Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1679/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(057)-232/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçı "xxxx" ASC ilə X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 13.9 %-lə, 48 ay müddətinə 15700 manat nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən 24 %-lə, 35 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli məxaric orderlərindən görünür ki, X16 həmin tarixə 3700 və 12000 manat olmaqla ümumilikdə 15700 manat pulu ABB-dən götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X10 300 manat məbləğində kredit kartı verilərək kredit xətti açılmışdır. xx.xx.2024-cü ilədək həmin kredit xəddi üzrə cavabdeh 490.35 manat istifadə etmiş, istifadə etdiyi puldan 399.13 manat ödəniş etmiş, 91.22 manat borcu qalmışdır. İş materiallarında olan digər maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X7 ümumilikdə 15318.13 manat əsas borcu, 119.65 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirşlərdən görünür ki, X7 xx.xx.2023-cü il tarixli kredit xəttinə görə 91.22 manat əsas, 0.3 manat faiz, ümumilikdə 91.52 manat borcu, həmin tarixdə bağlanmış digər kredit müqaviləsinə görə isə 15198.48 manat əsas, 119.56 manat faiz olmaqla ümumilikdə 15318.13 manat borcu qalmış, həmin borcların ödənilməsi haqqında qeyd olunan bildirişlər Cavabdeh ünvanlanmışdır İş materiallaırnda olan poçt bildirişlərindən görünr ki, Cavabdeh yuxarıda qeyd olunan bildirişləri qəbul edərək imza etmişdir. İş materiallarında olan Salyan regional Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu X3 tərəfindən “Yusif Allahveridyev və partnyorları” Vəkil Bürosuna ünvanlanmış 8V-140 reyestrli vərəsəlik işindən görünür ki, X6 Cavabdeh qızıl-zinyət əşyası miras qalmış, sonuncu həmin mirası qəbul etmişdir. Salyan regional Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X7 ailə tərkibində yalnız Cavabdeh var. Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd İnzibati ərazi nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Səncut X2 Afilə Adil qızının daimi yaşadığı Arbatan kəndində onunla yaşamış, X14 Viktoriyadan başqa vərəsəsi olmamışdır. İş materiallarında olan "xxxx" Lombard MMC-nin Salyan filialının direktoru X4 tərəfindən Salyan regional Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 ünvanlanmış məktubdan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə həmin lombarda 1 ədəd 585 əyarlı 15.9 qram qızıl-zinət əşyasını girov qoyaraq 930 manat pulu kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 20 mart 2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1997-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1992-ci ildə vəfat etmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasında nikah 27 aprel 1992-ci ildə pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AE 06-001/25 saylı ekspert rəyindən görünür ki, 1 ədəd 585 əyarlı 15.9 qram qızıl-zinət əşyasının dəyəri 1350 manat dəyərində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən kart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu, ümumilikdə cəmi 15409.65 (on beş min dörd yüz doqquz tamyüzdə otuz bir) manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X16 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən ona illik 13.9 %-lə, 48 ay müddətinə 15700 manat nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən 24 %-lə, 35 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X16 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdehX16arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasənkart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 15409.65 manat borcu yaranmışdır. Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 407029saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Salyan regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 8V-140saylı vərəsəlik işi materiallarından görünür ki, X6 qalmış mirası Cavabdeh qəbul etmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X5 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Salyan Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(057)-232/2025 saylı qətnaməsi ilə (Hakim: Şahəddin Kələntərov) iddianın qismən təmin edilməsi və X7 vərəsəsi Cavabdeh 1350 manat borc və iddia tələbinin ödənilmiş hissəsinə uyğun dövlət rüsumu kimi ödənilmiş 33.50 manat pulun tutularaq iddiaçı Azərbaycan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445, 443.1, 445.2.1, 448.1, 739, 1134.1, 1151.1, 1243.2, 1255, 1257.1, 1306.1, 1306.2, 1307-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 220.6-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, X16 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X16 öldüyündən, onun miras əmlakını qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borclu olan X7 qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyır. Cavabdeh vərəsə kimi məsuliyyətinin həcmi barədə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Qeyd olunan hüquqi mövqeyin əksinə olaraq vərəsənin üzərinə ona çatan miras payı həcmindən yuxarı həddə maddi məsuliyyətin qoyulması vərəsənin qanunvericilikdə nəzərdə tutulmuş əmlak hüquqlarının pozulmasına gətirib çıxaracaq. Miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməklə bağlı sübutetmə yükünün vərəsənin üzərinə qoyulması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsində göstərilən xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş materiallarında olan vərəsəlik işindən də göründüyü kimi Cavabdeh vərəsəlik qaydasında yalnız 1 ədəd qızıl-zinət əşyası keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsində göstərildiyi kimi hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh tərəfindən qəbul edilmiş miras tam şəkildə olmuşdur, yəni 1 ədəd qızıl-zinət əşyasının vərəsə tərəfindən qəbul edilmiş tam miras olması sübuta yetirilmişdir, həmin xüsusatla bağlı əlavə sübut toplanmasına zərurət qalmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, qətnamə əsassızdır. Məhkəmə miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1306.5-ci maddəsinin tələbinə əsasən miras qoyanınborclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə kifayət edə biləcək qədər sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Həmçinin məhkəmə iş üzrə qərar qəbuledərkən vahid məhkəmə təcrübəsinidə pozmuşdur. Belə ki, Vahid Məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı qərarının(3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “bununla da, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təminedilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidi. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxıl olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçı tərəf ərizə göndərərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-232/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1307-ci maddasinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1306, 1306.1, 1307-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsəsi tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə, əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, aşağıdakı hallar hazırki mülki iş üzrə sübuta ehtiyac olmayan faktlar qismində çıxış edir: - mərhum X7 "xxxx" ASC ilə bağlanmış kredit müqavilələri əsasında kredit alması, - həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, - borcalanın xx.xx.2024-cü il tarixdə vəfat etməsi, Cavabdeh mərhumun vərəsəsi kimi çıxış etməsi və vərəsəlik işi materiallarına əsasən ona mirasın keçməsi, həmçinin kredit müqavilələri üzrə ödənilməmiş borcun məbləğinin iddiaçı bankın təqdim etdiyi hesabdan cıxarış və maliyyə arayışları ilə təsdiq olunan həcmdə olması. Yəni borcun mövcudluğu, məbləği, müqavilə öhdəliyinin pozulması və cavabdehin ümumiyyətlə vərəsə statusu mübahisə predmeti deyil. Bu baxımdan, iş üzrə mübahisənin predmeti yalnız cavabdehin mülki məsuliyyətinin həddi vərəsə kimi iddiaçı qarşısında nə qədər məbləğdə borcla məsuliyyət daşıdığı məsələsi ilə məhdudlaşır. Məhkəmə kollegiyasının hazıda birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə yoxlayır: sübutetmə yükünün düzgün bölüşdürülməsi və Mülki Məcəllənin 1306 və 1307-ci maddələrinin qarşılıqlı tətbiqi. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, Cavabdeh miras qoyanın kreditoru qarşısında yalnız ona keçmiş miras əmlakın dəyəri həddində, yəni 1 ədəd qızıl-zinət əşyasının ekspert rəyi ilə müəyyən olunmuş 1350 manat dəyəri həcmində məsuliyyət daşıyır. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, vərəsəlik işi materiallarında dəqiq göstərilən miras əmlak kimi yalnız həmin qızıl-zinət əşyası qeyd olunmuş, əlavə sübut toplanmasına ehtiyac olmadığı qənaətinə gəlinmişdir. Bu anlamda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306-cı maddəsində nəzərdə tutulmuş “miras qoyanın borcları üzrə vərəsənin məsuliyyətinin miras aktivinin həddi ilə məhdudlaşması” prinsipini formal və təcrid olunmuş şəkildə tətbiq etmiş, eyni Məcəllənin 1307-ci maddəsinin tələb etdiyi sübutetmə rejimini nəzərə almamış, bununla da maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. Halbuki, Mülki Məcəllənin 1306-cı maddəsinin tətbiqi avtomatik olaraq məhkəməni belə bir nəticəyə gətirməməlidir ki, kreditor iddia olunan borc məbləğini yalnız vərəsəlik işində ayrıca sadalanmış əmlakın dəyəri həddində tuta bilər. Qanunvericinin iradəsi 1306 və 1307-ci maddələrdən birlikdə çıxarılır: bir tərəfdən vərəsənin məsuliyyəti miras aktivinin həddi ilə məhdudlaşır (1306-cı maddə), digər tərəfdən isə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə yükü məhz vərəsənin üzərinə qoyulur (1307-ci maddə). Mübahisəli məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(102)-900/2024 saylı qərarı ilə formalaşdırdığı hüquqi mövqe ayrıca əhəmiyyət kəsb edir. Həmin qərarda vurğulanır ki, mülki prosesdə “hüquqi həqiqət” prinsipi tərəflər və məhkəmə arasında iş bölgüsünü şərtləndirir: tərəflər faktları təqdim edir, məhkəmə isə bu faktları sübutlarla birlikdə qiymətləndirir və hüququ tətbiq edir. Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə hüququ verəcəyəm”) prinsipi məhz bu bölgünün normativ məzmununu əks etdirir. Bu baxımdan, kredit müqaviləsinin bağlanması, borcun yaranması və ödənilməməsi kimi maddi-hüquqi faktların sübutu əsasən kreditorun, borcun mirasdan çox olması faktının sübutu isə Mülki Məcəllənin 1307-ci maddəsinə uyğun olaraq vərəsənin üzərinə düşür. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi tərəflərə yalnız prosesdə bərabər imkanlar vermir, eyni zamanda sübutetmə yükünün necə bölüşdürülməsini müəyyən edir: hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin ümumi qaydaları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində təsbit olunmuşdur və bu norma o məzmunu ifadə edir ki, istisna hallar (MPM-nin 82 və 106.3-cü maddələrində nəzərdə tutulmuş hallar) istisna olmaqla, heç bir şəxs sübutetmə vəzifəsindən azad edilə bilməz, məhkəmə də daxil olmaqla heç bir orqan bu funksiyanı onun əvəzinə öz üzərinə götürə bilməz. Mülki Prosessual Məcəllənin 14-cü maddəsindən, həmçinin 88-ci maddəsindən çıxan nəticə ondan ibarətdir ki, məhkəmə bir tərəfin üzərinə qanunla qoyulmuş sübutetmə yükünü digər tərəfin üzərinə keçirə və ya sübutların çatışmazlığını öz mülahizəsi əsasında hər hansı fərziyyə ilə kompensasiya edə bilməz. Hakimin funksiyası sübutetmə predmetinə daxil olan faktların aidiyyətli, mümkün, mötəbər sübutlarla təsdiq olunub-olunmamasını qiymətləndirmək, həmin sübutlara maddi hüquq normalarını düzgün tətbiq etməklə hüquqi nəticə çıxarmaqdır. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, sübutetmə yükünün səhv ünvanlanması, faktların sübut olunmaması və ya nəticənin işin faktiki halları ilə uyğun gəlməməsi apellyasiya instansiyası məhkəməsinin müdaxiləsi üçün əsas hesab edilməlidir. Məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır;,hakim sübutları qiymətləndirərkən hansı halların sübuta yetirildiyini, hansılarının sübuta yetirilmədiyini və bu hallardan hansı hüquqi nəticələrin çıxdığını aydın surətdə göstərməlidir. Mülki iş üzrə belə hüquqi mövqenin formalaşdırılması sübutetmə yükünün qanuna uyğun bölüşdürülməsini istisna etmir, əksinə, bunu tələb edir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.(“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il tarixli 23 fevral tarixli Qərar) Hazırkı işdə birinci instansiya məhkəməsi öz qərarında Mülki Məcəllənin 1307-ci maddəsinə formal istinad etsə də, həmin maddənin dispozisiyasından irəli gələn əsas tələb – miras qoyanın borclarının mirasdan çox olmasını vərəsənin sübut etməsi öhdəliyini faktiki tətbiq etməmişdir. Məhkəmə vərəsəlik işi materiallarında yalnız 1 ədəd qızıl-zinət əşyasının qeyd olunmasını onun “tam miras” kimi qəbul olunması, mirasın yalnız bu əşyadan ibarət olması və başqa əmlakın mövcud olmaması barədə nəticə üçün kifayət etdiyini hesab etmişdir. Qətnamədə Mülki Məcəllənin 1307-ci maddəsinə istinad olunsa da, məhkəmə bunun ardınca MM-nin 1257.1-ci maddəsinə istinad edərək qeyd etmişdir: “...hazırkı işdə Cavabdeh tərəfindən qəbul edilmiş miras tam şəkildə olmuşdur, yəni 1 ədəd qızıl-zinət əşyasının vərəsə tərəfindən qəbul edilmiş tam miras olması sübuta yetirilmişdir, həmin xüsusatla bağlı əlavə sübut toplanmasına zərurət qalmamışdır”. Əslində birinci instansiya məhkəməsi miras qoyanın borclarının miras əmlakının dəyərindən artıq olması məsələsini düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini yalnız formal istinad səviyyəsində saxlamışdır. Bu isə sübutetmə məsələsinin qanuna uyğun və düzgün həll olunmamasına, eləcə də iş üzrə əhəmiyyətli halların hərtərəfli, tam və obyektiv araşdırılmamasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma həm Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin, həm də Mülki Məcəllənin 1307-ci maddəsinin məzmununa ziddir. Qanunverici açıq şəkildə müəyyən etmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsənin üzərinə düşür. Yəni vərəsə özünü kreditor qarşısında daha az həcmdə məsuliyyət daşıyan subyekt kimi təqdim etmək istəyirsə, bu iddiasını işgüzar adətlərə və vicdanlılıq tələblərinə (MM-nin 425.1-ci maddəsi) uyğun olaraq konkret və yetərli sübutlarla əsaslandırmalıdır. Miras qoyanın borclarının mirasdan artıq olması barədə heç bir sübut təqdim edilmədiyi halda, məhkəmənin kreditorun tələbinə məhdudiyyət qoyması, əslində, qanunun tələb etdiyi sübutetmə sistemini pozmaqdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1307-ci maddəsində “mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa” ifadəsi təsadüfi deyil. Qanun bu istisna ilə göstərir ki, yalnız mirasın rəsmi olaraq siyahıya alındığı, yəni notarius tərəfindən miras aktivinin miqdar və dəyərinin inventarlaşdırıldığı halda vərəsənin borcların mirasdan çox olmasını sübut etməsi tələb olunmur, belə vəziyyətdə artıq siyahıyaalma aktı miras aktivinin sərhədlərini və dəyərini obyektiv şəkildə ortaya qoyur və kreditor da bu siyahı ilə məhdudlaşır. Hazırkı işdə isə nə mirasın siyahıya alınmasına dair hər hansı akt, nə də notarius tərəfindən miras əmlakın tam inventarizasiyasının aparılmasına dair sübut təqdim olunmuşdur. Bu şərtlər daxilində, iş üzrə mövcud sübutlar kreditorun "xxxx" ASC-nin tələbinin əsaslandığını, borcun məbləğinin dəqiqliklə müəyyən olunduğunu və cavabdehin mərhumun yeganə vərəsəsi kimi çıxış etdiyini göstərir. Lakin cavabdeh tərəfindən nə miras aktivinin borcdan az olması, nə də mirasın rəsmi qaydada siyahıya alınması ilə əlaqədar, Mülki Məcəllənin 1307-ci maddəsinin tətbiqini dəyişə biləcək sübutlar təqdim olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianı yalnız 1350 manat həddində təmin etməsi, apellyasiya instansiyasının isə bu mövqeni dəyişməz saxlamaqla şikayəti təmin etməməsi sübutetmə yükünün qanuna zidd şəkildə bölüşdürülməsi, maddi hüquq normasının – Mülki Məcəllənin 1307-ci maddəsinin və onunla bağlı digər maddələrinin düzgün tətbiq edilməməsi hesab edilməlidir. Bu pozuntu qətnamənin nəticəsinə birbaşa təsir etdiyinə görə, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iş üzrə mövcud sübutlar əsasında iddianın tam həcmdə təmin olunması zərurəti yaradır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, "xxxx" ASC-nin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Salyan Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(057)-232/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, X7 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən kart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu, ümumilikdə cəmi 15409.65 manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2(057)-232/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən kart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu, ümumilikdə cəmi 15409.65 manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1679/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1679/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver