilən sənədlər qanunla müəyyən edilmiş müddət çərçivəsində iddiaçının məhkəməyə müraciət etməsinə obyektiv maneə yaradan fasiləsiz, davamlı, ağır xəstəlik vəziyyətində olduğunu təsdiq etmir. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsi iddia müddətinin bərpasını yalnız işçinin üzrlü səbəbdən hüququnu vaxtında müdafiə edə bilmədiyi hallar üçün nəzərdə tutur. Lakin iddiaçı mediasiya orqanına müraciətini etmiş, həmçinin digər hüquqi prosedurlarda da aktiv olmuş (məsələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X6nə müraciət etməsi), bu isə onun faktiki olaraq hüquqi müdafiə imkanlarından istifadəsinin mümkün olduğunu göstərir və iddia müddətinin buraxılmasının obyektiv maneələrlə əlaqəli olmadığını təsdiqləyir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296- cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia müddətinin bərpası barədə ərizə verməmiş, müddətin üzürlü sayılması barədə mövqeyini apellyasiya baxışında şifahi olaraq bildirmişdir. Kollegiya onu vurğulayır ki, hətta iddia müddətinin bərpası barədə ərizənin verilməsi özü-özlüyündə ötürülmüş iddia müddətinin bərpasına əsas vermir. Hər bir halda bu barədə ərizə verən şəxs üzrlü halların nədən ibarət olmasını bildirməli və buna dair sübutlar təqdim etməlidir. Məhkəmənin də vəzifəsi təqdim edilmiş sübutlar əsasında şərh edilən halların üzrlü olub-olmamasını müəyyən etməkdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 382-ci maddəsinə görə iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından da görünür ki, iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair ərizə təqdim olunmalı, bu ərizəni əsaslandıran təqdim edilmiş sübutlar araşdırılıb qiymətləndirməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, iddia müddəti yalnız formallıq xarakteri daşımır, hüquqi müəyyənliyin və məhkəmə icraatının səmərəliliyinin təmin olunması məqsədi daşıyan prosessual institutdur. Bu müddətlər tərəflərə öz tələblərini vaxtında konkretləşdirməyi, sübutları vaxtında təqdim etməyi və hüquqlarının müdafiəsini operativ şəkildə həyata keçirməyi zəruri edir. İddia müddətinin öhdəsindən gəlinməsi hüquqi münasibətlərdə sabitlik yaradır, işəgötürən–işçi münasibətlərində qeyri-müəyyənliyin uzanmasının qarşısını alır və tərəflərin əmək münasibətlərinə dair davranışlarını qanunun tələb etdiyi çərçivədə operativ şəkildə yönləndirməyə xidmət edir. İddiaçının bu müddəti heç bir hüquqi əsas olmadan uzun müddət keçirdikdən sonra məhkəməyə müraciət etməsi iddia müddətinin mahiyyətinə ziddir və məhkəmənin bu müddətin bərpasına dözümlü yanaşması qanunvericiliyin məqsədi ilə uzlaşmır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, “.....iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi qənaət çərçivəsində kollegiya, onun irəli sürdüyü digər dəlillərlə bağlı araşdırma aparmağı zəruri hesab etmir və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmşli Rayon Məhkəməsinin 2(036)-1745/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmşli Rayon Məhkəməsinin 2(036)-1745/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1625/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1625/2025
19.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver