Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1646/2024 27.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Ərizəçi alqı-satqı müqaviləsinin bağlanması faktın müəyyən edilməsi tələbinə dair ərizənin geri qaytarılması barədə Laçın Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, keçmiş Tramvaynaya (hazırda Səttar Bəhlulzadə) küçəsi, 13-cü döngə, 45 ünvanda yerləşən 82.2 kvadrat metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 50.7, əsas sahəsi 41.9 kv. metr, köməkçi sahəsi 8.8 kv. metr kvadrat metr olan fərdi yaşayış evinin xx.xx.1992-ci il tarixdə X4 tərəfindən X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin (hakim R.Nuriyev) 08 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Ərizəçi alqı-satqı müqaviləsinin bağlanması tələbi ilə bağlı məhkəməyə iddia icraatı qaydasında müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Ərizəçi alqısatqı müqaviləsinin bağlanması tələbi ilə bağlı daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə müraciət etməli olduğu halda, Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və icraat qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 20 sentyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi hüquqi faktın müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsi, mülki prosessual qanunvericilikdə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər siyahısında nəzərdə tutulmamışdır. İddiaçı alqı-satqı müqaviləsinin bağlanması (bağlanmış hesab edilməsi) ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Digər tərəfdən, daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması barədə iddialar MPM-in 39-cu maddəsinə əsasən daşınmaz əmlakın olduğu yerə görə verilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi nümayəndəsi tərəfindən verilmiş, alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasında haqlı olmuşdur. Beləliklə, Kollegiya hesab edir ki, şikayətin təmin edilməsi və iddia ərizəsinin qaytarılması barədə qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 35, 36, 45.4, 263- 264, 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı Ərizəçi şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(047)-829/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1646/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1646/2024
27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver