Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1674/2024 26.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi), üçüncü şəxs X5 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-618/2024 saylı qətnaməsindən (hakim Ramiz Nurullayev) ilkin iddia üzrə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və onun qızı Cavabdeh1 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3-də yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, 3 saylı mənzili Beyləqan rayon İ saylı Notariat Ofisində bağlanılmış alqı-satqı müqaviləsinə əsasən X4 notarial qaydada almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Ərazi İdarəsində reyestr nömrəsi **********18-10301 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə alınmış və Texniki pasportla rəsmiləşdirilmişdir. O, həmin mənzilin tək hüquqi sahibidir. Mənzilin satışı barədə məlumatı qohumlarından almışdır. Vəfa Hüseynovanı əvvəllər tanımamış, onunla heç bir qohumluğu olmamışdır. Məqsədi yaşadığı kənddən köçüb Beyləqan şəhərində yaşamaq olmuşdur. Cavabdehlərin həmin mənzilə köçürülmələri ilə bağlı məhkəmə qətnaməsinin olmasından məlumatı olmamışdır. Mənzili aldıqdan bir müddət sonra ona məlum olmuşdur ki, yeni aldığı mənzilə onun ailə üzvü olmayan Beyləqan şəhər sakinləri Cavabdeh2 və onun qızı Cavabdeh1 əvvəllər qeydiyyatda olmuşlar. O, bu barədə mənzili aldığı şəxsdən soruşduqda ona əvvəllər qardaşı arvadı olmuş Cavabdeh2 və qardaşı qızı Cavabdeh1 2019-cu ildən indiyənədək həmin mənzildən çıxdıqlarını, Bakı şəhərində öz ailəsi ilə birlikdə yaşadıqlarını və həmin evdə onların hər hansı yaşayış hüququ olmadıqlarını bildirmişdir. Vəfa Hüseynova həmçinin qardaşı Azər Hüseynovla Cavabdeh2 Beyləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən boşandıqlarını bildirmişdir. Həmin mənzil hazırda istifadəyə yararlı deyildir və təmirə ehtiyacı vardır. O, həmin mənzili təmir etdirmək və ora köçüb yaşamaq istəyir. Cavabdeh2 orada müəyyən əşyalarının olması və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının tanınması buna maneəçilik törədir. Həmçinin cavabdehlərin xüsusi mülkiyyətində olan ümumi sahəsi - 72.1 kv.m olan, yaşayış sahəsi-51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3-də istifadə hüququna xitam verilməsi onların gələcəkdə mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. O, cavabdehlərin yeni aldığı mənzildən qeydiyyatdan çıxarılmaları baradə Beyləqan rayon Polis Şöbəsinə müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, Cavabdeh2 və onun qızı Cavabdeh1 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi - 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, mənzil 3-də yaşayış və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 127, mənzil 3-nə istifadə hüququ Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tanınmış, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə aktları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mənzilin vərəsəlik qaydasında yeni mülkiyyətçisi X5 "mənzilə dair istifadə hüququmuza xitam verilməsi barədə” iddia tələbi Beyləqan rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnamə ilə təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmuş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində satıcı Vəfa Hüseynova məhkəmə qətnamələrindən məlumatlı olduğu halda mənzili İddiaçı satmışdır. Hesab edir ki, İddiaçı da bundan məlumatı olmuşdur. Həmin mənzildə qızı ilə birlikdə yaşamır, çünki orda şərait yoxdur. Mənzilin pəncərələri sınıq vəziyyətdə, mənzil isə istifadə üçün yararsızdır. Onun əmlakları hələ də həmin mənzildə qalmışdır. Hesab edir ki, İddiaçı Vəfa Hüseynova ilə bağladıqları alqı-satqı müqavuləsi qanunsuzdur. Ona görə də iddiasının təmin edilərək X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, İddiaçı iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu qarşılıqlı iddia üzrə 3-cü şəxs qismində məhkəməyə dəvət edilmiş, lakin o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-618/2024 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi- 72.1 kv.m olan, yaşayış sahəsi- 51.84 kv.m olan, 4 otaqdan ibarət olan ev 127, 3 saylı mənzilindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdehlər birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sözü gedən mənzilə istifadə hüquqları Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən tanındığından, mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq münasibətləri olmadığından şikayət olunan xx.xx.2024-cü il tarixli qətnamənin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı ilə əsaslandırılması əsassız və qanunsuzdur. İşə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq əlaqələrinin olmaması, onun keçmiş ailə üzvü olmasını istisna edir. İşə baxılarkən Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Konsttusya Məhkəsinin xx.xx.2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranması göstərilibdir. Mənzilin yeni mülkiyyətçisi İddiaçıla hər hansı qohumluq münasibəti olmadığından onun ilk iddia ilə müraciət etməsi üçün subyektiv hüququn olmaması nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi) apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Tahiri tanımır. Vəfa isə onun keçmiş ərinin bacısı olmaqla onun baldızı olmuşdur. Bildirmişdir ki, əri ilə onun arasında olan nikah 2016-cı ildə pozulub. 2017-ci ildə mübahisəli evdən çıxmış və 1 il müddətində həmin evdə yaşamamışdır. Həmin müddətdə Bakı şəhərində kirayədə yaşayan tələbə qızının yanında yaşamışdır. Hazırda Beyləqan rayonunda qardaşı və ya bacısının evində yaşayır. Bakıdan evə qayıdan zaman görmüşdür qaynı Ceyhun evi açmış, pəncərələrinin şüşələrini sındırmışdır. Evin necə satılmasından xəbəri və məlumatı olmamışdır. Mübahisəli evdə onun istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tanınmışdır. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməli, ilk iddia təmin edilməməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Beyləqan rayonunun Baharlı qəsəbəsində yaşayır. Almaq üçün ev axtarmışdır. Soraqlaşaraq hazırkı evi tapmışlar. Pulu az olduğundan təmirsiz ev almaq istəmişdir ki, sonradan təmir etdirsin. Vəfanı heç vaxt tanımamışdır. Onu evi alqı-satqı etdirən zaman görmüşdür. Alqı-satqı notariusda baş tutmuş və alqı-satqı zamanı heç bir problem, yüklülük olmamışdır. Evi 25000 manata almışdır. Rüsumu az ödəməsi üçün müqavilədə evin satış qiymətini 5000 manat göstərmişlər. Gülər və Günayı da əvvəlcədən tanımamışdır. Evi aldıqdan sonra müəyyən etmişdir evdə cavabdehlər qeydiyyatdadır. Alqı-satqı zamanı isə bu görünməmişdir. Vəfa evi satan zaman evdə qeydiyyatda olan şəxslərin və ya onların həmin evdə istifadə hüquqlarının olmasını ona deməmişdir. Əgər əvvəlcədən belə problem yaranacağını bilsəydi evi almazdı. Hesab etmişdir ki, o evi alan zaman vicdanlı davranmışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saaxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X1 iclası zamanı bildirmişdir ki, əri Füzuli rayonundandır və buna görə xeyli vaxt olar ki, Bakı şəhərində yaşamışdır. Hazırda Füzuli şəhərində yaşayır. Belə ki, onlara Füzuli şəhərində ev verilmiş və onlar da köçüb orada yaşayırlar. Evi satan zaman da Füzuli şəhərində yaşamışdır. Günay onun qardaşı arvadı, Gülər isə qardaşı qızıdır. Onlar əvvəllər bir müddət qardaşı ilə birlikdə mübahisəli evdə yaşamışlar. Lakin qardaşı ilə Günayın nikahları pozulduqdan sonra Günaygil evdən çıxıb getmişlər. Ev isə ona valideyinlərindən qalmışdır. Evi satmış olduğu Tahiri isə heç tanımamışdır. Evi notariusda alqı-satqı etdirmişlər. Bu zaman hər hansı problem yaranmamışdır. Həmin vaxt Tahirə Gülər və Günayın həmin evdə qeydiyyatda olmasını deməmişdir. Hesab edir ki, evi satan zaman hər hansı qanunsuzluğa yol verməmişdir. Buna görə də Günay və Gülaərin iddiasının təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu apellyasiya baxışında iştirak etməmiş, Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin iştirak etməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin qanunauyğunluğu ilkin iddia üzrə cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 -ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2016- cı il tarixli qərarında qeyd edilir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırmalı və məhkəmə aktında əsaslandırmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində plenum qeyd edir ki, "qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır”. Plenum daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitutsiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq menasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitutsiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilməklə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tətbiq olunmalı və məhkəmənin müvafiq qərarı ilə əsaslandırılmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində daha sonra qeyd edilir ki, "Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi, üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.)” həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262-ci maddəsinə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında bir daha hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş "şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi "şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 2l dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.7-ci maddəsinə görə mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1 -ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləmnin 78.1 -ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Reyestr nömrəsi **********87-05101-093010, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 127, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmiş və onun həmin mənzilə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 onun və qızı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mərhum X6 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri və həmin mənzildən onlara yaşayış hüququnun verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş Cavabdeh2 və Səlimova X11 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3, blok 1 ünvanında yerləşən mərhum X6 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019- cu il tarixli qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)- 555/2019 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 cavabdeh X10 qarşı mənzildə yaşayış hüququnun verilməsi və mənzilə köçürülmə tələbinə dar iddiası üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)- 555/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, M.Səlimovanın şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 nömrəli qətnaməsindən üçüncü şəxs X3 verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Mənzil İstismar sahəsinin 09 yanvar 2024-cü il tarixli 06 saylı arayışından görünür ki, hazırda İddiaçı Vəfa Hüseynovadan aldığı və mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 127, mənzil 3, blok 1-də yerləşən 4 otaqlı mənzildə 2019-cu ildən hal-hazıradək olan müddət ərzində yaşayış yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(020)- 741/2022 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və cehiz əşyaların evdən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 iddiaçı X5 xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3-də yerləşən ümumi sahəsi-72.1 kv.m, yaşayış sahəsi- 43.8 kv.m, köməkçi sahəsi 28.3 kv.m olan mənzilindən yaşayış sahəsində istifadə hüququ itirilmiş hesab edilmiş, Cavabdeh2 məxsus cehiz əşyalar həmin məzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(020)-741/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmuş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2024- cü il tarixli 2(102)175/2024 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı sorğu edilərək əldə edilmiş Beyləqan Rayon 1saylı Notariat Ofisi tərəfindən 05 fevral 2024-cü il tarixdə rəsmləşdirilmiş 4Ə-105 reyestr nömrəli sənədlər toplusundan görünür ki, mübahisəli evin alqı-satqısı zamaı hər hansı qanunsuzluq müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı sorğu edilərək əldə edilmiş DƏDRX PHŞ 6 saylı Beyləqan Əİ-si tərəfindən verilmiş cavabda göstərilmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 127, m 3 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatı zamanı təqdim edilmiş Beyləqan Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanının ünvan dəyişikliyi ilə əlaqədar olaraq ünvan 3 qeyd edilmişdir. Bieinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı qanunun tələblərinə əsasən həmin mənzili Vəfa Hüseynovadan almış və mənzilin dəyərini ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasını istisna edən hallar mövcud olmamışdır. Həmin mənzil alqı-satqı müqaviləsindən sonra İddiaçı həmin mənzilə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Qətnamədən qarşılıqlı iddiaçılar narazı qalaraq şikayət vermişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir məhkəmə faktlar nöqteyi nəzərindən düzgün nəticəyə gəlmişdir. Lakin Kollegiya əlavə olaraq aşağıdakıları bildirir. İş materialları ilə müəyyən edilir ki, qarşılıqlı iddiaçıların istifadə hüquqlarının tanındığı qətnamədə evin ünvanı ünvan 4 alqı-satqı predmeti olan evin ünvanı isə ünvan 1 kimi göstərilmişdir. Sorğuya cavabda göstərilmişdir ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 127, m 3 ünvanı ilə ünvan 1 ünvanları əslində eyni evə aid olmuş, sonradan ünvan dəyişikliyi ilə əlaqədar dəyişilmişdir. Buna görə də alqı-satqı zamanı evdə hər hansı yüklülüyün olmaması aşkar olunmamış və alqı-satqı baş tutmuşdur. Alıcı olaraq İddiaçı ev üzərində hər hansı məhdudiyyətin olmasından xəbəri olmamışdır. Həmçinin satıcı Vəfa Hüseynova qarşılıqlı iddiaçıların mabahisəli mənzildə qeydiyyatda olması və onların həmin evdə istifadə hüquqlarının olmasını nə İddiaçı nə də Notariusa bildirməmişdir. Lakin V.Hüseynova mübahisəli mənzildə qarşılıqlı iddiaçıların istifadə hüquqlarının olmasını İddiaçı və Notariusa bildirməli idi. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddiaçıların gələcəkdə V.Hüseynovaya qarşı vurulmuş ziyan tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını diqqətə çatdırır. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cаvаbdehə münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti verən tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İlkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(020)-618/2024 saylı qətnaməsi ilkin iddia üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1674/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1674/2024
26.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver