Məhkəmə qərarları › İş №2(106)-165/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-165/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-165/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı N.Heydarovun iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, su yolunun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Beyləqan rayonunun İkinci Şahsevən kəndində 2.4955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və onun ailə üzvləri- X1 və X2 birgə mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən 22 may 2020-ci il tarixli çıxarış verilmişdir. Bundan başqa, Beyləqan rayonunun İkinci Şahsevən kəndində Cavabdeh1 xüsusi mülkiyyətində 2.9058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. X7 iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2.4955 ha torpaq sahəsinin 0.55 hektar hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 zəbt etmiş və istifadə edirlər. Torpağın 0.55 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaqdan cavabdeh qeyri-qanuni istifadə edir. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə N.Heydarovun iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********41 olan, çıxarışla X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,4955 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.55 ha hissəsindən çıxarılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 200 (iki yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, hazırda cavabdehlərin torpaq sahəsi Cavabdeh1 adına qanuni şəkildə rəsmiləşdirilmiş və uzun illərdir ki, istifadə edilir. 2.9058 nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Qətnamədə məhkəmə tərəfindən mübahisə obyekti olan torpağın hüquqi statusunun müyyən edilməməsi əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. Torpağa mülkiyyət hüquqi verən çıxarışların olması və uzun illər onların istifadəsində olması hakim tərəfindən nəzərə alınmamışdır. Qətnamə çıxarılarkən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Mütəxəssis mübahisəli əraziyə cavabdehlərin iştirakı olmadan baxış keçirmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ekspert rəyini əsassız hesab edir. Belə ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onun istifadəsində deyil. İş üzrə təkrar ekspertiza təyin olunmasını və ekspertizanın keçirilməsini digər rayonun mütəxəssislərinə həvalə olunmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Beyləqan rayonunun İkinci Şahsevən kəndində iddiaçının mülkiyyətində 2.4955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, cavabdeh tərəfin mülkiyyətində 2.9058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehlərin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini xahiş etmişdir. Hazırki tələbində iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddia vermişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehlərin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının qanuni sahibi olduğu, həmin sahədən cavabdehlərin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 06 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun olaraq verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7278 nömrəli rəyinə görə, Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən iddiaçı X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş **********41 reyestr nömrəli, 22 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmış 2.4955 ha təsərrüfat təyinatlı torpaq sahəsinin və cavabdeh X8 xüsusi mülkiyyətinə verilmiş **********26 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmış 2.9058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı X3 faktiki istifadəsində olan 1.95 ha torpaq sahəsinin və cavabdehlərin faktiki istifadəsində olan 2.73 ha torpaq sahəsinin də sərhədləri ölçülərək yerləşdiyi ərazi müəyyən edilmişdir. Rəyə görə, X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahələri (sənəd üzrə) üst-üstə düşmür. Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən **********41 reyestr nömrəli, 22 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmış 2.4955 ha təsərrüfat təyinatlı torpaq sahəsinin 0.56 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsininin cavabdehlərin qanunsuz sahibliyində olduğu müəyyən edilir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, doğru qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılması və arayışın hazırlanması ilə əlaqədar olaraq ödənilmiş 110 manat məbləğində vəsait müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub X6 verilməli, ekspertiza tədqiqatına görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(020)-223/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılması və arayışın hazırlanması ilə əlaqədar olaraq ödənilmiş 110 manat məbləğində vəsait müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulub X6 verilsin. Ekspertiza tədqiqatına görə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar