Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1670/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Mil Qarabağ və X6 İstismarı İdarəsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Mil Qarabağ və X6 İstismarı İdarəsinə qarşı (Ucar rayon X8 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiası üzrə mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Mil Qarabağ və X6 İstismarı İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X3 İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X12 Xidmətinin Mil Qarabağ və X3 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X3 İstismarı idarəsi tərəfindən İddiaçı ödənilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X3 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, orta ixtisas təhsillidir. Həmin iş yerində 40 illik stajı var. Sonuncu dəfə işə 2024-cü ildə oktyabr ayının 15-i getmişdir. Həmin günü işdə olub. Orda ona deyilib ki, iş yeri ixtisara düşüb, işinə xitam verilib, işdən çıxarılır. Əmək kitabçasını isə 2025-ci ildə aprel ayının 15-i günü alıb. Hüquqlarının müdafiəsi üçün rəhbərliyə müraciət edib, ona işinə bərpa olunacağı bildirilib. İşdən çıxarıldıqdan sonra ona işdənçıxma müavinəti köçüb. Belə ki, 2024-cü ilin oktyabr ayının sonu ona 1200 manat, həmin ilin noyabr ayının əvvəli isə 800 manat pul köçüb. İşlədiyi müddət ərzində isə 540 manat əmək haqqı alırdı. Ona köçürülmüş pulun son haqqhesab olduğunu bilməmişdir. Ona zəng edilib “işinə bərpa olunacaqsan” deyilərək hər ay aldadılıb. İddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi (kontrakt) dən görünür ki, İddiaçı Mil Qarabağ və X7 İstismarı idarəsində baş mexanik vəzifəsinə təyin edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X12 Xidməti Publik Hüquqi şəxsin X12 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli, 13-4/3-1xx-xx/2024 nömrəli əmrindən görünür ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X12 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxsinin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Dövlər Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 0014 nömrəli əmri ilə X12 Xidməti publik hüquqi şəxsin strukturu, Xidmətin aparatının strukturu və ştat cədvəli təsdiq edilmiş, Xidmətin işçilərinin ümumi say həddi, eyni zamanda Xidmətin Aparatının ştat vahidinin sayı müəyyən edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X12 Xidməti publik hüquqi şəxsin Mil Qarabağ və X3 istismarı idarəsinin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlindən görünür ki, 3 rəhbərlik vəzifəsi- idarə rəisi, baş mühəndis və baş mexanik vəzifələri vardır. xx.xx.1987-ci il tarixli KT 027255 nömrəli diplomun surətindən görünür ki, Qarayev X1 əsas politexnik texnikumunu bitirmişdir. xx.xx.2024-cü il tarixli KM1, KM2 nömrəli ödəniş qəbzlərindən və Mil-Qarabağ və X7 istismarı idarəsi işçilərinin oktyabr ayı əmək haqqı hesabat cədvəlindən görünür ki, İddiaçı son haqq hesab hesablanaraq ödənilmişdir. Əmək kitabçasının işəgötürən tərəfindən işçiyə təhvil verilməsi haqqında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı əmək kitabçası qohumu X4 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 88 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "Mil Qrabağ və X3 İstismarı İdarəsi" bölməsində "MQ VƏ AŞK İstismar İdarəsində Baş Mexannik" vəzifəsində işləyən "İddiaçı Cəbrayıl oğlu" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alaraq: işçi ixtisar edildikdə "Mil Qarabağ və X3 İstismarı İdarəsi" bölməsində "MQ VƏ Aşk İstismar İdarəsində Baş Mexannik" vəzifəsində işləyən İddiaçı Cəbrayıl oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70."b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2012 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Qarabağ və X6 İstismarı idarəsinin 88 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və X6 istismarı idarəsi (Baş mexanik) vəzifəsi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2024 -cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcələsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqının 2 misli miqdarında işdən çıxarma müavinəti verilməsi, Mühasib və İnsan resursları üzrə mütəxəssisin bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etməsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsi ilə (Hakim: Rahid Mehdiyev) iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e- 2(041)-1444/2025 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə iddianı rədd etmişdir. Halbuki məhkəmə iddia tələbinin iki hissədən ibarət olduğunu düzgün qiymətləndirə bilməmişdir: 1. işə bərpa tələbi;
2. ödənilməmiş əmək haqqı və digər ödənişlərin cavabdehdən tutulması tələbi. İddianın təmin olunub-olunmaması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulub-pozulmadığının müəyyən edilməsindən və bu halların sübut edilməsindən asılıdır. İddia müddətinin tətbiqinə gəldikdə isə işə bərpa ilə bağlı tələblərə münasibətdə Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən 1 aylıq xüsusi iddia müddəti mövcuddur. Lakin ödənilməmiş əmək haqqı və digər ödənişlərin tutulması tələbləri müstəqil iddia predmeti olmaqla, həmin tələblərə Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianı yalnız iddia müddətinin ötürülməsi əsası ilə tam şəkildə rədd etməsi qanunsuz və əsassız olmuşdur. İşin hallarından və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, faktiki olaraq “baş mexanik” vəzifəsi heç vaxt ixtisar edilməmişdir. Yəni iddiaçı necə bilərdi ki, işlədiyi ştat faktiki ixtisar edilmədiyi halda, xəbərdarlıqda göstərilən vəzifə üzrə ixtisar həyata keçiriləcəkdir? Göründüyü kimi, bu xəbərdarlıq formal xarakter daşımış və müəssisənin bütün işçilərinə imzalatdırılmışdır. Belə bir xəbərdarlığın mövcud olması onun hüquqi nəticə doğurması mənasına gəlmir. Bundan əlavə, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə göstərildiyi kimi, inzibati idarə heyətinin 11 ştat vahidindən 3 ştat vahidinə azaldılması faktı əslində “baş mexanik” vəzifəsinin ixtisarı demək deyildir. Çünki inzibati idarə heyətinin ştatlarının azaldılması həmin heyət daxilində konkret vəzifələrin ləğv olunmasını sübut etmir. İş materialları göstərir ki, “baş mexanik” vəzifəsi ştat cədvəlində mövcud olmuş və faktiki olaraq ixtisar edilməmişdir. Belə olan halda, iddiaçının iş yerinin ixtisar olunduğunu bilməsi mümkün deyildi. Həmçinin “baş mexanik”vəzifəsi ixtisar olunmamışdır. Ümumilikdə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Digər tərəfdən, məhkəmə qətnaməsində iddiaçıya ödənilən məbləği “işdən çıxma son haqqhesabı” kimi qiymətləndirmişdir. Lakin bu yanaşma da əsassızdır. Çünki həmin vəsait xx.xx.2024-cü il tarixdə ödənilmişdir, halbuki Əmək Məcəlləsinə əsasən son haqq-hesab işçinin işdən azad olunduğu gün tam şəkildə ödənilməlidir. Bir mənalı olaraq iddiaçının bank hesabına ödənilən pul vəsaitin son haqq-hesab olması məlum deyildir. İddiaçı həmin pul məbləğin 2024-cü ilin oktyabr ayı üçün əmək haqqı və ya xx.xx.2024-cü ildən qüvvəyə minmiş “baş mexanik” vəzifəsinin yeni tarif maaşının (1400 manat) qalan hissəsində olması ehtimalı vardır. O halda karta köçürülənpul məbləğin son haqq-hesab olması mübahisəsiz olardı ki, məhkəmənin qeyd etdiyi kimi son iş günü ödənilərdi. Nəticə etibarilə işin hallarından görünür ki,“baş mexanik” vəzifəsi faktiki olaraq ixtisar edilməmişdir, inzibati idarə heyətinin sayının azaldılması həmin vəzifənin ixtisarı mənasına gəlmir və əmək haqqının bir ay gec ödənilməsi, yeni maaş tariflərinin tətbiqi vəxəbərdarlıqların formal xarakter daşıması səbəbindən iddiaçının hüququnun hansı anda pozulduğunu müəyyən etməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 296.3-cü bəndində qeyd edilən sənədləşmə ayrı-ayrılıqda və ya bütövlükdə iddiaçıya təqdim edilməmişdir. Bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Əmək kitabçasının iddiaçıya hansı tarixdə verilməsinə dair də sübut təqdim edilməmişdir. Qeyd edilən hallara görə məhkəmənin iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnamədə göstərmişdir ki, guya “...Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar X13 Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır...” və cavabdeh tərəfindən aparılmış ixtisar qanuna müvafiq hesab edilmişdir. Lakin bu nəticə əsassızdır və işin halları ilə ziddiyyət təşkil edir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə istinadedilməsi cari mübahisəyə tətbiq oluna bilməz. Çünki həmin norma yalnız ştatların ixtisarı zamanı işdə saxlanmaya üstünlüyü olan işçilərin müəyyən edilməsi ilə bağlıdır. Bu isə yalnız eyni ştat vahidi üzrə iki və ya daha çoxişçi olduqda mümkündür. Halbuki iş materiallarından göründüyü kimi, iddiaçı işlədiyi ştat üzrə yeganə işçi olmuşdur və həmin ştat üzrə əlavə işçi mövcud olmamışdır. Belə olan halda, 78-ci maddənin tətbiqi hüquqi baxımdan əsassızdır. Bundan başqa, hazırkı mübahisədə ümumiyyətlə işçinin vəzifəsinin və ya ştatının ixtisarı aparılmamışdır. Əksinə, işdən çıxarılma prosesi formal xarakter daşımış, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçiyə təqdim edilməli olan sənədlər verilməmişdir. Nəticədə iddiaçı işdən azad edilmənin hansı hüquqi əsasla aparıldığını bilməmiş və onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə, həmçinin iddiaçının işdən çıxarılmasına əsas kimi cavabdeh tərəfindən təqdim edilmiş 2016-cı il tarixli “Meliorasiyavə Su təsərrüfatı işçilərin vəzifə təlimatı”na istinad etmişdir. Bu yanaşma da hüquqi cəhətdən səhvdir. İddiaçı xx.xx.2012-ci il tarixdən baş mexanik vəzifəsinə təyin olunmuşdur və onun əmək münasibətləri həmin tarixdən başlamışdır. Halbuki təqdim edilmiş vəzifə təlimatı yalnız 2016-cı ildən qüvvəyə minmişdir və geriyə şamil edilə bilməz. Kürdəmir Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2(041)-1444/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:
İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 1444/2025 saylı qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Mil-Qarabağ və X6 İstismarı İdarəsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ucar Rayon X8 Xidməti məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi heç bir üzrlü səbəb bildirmədən iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikası MPM-in:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Konstitsuiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Qərarı; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyator vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Həmin Qərarda həmçinin qeyd olunur ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədəmüvafiq olardı. Mil Qarabağ və X6 İstismarı İdarəsinin Əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli, 001/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş, hüquqi şəxs olmayan Mil Qarabağ və X6 İstismarı İdarəsi həmin struktura daxil edilmişdir. Göründüyü kimi, Mil Qarabağ və X6 İstismarı İdarəsi əmək münasibətlərinin tərəfi olsa da, onun mülki prosessual fəaliyyət qabiliyyəti yoxdur. Hazırkı iddia tələbi isə Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X9rşı irəli sürülməli olduğu halda iddiaya cavab verməli olmayan Mil Qarabağ və X5 İstismarı İdarəsinə qarşı irəli sürülmüş, birinci instansiya məhkəməsi isə mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirib işə mahiyyəti üzrə baxmışdır. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Mil Qarabağ və X6 İstismarı İdarəsinə yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 54.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan səbəbdən ləğv edildiyindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq hüquqi qiymət verilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsisnin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1444/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Mil Qarabağ və X6 İstismarı İdarəsinə qarşı (Ucar rayon X8 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.