Məhkəmə qərarları › İş №2(106)-1691/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1691/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1691/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh məxsus əşyaların İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Xətai rayonu Qaçaq Nəbi küçəsi 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların İddiaçı BOKT ASCnin mülkiyyətində olan Xətai rayonu Qaçaq Nəbi küçəsi 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh əşyaları ilə birlikdə Xətai rayonu Qaçaq Nəbi küçəsi 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, mənzilin İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə təhvil verilməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilsi qət edilmişdir. İş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil 07 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsinin ləğv edilərək, iş üzrə məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadı ilə (hakim Elxan Əmirəliyev) ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, işdə olan sifarişli poçt zərfinin göndərilməsi barədə xəbərnaməyə əsasən qeyd olunan qətnamə 02 mart 2023-cü il tarixdə ərizəçi Cavabdeh rəsmi qaydada göndərilmiş və həmin qətnamənin 28 aprel 2023-cü il tarixdə qəbul edilməsi barədə xəbərnaməyə imza edilmişdir. Lakin ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən qiyabi qətnamənin ləğvi barədə ərizə 07 avqust 2023-cü il tarixdə, yəni 3 ay 10 gün sonra məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmaması müəyyən edilmədiyindən və Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-186/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilməməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadından şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin həmin qərardadının ləğv edilməsi, qiyabi qətnamənin ləğvinə dair ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qərardadının surətini yalnız xx.xx.2023-cü il tarixdə dəfələrlə məhkəməyə etdiyi müraciətlər nəticəsində, iş üzrə elektron sistemə əlavə edildiyindən sonra elektron formada əldə etmişdir. Qeyd edilən səbəbdən qərardaddan şikayət müddətinin məhz xx.xx.2023-cü il tarixindən hesablanmalı olduğu qənaətindədir. Məhkəmə qərardadında göstərilmişdir ki, “işdə olan sifarişli poçt zərfinin göndərilməsi barədə xəbərnamədən görünür ki, qeyd olunan qətnamə 02 mart 2023-cü il tarixdə ərizəçi Cavabdeh rəsmi qaydada göndərilmiş və həmin qətnamənin 28 aprel 2023-cü il tarixdə qəbul edilməsi barədə xəbərnaməyə imza edilmişdir. Lakin ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən qiyabi qətnamənin ləğvi barədə ərizə 07 avqust 2023-cü il tarixdə, yəni 3 ay 10 gün sonra məhkəməyə təqdim edilmişdir”. Qərardadda istinad edilən hallar doğru deyildir. Məktubun xəbərnaməsindən görünür ki, məktubu alan cavabdeh tərəf deyil, “Allahverdiyev E.V.” soyadlı şəxsdir. Həmin şəxsin poçt xidmətinin əməkdaşı və ya kim olması barədə heç bir məlumat yoxdur. Məktubun Allahverdiyev tərəfindən qol çəkib götürülməsi qiyabi qətnamənin Cavabdeh çatdırılması hesab edilə bilməz. Cəlilabad Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadından verilən şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması məsələsinə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 129-cu maddəsinin tələblərinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Kollegiya diqqətə çatdırır ki, işdə olan xəbərnaməyə əsasən (səh. 66), Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsi 28 aprel 2023-cü il tarixdə qəbul edilmişdir. Daha sonra ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək qətnaməni 07 avqust 2023-cü il tarixdə yenidən əldə edərək qiyabi qətnamənin ləğvi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Qeyd ediilməlidir ki, məhkəmə ilkin olaraq hazırkı şikayətin dəlili kimi qətnamənin alınması barədə xəbərnamədə “Allahverdiyev E.V.” soyadlı şəxsin kimliyini araşdırmamışdır. Habelə nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddət ötdükdən sonra verilmiş ərizəyə mahiyyəti üzrə deyil, onu verən şəxsə qaytarılması məsələsi qanunvericilik normalarının tələblərinə uyğun şəkildə qiymətləndirilməlidir. Belə ki, MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlməmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 155-156, 263-269, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(073)-186/2023 saylı qərardadı ləğv edilsin. Ərizəçi Cavabdeh nümayəndəsi və vəkili Vəkil Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(073)-186/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması məsələsinə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar