Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1664/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İddiaçılar İddiaçı2 Ərəstun oğlu və İddiaçı1 cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması və əldə olunmuş pul məbləğindən pay hissəsinə uyğun olaraq onlara çatası məbləğlərin verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2(032)-1591/2025 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı2 Ərəstun oğlu və İddiaçı1 X4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri Mahir Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla AZ 1802, ünvan 1 ünvanda 0.1033 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43.30 m2 olan fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması və əldə olunmuş pul məbləğindən pay hissəsinə uyğun olaraq onlara çatası məbləğlərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2(032)-1591/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı1 qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ataları Şammədov ərəstun Nüsrət oğluna məxsus ünvan 2 ünvanda yerləşən 1033.0 kv.m ərazini əhatə edən həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Həmin ev şəxsi mülkiyyət hüququ ilə atalarına məxsus olmuş və ona bu barədə xx.xx.1970-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən evin texniki pasportu verilmişdir. Mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ümumi tikinti altı sahəsi 0.0103 ha olmaqla yaşayaış sahəsi 43.3 m2 olması müəyyən edilərək müvafiq sənədlər verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(032)-1591/2025 saylı qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları yenidən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı2 Ərəstun oğlu və İddiaçı1 X5, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması və əldə olunmuş pul məbləğindən pay hissəsinə uyğun olaraq onlara çatası məbləğlərin verilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması ilə bağlı mövqeyi barədə məhkəmə tərkibi hesab edir ki, hazırkı iş materiallarından tərəflərin Şirvan İnzibati Məhkəməsində irəli sürdüyü tələb üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əldə edilməsi müəyyən edilmir. Belə ki, məhkəmə hazırkı mülki iş üzrə icraatı dayandırmaq məsələsinə qiymət verərkən ilk öncə inzibati mübahisələrin hazırkı icraat vəziyyəti, həmin mübahisələrin xarakteri müvafiq sənədlər tələb edilməklə araşdırılmalı və yekun olaraq adıçəkilən işlər arasındakı əlaqə və asılılığın mövcud olub-olmaması halı müəyyən edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda göstərilən hallar araşdırılmadan verilmiş hüquqi dəyər əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunan əsasla iş üzrə icraatın dayandırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRARVERDİ: Şikayət qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2(032)-1591/2025 saylı qərardadı ləğv edilsin və mülki iş materialları yenidən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1664/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1664/2025
04.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver