Məhkəmə qərarları › İş №2(106)-1633/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1633/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1633/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Əliəkbər oğluna qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadından Maraqlı şəxs və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Əliəkbər oğluna qarşı Masallı Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin Masallı rayon Ərkivan bələdiyyəsinin 05 aprel 2000-ci il tarixli 04 nömrəli qərarı ilə mərhum X1 icarəsinə verilmiş Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa etdikləri tikililərin onların hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 nömrəli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia tələbi qismən təmin edilərək, mərhum X2 icarəyə verilmiş Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0,16 ha torpaq sahəsindən Cavabdeh4 çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Cavabdeh4 hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və iddia tələbinin Cavabdeh5 münasibətdə təmin olunmaması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1053/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və Z.Zeynalov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il 2(102)-4771/2022 saylı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1053/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 saylı İcra vərəqəsi ilə Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və Masallı Rayon İcra və Probasiya Şöbəsinə yönəlmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 saylı qətnaməsindən Maraqlı şəxs (11 avqust 2023-cü il tarixdə) və Cavabdeh5 (11 avqust 2023-cü il tarixdə) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verilmişdir. Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 saylı qətnaməsindən Maraqlı şəxs və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadında göstərilmişdir ki, apellyasiya şikayətinin onların hüquq və mənafeyinə toxunması ilə bağlı qeyd edilənlər iş materialları və qətnamə ilə qarşılıqlı təhlil edilmiş, onların onların hüquq və mənafelərinə toxunulması halları müəyyən edilməmişdir. Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadından Maraqlı şəxs və Cavabdeh5 şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadı ilə Maraqlı şəxs və Cavabdeh5 tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, Maraqlı şəxs və Cavabdeh5 tərəfindən verilmiş şikayətlər iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadından Maraqlı şəxs və Cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Habelə MPM-in 360-cı maddəsi ilə pellyasiya şikayətinin verilmə müddəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə müəyyən edilmişdir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və iş materiallarının ətraflı tədqiq edərək hesab edir ki, Maraqlı şəxs və Cavabdeh5 şikayəti təmin olunmamalı, Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Masallı Rayon 29 oktyabr 2021-ci il tarixli 2(050)-222/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadından Maraqlı şəxs və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(050)-222/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar