Məhkəmə qərarları › İş №2(106)-163/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-163/2025

25.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-163/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayon Türklər bələdiyyəsi) su yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(020)-260/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.16 ha həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və törədilən maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı Qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun SarıSu qəsəbəsi ərazisində yerləşən həyətyanı torpaq sahələrindən 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə və sair təyinatlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi tikməklə həmin evdə ailəsi ilə birlikdə yaşayır. Lakin qonşusu olan Cavabdeh fərdi yaşayış evinin kandarından keçən dövlətin balansında olan su arxını qeyri-qanuni zəbt etməklə həmin su yolunu qəsdən zirzibil və torpaqla dolduraraq tam yararsız vəziyyətə salmışdır. Həmin su yolundan nəinki onunla yanaşı kənd sakinləri, Beyləqan rayonu Türklər bələdiyyəsinin balansında olan örüş otlaq sahəsi, həmçinin dövlət mülkiyyətində əkilmiş ağaclar suvarılır. O və aidiyyəti qurumlar cavabdehdən su yolunun açımasını dəfərlərlə xahiş etslər də, cavabdeh öz qanunsuz hərəkətlərinə davam etməkdədir. Hətta onun və Türklər bələdiyyəsinin şikayəti əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X1 RPŞ-nin əməkdaşlarının iştirakı ilə birlikdə xx.xx.2023-cü il tarixdə sözügedən əraziyə baxış keçirərkən Cavabdeh məxsus mal tövləsinin arxasından keçən su kanalının həqiqətən doldurulduğunu görmüşlər. Bu zaman Cavabdeh tövlənin arxasından çıxaraq uca səslə müfəttişin və Beyləqan rayon Türklər bələdiyyəsinin sədri Sabir Yunusovun ünvanına nalayıq ifadələr işlətmişdir. Bundan sonra bələdiyyə sədri Beyləqan RPŞ-yə Cavabdeh barəsində tədbir görülməsi üçün şikayət ərizəsi vermişdir. Həmin şikayət ərizəsi əsasında Fərəcov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(020)-1041/2023 saylı qərarına əsasən 100 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Buna baxmayaraq, cavabdeh hazırda da su yolunu təmizləməkdən imtina edir və qanunsuz hərəkətlərinə davam edir. O, cavabdehə dəfələrlə qeyri-qanuni zəbt etdiyi dövlətə məxsus su yolunu açmasını xahiş etsə də, cavabdeh ona əhəmiyyət vermiyərək öz qanunsuz əməllərinə davam etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə müvafiq instansiyalara və aidiyyəti qrumlara müraciət etsə də, onun müraciətləri heç bir nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(020)-260/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək, Cavabdeh tərəfindən Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Torpağın mülkiyyətə verilməsinə dair JN- 001A, KOD 60714028 saylı Şəhadətnamə əsasında verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və Cavabdeh tərəfindən İddiaçı törədilən maneənin aradan qaldırılması, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: Beyləqan rayon Sarısu bələdiyyəsinin 01 mart 2024-cü il tarixli arayışından görünür ki, Aqrar islahat zamanı Elçin Aslanov adına kolxozun ümumi sahəsi 800 kv metr olan silos quyusu Aqrar İslahat Komissiyasının 02.07.199-cu il tarixli 51 saylı akt ilə 40513 manata ona əmlak payı kimi satılmışdır. Əmlaka gedən su arxı Cavabdeh tərəfindən doldurulmuşdur. Beyləqan rayonun E.Aslanov adına sovxozun (kolxozun) Əmlakdan pay haqqının verilməsi barədə 07 iyun 1999-cu il tarixli 51 saylı Aktına əsasən 800 kv.m sahəsi İddiaçı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD 60714028 saylı Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Sarısu qəsəbəsi ərazisində yerləşən torpaq sahələrindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 23 oktyabr 2025-ci il tarixli 3-21-3-45/26661/2025 saylı mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 41 saylı qərarı ilə İddiaçı Nusrət oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin sərhədləri mövcud baza məlumatlarının əks olunduğu X2 Uçotu informasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq müəyyən edilmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə suyun gəlməsini təmin edən su arxının hansı hissədən keçməsi müəyyən edilmişdir. Qeyd olunan 0,16 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün ərazinin şimal hissəsindən keçən suvarma arxı mövcuddur ki, həmin ərazidən ona məxsus həyətyanı torpaq sahəsinin suvarılması mümkündür. Ancaq iddia olunan su arxı İddiaçı Nusrət oğlu tərəfindən istifadə olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin kənarında mövcuddur. Qeyd olunan su arxı vasitəsilə İddiaçı Nusrət oğlu tərəfindən əkilmiş ağacların suvarılması və kənd təsərrüfatı işlərinin aparılması üçün nəzərdə tutulmuşdur. Beyləqan rayon Aqrar İslahat xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı Nusrət oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə suyun gəlməsini təmin edən su arxı deyil, İddiaçı Nusrət oğlu tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin kənarında olan su arxının 60 m məsafəsi Cavabdeh tərəfindən yararsız hala salınaraq doldurulmuşdur. Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı Nusrət oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə suyun gəlməsini təmin edən su arxı deyil, İddiaçı Nusrət oğlu tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin kənarında olan su arxının 60 metr məsafəsi Cavabdeh tərəfindən yararsız hala salınaraq doldurulması iddiaçı tərəfindən torpaq sahəsində əkilmiş ağacların suvarılması və kənd təsərrüfatı işlərinin aparılması üçün suvarma suyundan sərbəst istifadə edilməsinə maneə yaradılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qasımov X7 Rayon Məhkəməsində ona qarşı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.16 ha həyətyanı torpaq sahəsinin kənarından keçən su yolunun təmizlənərək açılması və Cavabdeh tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işdən göründüyü kimi, İddiaçı başqa bir ərazidə yaşamaqla digər bələdiyyənin ərazisində olan və mülkiyyətçi tərəfindən mübahisələdirilməyən ərazini mübahisələndirmişdir. Halbuki, ərazini mülkiyyətçi özü belə mübahisələndirməmiş, ərazinin onun tərəfindən istifadə olunmasını öz mülkiyyət hüququna qəsd kimi qəbul etməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə olunan ərazini o, doldurmamışdır. Həmin sahə uzun müddət istifadəsiz qaldığı və su arxının istiqamətinin dəyişməsi nəticəsində təbii şəkildə dolmuşdur. Torpaq sahəsinin təmizlənməsi onun üçün maneə yaradır. Belə ki, göstərilən su arxı ilə ona məxsus tikili olan tövlə arasında cəmi yarım metr yaxud bir metr məsafə mövcuddur. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, doldurulmuş torpaq sahəsində heç bir tikili mövcud deyil. Su arxı sovet dövründə istifadə olunmuşdur, lakin sonradan yol çəkilməsi nəticəsində arxın qarşısı kəsilmiş və arxın axın istiqaməti dəyişdiyinə görə həmin ərazi istifadəsiz vəziyyətdə qalmışdır. Doldurulan hissə su arxının başqa istiqamətdə keçən qismidir. Sadəcə olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə gedən hissə doldurulmuşdur. Bu torpaq bələdiyyənin mülkiyyətində olduğundan həmin hissə ilə bağlı tələbin irəli sürülməsi yalnız bələdiyyənin səlahiyyətinə aiddir. Həmin ərazidə hər iki şəxs tərəfindən ağaclar əkilmişdir. Ağacların suvarılması Sarısu istiqamətində yolun altından keçən betonkanaldan su götürülməklə də mümkündür. Hazırkı iddia tələbi 0,16 ha torpaq sahəsinə aiddir və bu ərazi doldurulmuş hissədən təxminən 50 metr aralıda yerləşir. Həmin sahədə kanal mövcuddur və suvarma üçün tam əlverişlidir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli arxın qarşısının kəsilməsi səbəbindən ona məxsus torpaq sahəsinə su gəlmir və bu səbəbdən əkdiyi ağacları və torpaq sahəsini suvara bilmir. 60 metr uzunluqda doldurulmuş hissədən suyu kanalın üzərindən keçirməklə torpaq sahələrini və bağını sulayır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayon Türklər bələdiyyəsinin sədri X8 məhkəmədə izahat verərək bildirdi ki, mübahisə olunan torpaq sahəsinin doldurulması onun bələdiyyə sədri seçilməyindən əvvəlki dövrdə baş verdiyindən həmin proses barədə məlumatım yoxdur. Cavabdeh zəbt etdiyi və su arxını doldurduğu ərazi bələdiyyənin örüş torpaq sahəsidir. Cavabdeh həmin sahəyə aid hər hansı sənədi yoxdur. Ancaq su arxına yaxın – 2 metr məsafədə onun tövləsi vardır. Məhz su arxı da ora hər hansı zərər dəyməməsi üçün doldurulmuşdur. Su arxının sonuncu olaraq çatdığı sahə İddiaçı məxsusdur. Belə ki, doldurulmuş arx həm onun mülkiyyətində olan 0,16 ha torpaq sahəsi, həm 800 kv.m əmlak payı, həm də bələdiyyə mülkiyyətində olan torpaq sahələri və orada əkilmiş ağacların suvarılması üçün nəzərdə tutulmuşdur. 1999-cu ildə çatışmayan torpaq sahəsinin kompensasiyası kimi iddiaçıya əmlak payı verilmişdir. Mübahisə edilən hissədən keçən arx vasitəsilə su İddiaçı həyətyanı sahəsinə və əkdiyi ağaclara yönəlir. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏTBİQEDİLƏNHÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 47.2-ci və 47.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbirstanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 11-ci maddəsinin 3-cü bəndinə görə bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən (Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası) torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. MƏHKƏMƏ TƏRKİBİNİN MÖVQEYİ: Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasında su yolunu kəsmədiyini bildirsə də, iş materialları ilə onun su yolunu kəsməsi və iddiaçıya həyətini suvarmaqda maneçilik törətməsi kifayət qədər sübuta yetmişdir. Cavabdeh həmin ərazidə qanunsuz olaraq torpaq sahəsi zəbt etmiş, onun həmin yerdə torpağın mülkiyyətində olmasına dair hər hansı bir sübut, sənəd mövcud deyildir. O, qanunsuz olaraq zəbt etdiyi ərazidə iddiaçının su yolunu doldurub bağlamışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının tələbi həyətyanı torpaq sahəsinin kandarından keçən su yolunun təmizlənərək açılması və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması ilə bağlıdır və işdəki sübutlara görə cavabdeh iddiaçının torpaq sahəsinə gedən, habelə ümumi istifadədə su yolunu doldurmaqla iddiaçının əkilmiş ağacların suvarılması və kənd təsərrüfatı işlərinin aparılması üçün suvarma suyundan sərbəst istifadə etməsinə maneə yaratmışdır. İşin müəyyən edilmiş faktiki hallarından müəyyən olunur ki, mübahisəli olan və 60 m məsafəsi Cavabdeh tərəfindən yararsız hala salınaraq doldurulmuş su arxı vasitəsilə Aqrar islahat zamanı Elçin Aslanov adına kolxozun xx.xx.1999-cu il tarixli 51 saylı akt ilə 40513 manata İddiaçı Nusrət oğluna əmlak payı kimi satılmış sahə, İddiaçı Nusrət oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu Sarısu qəsəbəsinin ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi, habelə İddiaçı Nusrət oğlu tərəfindən əkilmiş ağacların suvarılması və kənd təsərrüfatı işlərinin aparılması üçün nəzərdə tutulmuşdur. Habelə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biridir. Qeyd olunan mübahisəli su arxı mütəxəssis rəyindən də görünür ki, ümumi istifadədə olmaqla iddiaçıya məxsus, həmçinin onun istifadəsində olan torpaq sahələrinə, eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacların suvarılması üçün nəzərdə tutulmuşdur. Bu fakt mütəxəssis rəyində və ona əlavə edilmiş ölçü planda əksini tapmış cizgilərdə (onun qeydində) açıq şəkildə göstərilmişdir. Məhkəmə tərkibi həmçinin hesab edir ki, yuxarıda adıçəkilən sahələrə suvarma üçün alternativ su mənbələrinin (kanal, artezian və s.) mövcudluğu belə, əvvəllər nəzərdə tutulmuş su arxının doldurulmasına əsas verə bilməz. Göründüyü kimi, mübahisəli – doldurulmuş su arxı vasitəsilə həm iddiaçının faktiki istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və orada əkilmiş ağaclar, həm də iddiaçının mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və onun əmlak payı hissəyə suyun verilməsi həyata keçirilmişdir. Eyni zamanda doldurulmuş su arxı iddiaçıya məxsus əmlak payı olan 800 kv.m sahəyə də suyun verilməsi üçün nəzərdə tutulmuşdur. Hətta, həmin sahənin yanından Sarısu kanalının keçməsi faktı da doldurulmuş su arxının açılmasına mane olmamalıdır. Beləcə, yuxarıda göstərilənlər baxımından hazırkı halda ümumi istifadədə olan su arxının açılması barədə iddiaçının subyektiv hüququnun mövcudluğu istisna edilmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 23 oktyabr 2025-ci il tarixli 3-21-3-45/2-6661/2025 saylı rəyinə görə 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(020)-260/2024 saylı qətnaməsini dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 23 oktyabr 2025-ci il tarixli 3-21-3-45/2-6661/2025 saylı rəyinə görə 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar