Məhkəmə qərarları › İş №2(106)-1630/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1630/2025

10.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1630/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli X12 Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada göstərilməsi və cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsinə dair Masallı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(050)-161/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat, ********** qeydiyyat, **********81 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 1.2358 ha torpaq sahəsi üzərində İddiaçı, X4, X5, X8, X3, X9, X1, X17 və X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 234 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0083 kod 80519028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında Cavabdeh X10, X6, X7, X18 və X14 ilə birlikdə 0.68 hektar torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 8 saylı Cəlilabad İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçıın adına verilmiş çıxarışa əsasən Masallı Rayonu Xanalion kəndində yerləşən 1,2358 ha torpaq sahəsinin döngə nöqtələri yerində naturada ölçülərək tanıdılarkən qonşu mülkiyyətçi ilə mübahisə yarandığından torpağı tanıtmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 13 mart 2025-ci il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 21 may 2025-ci il tarixli, 10/2380 saylı rəyindən məlum olur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********81 reyestr nömrəli çıxarışın B№ 204127 saylı "Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən hava xətti ilə 329,0 metr Şimal-şərq istiqamətində 83 nömrə ilə qeydiyyata alınmış X15 və onun ailə üzvlərinə mülkiyyətə verilmiş 0,6841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********81 reyestr nömrəli Çıxarışın 204127 saylı "Torpaq sahəsinin planı və ölçüsü sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinə mülkiyyətə verilmiş JN0083 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Səxavət Fəyyaz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mаsаllı rаyоnu Xаnаliоn kəndində yеrləşməklə Hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən xx.xx.2023-cü il qеydiyyаt tаrixli, ********** qеydiyyаt nömrəli, **********81 rеyеstr nömrəli Çıxаrışlа mülkiyyətlərində оlаn, B№204127 sаylı tоrpаq sаhəsinin plаnı və ölçüsü sənədində göstərilən koоrdinаtlаr dаxilində yerləşən 1.2358 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin nаturаdа göstərilməsinə cаvаbdеh Qаsımоv Səxаvət Fəyyаz оğlu tərəfindən оlаn mаnеələrin аrаdаn qаldırılmаsı barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 10 dekabr 2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan Mаsаllı rаyоnu Xаnаliоn kəndində yеrləşən tоrpаq sаhəsinin plаnı və ölçüsü sənədində göstərilən kоrdinаtlаr dаxilində yerləşən 1.2358 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin nаturаdа göstərilməsinə və istifadəsinə cavabdeh Qаsımоv Səxаvət Fəyyаz оğlu tərəfindən оlаn mаnеələrin аrаdаn qаldırılmаsı barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullauyev) xx.xx.2025-ci il tarixli e-2(050)- 161/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 152.1,152.2, 152.7, 157.1, 157.2, 170.2, 213.6, 238.1, 238.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4, 119-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının tələbi cavabdeh tərəfindən ona məxsus 1.2358 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilərək, onun istifadə etməsinə və həmin ərazinin naturada göstərilməsinə maneələr yaradılması ilə bağlıdır. İddiaçıya məxsus 1,2358 torpaq sahəsinin cavabdehin qeyd etdiyi kimi 0,68 ha torpaq sahəsi ilə bağlı olması (üst-üstə düşməsi) heç bir şəkildə uyğun gəlmir, ona görə ki, əvvəla həmin torpaq sahələrinin ölçüləri fərqlidir, yəni ölçüləri bir-birinə uyğun gəlmir, ikincisi iddiaçı 1,2358 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almış, üçüncüsü isə ekspert rəyi və mütəxəssis rəyi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə dövlət aktı ilə verilmiş torpaq sahəsi ilə heç bir bağlılığının olmadığı ayrı-ayrı yerlərdə yerləşdiyi müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, iddiaçıya məxsus 1,2358 ha torpaq sahəsinin cavabdehə dövlət aktı ilə məxsus olan 0,68 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həm də eyni zamanda cavabdeh özü də məhkəmə iclasında izahat verərkən İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsindən uzun müddət 2017-ci il tarixədək istifadə etdiyini, həmin vaxtdan sonra isə iddiaçı həmin torpaq sahəsindən istifadə etmədiyindən özünün faktiki olaraq istifadə etdiyini bildirməklə demək olar ki iddia tələbini qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında ona və ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Xanalion kəndində 0.68 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçıda mülkiyyətində 1.2358 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ona aidiyyəti yoxdur, onun mülkiyyətinə verilmiş torpaq sahəsini istifadə edir və kiminsə torpağını zəbt etməmişdir. Ona verilmiş JN 083 saylı dövlət aktı ilə ayrılmış torpaq sahəsinin hazırda koordinatları və yeri qanunsuz olaraq dəyişdirilmiş və başqa əraziyə işənilmişdir. O da, onun düzəldilməsi və torpaq sahəsinin dövlət aktına uyğun işlənməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Ümumiyyətlə, Masallı rayonunda elektron xəritə işlənərkən bir çox qanunsuzluqlar olmuş, müəyyən torpaqların yeri mülkiyyətçinin razılığı olmadan dəyişdirilmişdir. Nəticədə islahat zamanı ayrılan torpaq sahəsi ilə hazırkı elektron xəritədə göstərilən torpaq sahələrinin yerləşməsində fərqlər yaranmışdır. Bundan başqa, İddiaçı ondan əvvəl qardaşı X13 Səfərovu məhkəməyə vermiş və həmin məhkəmədə ekspert rəyində göstərilmişdir ki, Xumarın torpağı onların torpaqlardan 1400 metr aralıda yerləşir, lakin hazırkı vəziyyətdə onların torpaqlar qonşu olmuşdur. Bu da sübut edir ki, burada saxtakarlıq olunmuş, Xumarın torpağı sonradan elektron xəritə zamanı onların torpağın yanına salınmışdır. Onların torpaq ayrılarkən bütün qardaşlarının torpaq sahələri yan-yana olmuş və torpaq sənədlərində nömrələrə uyğun ardıcıllıqla 81, 82, 83 və 84 olaraq sıralanmışdır. Hazırda isə Xumarın torpaq sahəsi onlara məxsus torpaq sahələrinin arasında yerləşir. TEKİUSDA baş vermiş yanlışlığın düzəldilməsi barədə Şirvan İnzbati Məhkəməsində iddia qaldırmışdır və həmin işə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, Hüquqlarını müdafiə etdiyi şəxs birinci instansiya məhkəməsinin iclasında iştirak edib. Lakin həmin tarixdə sənədləri əldə edə bilmədiyi üçün məhkəməyə təqdim edə bilməyib. Həmin sənədlər mübahisənin həll üçün vacibdir. Bu səbəbdən də əldə etmiş olduqları sənədləri- Torpağa mülkiyyət hüququna dair dövlət aktlarını və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-120/2020 saylı qətnaməsini apellyasiya instansiyasında təqdim edir. İddiaçının naturada göstərilməsini tələb etdiyi topraq sahəsi 169 saylı dövlət aktında qeyd edilib. Cavabdeh torpaq sahəsi isə 83 saylı dövlət aktında qeyd edilib. Həmin şəxsin torpaq sahəsi 82 və 84 saylı dövlət aktlarında qeyd edilən torpaq sahələri ilə qonşudur. Bu da onu göstərir ki, iddiaçının torpaq sahəsi Cavabdeh torpaq sahəsi ilə qonşu deyil. 84 saylı dövlət aktında göstərilən torpaq sahəsinin mülkiyyətçilərindən biri olan X20 hal-hazırki iş üzrə iddiaçı olan İddiaçı qarşı iddia qaldırımış, həmin iddia üzrə təqdim etmiş olduğu Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi X11 mülkiyyətində olan torpaq sahəsindən şimal-qərb istiqamətində 1300 metr məsafədə yerləşir. Təqdim edilmiş sənədlər təsdiq edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada göstərilməsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən kənarda olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsin əməkdaşları isə torpaq sahəsinin naturada göstərilməsini Cavabdeh mülkiyyətində olan torpaq sahəsində göstərir. Cavabdeh hal-hazırda istifadəsində olan torpaq sahəsini, 30 ildən artıq müddətdir ki onun istifadəsindədir. Apellyasiya şikayətimin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh birinci instansiya məhkəmə iclasında verdiyi izahatında bildirir ki, islahat getdiyi tarixdən 2017-ci ilə qədər mübahisəli torpaq sahəsindən İddiaçı istifadə edib. İddiaçı 2017-ci ildə xaricə gedib. İddiaçı bildirir ki, xaricdən qayıtdıqdan sonra o, torpaq sahəsinin zəbt edildiyini görüb. Cavabdeh tərəfin təqdim etdiyi qətnamə bu iş üzrə iddiaçı və cavabdeh arsanında olan mübahisə ilə bağlı deyil, başqa şəxslə İddiaçı arasında olan mübahisə barədə qəbul edilib. İddiaçı qətnamədən sonra dövlət aktı və Çıxarışa əsasən özünə məxsus torpaq sahəsinin naturada müəyyənləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsin əməkdaşları gəlib, 2017-ci ilə qədər istifadəsində olan topraq sahəsini göstərib, onun torpaq sahəsini göstərən mərz nişanları yerləşdirib. Cavabdeh həmin mərz nişanlarını çıxarıb, torpaq sahəsinin naturada göstərilməsinə maneə yaradıb. Maneə olunma barədə akt tərtib edilib. Onlar hüquqlarını müdafiə etdiyi şəxsin torpaq sahəsinin naturada göstərilməsinə maneələrin aradan qaldırılmasını tələb edir. Həmin torpaq sahəsinin zəbt edildiyini və zəbtdən azad edilməsi barədə iddia qaldırmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin dövlət aktı, Çıxarışı var, həmin sənədlər əsasında mülkiyyətində olan torpaq sahəsinin naturada müəyyənləşdirilməsini istəyir. Cavabdeh tərəf Çıxarışın ləğv edilməsi barədə iddia qaldırmamışdır. Apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-161/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya qətnaməni bütövlükdə apellyasiya qaydasında yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə görə Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(050)-161/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülkiyyət hüququ, Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunan əsas mülki hüquqlardan biridir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır, bu hüquq qanunla qorunur və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi də mülkiyyətin müdafiəsini təmin edir. Mülkiyyət hüququ yalnız faktiki sahiblik deyil, həm də həmin hüququn dövlət qeydiyyatı ilə rəsmiləşdirilməsi, sərbəst istifadəsi və maneəsiz həyata keçirilməsi imkanını əhatə edir. Bu hüquqa qarşı istənilən süni maneə, xüsusən də qanuni qeydiyyat prosedurlarının qarşısının alınması, hüquqa zidd müdaxilə kimi qiymətləndirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Masallı rayonu, Xanalion kəndində yerləşən 1,2358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışla qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kimi sənədlər mülkiyyət hüququnu rəsmən təsdiq edir. Bu sənədlərin hüquqi qüvvəsi prezumpsiya (qanuni düzgünlük ehtimalı) xarakteri daşıyır və yalnız məhkəmə qaydasında, əsaslı və sübuta yetirilmiş hallarda onların hüquqi qüvvəsi şübhə altına alına bilər. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan qanunvericiliyində təsbit edilən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İddiaçı tərəf mübahisəli torpaq sahəsi üzrə həm dövlət aktına, həm də dövlət reyestrindən verilmiş çıxarışa malik olmaqla mülkiyyət hüququnu qanuni qaydada rəsmiləşdirmişdir və hazırkı tələbi həmin sənədlərlə təsdiq edilmiş mülkiyyət hüququnun müdafiəsinə, o cümlədən mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar daxilində naturada müəyyənləşdirilməsinə yönəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə bu funksiyasını yerinə yetirərkən “ultra vires” prinsipinə riayət etməlidir. Yəni, məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1,2358 ha torpaq sahəsi cavabdehə JN-0083 kodlu dövlət aktı ilə verilmiş 0,68 ha torpaq sahəsi ilə üst-üstə düşmür və həmin sahələr müxtəlif yerlərdə yerləşir. Bu rəy və ekspertiza nəticələri cavabdehin apellyasiya şikayətində iddia etdiyi kimi torpaqların eyni əraziyə aid olması barədə arqumentləri tam şəkildə təkzib edir. Cavabdehin apellyasiya şikayətində torpaqların elektron kadastr xəritəsində qanunsuz dəyişikliklər edilməsi, torpaq sahəsinin yerinin dəyişdirilməsi hallarının olması barədə irəli sürdüyü iddialar ehtimal xarakteri daşıyır və həmin halları təsdiq edən hər hansı rəsmi akt, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya səlahiyyətli orqanın rəyi iş materiallarında mövcud deyildir. Əksinə, iş üzrə mövcud olan rəsmi kadastr məlumatları, yerquruluşu planları və ekspertiza rəyləri iddiaçının torpaq sahəsinin yerləşmə yerini dəqiq müəyyən etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ona verilmiş JN 083 saylı dövlət aktı ilə ayrılmış torpaq sahəsinin hazırda koordinatları və yeri qanunsuz olaraq dəyişdirilmiş və başqa əraziyə işənilmişdir. O, həmin uyğunsuzluğun aradan qaldırılması və torpaq sahəsinin dövlət aktına uyğun şəkildə işlənməsinin təmin edilməsi məqsədilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən göstərilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı mərhələsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-120/2020 saylı qətnaməsinə istinad edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız o halda qəbul edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin işdə iştirak edən şəxslərdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılsın. Cavabdeh tərəfindən qeyd olunan məhkəmə aktının birinci instansiya mərhələsində təqdim edilməməsinin obyektiv səbəbləri əsaslandırılmadığından, həmin sübutun apellyasiya instansiyasında qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı, qeyd olunan məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Həmin iş üzrə tərəflər hazırkı işin tərəfləri ilə eyni deyildir. Həmin qətnamədə İddiaçı tərəf qismində iştirak etsə də, Cavabdeh həmin iş üzrə tərəf olmamışdır. Mülki Prosessual Məcəllənin preyudisiya ilə bağlı müddəalarına əsasən, yalnız tərəfləri eyni olan və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən edilmiş hallar digər işlər üzrə məhkəmə üçün məcburi hesab edilə bilər. Bu baxımdan, cavabdehin istinad etdiyi qətnamə hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Cavabdehin öz izahatlarında mübahisəli ərazidən 2017-ci ildən etibarən faktiki istifadə etdiyini etiraf etməsi də birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Cavabdeh bu istifadənin hüquqi əsaslarını sübut edə bilməmiş, həmin torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən dövlət qeydiyyatlı sənəd təqdim etməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada göstərilməsinə və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi qanuni və əsaslıdır. Qüvvədə olan və ləğv edilməmiş dövlət qeydiyyatlı mülkiyyət sənədləri mövcud olduğu halda, cavabdehin həmin sənədlərin hüquqi nəticələrini dolayı yolla şübhə altına almağa yönəlmiş arqumentləri hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Cavabdeh tərəfindən yaradılmış maneələr iddiaçının daşınmaz əmlak üzərindəki mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa müdaxilə təşkil edir və həmin hüququ pozur. Belə müdaxilə qanuni əsasa malik olmadığından, iddiaçının zəruri olan prosedurların (ölçmə, texniki inventarizasiya) qarşısını almaqla, onun konstitusion təminat altına alınmış mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Kollegiya bir daha vurğulayır ki, cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi hallar nə mübahisənin predmetinə, nə də hazırkı iş üzrə araşdırmanın predmetinə daxildir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmeti daşınmaz əmlak üzərində zəruri olan ölçmə və texniki inventarizasiya işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıdır. Bu baxımdan, cavabdehin istinad etdiyi digər hallar işin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir, çünki onlar iddianın mahiyyətini təşkil edən əsas tələblə – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması öhdəliyi ilə birbaşa bağlı deyildir. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sübutları hərtərəfli, tam və obyektiv araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iddianı təmin etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin e-2(050)-161/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(050)-161/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar